Məhkəmə qərarları › İş №2(006)-2755/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2755/2021

09.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2755/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı İddiaçı Cavabdeh İB-nə qarşı verdiyi iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM : İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddiaçı iddia ərizəsində cavabdeh qismində Cavabdeh İB-ni qeyd edərək həmin iddia ərizəsində cavabdehdən nə tələb etməsini dəqiq göstərməmişdir. Belə ki, iddiaçı iddia ərizəsinin sonunda məhkəmədən öz ərizəsində cavabdehdən nə tələb etməsini dəqiq ifadə etməmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddia tələbinin özündə (ərizənin xahiş etdi hissəsində) məhz cavabdehdən nə tələb etməsi, yəni cavabdehə qarşı irəli sürülən tələb nədən ibarət olması müfəssəl şəkildə qeyd olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının tələbi, öz tələblərini əsaslandırdığı hallar və s. göstərilməlidir. Göründüyü kimi iddiaçı ərizəsində iddia tələbini dəqiq göstərməmişdir. Beləliklə iddia ərizəsindən və təqdim edilmiş sənədlərdən müəyyən edildiyi kimi iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla ərizə məhkəməyə təqdim edilmişdir. Odur ki, iddia ərizəsi MPM-nin yuxarıda göstərilən tələblərini pozmaqla tərtib edilərək məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 149.2.3, 152.1.1, 152.2 -152.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh İB-nə qarşı verdiyi iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar