Məhkəmə qərarları › İş №2(006)-2786/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2786/2024

06.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2786/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Bakı şəhər İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.6 ha 95 nömrəli bağ sahəsi Bakı şəhəri X1 İcraiyyə Komitəsinin qərarı ilə ərizəçinin daimi istifadəsinə verilmişdir. Lakin, sözügedən torpaq sahəsinin Ərizəçi təhkim olunmasına dair üzvlük kitabçasında atasının adı "Emin" əvəzinə "Emil" kimi qeyd edilmişdir. Halbuki, hazırkı ərizəyə əlavə edilmiş əmək kitabçasından da göründüyü kimi Ərizəçi atasının adı Emin olmuşdur. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri X1 İcraiyyə Komitəsi tərəfindən verilmiş üzvlük kitabçasında Ərizəçi atasının adında düzəliş edilərək, "Emil" adını "Emin" adma dəyişdirilməsi və yaxud üzvlük kitabçasında texniki səhvin buraxıldığını, yəni faktiki olaraq həmin sənədin Ərizəçi verilməsini təsdiq edən arayışın təqdim edilməsi barədə müraciətlə tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edilmişdir. Lakin, İcra Hakimiyyəti tərəfindən ərizəçinin müraciətinin icrası mümkün olmamış və xx.xx.2024-cü il tarixli məktubla aidiyyəti olmayan cavab verilmişdir. Üzvlük kitabçasında buraxılmış texniki səhvin düzəldilməsində zərurət hazırda həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlıdır. Belə ki, ərizəçi tərəfindən sözügedən torpaq sahəsinin onun adına dövlət reyestrində qeydə alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir, lakin sonuncu tərəfindən ərizəçinin müraciətinə imtina edilərək, müvafiq üzvlük kitabçasının verilməsi qeyd edilmişdir. Halbuki, tələb olunan üzvlük kitabçası inzibati orqana təqdim edilmişdir. Lakin, həmin kitabça Ərizəçi məxsus olduğu təqdirdə, istinad olunan kitabçada onun adı səhvən Ərizəçi Emil oğlu kimi qeyd edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi əmək kitabçası Ərizəçi məxsus olmuşdur. Göstərilənlərə əsasən Bakı şəhəri X1 İcraiyyə Komitəsinin qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.6 ha 95 nömrəli bağ sahəsinin Ərizəçi daimi istifadəsinə verilməsinə dair üzvlük kitabçasının ərizəçiyə məxsus olması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra ərizəçinin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhər İcra Hakimiyyətinin maraqlı şəxs qismində tanınmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.6 ha, 95 nömrəli bağ sahəsi Bakı şəhəri X1 İcraiyyə Komitəsinin qərarı ilə atası Ərizəçi daimi istifadəsinə verilmişdir. Lakin bununla bağlı üzvlük kitabçasında onun atasının adı “Emin” əvəzinə “Emil" kimi qeyd edilmişdir. Halbuki, iş materiallarına əlavə etdikləri sənədlərdən göründüyü kimi Ərizəçi atasının adı Emin olmuşdur. Yol verilmiş səhvlə bağlı tərəflərindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilsə də, həmin səhvin aradan qaldırılmasından imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, qeyd edilənləri nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmədə ərizəçinin nümayəndəsi izahatından və mülki işin materiallarından müəyyən olundu ki, Bakı şəhəri X1 İcraiyyə Komitəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.6 ha 95 nömrəli bağ sahəsinin ərizəçinin daimi istifadəsinə verilməsinə dair 05 dekabr 1995-ci il tarixli bağban üzvlük kitabçasında ərizəçinin atasının adı “Emin” əvəzinə səhvən “Emil” kimi qeyd edilmişdir. Ərizəçi bununla bağlı müvafiq inzibati orqana müraciət etsə də, imtina cavabı almış və hazırki tələblə məhkəməyə müraciət etmişdir.

b) Mülki işin materialları:

8. Mülki işin materiallarında olan Nümayəndə ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307ci maddəsinin tələbinə əsasən sənəddə göstərilən adla şəxsin vəsiqəsində göstərilən ad üst-üstə düşməməsi qeyd edilən sənədin hüquqmüəyyənedici sənəd olmasına dair əsasların təqdim ediləcəyi təqdirdə müraciətə aidiyyəti üzrə baxıla bildiyi bildirilmişdir.

9. Mülki işin materiallarında olan **********235 nömrəli Dövlət Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1934-cü il tarixdə Ermənistanda anadan olmuşdur.

10. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilən 8/367 nömrəli və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən verilən 2571 nömrəli vəqisələrin surətindən görünür ki, ərizəçinin adı Ərizəçi kimi qeyd edilmişdir.

11. Mülki işin materiallarında olan xx.xx.1967-ci il tarixdə verilən Deputat seçilmək haqqında Vəsiqənin surətindən görünür ki, ərizəçinin adı Namaz, soyadı Abbasov və ata adı Emin qeyd edilmişdir.

12. Mülki işin materiallarında olan İV-СЛ seriyalı, 317148 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx.xx.1966-cı il tarixdə anadan olmuş, ata adı qrafasında Ərizəçi qeyd edilmişdir.

13. Mülki işin materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən xx.xx.1998-ci il tarixdə verilən 021047 nömrəli Azərbaycan Respublikası Əmək Veteranı vəsiqəsinin surətindən görünür ki, soyad qrafasında Abbasov, adı qrafasında Namaz, atasının adı qrafasında isə Emin oğlu qeyd edilmişdir.

14. Mülki işin materiallarında olan 05 dekabr 1995-ci il tarixdə Bakı şəhəri X1 İcraiyyə Komitəsi tərəfindən verilən Bağban üzvlük kitabçasının surətindən isə görünür ki, soyad qrafasında Abbasov, adı qrafasında Namaz, ata adı qrafasında isə Emil oğlu qeyd edilmişdir.

15. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı, 0******* nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1934-cü il tarixdə Ermənistan, Sisiyanda anadan olmuşdur.

16. Mülki işin materiallarında olan 01 mart 1956-cı il tarixdə verilən əmək kitabçasının surətindən görünür ki, həmin kitabça Ərizəçi məxsusdur.

17. Mülki işin materiallarında olan 387938 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi aqronomiya ixtisasını bitirmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

19. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.

20. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

21. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

22. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli Qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

23. Həmin Qərarın 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.

24. Göründüyü kimi sözügedən hüquqmüəyyənedici sənəddə ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən texniki səhvə yol verilmiş, ərizəçinin atasının adı qeyri-düzgün yazılmışdır (sonuncu hərfdə “N” əvəzinə “L” qeyd edilmişdir). Qeyd olunan yanlışlığa görə ərizəçi öz hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir.

25. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Bakı şəhəri X1 İcraiyyə Komitəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.6 ha 95 nömrəli bağ sahəsinin ərizəçinin daimi istifadəsinə verilməsinə dair 05 dekabr 1995-ci il tarixli bağban üzvlük kitabçasının Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi ərizəsi təmin edilsin. Bakı şəhəri X1 İcraiyyə Komitəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.6 ha 95 nömrəli bağ sahəsinin ərizəçinin daimi istifadəsinə verilməsinə dair 05 dekabr 1995-ci il tarixli bağban üzvlük kitabçasının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar