Məhkəmə qərarları › İş №2(006)-266/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-266/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-266/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, X14 qızının katibliyi, ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) X1 və nümayəndəsi X8, ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2 iştirakları ilə, iddiaçı X4 Cavabdeh İKB ASC-yə qarşı “əsassız olaraq hesablanmış faiz borclarının silinməsi tələbi barədə” ilkin; iddiaçı Cavabdeh İKB ASC-nin (“xxxx” ASC) cavabdeh X5 qarşı “borcun tutulması tələbi barədə” qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X9 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" İKB ASC-nin xx.xx.2017-ci il tarixli 24-G1-1-0-38-15 saylı kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə əsassız olaraq hesablanmış 3544.13 azn əsas məbləğ və 1289.31 azn faiz borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC qarşılıqlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavadova (Hüseynzadə) Aytən Yusif qızından "xxxx" ASC-nin xeyrinə 3544.13 AZN əsas borc, 1501.84 AZN faiz borcu olmaqla ümumilikdə cəmi 5045.97 AZN borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin Məhkəmə Orqanıları ilə İŞ Şöbəsinin müdiri İsa Hacıyev qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavadova (Hüseynzadə) Aytən Yusif qızından "xxxx" ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 3544.13 manat əsas borc və 2212.63 manat faiz borcu olmaqla ümumilikdə cəmi 5756.76 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, "xxxx" ASC ilə cavabdeh Cavadova (Hüseynzadə) Aytən Yusif qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) X1 və nümayəndəsi X10 eyni məzmunlu izahat verərək və ilkin iddianı müdafiə edərək bildirdilər ki, xx.xx.2015-ci il tarixdə "xxxx" İKB ASC ilə iddiaçı olaraq X9 arasında bağlanmış 24-G-1-0-28-15 saylı Kredit müqaviləsi və İpoteka müqaviləsi əsasında A.Cavadovaya 36 ay müddətinə, 26% illik faiz dərəcəsi olmaqla, 12.600 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. 24-G-1-0-28-15 saylı Kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun yaşayış sahəsi, Xətai küçəsi, döngə 3, ev 20 saylı ünvanda yerləşən ümumi sahəsi 80.6 m² olan 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilənin şərtlərinə əsasən X9 36 ay müddətinə aylıq 507.66 ABŞ dolları ödəməli idi. Kredit götürülən vaxt Milli bankın məzənnəsi ilə 1 ABŞ dolları 1.05 manat olmuşdur. Həmin vaxtlar X9 tərəfdən hər ay vaxtı vaxtında "xxxx" İKB ASC-yə 507.66 ABŞ dolları olmaqla aylıq kredit ödənişləri olunub. Sonradan ölkədə ikinci devalvasiya olanda dolların məzənnəsi 1.50 və ya 1.70 manat arası təşkil etdi. Həmin vaxt X9 banka müraciət edərək dolların məzənnəsinin qalxması ilə bağlı aylıq ödənişin 507.66 ABŞ dolları ilə odənilməsinin X9 üçün çox çətin olacağını bildirdi. Bankdan m X5 bildirildi ki, devalvasiyaya görə hamı çətinlik içindədir və bank olaraq çalışırlar hamıya köməklik etsinlər. Bununla bağlı bank tərəfindən X5 təklif olundu ki, götürülən kreditin qrafik üzrə vaxtı uzadılsın. X5 bildirildi ki, kreditin müddəti uzadılsa aylıq ödənişlərinin məbləği qrafik üzrə azaldılacaq. Həmin vaxt ölkədə ABŞ dollarının bir daha devalvasiyaya uğramasına görə X9 üçün kreditin aylıq ödənişlərini ödəmək çətin olduğu üçün bankın təklifi ilə razılaşıb 24-G1-1-0-38-15 saylı əlavə kredit müqaviləsi bağlanıldı və kreditin müddəti 60 ay müddətinə aylıq 384.64 ABŞ dolları ödəmək şərti ilə uzadıldı. İddiaçı olaraq X9 cavabdeh "xxxx" İKB ASC-yə kredit borcu üzrə ödənişlərimi vaxtı vaxtında edərək ödəmiş və hesab edir ki, hətta cavabdeh "xxxx" İKB ASC X4 onlara olan etibarından sui istifadə edərək X3 artıq ödənişlər qəbul ediblər. Kredit müqaviləsi üzrə borcu bitdikdən sonra cavabdeh "xxxx" İKB ASC-yə yaxınlaşaraq kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun yaşayış sahəsi, Xətai küçəsi, döngə 3, ev 20 saylı ünvanda yerləşən mənzilindən ipoteka yüklülüyünün götürülməsi üçün arayış tələb etdi. Lakin cavabdeh "xxxx" İKB ASC X5 bildirdi ki, guya X4 3544.13 azn əsas məbləğ və 1289.31 azn faiz borcu var. X9 "xxxx" İKB ASC-yə bütün borcunu ödəmiş və heç bir borcu qalmamışdır, bu səbəbdən də, X9 "xxxx" İKB ASC-yə yaxınlaşıb öz iradını bildirdi və onlar bildirdi ki, borcu həqiqətən də olmadığını müəyyənləşdirmək üçün məhkəməyə müraciət edə bilər. xx.xx.2015-ci il tarixli "xxxx" İKB ASC ilə iddiaçı olaraq X9 arasında bağlanmış 24-G-1-0-28-15 saylı Kredit müqaviləsi hesablanmış faiz və dəbbə borcu hər tərəfli, tam və obyektiv hesablanmadığı üçün cavabdeh tərəfindən X3 tələb olunan 3544.13 azn əsas məbləğ və 1289.31 azn faiz silinməlidir. Çünki, iddiaçı olaraq X9 "xxxx" İKB ASC-yə bütün borcunu ödəmiş və heç bir borcu qalmamışdır. Bu səbəbdən də, "xxxx" İKB ASC-nin qanunsuz olaraq hesabladığı faiz və dəbbə borcu hər tərəfli, tam və obyektiv olmadığı üçün silinməlidir. Sonda ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) X6 və nümayəndəsi X10 ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X7 qarşılıqlı iddia ərizəsini müdafiə edərək bildirdi ki, Cavadova (Hüseynzadə) Aytən Yusif qızı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 24 faizlə 36 ay müddətinə 12600 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 13670.76 ABŞ dolları Mərkəzi Bankın xx.xx.2017-ci il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 24254.66 AZN təşkil edir, kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il aprelin 21-dək Cavadova (Hüseynzadə) Aytən Yusif qızının banka xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3544.13 AZN əsas borc, 1501.84 AZN faiz borcu olmaqla ümumilikdə cəmi 5045.97 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Sonda ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X7 ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələrini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia aşağıda göstərilənlərə əsasən rədd, qarşılıqlı iddia aşağıda göstərilənlərə əsasən isə qismən təmin edilməlidir. Belə ki, Cavabdeh İKB ASC-nin 12 saylı filialı ilə X4 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank A.Cavadovaya 12600 ABŞ dolları məbləğində 36 ay müddətində, illik 26 faiz dərəcəsi ilə kredit ayırmasını öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışından görünür ki, X4 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə qalıq məbləğ 3544.13 manat, faiz borcu üzrə qalıq məbləğ 2212.63 manat təşkil edir. Beləliklə iş materiallarından görünür ki, iddia tələbi iki hissədən ibarətdir. İddiaçı X4 Cavabdeh İKB ASC-yə qarşı “əsassız olaraq hesablanmış faiz borclarının silinməsi tələbi barədə” ilkin iddia ərizəsinə gəldikdə məhkəmə hesab edir ki, aşağıdakılara görə ilkin iddia ərizəsi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan 3 öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borcunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Qeyd olunan maddi hüquq normasının tələblərinə əsaslanan Məhkəmə hesab edir ki, “xxxx” ASC-nin həyata keçirdiyi ödənişlər Bank tərəfindən düzgün olaraq yönəldilmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı öz iddiasına dair təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Buna görə də, Məhkəmə, idiaçının gətirdiyi dəlilləri də əsaslı saymır. İddiaçı Cavabdeh İKB ASC-nin (“xxxx” ASC) cavabdeh X5 qarşı “borcun tutulması tələbi barədə” qarşılıqlı iddia ərizəsinə gəldikdə məhkəmə hesab edir ki, aşağıdakılara görə qarşılıqlı iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - cavabdeh X4 üzərinə düşür. Lakin, mülki işdə cavabdehin öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Məhkəmə tərəfindən təyin edilmiş “Məhkəmə mühasibatlıq ekspertizası” üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/5361 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, X9 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 24-G1-1-0-38-15 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2020-ci il tarixə aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 3522.72 manat, faiz bor üzrə 1465.15 manat”. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Beləliklə, Məhkəmə Azərbaycan Respublikası MM-nin 427, 439, 442, 448, 462, 739-cu maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, əsas kredit borcu olaraq 3522,72 manat əsas borc, 1465,15 manat faiz borcun cavabdehdən tutulmalıdır. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MM-nin 423.2-ci maddəsinə görə “müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, iddiaçı Cavabdeh İKB ASC ("xxxx" ASC) ilə cavabdeh Cavadova (Hüseynzadə) Aytən Yusif qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdeh Cavadova (Hüseynzadə) Aytən Yusif qızından 3522,72 (üç min beş yüz iyirmi ikimanat yetmiş iki qəpik) manat əsas borc, 1465,15 (min dörd yüz altmış beş manat on beş qəpik) faiz borcu tutularaq Cavabdeh İKB ASC-nin (“xxxx” ASC) xeyrinə ödənilməldir. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti MPM-nin 124.1-ci maddəsinə əsasən, Cavadova (Hüseynzadə) Aytən Yusif qızından tutularaq Dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X4 Cavabdeh İKB ASC-yə qarşı “əsassız olaraq hesablanmış faiz borclarının silinməsi tələbi barədə” ilkin iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdeh İKB ASC-nin (“xxxx” ASC) cavabdeh X5 qarşı “borcun tutulması tələbi barədə” qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı Cavabdeh İKB ASC ("xxxx" ASC) ilə cavabdeh Cavadova (Hüseynzadə) Aytən Yusif qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh Cavadova (Hüseynzadə) Aytən Yusif qızından 3522,72 (üç min beş yüz iyirmi iki manat yetmiş iki qəpik) manat əsas borc, 1465,15 (min dörd yüz altmış beş manat on beş qəpik) faiz borcu tutularaq Cavabdeh İKB ASC-nin (“xxxx” ASC) xeyrinə ödənilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul cavabdeh Cavadova (Hüseynzadə) Aytən Yusif qızından alınsın və Cavabdeh İKB ASC-yə(“xxxx” ASC) verilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Cavadova (Hüseynzadə) Aytən Yusif qızından tutularaq Dövlət büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar