Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-269/2022 25.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, Ərizəçi, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan 07.03.1992-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun üzərinə Ərizəçi qəyyum təyin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X9 ilə 07.07.1990-cı il tarixdə rəsmi nikaha girmişlər. Nikahlarından 2 (iki) oğlan və 1 (bir) qız övladları anadan olmuşdur. Övladı olan X10 oğlu hal-hazırda uzun sürən psixi xəstəlikdən əziyyət çəkir. Həyat yoldaşı X9 30.04.2015-ci il tarixdə ‘‘qəfləti ölüm” nəticəsində vəfat etmişdir. Buna görə ailənin bütün yükü üzərinə düşmüşdür. Qeyd olunan xəstəliyi görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirilİyi tərəfindən 15.01.2021 -cİ il tarixdə Əvəz Hüseynliyə ümumi səbəbdən müddətsiz ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmiş və həkimlər tərəfindən qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta kəmağıllıq, imbesillik kobud davranış pozuntuları ilə “Autizm” spektrli pozuntu istisna olunmayan diaqnozu qoyulmuşdur. Onun övladına qulluq etməyi rəsmiləşdirilməli və Əvəz Hüseynlinin üzərinə o qəyyum kimi təyin olunmalıdır. Qeyd olunan məzmunda ərizə ilə maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilİk Komissiyasına müraciət etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilİk Komissiyası tərəfindən ona ünvanlanmış 17 may 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, məhkəmə tərəfindən X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildikdən sonra onun üzərində qəyyumluq təyin edilməsi məsələsinə baxıla bilər. Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 07.03.1992-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Nəsimi rayonu qeydiyyat şöbəsi tərəfindən 07.07.1990-cı il tarixdə verilmiş V-ЖГ seriyalı 389743 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X9 17.08.1990-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 762 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. Nəsimi rayon VVADQ şöbəsi tərəfindən 06.10.1999-cu il tarixdə verilmiş İ-AZ seriyalı, 080044 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 07.03.1992ci ildə anadan olmuş, atası X9, anası Ərizəçidır. Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan 01.04.2021-ci il tarixli çıxarışdan görünür ki, X10 15.01.2021-cı il tarixdə müayinə olunmuş və ona ümumi xəstəlikdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsinin 21.12.2021-ci il tarixli, 3051 saylı rəyindən görünür ki, X6 «orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə» (F71.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (ağıl zəyifliyi ilə əlaqədar olaraq formal təhsil alması, psixofiziki inkişafının həmyaşıdlarından xeyli geri qalması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (bələdliyinin pozulması, davranışın qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. X6 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. 07.03.1992-ci il təvəllüdlü X10 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onlan şüurlu idarə etmək iqtidarına malik deyildir. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə müəyyən olundu ki, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü, 317.2-ci, 317.3cü, 318.2-ci və 321.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 07.03.1992-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07.03.1992-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-269/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-269/2022
25.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver