Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2867/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı “hüquqi faktın təyin edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı “hüquqi faktın təyin edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş arxiv arayışı əsasında həmin müəssisədə 1976-1986-cı illərdə ona əmək haqqının hesablanması və verilməsi barədə cədvəl əsasında əmək kitabçasının olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X2 məhkəmə iclasında etiraz ərizəsi təqdim etdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 05.03.2018-ci il tarixli, 07/12-08-463 saylı “Arxiv arayışının verilməsi haqqında” arayışdan görünür ki, Ərizəçi 1969-cu ildə Meyvə-Tərəvəzçilik baş İdarəsinə və 1970-ci ildə Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyinin Nəqliyyat şöbəsinə mühəndis vəzifəsinə təyin olunması, eyni zamanda 1990-cı ildə işdən azad olunması barədə Nazirliyin arxivində hər hansı sənəd, o cümlədən müvafiq əmrlərin müəyyən edilmədiyi, lakin Nazirliyin arxivində saxlanılan 1975-1986-cı illərdə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyində işlədiyi dövr üzrə əmək haqqı ilə bağlı cədvəlin olduğu qeyd edilmişdir. İş materiallarında olan cədvəldən görünür ki, Kənd Təsərrüfatı Nazirliyinin arxivində saxlanılan əmək haqqı cədvəllərində Ərizəçi 1975-1986-cı illərə dair aylıq maaşı qeyd olunmuşdur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.3-cü bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Yuxarıda qeyd edilən Qərardan, habelə ərizəçinin ərizəyə əlavə etdiyi sənədlərdən göründüyü kimi, ərizəçi 1969-1990-cı illər üzrə əmək fəaliyyəti ilə bağlı arayışın verilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişdir. Müraciətinə əsasən ona “Arxiv arayışının verilməsi haqqında” arayış, həmçinin həmin arayışa əlavə edilmiş ərizəçinin əmək haqqı cədvəli təqdim edilmişdir. Beləliklə də, iş materiallarında Ərizəçi əmək stajını təsdiq edən sənəd (arxiv arayışı) mövcud olduğundan, ərizəçinin “əmək kitabçasının olması faktının müəyyən edilməsi”nə dair ərizəsinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Məhkəmə hesab edir ki, ərizəçi “əmək kitabçasının olması faktının müəyyən edilməsi” ilə bağlı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna müraciət etməli, həmin orqan bundan imtina etdikdə, iddiaçı aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxmalı olan məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı “hüquqi faktın təyin edilməsinə dair” mülki iş üzrə icraata xitam verilməlidir. Habelə, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı “hüquqi faktın təyin edilməsinə dair” mülki işin icraatına xitam verilsin. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2867/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2867/2021
24.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver