Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-271/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs3 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” MMC-ni, Maraqlı şəxs2 və Maraqlı şəxs3 cəlb etməklə Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” MMC-ni, Maraqlı şəxs2 və Maraqlı şəxs3 cəlb etməklə Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçının, eləcə də iddiaçı ilə üçüncü şəxslər və digərləri arasında bağlanmış və 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-185/2-5 saylı xx xxxxxx 2008-ci il tarixli qərardadı ilə təsdiq edilmiş xx.xx.2008-ci il tarixli barışıq sazişinə əsasən cavabdeh ilə iddiaçı arasında əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlar barəsində mübahisə qarşılıqlı güzəştlər yolu ilə həll olunmuşdur. Sözügedən barışıq razılaşması haqqında müqavilələrə əsasən bu müqavilənin 2.1, 2.2-ci bəndləri ilə müəyyən edilmiş bütün tələblərdən qarşılıqlı imtinanın əvəzi olaraq Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 50 saylı evin 203 saylı mənzilin və ona aid çardaq otaqlarının üzərinə qoyulmuş həbsin götürülməsi, bu mənzil və ona aid çardaq otaqların cavabdehin mülkiyyətində saxlanılması, həmin mənzil və çardaq otaqlarının cavabdehin mülkiyyətində saxlanılmasının əvəzi olaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 1994-cü il tarixli, 846 saylı sərəncamı ilə “xxxx” MMC-yə ayrılmış və xx xxxx 2000-ci il tarixli, JN-0526 kod00800003 saylı dövlat aktı ilə daimi istifadə hüquqları dövlət qeydiyyatına alınmış 19 sot torpaq sahəsinin 1/2 hissəsinin, yəni 9,5 sotunun cavabdehin adına, qalan 1/2 hissəsinin isə, yəni 9.5 sotunun iddiaçının və digərlərinin adına sənədləşdirilməsi, bu sənədləşdirmə üçün tələb olunan bütün zəruri xərclərin 250.000 ABŞ dolları miqdarından artıq olmayan məbləğinin cavabdeh tərəfindən ödənilməsi, “xxxx” MMC-yə məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrarayon bazarının yaxınlığındakı 2 saylı çamaşırxananın həyətində, A.Mustafayev küçəsı, 3014-cü məhəllə ünvanında yerləşən 1,2,3-cü anbar kimi istifadə olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin cavabdeh tərəfındən onun özünün vəsaiti hesabına 4.000.000 ABŞ dollarının manata olan məzənnəsi miqdarından az olmayan qiymətə satılması üçün alıcı ilə temin edilməsi, bu vəsaitin, yəni 4.000.000 və ya ondan yuxan olan ABŞ dollarının manata olan məzənnəsi miqdarındakı pul vəsaitinin 2.000.000 ABŞ dollarının, eləcə də 2.000.000 ABŞ dollarından artıq əldə edilmiş məbləğinin yarısının “xxxx” MMC-yə, qalan məbləğinin isə cavabdehə çatması “xxxx” MMC-nin təsisçilərindən biri olaraq iddiaçının və digərlərinin sözügedən müqavilənin 2.5-ci bənddə göstərilən əmlakın 4.000.000 ABŞ dollarının manata məzənnəsi miqdarında pul vəsaitindən az olmayan qiymətə satılmasına köməklik göstərmələri və həmin məbləğ “xxxx” MMC-yə ödənildikdən sonra bunun üçün tələb olunan bütün sənədlərin imzalanacağı (bənd 2.7), istinad olunan xx.xx.2008-ci il tarixli barışıq razılaşması haqqında müqavilənin 2.5-ci bəndində nəzərdə tutulmuş əmlakın cavabdeh tərəfindən satılması üçün alıcı tapılanadək həmin əmlakın “xxxx” MMC-nin faktiki sahibliyində və istifadəsində qalması və s. xüsusatlar barədə razılığa gəlinmişdir. İddiaçı tərəfindən sözügedən barışıq razılaşması ilə üzərinə götürdüyü öhdəliklərini vaxtında və layiqincə etsə də, cavabdeh bu sazişlə üzərinə götürdüyü öhdəliklərini ümumıyyətlə icra etməmiş, beləliklə də barışıq razılaşmasının 2.3-cü bəndində göstərilən, hazırkı barışıq razılaşmasının digər şərtlərinin əvəzi olaraq mülkiyyətində saxladığı mənzilin və ona aid çardaq otaqlarının dəyəri məbləğində iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, göstərilən mənzil və ona aid çardaqlar iddiaçıya məxsus olmuşdur. cavabdeh sözügedən barışıq razılaşmasının hüquqi nətivələrinə əsasən əldə etdiyi mənzilini və ona aid çardaq otaqlarını digər üçüncü şəxslərə satmış və satışından əldə olan pul vəsaitini götürmüş və şəxsi məqsədləri üçün xərcləmişdir. xx.xx.2008-ci il tarixli barışıq razılaşmasının yaratdığı hüquqi nəticələrdən görünür ki, əvəzi bu və ya digər şəkildə iddiaçıya ödənilməyən mənzildən və ona aid çardaq otaqlarından məhrum olmuşdur. Həmin mənzilin bazar dəyəri 720.000 manat məbləğindədir. Göstərilənlərə əsasən cavabdehdən iddiaçının xeyrinə 720.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və digər müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə mülki işə cavabdehin və digər müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs3 iddiada göstərilənlərə əsasən cavabdehin iddiaçıya pul verməsini təsdiq edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2008-ci il tarixli Barışıq sazişinin 2.3-cü bəndindən görünür ki, bu razılaşmanın 2.1, 2.2-ci bəndləri ilə müəyyən edilmiş bütün tələblərdən qarşılıqlı imtinanın əvəzi olaraq Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 50 saylı evin 203 saylı mənzilin və ona aid çardaq otaqlarının üzərinə qoyulmuş həbs götürülmüş, bu mənzil və ona aid çardaq otaqların cavabdehin mülkiyyətində saxlanılmışdır. İşdə olan 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-185/2-5 saylı xx xxxxxx 2008-ci il tarixli qərardadından görünür ki, xx.xx.2008-ci il tarixli Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxx 2008-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 50 saylı evin 203 saylı mənzili X1. İşə əlavə olunmuş “xxxx” MMC-nin “Daşınmaz əmlakın (mənzilin çardaqla (mansardla birlikdə) qiymətləndirilməsi barədə” Hesabatına əsasən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 50 saylı evin 203 saylı mənzilin çardaqla birlikdə bazar qiyməti 288.000 manat, likvid qiyməti 230.000 manat müəyyən olunmuşdur. Qiymətləndirmə tədqiqatının dəyəri 400 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 50 saylı evin 203 saylı mənzil və ona aid çardaq otaqları xx.xx.2008-ci il tarixli Barışıq sazişi ilə cavabdehin mülkiyyətində saxlanılmış və sözügedən barışıq sazişi 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-185/2-5 saylı xx xxxxxx 2008-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. Cavabdeh həmin mənzili xx xxxxx 2008-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, tələb etdiyi maddi ziyanın məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı mənzilin ona məxsus olmasını bildirsə də, tərəflər arasında bağlanmış barışıq sazişində bu hal müəyyən olunmur. Çünki, barışıq sazişinin 2.3-cü bəndinin məzmunundan göründüyü kimi həmin mənzil barışıq sazişi ilə cavabdehin mülkiyyətinə verilməmiş, onun mülkiyyətində saxlanılmışdır. Yəni mənzil cavabdehin mülkiyyətinə barışıq sazişi ilə keçməmiş, əvvəldən onun mülkiyyətində olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh mülkiyyətində olan əmlaka sərəncam verilmək hüququna malik olmaqla, bu, onun qanunla qorunan hüququdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı cavabdehdən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” MMC-ni, Maraqlı şəxs2 və Maraqlı şəxs3 cəlb etməklə Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, İş üzrə aparılmış qiymətləndirmə tədqiqatının dəyəri - ümumilikdə 400 (dörd yüz) manat İddiaçı tutularaq “xxxx” MMC, VÖEN **********, AZ65UBAZ**********0060AZN001, "UNİBANK" KB-nin 11 saylı Dərnəgül filialı, KOD502058 VÖEN **********, Müxbir hesab AZ46NABZ******************** SWİFT NABZAZ2C hesabına , iş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri 300 (üç yüz) manat İddiaçı tutulub "xxxx" MMC, VÖEN **********, AZE30AZRT********************, "xxxx" ASC Yasamal filialı, KOD: 512565 VÖEN: **********, Müxbir hesab: AZE02NABZ******************** SWİFT: AZRTAZ22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” MMC-ni, Maraqlı şəxs2 və Maraqlı şəxs3 cəlb etməklə Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış qiymətləndirmə tədqiqatının dəyəri - ümumilikdə 400 (dörd yüz) manat İddiaçı tutularaq “xxxx” MMC, VÖEN **********, AZ65UBAZ**********0060AZN001, "UNİBANK" KB-nin 11 saylı Dərnəgül filialı, KOD502058 VÖEN **********, Müxbir hesab AZ46NABZ******************** SWİFT NABZAZ2C hesabına köçürülsün. İş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri 300 (üç yüz) manat İddiaçı tutulub "xxxx" MMC, VÖEN **********, AZE30AZRT********************, "xxxx" ASC Yasamal filialı, KOD: 512565 VÖEN: **********, Müxbir hesab: AZE02NABZ******************** SWİFT: AZRTAZ22 hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-271/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-271/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver