Məhkəmə qərarları › İş №2(006)-2864/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2864/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2864/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçı Əlihüseyn oğlunun qanuni nümayəndəsi X3, Cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Əlihüseyn oğlunun cavabdeh ləğv prosesində olan “xxxx” ASC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” iddia tələbinə dair mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əlihüseyn oğlu cavabdeh ləğv prosesində olan “xxxx” ASC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53 A saylı evin 85 nömrəli mənzilinin notarial qaydada ona satılması vəzifəsinin ləğv prosesində olan “xxxx” ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29.01.2019-cu il tarixdə İddiaçı Əlihüseyn oğlu ilə “xxxx” ASC arasında bağlanmış daşınmaz əmlakın nisyə alqı-satqı edilməsi barədə razılıq sazişinə əsasən satıcı qismində “xxxx” ASC Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53 A saylı evin 85 nömrəli mənzilini İddiaçı Əlihüseyn oğluna 25000 manata satmışdır. Aralarında olan razılığa əsasən İddiaçı Əlihüseyn oğlu 5000 manat pulu 2019-cu ilin yanvar ayında, qalan məbləği isə hissə-hissə olmaqla hər ay 400 manat “xxxx” ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı Əlihüseyn oğlu 25000 manat pulu tam şəkildə ödəməsinə baxmayaraq, “xxxx” ASC Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53 A saylı evin 85 nömrəli mənzili İddiaçı Əlihüseyn oğlunun nə mülkiyyətinə verir, nə də alqı-satqı müqaviləsini notarial qaydada bağlayaraq razılıq sazişi üzrə öhdəliyini yerinə yetirmir. Belə ki, İddiaçı Əlihüseyn oğlu məsələnin həlli ilə əlaqədar banka müraciət etmiş, “xxxx” ASC tərəfindən verilən cavab məktubunda X2 bankın xeyrinə K-3749 saylı kredit müqaviləsi üzrə cəmi ödəniş gününün rəsmi məzənnəsinə görə Azərbaycan Respublikasının manatı ilə 147454,58 ABŞ dolları, K-1609 kredit müqaviləsinə əsasən cəmi 28859,21 manat məbləğində pul tutulmalıdır. Ödənişin tutulması üçün Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın 85 və 3 saylı ofisləri, Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53 A saylı evin 85 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53 A saylı evin 85 nömrəli mənzili açıq hərraca çıxarılmış, ilkin satış qiymətindən 15% daha sonra isə təkrar hərracda alıcı olmadığından endirimli qiymətlə tələbkar banka təklif edilmiş və bankın mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Qeyd edilən mənzil ləğv prosesində olan “xxxx” ASC-nin mülkiyyətindədir, İddiaçı Əlihüseyn oğlu tərəfindən ödənilmiş 25 000 manat bankın cari hesabındadır. Qeyd edilən məbləğin geri qaytarılması və ya əmlakın alqı-satqısı növbəlikdədir. “xxxx” ASC saziş üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Əlihüseyn oğlunun qanuni nümayəndəsi X5 iddia tələbini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyib, iş üzrə iddiaçının müraciətinə təmsil etdiyi qurum tərəfindən cavab verildiyini, hazırki vəziyyətdə “xxxx” ASC ləğvetmə prosesində olduğuna görə öhdəliklərin icrasının növbəli şəkildə həyata keçirildiyini, iddiaçının növbəsi çatacağı zaman bank tərəfindən tələb edilən öhdəliyini yerinə yetiriləcəyini bildirdi. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29.01.2019-cu il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı edilməsi barədə razılıq sazişindən görünür ki, “xxxx” ASC mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53 A saylı evin 85 nömrəli mənzili 25000 manata İddiaçı Əlihüseyn oğluna satmağı, İddiaçı Əlihüseyn oğlu ilkin olaraq 5000 manat pulu ödəyir, sonrakı ödənişlərini hər ay 400 manat olmaqla, 18 ay tamamında borcu tam bağlamaq öhdəliyini, “xxxx” ASC isə 25000 manat pul tam ödənildikdən sonra alqı-satqı müqaviləsi bağlayaraq Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53 A saylı evin 85 nömrəli mənzili İddiaçı Əlihüseyn oğlunun mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin sazışin 5-ci bəndinə görə razılaşmada göstərilən şərtlər “Satıcı” və ya “Alıcı” tərəfindən pozulduqda razılaşma qüvvədən düşmüş sayılır. “xxxx” ASC-nin 08.02.2021-ci il tarixli müraciətə baxılması haqqında sənəddən görünür ki, X2 bankın xeyrinə K-3749 saylı kredit müqaviləsi üzrə cəmi ödəniş gününün rəsmi məzənnəsinə görə Azərbaycan Respublikasının manatı ilə 147454,58 ABŞ dolları, K-1609 kredit müqaviləsinə əsasən cəmi 28859,21 manat məbləğində pul tutulmalıdır. Ödənişin tutulması üçün Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın 85 və 3 saylı ofisləri, Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53 A saylı evin 85 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53 A saylı evin 85 nömrəli mənzili açıq hərraca çıxarılmış, ilkin satış qiymətindən 15% daha sonra isə təkrar hərracda alıcı olmadığından endirimli qiymətlə tələbkar banka təklif edilmiş və bankın mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Qeyd edilən mənzil ləğv prosesində olan “xxxx” ASC-nin mülkiyyətindədir, İddiaçı Əlihüseyn oğlu tərəfindən ödənilmiş 25000 manat bankın cari hesabındadır. Qeyd edilən məbləğin geri qaytarılması və ya əmlakın alqı-satqısı növbəlikdədir. Ödəniş qəbzindən görünür ki, İddiaçı Əlihüseyn oğlu tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 (otuz) manat rüsum ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilən mübahisəsiz hallar ondan ibarətdir ki, İddiaçı Əlihüseyn oğlu ilə “xxxx” ASC arasında 29.01.2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın nisyə alqı-satqı edilməsi barədə razılıq sazişinə əsasən satıcı qismində “xxxx” ASC Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53 A saylı evin 85 nömrəli mənzilini İddiaçı Əlihüseyn oğluna 25000 manata satmışdır. Aralarında olan razılığa əsasən İddiaçı Əlihüseyn oğlu 5000 manat pulu 2019-cu ilin yanvar ayında, qalan məbləği isə hissə-hissə olmaqla hər ay 400 manat “xxxx” ASC-yə ödəməyi öhdəsinə götürmüş, yekunda iddiaçı həmin məbləği tam olaraq banka ödəmişdir. Keçirilən hərrac nəticəsində qeyd edilən mənzil ləğv prosesində olan “xxxx” ASC-nin balansına keçmiş, ancaq İddiaçı Əlihüseyn oğlu tərəfindən də ödənilmiş 25000 manat bankın cari hesabında qalmışdır. İddiaçı bağlanmış sazişə əsasən bankın öhdəliyi yerinə yetirməli olduğu halda bundan boyun qaçırdığını bildirir və sadaladığı halları bankın da ona ünvanladığı cavab məktubunun təsdiqlədiyini bildirir. Cavabdeh isə mübahisələndirilən mənzilin keçirilmiş hərrac nəticəsinə artıq bankın mülkiyyətində olduğuna əsaslanaraq, saziş üzrə iddiaçıya verilməli olan mənzili və ya ödənilmiş pul məbləğini iddiaçıya növbəlilik əsasında geri qaytarılacağını bildirir. Sazişin digər şərtləri və keçirilmiş hərrac məhkəmədə mübahisələndirilmir. Məhkəmə mübahisəni nəzərə alıb aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 414.4-cü maddəsinə görə əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə yekunda onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh bakın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Ona görə ki, cavabdeh yuxarıda qeyd edilən saziş ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, 29.01.2019-cu il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı edilməsi barədə razılıq sazişinin tələblərii müqavilə üzrə satıcı - “xxxx” ASC tərəfindən pozulmuşdur. Belə ki, həmin sazşin 4-cü bəndinə əsasən, “xxxx” ASC 25000 manat pul tam ödənildikdən sonra alqı-satqı müqaviləsi bağlayaraq Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53 A saylı evin 85 nömrəli mənzili İddiaçı Əlihüseyn oğlunun mülkiyyətinə verməyi öhdəsinə götürür. Göründüyü kimi tərəflər aeasında bağlanan saziş üzrə ödənilməli olan məbləğ, həmçinin sazişin özü hər hansı müddət ilə məhdudlaşdırılmamış, sadəcə 25 000 məbləğində pulun tam ödənilməsi halında mübahisəli mənzilin alıcının mülkiyyətinə verilməsi ilə şərtləndirilmişdir. Sazişin həmin şərti isə İddiaçı Əlihüseyn oğlu tam olaraq icra etmişdir. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53 A saylı evin 85 nömrəli mənzilinin notarial qaydada İddiaçı Əlihüseyn oğluna satılması vəzifəsi cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin üzərinə qoyulmalıdır. Məhkəmə cavabdeh tərəfin mübahisəli əmlakın və ya 25 000 manat məbləğində pulun ancaq növbəlilik əsasında qaytarılması barədə olan mövqeyi ilə razılaşmır. Belə ki, hazırki mübahisənin özəyi əvvəllər tərəflər arasında olan kredit münasibətləri olsa da, sözügedən mənzil 29.01.2019-cu il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı edilməsi barədə razılıq sazişinə əsasən ödənilmiş 25 000 manat pulun qarşılığında İddiaçı Əlihüseyn oğluna satılmalı idi. Məhkəmə o mövqedən çıxış edir ki, mübahisə predmeti sığortalanmış əmanət olmadığından onun növbəlilik əsasında satılmasına zərurət yoxdur. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən cavabdeh ləğv prosesində olan “xxxx” ASCdən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı Əlihüseyn oğluna ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53 A saylı evin 85 nömrəli mənzilinin notarial qaydada İddiaçı Əlihüseyn oğluna satılması vəzifəsi cavabdeh ləğv prosesində olan “xxxx” ASCnin üzərinə qoyulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh ləğv prosesində olan “xxxx” ASC-dən alınaraq İddiaçı Əlihüseyn oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar