Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2753/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi. İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin ürzlü hesab edilərək uzadılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 miras əmlak kimi qalmış Qusar rayonu Bədirqala kəndi 0.12 ha həyətyanı torpaq sahəsinə dair mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməklə uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, mərhum X2 həyat yoldaşı olmaqla qanun üzrə vərəsəsidir. O, Azərbaycan Respublikası vətəndaşıdır və burada yaşayır. Mərhum yoldaşının qanun üzrə digər vərəsələri - övladları X7 və X4 Rusiya Federasiyasında qeydiyyatda olmaqla Rusiya Federasiyası ərazisində yaşayırlar, X5 isə Azərbaycan Respublikasımla qeydiyyatda olmaqla Azərbaycan Respublikası ərazisində yaşayır. Mərhum yoldaşı, X6 xx.xx.2020-ci il tarixilə kəskin böyrək çatmamazlığından vəfat etnişdir. Miras əmlak kimi Qusar rayonu Bədirqala kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi qalmışdır. Yoldaşı rəhmətə gedən zaman, Azərbaycan Respublikasında geniş yayılmış COVİD-19 virusu ilə bağlı karantin rejimi elan edildiyindən, eləcə də ikinci Qarabağ müharibəsi başladığından mirasın qəbulu üçün təyin edimiş müddət ərzində miras əmlakın qəbulu ilə bağlı ərizə yazılmamışdır. Həmçinin Azərbaycan Respublikası gəliş məhdudlaşdırıldığından və övladları Rusiya Federasiyasının vətəndaşları olduqları üçün Azərbaycan Respublikasının qanunlarını da bilməmişlər və mirasın qəbulu üçün müraciət etməmişdirlər. Bir müddət sonra ünvan 1 ünvanlayaraq mərhum X1 miras qalmış torpaq sahəsinə dair adıma vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisinin notariusu tərəfindən xx.xx.2023-cü il tarixli 1498 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, AR Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulmuş 6 ay müddəti keçdiyinə görə mirasın qəbulu gecikdirilmişdir və aidiyyətı üzrə məhkəməyə müraciət edilməsi tövsiyvə olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məktublarla müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisinin iddiaçıya xx.xx.2023-cü il tarixdə ünvanladığı məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qədul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna vol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Vərəsə mirasın qəbul edilməsi üçiin müəyyənləşdirilmiş müddəti ötürdükdə, həmin məcəllənin 1248.1-ci maddəsinə əsasən məhkəmə gecikdirmənin səbəbini iizrlü sayarsa, uzada bilər. Müraciəti araşdırılarkən, miras əmlakın qəbul edilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etməməsi, həmçinin, miras əmlakı faktiki qəbul etməməsi müəyyən edilmişdir. Bu səbəbdən də adına vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkanı xaricindədir. Ötürülmüş müddətin bərpa edilməsilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və digər zəruri sənədlər notariat ofisinə təqdim edildikdən sonra adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məsələsinə baxıla bilər. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 xx.xx.1980-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Eldarov, arvada Eldarova soyadı verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin surətindən görünür ki, Qusar rayonu, Bədirqala kəndi ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ № 101780 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizələrin surətlərindən görünür ki, X4 ilə X7 analarından qalmış hə hansı miras əmlaka dair iddialarının olmadığını bildirmişlər. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə ölmüş X1 Qusar rayonu, Bədirqala kəndi ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. X2 qanun üzrə birinci növbəli vərəsəsi hazırki İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət edərək mərhum arvadından qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür, müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq, hesab edir ki, X2 xx.xx.2020-ci il tarixdə ölməsi ilə ona məxsus əmlaka onun birinci dərəcəli qanun üzrə vərəsəsi olan əri İddiaçı məcburi payı vardır. Lakin, iddiaçı “Azərbaycan Respublikasında geniş yayılmış COVİD-19 virusu ilə bağlı karantin rejimi elan edilməsi eləcə də ikinci Qarabağ müharibəsi başladığından mirasın qəbulu üçün təyin edimiş müddət ərzində miras əmlakın qəbulu ilə bağlı ərizənin yazılmaması” ilə əlaqədar mirası rəsmi qəbul etmək üçün vaxtında təşəbbüs göstərə bilməmişdir. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının ərazisində koronavirus qlobal pandemiyası ilə əlaqədar olaraq 24 mart 2020-ci il tarixdə xüsusi karantin rejimi elan edilmiş, koronavirus xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət yaradılmış Operativ Qərargah tərəfindən koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri həyata keçirilmiş, xx.xx.2020-ci il tarixində koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılmışdır. Sonradan isə onun müddəti daha bir neçə dəfə uzadılmışdır. Ölkə ərazisində həyata keçirilmiş mübarizə tədbirləri vətəndaşların da bir sıra hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. İşin mövcud vəziyyətində İddiaçı mirasın qəbulu üçün təyin edimiş müddət ərzində notariat ofisinə müraciət etmək imkanından məhrum olmasını nəzərə alınaraq bu hal məhkəmə tərəfindən müstəsna vəziyyət kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçı mərhum arvadının xx.xx.2020-ci il tarixdə vəfatından sonrakı mirasın qəbulu ilə bağlı hərəkətləri həyata keçirərkən ondan asılı olmayan üzrlü səbəblərdən müddəti ötürmüşdür, mirasın qəbul edilməsi üçün buraxılmış müddət İddiaçı münasibətdə uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş arvadı X1 miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət İddiaçı münasibətdə uzadılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş arvadı X1 miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət İddiaçı münasibətdə uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2753/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2753/2023
18.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver