Məhkəmə qərarları › İş №2(006)-2803/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2803/2023

03.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2803/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi - Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsi olmaqla "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 30 may 2023-cü il tarixdə - Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsi olmaqla "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə müraciət edərək, oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı, ailə üzvləri və oğlu X6 ünvan 1 ünvanında birlikdə yaşayırlar. xx.xx.2006-cı il təvəllüdlü oğlu - X6 "Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu var. Orta kəmağıllılıq qulluq və müalicə tələb edən ciddi davranış və nitq pozuntusu, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 4-5 dəfə) İQ=47 " diaqnozu ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək olan uşaqdır və müxtəlif vaxtlarda müalicə olunsa da nəticəsi olmamışdır. İddiaçı uşağa baxır, o sərbəst olaraq ayaqyoluna gedə bilmir, sərbəst duş qəbul edə bilmir, evdən küçəyə çıxa bilmir, çölə çıxanda getdiyi yerin istiqamətini bilmir, özünü idarə edə bilmir və hərəkətlərinə cavabdeh deyildir, hərəkətlərinin nəticəsini və mənasını anlamır, mütəmadi olaraq onda qıcolmalar baş verir ki, bu hallar zamanı iddiaçı mütləq onun yanında olmalıdır. Bu səbəbdən də onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. İddiaçıdan başqa oğluna baxan yoxdur. Belə ki, həyat yoldaşı evə qazanc gətirmək məqsədi ilə günün əsas hissəsini işdə keçirir. İddiaçı, oğlunun üzərində qəyyum təyin olunmaq məqsədi ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Nəsimi rayonu İcra Hakimiyyəti özünün 5-15-2/2-H- 57099/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə oğlunun “fəaliyyət qabiliyyəti olmayan sayılması ilə bağlı" məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2803/2023 saylı qərardadı ilə, xx.xx.2006-cı il təvəllüdlü X3 psixi vəziyyətinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi - Ərizəçi ərizəyə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Maraqlı şəxs qismində Maraqlı şəxsna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AZE №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. AA3773089 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2006-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. AZ- İ № 739716 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, atası X7, anası Ərizəçidır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, xx.xx.2006-cı il təvəllüdlü X5 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış və nitq pozuntusu, tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 4-5 dəfə) İQ = 47 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 tərəfindən diaqnozun dəqiqləşdirilməsi məqsədilə verilmiş 1/832 saylı, xx.xx.2022-ci il tarixli Həkim Psixiatr Komissiyası rəyinə əsasən, xəstə X4 (F71.1) orta kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış və nitq pozuntusu, tez-tez təkrarlanan qıcolma tutmaları olduğu qeyd edilir. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən verilmiş arayışa əsasən, X3 üzərində qəyyum təyin olunmağı üçün R.Həsənzadə məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Halhazırda müraciətinizdə qaldırılan məsələnin həlli mümkün deyil və R.Həsənzadə məhkəmə qərarı itə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunduqdan sonra müraciətə yenidən baxıla bilər. Bakı şəhəri, Sabunçu rayonu, C.Cabbarlı adına 187 nömrəli tam orta məktəb tərəfindən verilmiş xasiyyətnaməyə əsasən, xx.xx.2006-cı il təvəllüdlü oğlu - X6 məktəbin 6-cı sinifinə qəbul olmuş, hazırda 9-cu sinifdə təhsil alır. Oxuduğu müddət ərzində ona xüsusi qayğıya ehtiyacı olan şagird kimi yanaşılmışdır. çətinliklə yazıb, oxuyur. Müəllimin köməyi ilə sualları cavablandırır. Qavraması zəifdir, fikri dağınıqdır. Qıcolma halları müşahidə olunmuş, qıcolmadan sonra uzun müddət dərsə gəlməmişdir. Davranış pozğunluğu var. Psixoloji durumunda problemləri yaşayır. Sinif yoldaşları ilə ünsiyyət qura bilmir. Xüsusi karantin rejimi dövründə dərsə qatılmamışdır, qiymətləndirmədə müəllimlərin köməyi ilə vəziyyətdən çıxa bilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş, 2057 saylı, xx.xx.2023-cü il tarixli rəyə əsasən, xx.xx.2006-cı il təvəllüdlü X4 "Ağır dərəcəli əqri gerilik (imbesillik dərəcəsi) ciddi qulluq və müalicə tələb edən kobud davranış pozuntuları ilə (F.72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş zədəsi ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar formal olaraq təhsil alması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 həkim psixiatr komissiyasından keçməsi və ona “Orta kəmağıllıq qulluq və müalicə tələb edən ciddi davranış və nitq pozuntusu; tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 4-5 dəfə)” diaqnozunun təyin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış və nitq pozuntusu, tez-tez təkrarlanan qıcolma tutmalan ilə (ayda 4-5 dəfə) İQ=47” diaqnozu əlil olması) həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, bir yerdə qərar tutmaması, ünsiyyətə çətinliklə daxil olması, verilən suallan başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatlan açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. xx.xx.2006-cı il təvəllüdlü X4 ağır dərəcəli əqli gerilik (İmbesillik dərəcəsində) ciddi qulluq və müalicə tələb edən kobud davranış pozuntuları ilə müəyyən olunur. xx.xx.2006-cı il təvəllüdlü X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. R.R.Həsənzadənin psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin oğlu - xx.xx.2006-cı il təvəllüdlü X6 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, ödənilmiş dövlət rüsumu isə ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə xx.xx.2006-cı il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar