Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2922/2020 18.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Sərkərli Sara Vüqar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili x4 iştirakı ilə, İddiaçı cavabdeh x1rşı “müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh x1rşı “müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, cavabdehin qanunsuz sahibliyində olan 3,754,3 qram qızılzinət əşyaları cavabdehdən alınaraq ona təhvil verilməsi, əldən çıxmış faydaya görə 30.000 manat, mənəvi ziyana görə isə 10.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh x2 saxlanılan girov qoyulmuş çəkisi 583 əyar üzrə - 132 ədəd (2727,1 qram), 585 əyar üzrə - 41 ədəd (613,2 qram), 750 əyar üzrə - 32 ədəd (414 qram), cəmi 3,754,3 qram qızıl-zinət əşyalarının girovdan azad edilərək İddiaçı qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan Məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. İddiaçının nümayəndəsi və vəkili x6 izahatında bildirmişdir ki, ləğvetmə prosesində olan “x8” ASC cavabdeh İddiaçı qarşı “kredit məbləğinin geri qaytarılması və girov predmetinə tutmanın yönəldilməsi” tələbi ilə Binəqədi rayon Məhkəməsində iddia qaldırmış, İddiaçı da “x8” ASC-yə qarşı “kredit xətti müqavilələrinin xitamı, kredit müqavilələri üzrə artıq ödənilmiş pul vəsaitinin qaytarılması, girov müqavilələrinin ləğvi və girov predmetlərinin; 583 üzrə - 132 ədəd (2727,1 qram), 585 əyyar üzrə - 41 ədəd (613,2 qram), 750 əyyar üzrə - 32 ədəd (414 qram), cəmi 3,754,3 qram qızıl-zinət əşyalarının girovdan azad edilməsi” tələbi ilə qarşılıqlı iddiası icraata qəbul edilmişdir. Binəqədi rayon Məhkəməsi tərəfindən iş üzrə mühasibatlıq ekspertizası keçirilmiş, ekspertizanın rəyinə əsasən kredit müqavilələri üzrə İddiaçı “x8” ASC-yə borcunun olmaması, əksinə banka artıq ödənilmənin olduğu müəyyən edilmişdir. Məhkəmənin gedişində İddiaçı girov qoyduğu qızıl-zinət əşyalarının üzərinə həbsin qoyulması barədə ərizəsi təmin edilmiş, müqavilələrin təminatı olan “x8” ASC-nin depozit seyflərində qoyulmuş qızıl-zinət əşyalarının üzərinə həbs qoyulması barədə 2(001)-18416/2016 saylı, 27 dekabr 2016-cı il tarixli qərardad qəbul olunmuşdur. Məhkəmənin bu qərardadı bu gün də qüvvədədir. Qətnamədən narazı qalmayan “x8” ASC apelyasiya şikayəti vermiş, şikayət təmin edilməmiş, Binəqədi rayon Məhkəməsinin qətnaməsi Bakı Apelyasiya Məhkəməsinin 2(103)-330/2018 saylı, 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. “x8” ASC apellyasiya instansiyasının qətnaməsindən kassasiya şikayəti vermiş, kassasiya şikayəti təmin edilmiş, İddiaçı “x8” ASC-yə qarşı iddiası hissəsində icraata xitam verilmiş, “x8” ASC x5 ilə əvəzlənmiş, iş yeni araşdırmaya göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10008/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə ləğv prosesində olan “x8” ASC-nin ləğvedicisi x5 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə təmin edilməmişdir. Qətnamədən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin 2(102)-2435/2019 saylı, 15.04.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Xronoloji ardıcıllıqdan göründüyü kimi İddiaçı kredit müqavilələri üzrə iddiaçıya borcunun olmadığı, kredit məbləğinin vaxtında ödənildiyi üçün kredit müqavilələrinə xitam verildiyi aydın olur. Belə olduğu halda x5 həmin müqavilələrin təminatı kimi özündə saxladığı girov əmlakı, qızıl-ziynət əşyalarını mübahisəsiz qaydada əmlak sahibinə geri qaytarılmalı idi. Lakin iş üzrə çıxarılmış qətnamələrin qanuni qüvvəyə minməsindən bir il müddət keçməsinə baxmayaraq girov predmeti olan qızıl-ziynət əşyaları geri qaytarılmamış, qaytarılmasından imtina etmişdir. Girov saxlayan açıq-aşkar girov əmlakları özündə saxlamaqda davam etməklə mülkiyyətçini qanuni əmlakından məhrum etməkdə davam edir. Yuxarıda etdiklərinə baxmayaraq cavabdeh öhdəliklərini icra etməmiş və hal-hazıra kimi onun mülkiyyətində olan qızıl-ziynət əşyalarını ona qaytarmamışdır. Hal-hazırda həmin qızılların üzərində həbs olmaqla cavabdehdədir və cavabdeh həmin qızıl-ziynət əşyalarından çox gümün ki, faydalanır və mənfəət əldə edir. Yoxsa cavabdeh nədən bu qədər müddət ərzində onun qızıl-ziynət əşyalarını geri qaytarmır? Dəfələrlə cavabdehə qızıl-ziynət əşyalarının qaytarılması barədə xəbərdarlıq edilməyinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirərək onun mülkiyyət hüquqlarını pozmaqda davam edir. Cavabdeh həmin qızıllara hüququ olmadan isdədiyi kimi istifadə edir. Mülkiyyətinə qanunsuz müdaxilə nəticəsində gəlirlərindən məhrum edilmişdir. Ümumilikdə 4 il ərzində götürə biləcəyi gəlirin dəyərindən məhrum edilmişdir. Bütün biznes fəaliyyəti iflic olmuşdur. Sonda iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi səbəbi barədə Məhkəməyə heç bir üzürlü səbəb bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Binəqədi rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli 2(001)-1833/2017 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Ləğv prosesində olan “x8” ASC-yə qarşı “kredit xətti müqavilələrinin xitamı, kredit müqavilələri üzrə artıq ödənilmiş pul vəsaitinin qaytarılması, girov müqavilələrinin ləğvi və girov predmetinin girovdan azad edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Ləğvetmə prosesində olan “x8” ASC-nin cavabdeh İddiaçı qarşı “kredit məbləğinin geri qaytarılması və girov predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli, 2(103)-10008/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan “x8” ASC-nin ləğvedicisi x5 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə təmin edilməməsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli, 29001)-1833/2017 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə iddiaçı ləğv prosesində olan “x8” ASC-nin cavabdeh İddiaçı qarşı kredit məbləğinin geri qaytarılması və girov predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiasının təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 2(103)-330/2018 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Həmin iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İddiaçı ünvanlanmış məktubundan görünür ki, Mülki Məcəlləyə müvafiq olaraq girovla təmin olunan öhdəlik xitam olunduqda, yəni Sizin «x8» ASC qarşısında heç bir öhdəliyiniz (borcunuz) olmaması müəyyən edildikdən sonra Bank həmin öhdəliklə bağlı girov saxladıqlarını dərhal qaytarmağa borcludur. Qanun belə halda sizin əlavə olaraq məhkəməyə iddia ilə müraciət etməyiniz, girov müqaviloəsinə xitam verilməsi və girovun qaytarılmasını tələb etməyinizi zəruri hesab etmir. Qanuna əsasən girova xitam verili rvə girovun qaytarılması Bankın borcu hesab olunur. Bank qəsdən girovun qaytarılmasından imtina etdikdə Sizin yeni yaranmış əsaslar, (Bankın qəsdən Sizə məxsus əşyaları qaytarılmaması və bunun nəticəsində Sizə ziyan vurması) üzrə məhkəməyə müraciət etmək hüququnuz, əşyalarınız və vurulmuş ziyanı tələb etmək hüqunuz yaranır. Ona görə də Bank qarşısında öhdəliyinə xitam verilmişdirsə girov əşyalarınızın qaytarılması üçün Banka rəsmi müraciət etməlisiniz, əgər müraciətiniz əsasınnda tələbiniz təmin olunmazsa girov əşyaların qaytarılması və vurulmuş ziyanla bağlı məhkəməyə müraciət edə bilərsiniz. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı kredit müqavilələri üzrə iddiaçıya borcunun olmadığı, kredit məbləğinin vaxtında ödənildiyi üçün kredit müqavilələrinə xitam verildiyi aydın olur. Belə olduğu halda x5 həmin müqavilələrin təminatı kimi özündə saxladığı girov əmlakı, qızıl-ziynət əşyalarını mübahisəsiz qaydada əmlak sahibinə geri qaytarılmalı idi. Lakin iş üzrə çıxarılmış qətnamələrin qanuni qüvvəyə minməsindən bir il müddət keçməsinə baxmayaraq girov predmeti olan qızıl-ziynət əşyaları geri qaytarılmamış, qaytarılmasından imtina etmişdir. Girov saxlayan açıq-aşkar girov əmlakları özündə saxlamaqda davam etməklə mülkiyyətçini qanuni əmlakından məhrum etməkdə davam edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Eyni Məcəllənin 302.4-cü maddəsinə əsasən lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Göstərilən Məcəllənin 302.8-ci maddəsinə əsasən lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Həmin Məcəllənin 302.9-cu maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh x2 saxlanılan girov qoyulmuş ümumi çəkisi 583 əyar üzrə - 132 ədəd (2727,1 qram), 585 əyar üzrə - 41 ədəd (613,2 qram), 750 əyar üzrə - 32 ədəd (414 qram), cəmi 3,754,3 qram qızıl-ziynət əşyalarının girovdan azad edilərək İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh x2 saxlanılan girov qoyulmuş ümumi çəkisi 583 əyar üzrə - 132 ədəd (2727,1 qram), 585 əyar üzrə - 41 ədəd (613,2 qram), 750 əyar üzrə - 32 ədəd (414 qram), cəmi 3,754,3 qram qızıl-zinət əşyalarının girovdan azad edilərək İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2922/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2922/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver