Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2712/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 və Baxşəlı̇ yev Nı̇ yaz Salman oğluna qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsi və Bakı şəhəri 24 saylı Notariat Kontoru müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı qəyyumu Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 və Baxşəlı̇ yev Nı̇ yaz Salman oğluna qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsi və Bakı şəhəri 24 saylı Notariat Kontoru müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin - X6 miras qalmış ** FL *** dövlət nömrə nişanlı, TOYOTA LAND-CRUİSER minik avtomobilinin onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh1 adına rəsmiləşdirilməsi, avtomobilinin satışı üçün Cavabdeh1 tərəfindən Cavabdeh2 verilmiş etibarnamənin ləğv edilməsi, ** FL *** dövlət nömrə nişanlı, TOYOTA LAND- CRUİSER minik avtomobilinin X8 adına olan qeydiyyatın bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2020-ci il dekabr ayının 17-də qızı Aysunun atası X16 rəhmətə getmişdir. Aysu həm vəsiyyət, həm də qanun üzrə vərəsə olduğundan 29 yanvar 2021-ci il tarixində miras əmlakının qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair ərizə ilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində natoriat ofisinə müraciət etmişlər. Həmin gün X8 adından miras açılmışdır. X6 miras qalmış nəqliyyat vasitələri ilə bağlı ətraflı məlumatın alınması üçün AR DİN BDYPİ-nə ünvanlanmış vəkil sorğusuna aldıqları cavabda, M.Ü.Yusifovun adına qeydiyyata alınmış ** FL *** dövlət nömrə nişanlı, TOYOTA LAND-CRUİSER minik avtomobilinin, 08 yanvar 2021-ci il tarixində onun adından qeydiyyatdan çıxarılması qeyd olunmuş, səbəb isə vərəsəlik şəhadətnaməsi göstərilmişdir. Mirasın hələ açılmadıği bir vaxtda vərəsəlik şəhadətnaməsinin artıq mövcud olması onlarda əsaslı şübhələr yaratdığından, AR DİN BDYPİ-nə sözügedən vərəsəlik şəhadətnaməsi barədə ətraflı məlumatın verilməsinə dair vəkil tərəfindən növbəti vəkil sorğusu ünvanlanmışdır. AR DİN BDYPİ-dən 19 fevral 2021-ci il tarixli sorğuya 20 fevral 2021-ci il tarixində cavab olaraq bildirilmişdir ki, sözügedən avtomobil Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən 05 yanvar 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X8 adından qeydiyyatdan çıxarılaraq Cavabdeh1 adına rəsmiləşdirilmiş, daha sonra isə satış üçün Cavabdeh1 adından qeydiyyatdan çıxarılaraq etibarnamə əsasında Cavabdeh2 verilmişdir. Həmin gün onlar yuxarıda qeyd olunan vərəsəlik şəhadətnaməsi ilə bağlı Bakı şəhəri 24 saylı natoriat ofisinə sorğu ilə müraciət etmişlər. 22 fevral 2021-ci il tarixində həmin notariat ofisi tərəfindən vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, X8 adından elektron informasiya sistemində yoxlama aparılmış, lakin mərhumun adından 24 saylı notariat ofisində miras açılmamış, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Göründüyü kimi miras əmlak, saxta vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras qoyanın adından qeydiyyatdan çıxarılmış, daha sonra isə özgəninkiləşdirilmişdir. İddiaçı qəyyumu Qanuni nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 05 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin - X6 miras qalmış ** FL *** dövlət nömrə nişanlı (hazırda MG774TR21 tranzit nömrə nişanlı) TOYOTA LAND-CRUİSER minik avtomobilinin onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh1 adına rəsmiləşdirilməsinin və avtomobilin satışı üçün Cavabdeh1 tərəfindən Cavabdeh2 verilmiş etibarnamənin ləğv edilməsi, BAN № JTMHU09J4D4078878 olan TOYOTA LAND-CRUİSER minik avtomobilin ** FL *** dövlət nömrə nişanının bərpa edilərək, avtomobilin X8 adına olan qeydiyyatın bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, AR DİN BDYPİ tərəfindən vəkil sorğusuna verilmiş 28.05.2021-ci il tarixli, 016-60474-1221 saylı cavab məktubundan onlara məlum olmuşdur ki, mübahisəli avtomobil satış üçün Cavabdeh1 adından qeydiyyatdan çıxarılaraq, etibarnamə əsasında Cavabdeh2 verildikdən sonra, avtomobilə MG774TR21 tranzit nömrə nişanı verilmiş və hal-hazıra kimi heç kimin adına qeydiyyata alınmamışdır. Bu isə, gələcəkdə iddianın təmin olunduğu təqdirdə qəbul ediləcək qətnamənin icrasını çətinləşməməsi üçün iddia ərizəsinin dəqiqləşdirilməsi zərurətini yaratmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X13 yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs ünvan 1 ünvanlanlayaraq bildirmişdir ki, mərhum-X8 adından 24 saylı notariat ofisində miras açılmamış, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Odur ki, növbəti tarixə təyin edilən mülki iş üzrə məhkəmə iclasına onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlərə və digər üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə cavabdehin və digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. DİN BDYPİ QİŞ tərəfindən 04.05.2015-ci il tarixdə verilmiş AC 469241 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-FL-*** dövlət nömrə nişanlı «Toyota Land- Cruıser minik» markalı avtomaşının sahibi X10r. Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 09.06.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 555614 saylı doğum haqqında şəhadətnamənin və AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası Qanuni nümayəndədır. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.01.2021-ci il tarixli, AZ-İİ 126147 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 17.12.2020-ci il tarixdə dəqiqləşdirilməmiş pnevmoniya səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22.12.2020-ci il tarixdə 1545 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 24 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş, reyestrdə 2-V-61 nömrə ilə qeyd edilmiş 05.01.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 17.12.2020-ci il tarixdə ölmüş X8 vərəsəsidir və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 04.05.2015-ci il tarixdə verilmiş AC 469241 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-FL-*** dövlət nömrə nişanlı «Toyota Land- Cruıser minik» markalı avtomaşının miras qoyan X11 məxsus tam payından ibarətdir. X8 Azərbaycan Respublikası DİN BDYPİ Qİİ-yə ünvanladığı 23.01.2021-ci il tarixli ərizədən görünür ki, o, ona məxsus **-FL-*** dövlət nömrə nişanlı «Toyota Land-Cruıser minik» markalı avtomobilin onun adından satış üçün qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. 23.01.2021-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 məxsus **-FL-*** dövlət nömrə nişanlı «Toyota Land-Cruıser minik» markalı avtomobilin idarə edilməsi üçün bəzi səlahiyyətlər 21.01.2022-ci ilədək Cavabdeh2 verilmişdir. İddiaçı əvəzinə Qanuni nümayəndə tərəfindən 3 saylı Bakı Asan Xidmət mərkəzində notariat ofisinə ünvanlanmış və notarial qaydada təsdiq edilmiş 29.01.2021-ci il tarixli ərizədən görünür ki, o - İddiaçı, ünvan 3ünvanında yaşamış "17" dekabr 2020-ci il tarixdə ölmüş atası X6 qalmış miras əmlakı qəbul edir. Miras əmlak: mənzildən, nəqliyyat vasitəsindən, qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edilmişdir. Bildirir ki, ondan başqa aşağıdakı vərəsələri vardır: oğlu Cavabdeh1 (Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi, ev 18B), oğlu X9, oğlu X15, qızı X12. Göstərilən əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini tərəfindən vəkil Emil Mehdiyevə ünvanlanmış 20.02.2021-ci il tarixli məktubdan görünür ki, DİN-in Baş X25i idarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə «TOYOTA LAND- CRUİSER» markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil 08 yanvar 2021-ci il tarixdə Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən 05 yanvar 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X8 adından qeydiyyatdan çıxarılaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Sözügedən «TOYOTA LAND-CRUİSER» markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil 23.01.2021-ci il tarixdə satış üçün Cavabdeh1 adından qeydiyyatdan çıxarılmışdır (kompüter çıxarışı əlavə olunur). Həmçinin bildirirlər ki, normativ hüquqi sənədlərin tələblərinə görə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı) nəqliyyat vasitələrinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin (alqı-satqı müqaviləsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və s.) surətini almağa yalnız təhqiqat, istintaq, məhkəmə orqanlarının hüququ vardır. ünvan 4 ünvanlanmış 22.02.2021-ci il tarixli məktubdan görünür ki, mərhum - X8 adından elektron informasiya sistemində 05.01.2021-ci il tarixindən 22.02.2021-ci il tarixinə qədər yoxlama aparılmışdır. Mərhumun adından 24 saylı notariat ofisində miras açılmamış, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini tərəfindən vəkil Emil Mehdiyevə ünvanlanmış 28.05.2021-ci il tarixli məktuba əlavə edilən kompüter uçot bazasından çıxarışdan görünür ki, «TOYOTA LAND-CRUİSER» markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil 08.01.2021-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 adından qeydiyyatdan çıxarılmış və Cavabdeh1 adına rəsmiləşdirilsə də, 23.01.2021-ci il tarixdə satış üçün yenidən qeydiyyatdan çıxarılmışdır. Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Vərəsəlik hüquq münasibətləri şəxsin öldüyü andan yarandığından, baxılan mülki mübahisəyə də miras qoyanın öldüyü vaxt qüvvədə olan qanunvericilik tətbiq olunmalıdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, X14 17.12.2020-ci il tarixdə vəfat etmişdir. Qızı İddiaçı 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinə 29.01.2021-ci il tarixdə ərizə ilə müraciət edərək atası X6 qalmış miras əmlakı qəbul etdiyini, eyni zamanda ondan başqa Cavabdeh1, X9, X15 və X4 da vərəsə olduğunu bildirmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 24 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş, reyestrdə 2-V- 61 nömrə ilə qeyd edilmiş 05.01.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 X8 vəfat etdiyi tarixdən 6 ay keçməmiş miras əmlakdan «Toyota Land-Cruiser minik» markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair tam hissədə pay almaq üçün Şəhadətnamə əldə etmişdir. Buna baxmayaraq ünvan 5 ünvanladığı məktubda X3nun adından 24 saylı notariat ofisində mirasın açıldığını, vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyini təkzib etmişdir. Belə ki, iddia tələblərinin ilk hissəsi 2-V-61 reyestr nömrəli 05.01.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlıdır. Bu tələblərin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 1133.1-ci və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Bu Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. Mülki Məcəllənin 1321-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Beləliklə işin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, İddiaçı və Cavabdeh1 X3nun qanun üzrə birinci növbəli vərəsələridir. X3 17.12.2020-ci il tarixdə ölmüşdür. Cavabdeh1 mərhumun ölümündən dərhal sonra saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tərtib olunmasına nail olmuş, həmin şəhadətnaməyə əsasən Azərbaycan Respublikası DİN BDYPİ-yə müraciət edərək, sözügedən miras əmlakı tək vərəsə kimi qəbul etmiş, yəni «Toyota Land-Cruiser minik» markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili öz adına qeydiyyatdan keçirtmişdir. Bu baxımdan məhkəmə Cavabdeh1 2-V-61 reyestr nömrəli 05.01.2021ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni qanuna zidd şəkildə əldə etdiyini nəzərə alaraq hesab edir ki, sözü gedən şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, saxta vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən həmin şəhadətnamədən istifadə edilməklə əldə edilmiş bütün hüquqi nəticələr ləğv edilməlidir. Belə ki, qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mübahisəli avtomobil X8 adından qeydiyyatdan çıxarılaraq Cavabdeh1 adına rəsmiləşdirilmiş, 23.01.2021-ci il tarixdə satış üçün Cavabdeh1 adından satış məqsədilə qeydiyyatdan çıxarılmışdır. Eyni zamanda həmin gün onun tərəfindən qeyd edilən avtomobilə dair 21.01.2022-ci ilədək Cavabdeh2 etibarnamə verilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, miras qalmış «Toyota Land-Cruiser minik» markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı (hazırda MG774TR21 tranzit nömrə nişanlı) avtomobilin X8 adından qeydiyyatdan çıxarılaraq Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə DİNin Baş X25i idarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında aparılmış qeyd və həmin avtomobilə dair Cavabdeh1 tərəfindən Cavabdeh2 verilmiş etibarnamə ləğv edilməli, «Toyota Land-Cruiser minik» markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı (BAN № JTMHU09J4D4078878) avtomobilə dair X8 adına olan qeydiyyat bərpa edilməli, sənədlər əvvəlki vəziyyətə qaytarılmalıdır. Məhkəmə iddianın ««Toyota Land-Cruiser minik» markalı avtomobilin ** FL *** dövlət nömrə nişanının bərpa edilməsi» hissəsi ilə bağlı qeyd edir ki, bununla əlaqədar hazırda hər hansı mübahisə olmadığı üçün iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Nəticə hissəsi: Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri 24 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş, reyestrdə 2-V-61 nömrə ilə qeyd edilmiş 05.01.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. «Toyota Land-Cruiser minik» markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı (hazırda MG774TR21 tranzit nömrə nişanlı) avtomobilin X8 adından qeydiyyatdan çıxarılaraq Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə DİN-in Baş X25i idarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında aparılmış qeyd və həmin avtomobilə dair Cavabdeh1 tərəfindən Cavabdeh2 verilmiş etibarnamə ləğv edilsin. «Toyota Land-Cruiser minik» markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı (BAN № JTMHU09J4D4078878) avtomobilə dair X8 adına olan qeydiyyat bərpa edilsin. İddia digər hissədə rədd edilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manatın 5 manatı cavabdehlər Cavabdeh1 və Baxşəlı̇ yev Nı̇ yaz Salman oğlundan müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2712/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2712/2021
07.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver