Məhkəmə qərarları › İş №2(006)-2665/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2665/2020

21.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2665/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli AN-İ saylı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx xxxxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1, mənzil 90-də uzun müddətdir ki, yaşayır. Cavabdehlərin heç birini tanımır. Mənzil yaşayanda heç bir mülkiyyət barədə sənədləri yox idi. Ümumiyyətlə, onu heç kim narahat etmirdi. Ən azından mənzil kiminsə mülkiyyətində olsa idi, gəlib çıxmağını tələb edərdi. Lakin son vaxtlar ona məlum oldu ki, barəsində Binəqədi rayon məhkəməsinddə iddia qaldırılmışdır. Həmin məhkəmə vaxtı ona məlum olmuşdur ki, mənzil Cavabdeh2 mülkiyyətindədir. Belə ki, Cavabdeh2 ona qarşı iddia qaldırmışdır ki, mənzildən çıxarılsın. Orada bir daha ona məlum olmuşdur ki, mənzili o, digər Cavabdeh1 almışdır. Qonşular da təsdiq edə bilər ki, mənzildə ümumiyyətlə Əfqan və Elman adlı şəxslər yaşamamışlar. Həmin mənzillər yataqxana olmuşdur. Nədənsə mənzilə çıxarış verilmişdir. Mənzildə rəhmətlik atasının və onun yaşamağını qonşular təsdiq edirlər. X1 işləyən zaman həmin mənzildə yaşamışdır. 2018ci il tarixdən də o yaşayır. Həmin mənzilin mülkiyyətə verilməsi özəlləşdirilməsi qanunsuz yollarla verilmişdir. Onların fikri soruşulmamışdır. Cavabdehlər onların xəbəri olmadan mənzili özəlləşdirmiş və qanunsuz alqı-satqı həyata keçirmişlər. Həmin alqı-satqı müqaviləsinin heç bir hüquqi əsası yoxdur. Bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı və onun əsasında verilmiş çıxarış ləğv olunmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ünvan 1, mənzil 90 onun mülkiyyətində olmuş və xx xxxxxxx 2019cu il tarixdə onun tərəfindən digər Cavabdeh2 satılmışdır. İddiaçının tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən 90 saylı mənzili o, Cavabdeh1 aralarında alqı-satqı müqaviləsi bağlamaq yolu ilə almış və mənzilin onun mülkiyyətində olması ilə bağlı xx xxxxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. Hazırda iddiaçının onunla digər cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və onun əsasında verilmiş çıxarışın ləğv olunması ilə bağlı tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Cavabdeh1 mülkiyyətində olan ünvan 1, mənzil 90 ünvanında yerləşən ümumi sahəsi 51.3 kv.metr olan mənzilini 20000 manat qiymətinə alıcı Cavabdeh2 satmışdır. (Reyestrdə 4Ə-1035 No ilə qeyd edilmişdir). İ̇ş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi 7-ci mikrorayon, ev 76, mənzil 90 ünvanında yerləşən ümumi sahəsi 51.3 kv.metr olan yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 329.1 və 329.2-cimaddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.4-ci maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.3-cümaddəsinintələbinəəsasənəhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; İ̇ddiа ərizəsindən və işin məhkəmə iclаsındа müəyyənləşdirilən hаllаrındаn görünür ki, iddiаçı öz iddiа tələbini cаvаbdеhlər arasında оnun illərdir yaşadığı mənzil barəsində onun xəbəri olmadan alqı-satqı müqаviləsi bаğlаmaları və həmin alqı-satqı müqaviləsinin qanunsuz olması ilə əsаslаndırmış, bu səbəbdən də həmin alqı-satqı müqаviləsinin еtibаrsız hеsаb оlunmаsını məhkəmədən хаhiş еtmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, alqı-satqı müqaviləsi daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Cavabdeh2 hal-hazırda mübahisəli mənzilin mülkiyyətçisidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli mənzilə dair xx xxxxxxx 2019-cu il tarixli, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə tam şəkildə əməl edilmişdir. Həmin müqavilə əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh2 həmin mənzili vicdanlı əldə etmişdir və onun mənzil üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Digər tərəfdən iddiaçının 2018-ci il tarixdən həmin mənzildə yaşaması və mənzilin satılması zamanı fikrinin alınmaması ilə bağlı dəlilləri alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin edilməməsi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl edilməsi baxımından qanunidir. Həmçinin nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur; Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar