Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2670/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “xxxxxxxxxxxxxxxx” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “xxxxxxxxxxxxxxxx” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ASC-nin əməkdaşlarının tərtib etdikləri xx xxxxxx 2020-ci il tarixli NDM 018099 saylı aktın ləğv edilməsi və Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi 42E nömrəli evin **********T042E saylı abunə hesabından 713,22 manat xxxxxxxxxxxxxxxx barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh “xxxxxxxx” ASC tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi 42E nömrəli evə elektrik enerjisi verilişinin dayandırılmasını cavabdeh “xxxxxxxx” ASC-yə qadağan edilmişdir. Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X2 tərəfindən Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş və mülki iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Səbail rayonu, İ.Məmmədov küçəsi ev 13 mənzil 1-də qeydiyyatda olsa da, faktiki olaraq Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi ev 42E-də 4 nəfər ailə üzvləri ilə yaşayır. Yaşadığı ev öztikili ev olsa da, bütün komunal xidmətləri varş Evi iddiaçı qaçqın statusu olan şəxsdən 2017-ci ilin iyun ayında almışdır. Aylıq elektrik enerjisi serfiyyatı 6-10 manat, bəzi hallarda 15-20 manat olmuşdur. Kommunal xidmətlərin haqqını, o cümlədən elektrik enerjisi haqqını vaxtlıvaxtında ödəmişdir. 2019-cu ilin fevral ayının 15-17 tarixlərində ailəlikcə rayonda olmuş, 18 tarixində qayıdarkən evin işığının yanmadığını görmüş, həyətdən çöldə quraşdırılmış elektrik sayğacına baxarkən, sayğacın yerində olmadığını, qutunun qapısını açıq vəziyyətdə görmüşdür. Gecə qaranlıqda qalmasın deyə şunuru bir-birinə bağlamış, evin işığı yanmış, sonra nəzarətçiyə zəng vuraraq bildirişin təzə verildiyini, borcu olmadığı halda sayğacın niyə çıxarıldığını soruşmuşdur. İddiaçıya bildirilmişdir ki, narahat olmasın, gəlib yerində baxacaqlar, akt yazarlar, yeni sayğac quraşdırarlar. 21 fevral tarixində həyətin çöl qapısında bükülü kağız görmüş və ona məlum olmuşdur ki, sayğacın olmamasına görə ASC-nin iki əməkdaşı heç kimə xəbər vermədən akt tərtib etmişlər. Akta elektrik işlədicilərinin şəbəkəyə birbaşa sayğacsız qoşulması göstərilmişdir. 25 fevral tarixində isə zəng edib həmin akta görə iddiaçıya 713,22 manat cərimə hesablandığını, borcun qısa vaxtda ödənilməsini, ödəməyəcəyi halda isə elektriki kəsəcəklərini bildirdilər. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 qeyd etmişdir ki, Səbail rayonu Elektrik şöbəsinin nəzarətçisi vəzifəsində işləyir. Xidmət etdiyi ərazidə iddiaçı yaşayır. Hər ay olub ki, növbətçi kimi işə çıxıb. Ona məlumat veridi ki, iddiaçının yaşadığı ünvanda işıq kəsilib. Sonra məlum oldu ki, ümumiyyətlə həmin ünvana sayğac quraşdırılmayıb. Qonşuluqdan iddiaçının yaşadığı mənzilə işıq çəkildi. Səhərisi gün o idarəyə məlumat vermiş və bu barədə akt tərtib edildi. 3 gündən sonra həmin üvnana gələrək akt tərtib edilmiş və sayğacla bağlı cərimə yazılmışdır. O, da bu barədə iddiaçıya məlumat vermişdir. İddiaçı isə öz növbəsində onun heç bir şeydən məlumatı olmadığı bildirdi. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxxxxxx” ASC-nin xx xxxxxx 2012-ci il tarixli abunə haqqında çıxarışdan görünür ki, abunə kodu olan **********T042E 715,78 manat enerji haqqı borcu olduğu qeyd edilmişdir. “xxxxxxxx” ASCnin X4 Nəzarət İdarəsi abunə kodu olan **********T042E üzrə xx xxxxxx 2020-ci il tarixli NDM 018099 saylı akt tərtib etmişlər, pozunluq “EEİQ-na uyğun olaraq elektrik uçot komplektinə baxış keçitən zaman məlum oldu ki, fərdi yaşayış evində elektrik istifadəçiləri şəbəkəyə birbaşa sayğacsız qoşuluq” kimi qeyd edilmişdir. Beləki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Odurki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “xxxxxxxx” ASC-nin əməkdaşlarının tərtib etdikləri xx xxxxxx 2020-ci il tarixli NDM 018099 saylı akt ləğv edilməli və Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi 42E nömrəli evin **********T042E saylı abunə hesabından 713,22 (yeddi yüz on üç manat iyirmi iki qəpik) manat borc məbləği silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “xxxxxxxx” ASC-nin əməkdaşlarının tərtib etdikləri xx xxxxxx 2020-ci il tarixli NDM 018099 saylı akt ləğv edilsin və Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi 42E nömrəli evin **********T042E saylı abunə hesabından 713,22 (yeddi yüz on üç manat iyirmi iki qəpik) manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2670/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2670/2020
28.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver