Məhkəmə qərarları › İş №2(006)-2691/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2691/2024

12.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2691/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nı̇ n cavabdeh Hacıyeva Aybənı̇ z Şamxal qızına qarşı "borc tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov 11/13 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsi üçün Cavabdeh 25 may 2020-ci il tarixdən 29 fevral 2024-cü il tarixinə kimi olan 1080 (bir min səksən) manat kommunal xidmətlərə görə olan borcun və 40 (qırx) manat dövlət rüsumu olmaqla 1120 (bir min yüz iyirmi) manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli qərarına əsasən Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 05 sentyabr 2016-cı il tarixdə bağlanmış müqavilənin icrası ilə əlaqədar "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda 39,2 kv.metrdən ibarət qəzalı mənzildə yaşamış “mülkiyyətçi” Cavabdeh bu mənzilin əvəzinə Abbas Zamanov 11/13 ünvanında 2-ci giriş, 6-cı mərtəbəsində, 1 saylı 81,5 kv.m ibarət mənzil verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov 11/13 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin xx.xx.2023-ci il tarixli ümumi yığıncağının qərarı ilə sözügedən binanın idarə edilməsi və kommunal xidmətlərinin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Cavabdeh 25 may 2020-ci il tarixindən etibarən yuxarıda qeyd olunan mənzili təhvil almış və bu ünvanda yaşayır. Tərəflərindən Cavabdeh binanın idarə edilməsi və zəruri xərclərinin qarşılanması üçün kommunal idarəetmə müqaviləsinin bağlanması və ödənişi etməsi haqda dəfələrlə təkliflər verilmiş və xəbərdarlıq edilmişdir. Lakin bu günə kimi Cavabdeh ona edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən üzərinə düşən vəzifələrini icra etməkdən boyun qaçırır. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh tutulacaq 1120 (bir min yüz iyirmi) manat məbləğində pulun artırılması və Cavabdeh 1265 (bir min iki yüz altmış beş) manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC-nin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iştirak edərək iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh maddi vəziyyətinin aşağı olması səbəbindən kommunal ödənişləri ödəyə bilmədiyini bildirərək, əgər kommunal ödənişlərin məbləği azalarsa əvvəlki ödənişlər silinərsə bundan sonra ödəyəcəyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov 11/13 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin xx.xx.2023-ci il tarixli ümumi yığıncağının protokolundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov 11/13 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış kompleksinin idarə edilməsi və kommunal xidmətlərinin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək kommunal xidmətlərə görə aylıq 24 manat məbləğində olan ödənişi etməmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 45 ay müddətində cəmi 1080 manat borcu yaranmışdır. "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən Hacıyeva Aybənı̇ z Şamxal qızına ünvanlanmış kommunal borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək kommunal xidmətlərə görə ödənilməmiş borcu barədə xəbərdar edilmişdir. 10 gün müddətinə borcun ödənilməsi xahiş edilmişdir. Əks halda yaranmış borcun məhkəmə qaydasında tutulacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixi ödəniş qəbzindən görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, Hacıyeva Aybənı̇ z Şamxal qızının yaşadığı ev "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən kommunal xidmət ilə təmin edilir. Lakin cavabdeh tərəfindən xidmət haqqı ödənilmədiyindən, nəticədə onun "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə borcu yaranmışdır. Hazırda iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti cavabdeh Hacıyeva Aybənı̇ z Şamxal qızından 1265 (bir min iki yüz altmış beş) manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulmasını tələb edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 43, 45-ci maddələrinə əsasən, məcəllənin tələblərinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək aiddir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. - 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. - 120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. - 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir. - 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. - 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. - 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. - 137.7-ci maddəsinə görə bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. - 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. - 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. - 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. - 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. - 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. -141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Məhkəmə qeyd edir ki, iş materialllarından da göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov 11/13 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumu səslərin əlli faizdən çoxuna malik olan sahə mülkiyyəçilərinin iştirakı ilə keçirilmiş xx.xx.2023-ci il tarixli ümumi yığıncağının qərarı ilə həmin binanın idarə edilməsi və kommunal xidmətlərinin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Cavabdeh 25 may 2020-ci il tarixindən etibarən yuxarıda qeyd olunan binada mənzilini təhvil almış və bu ünvanda yaşayır. İddiaçı tərəfindən dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, kommunal xidmətlərlə bağlı müqavilə bağlanılması təklif edilmiş həmçinin ona kommunal xidmətlərə görə yaranmış borcun hissə-hissə ödənilməsi təklif olunmuşdur. Lakin buna baxmayaraq yaranmış borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfindən heç bir müsbət addım atılmamış, cavabdeh öz üzrərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Göründüyü kimi, idarəçiliyin və kommunal xidmətlərinin göstərilməsi İddiaçı MMC-yə həvalə olması yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından iddiaçının cavabdehdən kommunal ödənişləri tələb etməkdə haqlı olmasına dəlalət etməklə, cavabdehin bu ödənişləri etməməyi üçün əsas yaratmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Bu Məcəllənin 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1265 (bir min iki yüz altmış beş) manat məbləğində borc cavabdeh Hacıyeva Aybənı̇ z Şamxal qızından tutularaq iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Borc üzrə 1265 (bir min iki yüz altmış beş) manat məbləğində pul cavabdeh Hacıyeva Aybənı̇ z Şamxal qızından tutularaq iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar