Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2858/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Ərizəçinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktı” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs2 və 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Kontorunu maraqlı şəxslər qismində qeyd etməklə “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktı” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 tərəfindən X5 adına açılmış 11 may 1978-ci il tarixli, 25* saylı doğum haqqında akt qeydinin 29.*4.1978-ci il təvəllüdlü mərhum həyat yoldaşı X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X14 2*.*8.2*24cü il tarixdə vəfat etmişdir. Vərəsəlik işi açıldıqdan sonra onun doğum haqqında şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi ilə doğum haqqında akt qeydlərindəki soyad və doğum tarixlərində ziddiyyət aşkar olunmuşdur. Buna görə də, vərəsəlik işi yarımçıq qalmışdır. Belə ki, X6 doğum tarixi “29.*4.1978-ci il” olsa da, onun adına açılmış 11 may 1978-ci il tarixli, 25* saylı doğum haqqında akt qeydində doğum tarixi “1*.*4.1978-ci il”, soyadı isə “Məmmədov” olaraq qeyd olunmuşdur. Həmin doğum haqqında akt qeydindən görünür ki, ata qrafasında “X1*”, ana qrafasında “X11” qeyd olunmuşdur. X9 *4.*4.1995-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədə isə qeyd olunan soyad və doğum tarixi doğum akt qeydində qeyd olunan məlumatlarla üst-üstə düşmür. Sədinin soyadı sonradan Zöhrablı olaraq dəyişdirilərək bu barədə doğum haqqında şəhadətnamə verilsə də, bu barədə doğum haqqında akt qeydində qeyd aparılmamışdır. Doğum tarixləri isə hesab edirlər ki, texniki olaraq düzgün qeyd olunmamışdır. Qeyd olunan halların baş verməsi hazırda vərəsəlik şəhadətnaməsi almalarına mane olur. Doğum haqqında akt qeydində düzəliş olunması üçün Qeydiyyat şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsi tərəfindən düzəlişin aparılması mümkün olmamışdır. Ona görə hesab edir ki, həmin doğum haqqında akt qeydinin şəxsə mənsub olması məhkəmə qaydasında tanınmalıdır. Hazırki hüquqi faktın təsdiq olunması vərəsəlik işinin davam etdirilməsi üçün lazımdır. Ərizəçinin nümayəndəsi X7 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında Maraqlı şəxs2 tərəfindən məhkəməyə ərizə ünvanlanıb, Ərizəçi hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı barədə iddiaya qarşı etirazlarının olmadığı bildirilmiş və işlərinin çoxluğu nəzərə alınaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsi xahiş edilmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2 və 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə ərizəyə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, mərhumun qardaşı, ərizəçinin isə qaynıdır. Mərhum qardaşı 29.*4.1978-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuşdur. Doğum akt qeydində soyadı ilk olaraq “Məmmədov” qeyd olunmuş, sonradan isə “Zöhrablı” olaraq dəyişdirilmişdir. Bununla bağlı qardaşı Sədiyə “Zöhrablı” soyadı ilə doğum haqqında şəhadətnamə alınsa da, doğum akt qeydində bu barədə düzəliş edilməmişdir. Həmçinin, qardaşı X6 doğum tarixi də doğum akt qeydində 1*.*4.1978-ci il kimi qeyd edilmişdir. Əslində isə qardaşı X14 bütün digər sənədlərdə qeyd olunduğu kimi, 29.*4.1978-ci il tarixdə anadan olmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında zamanı tədqiq olunmuş: - Biləsuvar rayon VVAQ şöbəsi tərəfindən *4 aprel 1995-ci il tarixdə verilmiş JQ seriyalı 278138 saylı doğum haqqında şəhadətnamənin surətinə görə X14 29 aprel 1978ci il tarixdə Biləsuvar rayonunda doğulmuşdur. Ata qrafasında X1*, ana qrafasında X11 qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1978-ci ilin, may ayının 11-ci günündə 25* nömrə ilə doğum qeyd edilmişdir. - 31.*5.2*13-cü il tarixdə verilmiş AZE seriyalı 13586732 saylı şəxsiyyət vəsiqəsinin surətinə görə vəsiqə X9 məxsusdur. X6 doğum tarixi 29.*4.1978-ci il, doğulduğu yer Biləsuvar şəhəri, yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi, ev 36, mənzil 19-dur. - 14 iyul 2**4-cü il tarixdə verilmiş AZ-İ seriyalı *96898 saylı nikah haqqında şəhadətnamənin surətinə görə 29.*4.1978-ci il təvəllüdlü X14 ilə xx.xx.1984-cü il təvəllüdlü Ərizəçi arasında nikah 14 iyul 2**4-cü il Biləsuvar rayon VVADQ şöbəsində 66 saylı akt qeydi ilə bağlanmışdır. - 24 sentyabr 2*24-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 456226 saylı ölüm haqqında şəhadətnamənin surətinə görə X14 2* avqust 2*24-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2*24-cü ilin *9-cu ayının 24-cü günündə 1*55 nömrə ilə qeyd edilmişdir. - “Elektron notariat” X1 vasitəsilə “X3” AQİS-dən çıxarışa əsasən 11 may 1978-ci il tarixli, 25* saylı doğum haqqında akt qeydində mərhumun soyadı “Məmmədov”, doğum tarixi isə “1*.*4.1978”-ci il olaraq qeydə alınmışdır. - Maraqlı şəxs2 28.*2.2*25-ci il tarixli, 3-16-5/8-15-14-114/2*25 saylı məktubunun surətinə görə S.Zöhrablının doğumu haqqında akt qeydində ziddiyyət aşkar olunduğu üçün onun doğumu haqqında arayışın verilməsi mümkün olmamışdır. Belə ki, ölüm haqqında akt qeydində və öldüyü tarixədək qüvvədə olmuş şəxsiyyət vəsiqəsində onun soyadı “Zöhrablı”, doğum tarixi isə “29.*4.1978”-ci il, doğum haqqında akt qeydində isə soyadı “Məmmədov”, doğum tarixi isə “1*.*4.1978”-ci il qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2**1-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş X3nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara əsasən X3nın qeydindəki səhvlərə kifayət qədər əsaslar olduqda dəyişiklik edilir. Göstərilən hallar mövcud olmadığına görə mərhum S.Zöhrablının doğum haqqında akt qeydində soyada və doğum tarixinə dəyişiklik edilməsi mümkün olmamışdır. Qanunvericliyin yuxarıda göstərilən müddəaları əsas tutularaq: * Maraqlı şəxs2 tərəfindən tərtib edilmiş 11.*5.1978-ci il tarixli, 25* nömrəli doğum haqqında akt qeydinin mərhum X9 məxsus olmasının müəyyən edilməsi; * Mərhum S.Zöhrablının doğumu haqqında Maraqlı şəxs2 tərəfindən tərtib edilmiş 11.*5.1978-ci il tarixli, 25* nömrəli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında soyadına Məmmədovdan Zöhrablıya, doğum tarixinə isə 1*.*4.1978-ci ildən 29.*4.1978-ci il dəyişiklik edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - 7 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin *8.*5.2*25-ci il tarixli, *5/*9İS/*57518-25 saylı arayışına görə “X3” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X12 aid *8.*5.2*25-ci ilədək daxil edilmiş bütün X3 üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Belə ki, - atası X1* (*9.*3.1952); - anası X11 (29.*6.1955); - qardaşı X16 (29.*4.1978-vəfat edib); - qardaşı X17 (18.*9.1979); - qardaşı X13 (*4.12.1984). - X2 valideynləri (atası X1* və anası Məmmədova (Nağıyeva) Səmayə İsa qızı məhkəməyə ünvanlamış olduqları ərizə ilə X6 29.*4.1978-ci il tarixdə Biləsuvar rayonunda anadan olduğunu, doğum akt qeydində soyadının ilk olaraq “Məmmədov” olaraq qeyd olunduğu, sonradan isə bütün uşaqlarının soyadının babalarının adına uyğun “Zöhrablı” olaraq dəyişdirildiyini, bununla bağlı oğlu Sədiyə “Zöhrablı” soyadı ilə doğum haqqında şəhadətnamə alsalar da, doğum akt qeydində bu barədə düzəliş edilmədiyini, həmçinin övladları X6 doğum tarixinin də doğum akt qeydində yanlışlıqla 1*.*4.1978-ci il kimi qeyd olunduğunu, əslində isə oğlu X6 bütün digər sənədlərdə qeyd olunduğu kimi 29.*4.1978-ci il tarixdə anadan olduğunu bildirilmişlər. - Ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən 1** manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilməlidir ki, işdən görünən odur ki, hazırda ərizə ilə müraciət edən Ərizəçidır. Ərizəçinin məhkəməyə müraciət etməsində məqsəd Maraqlı şəxs2 tərəfindən X5 adına açılmış 11 may 1978-ci il tarixli, 25* saylı doğum haqqında akt qeydinin 29.*4.1978-ci il təvəllüdlü mərhum həyat yoldaşı X9 məxsus olması faktının müəyyən edilməsidir. Ərizəçinin bildirdiklərinə görə X14 onun həyat yoldaşıdır. Sədi Zöhrablı 29 aprel 1978-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, 2* avqust 2*24-cü il tarixdə isə Bakı şəhərində vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra vərəsəlik işinin aparılması ilə bağlı aidiyyəti orqana müraciət etməsinə baxmayaraq, sonuncuya məxsus sənədlərdə ziddiyyətli məqamlara (mərhumun soyadı və doğum tarixinin üst-üstə düşməməsi) rast gəlindiyi üçün vərəsəlik işinin davam etdirilməsi mümkün olmamışdır. Belə ki, X9 məxsus şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamədə, eləcə də bir sıra digər sənədlərdə soyadının “Zöhrablı”, doğum tarixinin 1*.*4.1978-ci il olaraq qeyd edilməsinə baxmayaraq, bu sənədlərdən yalnız 11 may 1978-ci il tarixli, 25* saylı doğum haqqında akt qeydində soyadı “Məmmədov”, doğum tarixi 29.*4.1978-ci il olaraq qeyd olunmuşdur. Ərizələrdə rast gəldiyi ziddiyyətli halların aradan qaldırılması üçün məhkəmədən öncə aidiyyəti quruma müraciət etsə belə, müsbət nəticə əldə edə bilməmişdir. Nəticə etibarı ilə məhkəməyə müraciət edib, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*5.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 3*7.1, 3*7.2.5-ci maddələrinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı Qərarının 1.2, 1.4-cü bəndlərinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. Qərarın 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 3*7.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qərarın 6.1, 6.2-ci bəndlərinə görə qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçi ərizəsində faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu, habelə lazımi sənədləri ala bilməməsini təsdiq edən sübutları qeyd etdiyi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Nəzərə alınmalıdır ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə şəxsin doğumu haqqında akt qeydini aid etmək mümkündür. İşdə olan sənədlərin araşdırılması zamanı X6 həqiqətən də 29 aprel 1978-ci il tarixdə anadan olduğu müəyyən olunur. Lakin ehtimal olunur ki, texniki səhvin nəticəsi kimi şəxsin doğum tarixinin qeydə alınmasında yanlışlığa yol verilmiş və bu tarix həqiqətdə olduğu kimi deyil, yanlışlıqla 1*.*4.1978-ci il olaraq qeyd edilmişdir. Soyadına münasibətdə isə Qeydiyyat orqanın verdiyi sənəddə mərhumun soyadının ilkin olaraq “Məmmədov” olaraq qeydə alındığı, sonradan “Zöhrablı” soyadına dəyişdirildiyi, hətta dəyişiklikdən sonra doğum haqqında şəhadətnamənin verildiyi, lakin bu dəyişikliyin doğum haqqında akt qeydində aparılmadığı müəyyən olunmuşdur. Nəticədə şəxsin doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, eləcə də bir sıra digər sənədlərdəki soyadı və doğum tarixi ilə hüquqmüəyyənedici sənəd hesab edilən doğum haqqında akt qeydində uyğunsuzluq yaranmışdır. Yaranmış qeyri-müəyyənliklərin aradan qaldırılması istiqamətində mərhumun yaxınlarının səy göstəriməsinə baxmayaraq, məsələ öz həllini tapmamışdır. Bu hal isə vərəsəlik işinin başa çatdırılmasına mane olur. Beləliklə məhkəmənin qənaəti ondan ibarətdir ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizəsinin təmin edilməməsi üçün hər hansı əsas müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 1*7-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alıb məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs2 tərəfindən X5 adına açılmış 11 may 1978-ci il tarixli, 25* saylı doğum haqqında akt qeydinin mərhum 29.*4.1978-ci il təvəllüdlü X9 məxsus olmasına dair hüquqi fakt müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-22*-ci, 3*7- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs2 tərəfindən X5 adına açılmış 11 may 1978-ci il tarixli, 25* saylı doğum haqqında akt qeydinin mərhum 29.*4.1978-ci il təvəllüdlü X9 məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2858/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2858/2025
13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver