Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2694/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh1nə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 25.1*.2*2*-ci il tarixində su sayğacına baxış keçirilərkən nəzarətçi Əliyev Orxan tərəfindən qanunsuz cərimə yazılıb. Bütün su xətləri sayğacdan keçir. Həyətdə sanitar qovşağında paslanmış köhnə su kranını (iddiaçıdan kəlbətin alıb onunla açdı) açaraq şəklini çəkib ona bildirmədən 196 manat cərimə yazıb. Halbuki, sanitar qovşaqda da su sayğacdan keçir. Həyətə Orxan tək gəlmişdi, yazılan akta 3 nəfər qol çəkib. İddiaçının bu ərizəni 2 ildən sonra məhkəməyə verməyinin səbəbi odur ki, o, hər dəfə məhkəməyə vermək üçün Nəsimi rayon Su Kanal idarəsindən arayış tələb edəndə idarənin rəisi Elşən müəllim ona deyirdi ki, qoy qalsın ləğv edərik. Hal-hazırda idarənin rəisi dəyişib və iddiaçı hazırki rəis Vüsal Musayevə müraciət edib bu arayışı almışdır. Göstərilənlərə əsasən, 22 oktyabr 2*21-ci ildə *8454* nömrəli akt ilə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 1*, ev 7 ünvanında yerləşən X4 adına tərtib edilmiş aktın ləğv edilməsini və akt əsasında yazılan 191,82 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Cavabdeh2 ASC Nəsimi Rayon Sukanal İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 19 aprel 2*23-cü il tarixli cavab məktubundan görünür ki, Əlibəy Hüseynzadə küçəsi, dalan 1*, ev 7, *5156**71**** abonent koduna məxsus ünvana Nəsimi rayon SKİ əməkdaşları tərəfindən baxış keçirilən zaman sayğacdan keçməyən d=2* mm su xətti aşkar olunmuş və buna görə də 2*.1*.2*21-ci il tarixində abonentə dəymiş ziyan aktı tərtib edilmişdir. Akta təkrar baxış keçirilmiş və aktın düzgün tərtib olunduğu təsdiqlənmişdir. Mülki işin materiallarında olan Cavabdeh2 ASC Nəsimi rayon sukanal idarəsi tərəfindən verilən hesab fakturadan görünür ki, Əliyev Dadaşa məxsus *5156**71**** nömrəli abonent koduna qalıq borc kimi 191,82 manat məbləğində borc yazılmışdır. Mülki işin materiallarında olan Cavabdeh2 ASC Nəsimi rayon sukanal idarəsinin əməkdaşları tərəfindən tərtib edilən 22 oktyabr 2*21-ci il tarixli, *8454*№-li aktdan görünür ki, Əlibəy Hüseynzadə küçəsi, dalan 1*, ev 7A ünvanına baxış keçirilmiş və məlum olmuşdur ki, həmin ünvanda sayğacdan kənar d=2* mm əlavə su xətti aşkar edilmiş, video çəkiliş çəkilərək akta əlavə olunmuşdur. Evin (mənzilin) nümayəndəsi Dadaş Əliyev aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan 1*.*7.2*23-cü il tarixli abonent kartından görünür ki, *5156**71**** saylı abonent koduna 196,82 manat məbləğində yekun borc qeyd edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır; 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*14-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə *6.*1.2**7-ci il tarixli *4 nömrəli qərarın 4-cü bəndinə əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, 22.1*.2*2*-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 1*, ev 7 ünvanında yerləşən su sayğacına Cavabdeh2 ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış nəzarətçi Əliyev Orxan tərəfindən keçirilmiş və *8454* saylı akt tərtib edilmişdir. Nəzarətçi həmin ünvanın həyətində yerləşən sanitar qovşağında paslanmış köhnə su kranını açaraq şəklini çəkib və istehlakçıya bildirmədən ona 196 manat cərimə yazıb. Halbuki, sanitar qovşaqda da su sayğacdan keçir. X6 tərəfindən keçirilmiş, lakin yazılan akta 3 nəfər qol çəkib. Beləliklə, *8454* saylı akta əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 1*, ev 7 ünvanında yerləşən sayğacdan keçməyən d-2* mm-lik qeyri-qanuni xətt aşkar edilmiş və iddiaçıya cərimə hesablanmışdır. İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.*7.2*14-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən STTSAS-a (su təchizatı və tullantı sularının axıdılması sistemləri) qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) hüququdur. Həmin Qaydaların 2.1.3-cü bəndinə əsasən fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 5.1.1-ci bəndinə əsasən qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək istehlakcının hüququdur. Məhkəmə qeyd edir ki, abunə kodu *5156**71**** olan Abonent kartı sənədə əsasən iddiaçının mənzilinə 22.1*.2*21-ci il tarixdə akt tərtib edildiyi və akta əsasən 191,82 manat borcun hesablandığı göstərilsə də, həmin aktın imzalanmasından evin sahibi imtina etmiş, aktın bir nüsxəsini istehlakçıya təqdim etməmiş və həmin akt əsasında iddiaçıya 191,82 manat məbləğində borcun hesablanmasına dair sənədləri, o cümlədən onun əsasları və hesablanması qaydası ilə əlaqədar sübutları da cavabdeh məhkəməyə təqdim edə bilmədi. Bundan başqa, cavabdeh istehlakçı tərəfindən su sayğacına hər hansı bir müdaxilə edilməsi barədə sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, *5156**71**** saylı abonent koduna yazılmış 191,82 manat məbləğində cərimə əsassızdır və iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kırni istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq rnəhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Nəsimi rayon Su Kanal İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 1*, ev 7 ünvanında yerləşən X4 adına tərtib edilmiş 22.1*.2*21-ci il tarixli, *8454* nömrəli akt ləğv edilməli, həmin akt əsasında hesablanmış 191,82 (yüz doxsan bir manat, səksən iki qəpik) manat məbləğində cərimə silinməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Nəsimi rayon Su Kanal İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 1*, ev 7 ünvanında yerləşən X4 adına tərtib edilmiş 22.1*.2*21-ci il tarixli, *8454* nömrəli akt ləğv edilsin. Həmin akt əsasında hesablanmış 191,82 (yüz doxsan bir manat, səksən iki qəpik) manat məbləğində cərimə silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2694/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2694/2023
25.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver