Məhkəmə qərarları › İş №2(006)-2826/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2826/2021

24.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2826/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə İddiaçı X1 cavabdehlər Cavabdeh1, 14 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı "vərəsəlik hüququnun tanınması, şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1, 14 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı "vərəsəlik hüququnun tanınması, şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə qanunla müəyyən edilmiş qaydada və müddətdə xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1, 14 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı "vərəsəlik hüququnun tanınması, şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov İş № 2(006)-2826/2021 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi QƏRARDAD (həbsin götürülməsinə dair) 24 may 2021-ci il Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə İddiaçı X1 cavabdehlər Cavabdeh1, 14 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı "vərəsəlik hüququnun tanınması, şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1, 14 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı "vərəsəlik hüququnun tanınması, şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, iddiaçı iddianın təmini tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmini tədbiri məqsədilə Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 37-də yerləşən 47 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(006)- 2826/2021 saylı qərardadı ilə iddiaçı X1 iddianın təmini tədbirinə dair ərizəsinin təmin edilməsi, hazırkı mülki iş üzrə iddianın təmini tədbiri kimi Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 37-də yerləşən 47 saylı mənzilin üzərinə həbsin qoyulması, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər 1 saylı Ərazi İdarəsinə və Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2826/2021 saylı, 24 may 2021-ci il tarixli qərardadı ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1, 14 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı "vərəsəlik hüququnun tanınması, şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi"nə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə mülki işi araşdırıb hesab edir ki, iddiaçı X1 cavabdehlər Cavabdeh1, 14 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı "vərəsəlik hüququnun tanınması, şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi"nə dair mülki iş baxılmamış saxlanıldığından, həmin iş üzrə iddianın təmini tədbirinə dair Nəsimi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(006)-2826/2021 saylı qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Bundan əlavə, «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 15-ci bəndinə əsasən iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(006)-2826/2021 saylı qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 37-də yerləşən 47 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162-163, 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəsimi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(006)-2826/2021 saylı qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 37-də yerləşən 47 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər 1 saylı Ərazi İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar