Məhkəmə qərarları › İş №2(006)-2837/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2837/2022

09.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2837/2022 09.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X8, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X16 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin xx.xx.2022 tarixli AKT NDM ******* saylı aktının ləğv edilməsini və ona görə Ələsgər Ələkbərov 13 V, mənzil 55 ünvanında yerləşən mənzilinə hesablanmış 806,25 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC Nəzarət Departamenti Satışa Nətarət İdarəsinin xx.xx.2022 tarixli AKT NDM 028480 saylı aktını və ona görə Ələsgər Ələkbərov 13 V, məızil 55 ünvanında yerləşən mənzilinə hesablanmış 806.25 AZN cəriməni aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir. xx.xx.2022 tarixində iki nəfər Ələsgər Ələkbərov 13 V, mənzil 55 ünvanında yerləşən mənzilinə gələrək şifahi olaraq özlərini "xxxx"ın əməkdaşı kimi təqdim edib, çox kobud surətdə mənzilə kənar xəttin gəldiyini bildirdilər. O, onlara bu xəttin onun sayğacından olduğunu bildirsə də, onlar ona “Kişi, bizim işimizi bizə öyrətmə" söylədilər. 2 mərtəbə onların ardınca aşağı düşsə də yalnız onlardan birinin adının Elşad olduğunu öyrəndi. Hansı ki, heç bu adda əməkdaşın aktda imzası yoxdur, iki saatdan sonra mənzildə olmağına baxmayaraq, qapıya AKT qoyulmuşdur. AKT-da qeyd olunanlar həqiqəti əks eləmir, onun mənzlinə sayğacdan kənar heç bir xətt gəlmir və heç vaxt gəlməyib, istifadə elədiyi enerjiyə görə vaxtında ödənişlər olunur. Onların bildirdikdə "qanun pozuntusu" ona sözlə yox əyani yerində göstərilməli idi. Bundan başqa, akt tərtib olunarkən onun iştrakı mütləq olmalıydı və o, aktı öz imzasıya təsdiq etməliydi. Bu akt kənarda və onun iştrakı olmadan və bilinmir hansı əməkdaşlar tərəfindən yazılıb. Heç bir izahat vermədən, heç bir yoxlama aparmadan birtərəfli qaydada ittiham edib və ardından qanun pozuntusu ilə tərtib olunan akt vasitəsi ilə vətəndaşı fakt qarşısında qoymaq onun hüquqlarını kobud pozur. Belə ki, günahı subut etmək borcu və məsuliyyəti onların üzərindədir. Bütün yuxarıda qeyd olunanlar aktın ləğv edilməsinə əsasdır. Onun mənzili 4-cü mərtəbədə, sayğaclar qutusu isə 2-ci mərtəbadə yerləşir. Qutunun qapısı həmişə açıqdır, nəzarətsizdir və çox bərbad vəziyyətdədir. Bir sözlə küçədə, binanın qarşısında blokda kim nə işlədirsə özləri birbaşa qoşulma edir. Bununla bildirir ki, o qutuya heç bir halda nəzarət edə bilmir. Ümumiyyətlə sayğaclar, xəttlər və göstəricilər mütamadi olaraq "xxxx"ın əməkdaşları tərəfindən yoxlanılır və nəzarətdə saxlanılır. Aktın tərtibindən bir gün sonra "xxxx"ın əməkdaşı ona zəng vuraraq bu aktla bağlı onun Nəzarət Departamentində şöbə rəisi Elman adlı əməkdaşa yaxınlaşmalı olduğunu bildirdi. O, etiraz edib vətəndaşın heç bir məmurun yanına getməməli olduğunu bildirmişdir. Həmin tarixdə axşam saatlarında “X4 Qaydaları”na zidd olaraq onun elektrik enerjisi xəbərdarlıq olunmadan kəsildi. O ana cərimə məbləği hələ də hesablanmamışdır. X18 Tənzimləmə Agentliyinə müraciətindən və onların bu məsələyə dərhal müdaxiləsindən sonra elektrik enerjisi 2 sutkadan sonra bərpa edildi və bu halda onlar tərəfindən kobud qayda pozuntusu kimi qeydə alındı. Yuxarıda yazılanlardan açıq aşkar görünür ki, ona qarşı olan hərəkətlər əsassızdır, qərəzlidi və hansısa maraqlardan qidalanır. Bütün sadalanan hallar aktın ləğv olunub borcun silinməsinə əsasdır. Daha sonra iddiaçı X16 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin xx.xx.2022 tarixli AKT NDM 028480 saylı və 04 06.2022 tarixli AKT NOM 029144 saylı aktlarının etibarsız sayılması və onlara görə Ələsgər Ələkbərov 13 V, mənzil 55 ünvanında yerləşən mənzilinə hesablanmış 806,25 manat və 537,95 manat – cəmi 1344.2 manat məbləğində borcun silinməsi, ona dəymiş mənəvi ziyana görə 1000 manat pulu "xxxx" ASC-dən onun xeyrinə alınması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi verildiyi müddətdən sonra X5 Agentliyi tərəfindən onun onlara ünvanlanmış 3 müraciətinə 04 May 2022-ci ıl tarixli AERA-201664/22 saylı rəy verilmişdir. Rəydə "xxxx" ASC X9 Nəzarət İdərəsinin xx.xx.2022 tarixli AKT NDM 028480 saylı aktın tərtibatında "xxxx" ASC tərəfindən yol verilmiş kobud qanun pozuntuları və vətəndaşın (abonentin) qərəzli halda sayğacdan çıxan elektrik enerjisi xəttinin dibindən kəsilməsi faktının qanuna zidd olması bildirilmişdir. Bu kobud qanun pozuntusu və qanuna zidd hərəkat Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş ''X4 Qaydaları” ilə tənzimlənir. Qanun tələblərindən göründüyü kimi Aktın tərtibatı prosesi "Qaydalar” ilə tənzimlənir və aktın tərtibatı zamanı "xxxx" ASC-nin əməkdaşları tərəfindən kobud şəkildə pozulmuşdur. "xxxx" ASC-nin əməkdaşları özlərini təqdim etmədən, heç bir izahat vermədən, abonentə heç bir sübut (''qanun pozuntusunu" yerində) göstərmədən və heç bir yoxlama aparmadan şifahi olaraq kənar xəttin olduğunu bildirib, təcili halda getmişdilər. Ardından bir müddət sonra hazır tərtib olunmuş aktı qapıya qoymuşdular. O aktın tərtibatı və imzalanması abonentin iştrakı olmadan və ondan xəbərsiz başqa bir yerdə olmuşdur. Aktda sayğacdan kənar çəkilmiş elektrik naqlilinin en kəsiyindən buraxılan maksimum cərəyan və gərginlik göstərilməli idi, o cümlədən, vurulmuş zərərin hesablanmış məbləği barədə ilkin məlumatı akta əlavə olunmalı idi. Bundan əlavə sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut mötəbər olmalıdır. xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin özünü Orxan kimi təqdim edən əməkdaşı yazılmış Aktı həll eləmək üçün onun Nəzarət Departəmentində şöbə rəisi Elman adlı əməkdaşa yaxınlaşmalı olduğunu bildirdi. Vətəndaşın heç bir məmurun yanına getməli olmadığına kəskin etirazından sonra həmin gün "xxxx" ASC tərəfindən sayğacdan çıxan naqil heç bir xəbərdarlıq edilmədən və aktlaşdənlmadən tam dibirdar kəsildi. Bunu Elşad adında əməkdaş tərəfindən Nəzarət Departamentinin şöbə rəisi Elmanın əmri ilə edildiyi bildirildi. Naqilin kəsilmə anına hesablanmış cərimə məbləği hələ də YOX idi. Kəsilən xətt isə bunların guya qeyd elədikləri "kənar xətt" yox sayğacdan çıxan naqildir. Yalnız X5 Agentliyinə müraciətindən və onların "xxxx" ASC-yə göndərilən yazılı və şifahi müraciətindən sonra "xxxx" ASC tərəfindən sayğacın plombu açılaraq naqil bərpa olunub və 52 saatlıq fasilədən sonra elektrik enerjisi verilmişdir. Bu qanun pozuntusu faktı Agentlik tərəfindən verilmiş rəydə öz əksini tapmışdır. İcraatda olan iş üzrə ilk məhkəmə iclası keçirildikdən dərhal sonra yəni xx.xx.2022 tarixində "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən mənzilinə daha bir əsassız və qanuna zidd akt yazılıb. Belə ki, birinci aktın tərtibatında olduğu kimi bu akt da qərəzli və kobud qanun pozuntusu ilə tərtib olunub və həqiqəti əks eləmir. 05.06.22-ci il tarixində saat 12:00 radələrində iki nəfər mənzilinə gələrək onun mənzilinə kənar xəttin gəldiyini bildirdilər. Eynilə birinci hadisədə olduğu kimi bu dəfə də o onlara xəttin blokun işıqlandırılınası olduğu və onun sayğacından qidalandığını bildirdi. Onlar ona akt yazacaqlarını bildirib çıxıb getdilər. Birinci cərimənin yazılmasından sonra mənzilinə gələn naqillərdə heç bir dəyişiklik etməmişdir. "xxxx" ASCnin iddia elədiyi "kənar xətt" olduğu kimi öz yerindədir, və o heç kimə o naqilə toxunmağa və yaxud sxemində hansısa dəyişiklik etməyə imkan vermir. Öz belə əməllərini mübahisə predmeti olan və yeganə sübut sayılan həmin naqillərin gələcəkdə məhkəmə ekspertizası tərəfindən və ya Agentlik və ya başqa qurumlar tərəfindən yoxlanması və baxış keçirilməsi anına dəyişilmədən saxlanması ilə əsaslandırır. "xxxx" ASC-nin belə qanunsuz hərəkətləri barədə o X5 Agentliyinə rəsmi müraciət edərək kənar xəttin olub-olmaması faktının təyin olunması və qanun pozuntularının araşdırılmasını xahiş etdi. Agentlik əməkdaşlarının xx.xx.2022-ci tarixində keçirdikləri baxış və yoxlama zamanı sayğacdan kənar heç bir xətt aşkar olunmadı. O, onlardan mənzilinə daha bir aktın yazıldığını eşitdi. Agentlik əməkdaşları "xxxx" ASC tərəfindən təqdim olunmuş video görüntüləri araşdırarkən o həmin çəkilişlərin günün qaranlıq vaxtında, tələsik və gizli çəkildiyini aşkar elədi. O və Agentlik əməkdaşları (Fikrət m. və Namiq m.) baxışda iştirak edən "xxxx" ASC-nin əməkdaşından (Ziya m.) çəkiliş etmiş əməkdaşın gəlməyini və çəkiliş ilə bağlı suallara cavab, izah və şərh verməyini xahiş etsək də, "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin rəisi Elman bütün işçilərinin ezamiyyətdə olduğunu səbəb gətirərək imtina etdi. Baxışın nəticəsi olaraq Agentlik tərəfindən AKT tərtib edildi, lakin "xxxx" ASC-nin əməkdaşı onu da imzalamaqdan imtina etdi. Ondan xəbərsiz "xxxx" ASC tərəfindən ona tərtib olunmuş növbəti aktı əldə eləmək üçün Agentliyə rəsmi müraciət edib kömək etməklərini xahiş etdi. xx.xx.2022-ci il tarixində Agentlik onun müraciətinə cavab olaraq AERA 20-2106/22 saylı rəyi və "xxxx" ASC-nin NDM 029144 saylı aktını ona təqdim elədi. Rəydə evinə gələn bütün naqillərin onun sayğacına qoşulmuş açardan gəlməsi faktı öz əksini tapıb. Eynilə birinci aktda olduğu kimi "xxxx" ASC dəfələrlə aktı onun iştirakı olmadan tərtib edib. Lakin birinci dəfə aktda "iştrak etmədi" qeydi yazılmışdırsa, bu dəfə "imtina etdi" sözləri qeyd edilib. Aktı tərtib edən "xxxx" ASC-nin əməkdaşları akta yalan məlumatlar daxil edirlər və öz imzaları ilə təsdiq edirlər. Birincisi, aktın tərtib vaxtı xx.xx.2022-ci il tarixi saat 22:00 göstərilib, onlar isə onun mənzilinə xx.xx.2022-ci il saat 12:00-da gəliblər. İkincisi isə o, aktın tərtibatında iştirakdan və imzalamadığından heç bir halda imtina edə bilməzdi, çünki bunun üçün o, ən azından onların yanında olmalı idi. xx.xx.2022-ci il tarixində saat 18:00 dan 23:45 dək "Sərin" restoranında toy şənliyində olmuşdur. Evindən metro ilə gedib evinə metro ilə qayıtmışdır. Bu faktı çox rahat, sorğu vermək ilə təsdiqləmək olar. Belə ki, aşağıdakı saatlarda o, metronun Elmlər Akademiyası, Xalqlar Dostluğu və Koroğlu stansiyaslarının, vaqonun daxilindəki və "Sərin" restoranının video müşahidə kameralarına düşmüşdür. Göründüyü kimi bu dəfə də "xxxx" ASC-nin əməkdaşları ona qarşı yalan və qərəzli məlumatları akta əlavə edib qanunazidd olaraq ona cərimə tətbiq edirlər və hüquqlarımı pozurlar. Nədənsə "xxxx" ASC-nin video çəkilişləri həmişə gizli, tələsik olur və bilinmir kimlər tərəfindən nə zaman çəkilir. Eynilə birinci aktda olduğu kimi bu hərəktlərin arxasında duran bir əməkdaş tapılmır. Yalnız o deyiləm və xəbəri yoxdur cavabı verilir. Elektrik enerjisini kəsəndə Agentliyin "hansı İdarə kəsib?" sualına "xxxx" ASC-nin idarələri biri birinin boynuna atdı. Belə hərəkətlərə görə məsuliyyət daşıyan və cavab verən yoxdur. Nəticə olaraq vətəndaşların hüquqları pozulur və vətəndaşları incidirlər. Nədənsə bu qədər video çəkən "xxxx" ASC-nin əməkdaşları bir dəfə də olsun vətəndaşa qanun pozuntusunu yerində göstərib, sübut edən anı və ya aktın tərtibatı və imzalanmadan imtina anını video ilə qeydə almayıb. Əllərində bir bağlama aktı istədikləri kimi qanuna zidd tərtib edirlər, ittiham edirlər, cərimələr yazırlar - ardından hüquqları pozulan vətəndaş uzun müddət döviət qurumlarına o cümlədən məhkəmələrə ayaq döyüb öz günahsızlığını sübut etməlidir. "xxxx" ASC-nin əməkdaşlarının belə qanunsuz hərəkətləri barəsində X13, Prokurorluğa, Enerqetika Nazirliyinə və Prezident Administrasiyasına müraciətlər etmişdir. Prokurorluğa müraciətdən 3 gün sonra 10.06.22-ci il tarixində "xxxx" ASC-nin əməkdaşları heç bir xəbərdarlıq eləmədən işləyən sayğacı kartla işləyən başqa sayğaca dəyişib gediblər. Hansı ki, köhnə və yeni sayğacın göstəriciləri qeydə alınıb vətəndaşın iştrakı ilə aktlaşdırılmalı idi. Bundan əlavə sayğac kart ilə işlədiyindən vətəndaşa verilməməsi yenə də Azərişığın ona qarşı qərəzli mövqeyini göstərir. 10.06.22-ci il tarixi cümə günü idi və kartsız mənzil ən azı 3 gün işıqsız qalmalı idi. Yalnız Prokurorluğun təcili müdaxiləsindən (saat 17:50-də) sonra kart dərhal ona təqdim olundu. Bu fakt da Prokurorluq tərəfindən qanun pozuntusu kimi qeydə alındı. Qeyd edir ki, sayğacın dəyişdirilməsinə heç bir səbəb yox idi və bu əməl dövlət büdcəsinə əlavə xərc və ziyandır. O, ardıcıl şikayətlər edən kimi "xxxx" ASC qısa bir zamanda sayğaclar qutusunu səliqəyə saldı, sayğacı dəyişdi. Bu əməllər izləri itirib, nəyisə sübut etmək imkanından məhrum etmək üçün görüldü. Sayğacın qutusunun əvvəlki və sonrakı vəziyyətini, o cümlədən bu problemə aid bəşqa faktları və sübutları məhkəməyə təqdim eləmək üçün video və foto çəkilişlər mövcuddur. Bundan əlavə 10.06.22-ci il tarixində 23:00-da ona "xxxx" ASC tərəfindən telefonuna 80.403 azn borcun olması barədə bildiriş gəldi. 199 qaynar xəttinə 2 dəfə müraciət etsə də, belə kosmik borc nə silinir, nə də ki yaranma səbəbi izah olunur. Öz növbəsində bu fakt ona mənəvi zərbə vurur, onu sarsıdır və ona qarşı psixoloji hücumdur. Bütün qeyd olunan qanun pozuntuları X5 Agentliyi tərəfindən verilən rəylərdə öz əksini tapıb və təsdiq olunub. Onun "xxxx" ASC-yə qarşı hər iddiasından və ya şikayətindən dərhal sonra ona qarşı hansısa qanuna zidd əməllər görür. Əhaliyə elektrik enerjisinin satışında "xxxx" ASCnin yeganə təşkilat olduğundan onun onları başqa Şirkətə dəyişmək imkanı yoxdur və yalnız onlarla işləmək məcburiyyətindədir. Bundan məharətlə istifadə edən "xxxx" ASC dəfələrlə qeydə alınmış qanun pozuntularına baxmayaraq istədiyini istədiyi vaxt istədiyi kimi edir. Bundan əlavə, "xxxx" ASC-nin iddia elədiyi və video görüntülər ilə sübut eləməyə çalışdığı "kənar xətt" həqiqətdə onun sayğacından qidalanan blokun işıqlandırılmasıdır və onun mənzilinə daxil olmur. Bu fakt, "xxxx" ASC-nin Yasamal idarəsinin əməkdaşları tərəfindən dəfələrlə (sonuncu dəfə 24 dekabr 2021-ci il tarixində təsdiqlənib. Ümumiyyətlə, həmin video görüntülər sübut kimi sayıla bilməz. "xxxx" ASC-nin əməkdaşları hər iki halda onun mənzilinə gəlib onunla söhbət etdikləri halda, nədənsə "qanun pozuntusunu" ona yerində sübut edib, araşdırıb, mənzilinə aid olmasını sübut etməyiblər. Əvəzinə mənşəyi bilinməyən şübhəli video roliklər çəkirlər. Qorunmayan və mənzilindən uzaqda yerləşən açıq sayğaclar qutusu şəraitində belə roliklər istənilən abonentə qarşı çox rahat çəkilə bilər. X4 Qaydalarının 8.17 2- ci bəndinə əsasən Azərişıq mənim İştirakım ilə akt tərtib edib və aktın bir nüsxəsini ona təqdim etməli idi. Akt "xxxx" ASC-nin nümayəndəsi və tərəfindən imzalanmalı idi. Yalnız o aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparıb və yol verilmiş pozuntu texniki vasitələrlə alınmalı idi. O, izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə imzalamaqdan imtina etməyinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar akta əlavə olunmalı idi. Lakin qanunun bu tələblərinə "xxxx" ASC tərəfindən əməl olunmayıb, əksinə onun iştirakı olmadan istədikləri kimi akt tərtib edib, akta yalan məlumat əlavə edib öz imzaları ilə təsdiq ediblər. Aktın ona aid nüsxəsi indiyədək hələ də ona "xxxx" ASC tərəfindən təqdim olunmayıb. Beləliklə "xxxx" ASC-nin əməkdaşlarının özlərini təqdim etmədən, araşdırma və dəqiqləşdirmə aparmadan, vətəndaşa qanun pozuntusunu göstərib izah və sübut etmədən, vətəndaşın iştirakı və imzası olmadan birtərəfli akt yazıb qapiya qoyması, aktın qanuna uyğun olmayaraq tərtibi, akta yalan məlumatları daxil edib öz imzalan ilə təsdiq olunması, ardından qanunsuz hərəkətlər ilə elektrik enerjisinin sayğacdan kəsilməsi və vətəndaşa mənəvi ziyan vurması faktları aktın etibarsız sayılması, borcun silinməsi və mənəvi ziyanın ödənilməsinə əsasdır. Onun mənzilinə gələn bütün naqillər onun sayğacından qidalanır. İddiaçı X16 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X17 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddiaya etiraz edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunmuş **********V0055 kodun abunəçisi X2r. Cavabdeh ASC ilə İddiaçı arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmamışdır. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş baxış aktları və hesablanmış borc abunəçi X3 aiddir. Hər ay üzrə istifadə olunmuş elektrik enerjisinin hesabı abonenta təqdim edilir. Həmin qəbzdə abunə kodu **********V0055, abunəçinin adı isə X2r, ay ərzində isifadə olunmuş elektrik enerjisinin hesabı və ümumi borc qeyd edilir, Cavabdeh ASC tərəfindən İddiaçı abunəçi olmadığına qörə heç bir hüququ pozulmamışdır. İddiaçi İddiaçı iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi deyildir. Bundan başqa məhkəməyə təqdim edilmiş sübutlardan iddiaçıya məxsus sayağaca kənar xətt qoşulduğu aydın görünür. Belə olan halda "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş hər iki akt əsaslıdır və bu aktların etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX saylı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 528, ev 13V, mənzil 55 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 35, M4, m1) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 78 nömrəli reyestr kitabının 6753 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, NDM 028480 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman elektrik sayğacının sxeminə kənar xəttin daxil olduğu müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərin surətindən görünür ki, NDM 028480 nömrəli akta əsasən fərdi yaşayış evinı sayğac sxemindən kənar xəttin daxil olduğu müəyyən edilmiş, istehlakçıya 3530 kvts 0,11 tarifi ilə və 3215 kvts 0,13 tarifi ilə, cəmi 806 manat hesablanması qərara alınmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi X5 Agentliyi Bakı X1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mənzil enerji təchizatı müəssisəsində **********V0055 abunə kodu ilə qeydiyyatdadır. Mənzilin elektrik enerjisi sərfiyyatının hesabatı tipi AMPY olan A48C984185 nömrəli 1 fazlı elektrik sayğacı vasitəsi ilə aparılır. "xxxx" ASC-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixində binanın pilləkən meydançasında elektrik lövhəsində quraşdırılmış mənzilə aid A480984185 nömrəli elektrik hesabat sayğacından kənar X4 olunması barədə NDM 028480 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsəsən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə tədqiq edilmiş “X4 Qaydaları”nın (bundan sonra qaydalar) 8.17-1-ci yarımbəndinin tələbinə uyğun olaraq xətdən axan faktiki güc 1,1 kvt qeyd edilməklə 365 gün müddətində yenidən hesablaşma aparılaraq hesabına 6745 kVts (dəyəri 606.25 manat) əlavə borc hesablanmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, sözügedən akt tərtib edildikdən sonra mənzilə elektrik enerjisi verilişinin dayandırılması və bərpa edilməsi hallarında Qaydaların 9.13-cü bəndinin 9.13-1-ci və 9.13-3-cü yarımbəndlərinın tələbləri nəzərə alınmamış, tərəfindən Yasamal RETSİ-yə ünvanlanmış AERA-20-1620/22 nömrəli xx.xx.2022-ci il tarixli göstərişə əsasən mənzilə enerji verilişi bərpa edilmişdir. Məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, NDM 029144 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman elektrik sayğacının sxeminə kənar xəttin daxil olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi X5 Agentliyi Lənkəran X1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən 04 08 2022-ci il tarixində binanı pilləkən meydançasında elektrik lövhəsində quraşdırılmış mənzilə aid A480984185 nömrəli elektrik hesabat sayğacından kənar X4 olunması barədə NDM 029144 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmış akta əsasən Azəıbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş X4 qaydalarının (bundan soma qaydalar) 8.17-1-ci yarımbəndinin tələbinə uyğun olaraq sayğacdan kənar çəkilmiş elektrik naqilinin ən kəsiyinin buraxıla bilən maksimum cərayan 27 A olmaqla 43 gün müddətində yenidən hesablaşma aparılaraq hesabına 4291 kVts (dəyəri 537,95 manat) əlavə borc hesablanmışdır. Eyni zamanda elektrik hesabat sayğacından kənar X4nin təym edilməsi üçün komissiyanın yaradılması barədə müraciətə cavab olaraq bildirildi ki, 06 06.2022-ci il tarixində tərəfindən onun və "xxxx" ASC-nin Yasamal RETSİ-nin əməkdaşlarının iştirakı itə sözügedən elektrik lövhəsinə baxış keçirilərkən sayğacın qoşulma sxeminin 029144 nömrəli 04 06.2022-ci il tarixli akt tərtib edilərkən qeydə alınmış video görüntüdə əks olunmuş sxem ilə eyni olmadığı yəni sözügedən video görüntüdə qeydə alınmış sayğacdan kənar çəkilmiş kabel xəttinin tərəfinndən baxış keçirilərkən sayğacdan sonra quraşdırılmış 0 4 kV-luq avtomat açardan birləşdirildiyi müəyyən olmuşdur. Sözügedən aktın sızın iştirakı olmadan tərtib olunması iddiası ilə əlaqədar Qaydaların 8.35-ci bəndinin (Enerji təchızatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjıiəchizatı müəssışələrı. istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər) tələbinə uyğun olaraq enerji təchizatı müəssisəsinə qarşı iddia qaldıraraq məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Abunə kodu **********V0055 olan abunə haqqında sənəddən görünür ki, NDM 028480 saylı və NDM 029144 saylı aktlara əsasən Yasamal rayonu, 528 kvartal, Ələkpərov, Ev(bina) 013V, mənzil 0055 ünvanına müvafiq olaraq 806,25 manat və 537,95 manat əlavə ödəniş hesablanmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdehin irəli sürdüyü dəlillərə uyğun olaraq iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malik olubolmaması halı yoxlanmalıdır. Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” İş materiallarına əsasən iddiaçının "xxxx" ASC-nin məişət abonenti olmadığı, onların arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmadığı müəyyən edilsə də qeyd edilməlidir ki, iddiaçı elektrik enerjisi istehlakçısıdır və hazırda mübahisələndirilən aktlar onun üçün müvafiq vəzifələrin yaranmasına yönəldilib. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X4 Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. «X4 Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X4 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X4yə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X4də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə baxışı zamanı toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərində "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu-**********V0055) X4 qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, fərdi yaşayış evinə sayğacdan kənar xəttin daxil olması aşkar edilmiş, bununla əlaqədar NDM 028480 saylı və NDM 029144 saylı aktlar tərtib edilmiş və aktlara əsasən iddiaçıya müvafiq olaraq 806,25 manat və 537,95 manat əlavə ödəniş hesablanmışdır. Təqdim edilmiş aktların surətinə əsasən görünür ki, sayğac yoxlanılarkən iddiaçının və hal-şahidlərinin iştirakı təmin edilməmiş, Qaydaların tələblərinə riayət edilmədən müvafiq aktlar tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, Mülki Məcəllənin 21.2, 1096 və 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu məsuliyyət yüksək təhlükə mənbəyinin sahibinin təqsirindən asılı olmayaraq yaranır. İşə baxılan zaman sayğacın binanın pilləkən meydançasında quraşdırılması müəyyən edilmişdir. «X4 Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bununla əlaqədar qeyd edilməlidir ki, iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktlardır. Həmin aktlar isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə, iddiaçının onun mənəvi sarsıntı keçirməsini qəbul edir. Lakin əsas tələb təmin olunduğundan, iddiaçının pozulmuş hüququnun bərpa edilməsi mənəvi zərərin ödənilməsi kimi də qəbul edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2022-ci il tarixli NDM 028480 saylı və xx.xx.2022-ci il tarixli NDM 029144 saylı aktlar etibarsız hesab edilsin və həmin aktlara əsasən hesablanmış 1.344,20 manat məbləğində borc İddiaçı məxsus **********V0055 saylı abunə hesabından silinməlidir. İddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 028480 saylı və xx.xx.2022-ci il tarixli NDM 029144 saylı aktlar etibarsız hesab edilsin və həmin aktlara əsasən ümumilikdə hesablanmış 1.344,20 (bir min üç yüz qırx dörd manat, iyirmi qəpik) manat məbləğində borc İddiaçı məxsus **********V0055 saylı abunə hesabından silinsin. Dövlət rüsumu kimi ödənilməli olan 43,44 manatın 33,44 (otuz üç manat qırx dörd qəpik) manatı məbləğində pul "xxxx" ASC-dən tutularaq dövlət gəlirinə alınsın. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar