Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-293/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil3 oğlunun, Cavabdeh1 və onun vəkilləri Vəkil2 və Nümayəndə1 iştirakları ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən şəxslər "xxxx" ASC-yə və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzillə təmin edilmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MTK iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv.m 2 otaqlı təmirsiz mənzil və İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m 2 otaqlı təmirsiz mənzillə bağlı MTK ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2019-cu il tarixli 57 nömrəli müqavilənin etibarsız hesab edilməsi; cavabdehin mülkiyyətində olan və ipotekanın obyektini təşkil edən 64.5 kv.m-dən ibarət olan 3 otaqlı mənzil əvəzinə Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirli mənzilin, cavabdehin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək mülki işin aidiyyəti üzrə İmişli rayon Məhkəməsinə göndərilməsini xahilş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş “məhkəmə aidiyyatının dəyişdirilməsi” barədə vəsatəti rədd edilmişdir. Cavabdeh həmin qərardaddan narazı qalaraq apelyasiya şikayəti vermişdir. Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək mülki iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardaddan narazı qalaraq kassasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 18 may 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv.m 2 otaqlı təmirsiz mənzil və J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv.m 2 otaqlı təmirsiz mənzillə bağlı MTK ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi; Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv.m 2 otaqlı təmirsiz mənzil və İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m 2 otaqlı təmirsiz mənzillə bağlı MTK ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2019-cu il tarixli 57 nömrəli müqavilənin etibarsız hesab edilməsi; bu müqavilə əsasında Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m mənzilə dair cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquqların qabaqcadan qeydiyyatının ləğv edilməsi; cavabdehin mülkiyyətində olan və ipotekanın obyektini təşkil edən 64.5 kv.m-dən ibarət olan 3 otaqlı mənzil əvəzinə MTK-nın inşa etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirli mənzilin cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 10 sentyabr 2021-ci il tarixli iclasında cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsi əsasında "xxxx" ASC və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən şəxslər kimi işə cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarına uyğun sökülərək yerində yenisinin tikilməsi zərurəti yaranmışdır. Bu qərara uyğun olaraq Bakı şəhərinin digər rayonlarının ərazilərindi də olduğu kimi Nəsimi rayon ərazisində də rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən, 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində tikilmiş, yaşayış üçün yararsız olan və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması məqsədi ilə Ak.Topçubaşov, Abbas Səhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin əhatə etdiyi məhəllədə MTK tərəfindən yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli binaların tikintisinin layihələşdirilməsi üçün Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 23 yanvar 2017-ci il tarixli 11 nömrəli və binaların tikintisinə icazənin verilməsi haqqında 25 dekabr 2017-ci il tarixli 336 saylı sərəncamları verilmişdir. Bununla əlaqədar olaraq Nəsimi rayon İcra Hakimiyyəti ilə MTK arasında bağlanmış müqaviləyə əsasən sakinlərin köçürülməsi və həmin ərazidə binanın tikintisi ilə əlaqədar olaraq sakinlərə malik olduqları sahəyə 15 faizdən az olmamaqla mənzil sahəsi verilməli idi. Nazirlər Kabinetinin məlum qərarına uyğun bütün sənədləşdirmə işləri həyata keçirilərək həmin ərazidə olan 160-dək ailə aylıq kirayə haqlarının hər ay ödənilməsi şərti ilə köçürülmüşdür. Cavabdeh isə digər sakinlərdən fərqli olaraq bu “Pilot” layihənin həyata keçirilməsini məqsədli şəkildə yubatmaqla işin icrasına maneə törətmişdir. Belə ki, digər sakinlər üçün mənzillərin tez bir zamanda inşa edilib təhvil verilməsini gecikdirməsinə səbəb olan çoxsaylı hərəkətlər etmişdir. İlkin mərhələdə 101 mənzil mülkiyyətçisi kirayə haqqı ilə təmin edilərək köçürülərkən cavabdeh bundan imtina etməklə tikinti işlərinin başlanmasına maneəçilik törətmişdir. Cavabdeh əvvəlcə sənəd üzrə mülkiyyətində olan 64.5 kv.mdən ibarət olan 3 otaqlı mənzil üçün MTK-dan 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, 2 otaqlı 64.8 kv.m 2 otaqlı təmirsiz mənzil və 64.8 kv.m 2 otaqlı təmirsiz mənzil olmaqla 3 mənzil tələb etmişdir. Digər sakinlər qarşısında öhdəliyinin icrası və ümumiyyətlə pilot layihə olan işin gecikməməsi üçün MTKnın bu çətin vəziyyətindən istifadə edən cavabdeh MTK-nı məcbur edərək 21 fevral 2019-cu il tarixində MTK ilə müqavilə bağlayaraq mülkiyyətində olan 64.5 kv.m-dən ibarət olan 3 otaqlı mənzil üçün Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m 2 otaqlı təmirsiz mənzil və J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m 2 otaqlı təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notarial qaydada təsdiq ediləcək müqaviləyə əsasən öz mülkiyyətinə alacağı, söküləcək bu mənzilin isə MTK-nın istifadəsinə və sahibliyinə verilməsini təmin etməli idi. Razılaşmaya əsasən hazırki iş üzrə cavabdeh 03 mart 2019-cu il tarixinədək notarial qaydada müqavilə bağlamaq üçün sənədləri MTK-ya təhvil verməli idi. Lakin bu müqaviləni cavabdeh imzalasada, yenədə vəzifəsini icra etməyərək daha artıq iddialar irəli sürməyə başladı. MTK-nın çətin vəziyyətindən istifadə edən cavabdeh MTK-dan daha da artıq sahə tələb etməyə başlamış və bu müqaviləni ləğv edərək MTKnı eyni tarixli başqa bir müqavilə bağlamağa məcbur etmişdir. Belə ki, bu müqaviləyə əsasən isə hazırki iş üzrə cavabdeh MTK-dan Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m 2 otaqlı təmirsiz mənzil və İ girişində 7ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.ım 2 otaqlı təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notarial qaydada təsdiq ediləcək müqaviləyə əsasən öz mülkiyyətinə alacağı, söküləcək bu mənzilin isə MTK-nın istifadəsinə və sahibliyinə verilməsini təmin etməli idi. Müqavilədə daha sonra göstərilmişdir ki, qeyd edilən 2 mənzil (Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m 2 otaqlı təmirsiz mənzil və İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m 2 otaqlı təmirsiz mənzil) 18 ay müddətində yaşayış binasının A girişində olan 67.4 kv.m-dən ibarət 2 ədəd mənzillərlə (binanın 3-14-cü mərtəbəlində) dəyişdirilməsinə hazırki iş üzrə cavabdeh etiraz etmir. Bu müqavilədə də cavabdeh 03 mart 2019cu il tarixinədək notarial qaydada müqavilə bağlamaq üçün sənədləri MTK-ya təhvil vermək öhdəliyi götürsə də bu öhdəliyini icra etməmişdir. MTK-a tərəfindən cavabdehə mənzillərdən biri üçün mülkiyyət hüququna dair ilkin qeydiyyat sənədi də təqdim edilsədə cavabdeh yenə də öhdəliyini icra etməyərək 03 mart 2019-cu il tarixinədək notarial qaydada müqavilə bağlamaq üçün sənədləri MTK-ya təhvil verməmişdir. Bu ərazidə olan sakinlərin hamısı faktiki olaraq malik olduqları sahədən 30 faiz artıq olmaqla mənzil sahəsi əldə etməklə mülkiyyətlərində olan sahəni təhvil verərək MTK-nın aylıq kirayə haqqı hesabına mənzilləri tikilib hazır olanadək bu sahələrini tərk etmiş olduqları halda cavabdeh MTK-nın bu köməksiz vəziyyətindən istifadə edərək əsassız olaraq varlanmaq yolunu tutmuşdur. Cavabdeh Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsindəki 64.5 kv.m olan 3 otaqlı mənzilin yerləşdiyi binadakı, eyni girişli digər mənzillərin sakinləri MTK tərəfindən mənzillə təmin edilməli şərti ilə öz mənzillərini MTK-ya təhvil verdikləri halda cavabdeh məqsədli şəkildə MTK-nın tikintini başlamağa maneəçilik törətmək üçün mənzili təhvil verməkdən imtina etmiş və yalnız digər sakinlər mənzillərini təhvil verdiyi tarixdən 01 il 06 ay sonra MTK-nı çətin vəziyyətə salaraq sonuncu üçün olduqca əlverişsiz müqavilə bağlamağa məcbur edərək mənzili təhvil vermişdir. Digər sakinlərdən fərqli olaraq cavadeh mənzilini təhvil verdiyi gün F.Qasımzadə küçəsindəki A girişində 6-cı mərtəbədə 174 kv.m 4 otaqlı hazır mənzillə təmin edilmişdir. Göründüyü kimi, MTK-a digər çoxsaylı sakinlərin mənzillərini vaxtında hazır edərək onlara təhvil vermək öhdəliyi daşıdığından və ümumiyyətlə “Pilot” layihə olan tikinti işlərinin bitməsi üçün qısa müddət müəyyən edildiyindən istifadə edən cavabdeh NTK-nın bu ağır vəziyyətindən istifadə edərək MTK-nı özü üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 oğlu iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, "xxxx" MTK Nəsimi rayon Məhkəməsində ona qarşı iddia qaldırıb, 57 saylı, 21.02.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, mülkiyyətində olan mənzilin əvəzinə Bakı şəhəri, F.Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.metr ibarət təmirli mənzilin mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə verərək tərəflər arasında bağlanmış eyni tarixli başqa müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. İddia onun digər sakinlərdən fərqli olaraq pilot layihənin həyata keçirilməsini məqsədli şəkildə yubatmaqla işin icrasına maneə törətməsi, MTK-nın köməksiz vəziyyətdə olması, cavabdehin əsassız varlanmaq yolunu tutması, tikinti işlərinin bitməsi üçün qısa müddət müəyyən edilməsi ilə bağlı cavabdeh MTK-nın bu ağır vəziyyətindən istifadə etməsi nəticəsində son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlanması ilə əsaslandırılmışdır. İddia əsassızdır ona görə ki, 2017-ci ilin iyul ayının əvvəlindən başlayaraq "xxxx" MMC ("xxxx" MTK-nın əvvəlki adı) tərəfindən qonşuda yaşayan sakinlərin bəziləri ilə razılıqlar əldə edildi və onlar mənzillərindən çıxdı. Bundan sonra həmin mənzilləri söküb, materiallarını satdı. Hər gün söküntü işləri aparılır və həyət dəmir-taxta bazarına çevrilmişdir. Avqust ayında "xxxx" MTK artıq binanın üstünü, damını sökməyə başladı. Ona məxsus mənzil 2-ci mərtəbədə yerləşirdi və 3-cü mərtəbənin sahibi ilə razılıq əldə edildikdən sonra onun su çəni oğurlandı və damı sökmək üçün hazırlıq görüldü. O, söküntü aparanlardan damı sökməməyi xahiş etsə də, dedikdərinə məhəl qoyulmurdu. Eyni zamanda şirkətin əməkdaşları ilə danışıq aparmağa çalışsa da, ona əhəmiyyət verən olmadı və onlar bildirirdi ki, onun mənizilini sökmürlər axı, ona nə aidiyyatı var. O, da bildirirdi ki, binanın damı ümumidir və onun söküləcəyi və yağış yağacağı halda sular evinə töküləcək və onunla da razılıq əldə edək, çıxsın. Şirkəti faktiki idarə edən və sədrin 02.06.2017-ci il tarixli etibarnaməyə (etibarnamə 6 saylı Notariat Ofisinin Notariusu Ərəstun İmanov tərəfindən təsdiq edilmiş, müddəti 02.06.2022-ci il tarixə kimi idi) əsasən nümayəndəsi Elmar Kərimov bildirirdi ki, onun evin bankda girovdadır və bu mümkün deyil. Təhlükəli bu vəziyyəti görüb o, 2017-ci ilin avqust ayında Nəsimi rayon Məhkəməsində “Gözəl ünvan 1 ünvanı üzrə ünvan 2mına uyğun olaraq 33 saylı mənzilin mülkiyyətçisi kimi onunla qarşılıqlı razılaşma əsasında müqavilənin bağlanmasının, kirayədə qalmağının maliyyələşdirilməsinin və s. vəzifələrin "xxxx" MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Nəsimi rayon Məhkəməsinin 23.08.2017-ci il tarixli qərardadı ilə ünvan 3 ünvanında söküntü işlərinin aparılmasının "xxxx" MTK-ya və 3-cü şəxslərə qadağan edilməsi qərara alındı. Qərardad icraya yönəldildikdən bir neçə gün sonra "xxxx" MTK-dan onunla əlaqə saxlanıldı və görüş keçirmək təklif edildi. O, Elmar müəllimlə görüşdü və ona bildirdi ki, onun damının üstünü sökmürlər və 2 təmirli mənzil təklif edirlər. O bildirdi ki, onun alt qonşusu Azərə 2 təmirsiz mənzil vermiş və onun mənzilinin ondan 2 dəfə böyük olmasını, təmirli olmasını nəzərə alıb, ona təmirli və aylıq 800 manat kirayə pulu ilə mənzil verir. Sonra bildirdi ki, istəyirsə təmir pulunun və kirayə pulunun əvəzinə ona 3-cü mənzil versin ki, o işləri özü görsün. O, onun təklifini qəbul etdi. Beləcə o bildirdi ki, F.Qasımzadə küçəsində tikilən binada 170 kv.metrlik 4 otaqlı mənzili və həmin binada 2 ədəd 67,5 kv.metrlik mənzili verir. Bundan başqa o bildirdi ki, onun evi tikintiyə mane olmur, orada yaşasın, çünki çıxsa kirayə pulunu özün verməli olacaqdır, ona kimi bankdakı ipotekanla bağlı məsələsi də həll olunar. Bundan sonra o, iddia ərizəsini geri götürdü, Nəsimi rayon Məhkəməsinin və 2(006)-7879/2017 saylı, 05.09.2017-ci il tarixli iddia ərizəsi geri qaytarıldı, şirkət isə mənzilini, damını sökmədi. 2019-cu ilin sonları Elmar müəllim onu ofisinə dəvət edib, bildirdi ki, bir neçə sakini məhkəməyə vermiş və formal olaraq onu da verir. Onunla heç bir problemi yoxdur, narahat olmasın, geri götürəcəklər, danışıq qüvvədədir. Elmar müəllim belə desə də, o, narahat oldu və onlara qarşı qarşılıqlı iddia verdi. 17 fevral 2019-cu il tarixdə Elmar müəllim onu ofisinə dəvət edib, danışığının qüvvədə olduğunu və iddianın geri götürülməsini xahiş etdi. O, razılaşdı və 18.02.2019-cu il tarixdə o, iddianı geri götürdü. 21.02.2019-cu il tarixdə ona bildirdilər ki, müqavilə hazırdı, gəlsin qol çəksin. O, ofisə getdi və müqaviləyə qol çəkdi, ona maliyyə arayışı, protokoldan çıxarış verildi. Həmin sənədləri evə gətirib, oxuyub baxdı ki, müqavilədə göstərilən 64,5 kv.metrlik 2 mənzil Topçubaşov küçəsinə baxan binadadır və dərhal ofisə qayıdıb, səbəbini görüşdü. Elmar müəllim bildirdi ki, ona F.Qasımzadə küçəsinə baxan binadakı 67,5 kv.metrlik 2 mənzili verməyi söz versə də, anlaşılmazlıq olub, onları satmış, lakin alıb, geri qaytaracaqlar. Onu arxayın etmək üçün ki, o, ciddi danışır, 92,3 metrlik 2 otaqlı mənzili verir, əgər 1,5 il ərzində F.Qasımzadə küçəsinə baxan binadakı 67,5 kv.metrlik mənzili ona verə bilməsələr, müqavilə olduğu kimi qalır (174+92,3+64,5). O, Elmar müəllimin təklifi ilə razılaşdı və onlar bu şərtlərlə müqavilə bağladılar. Göründüyü kimi idiaçının mübahisəsi məhz 92,3 kv.metrdən ibarət mənzillə bağlı olmuşdur, müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia isə həmin təkliflə razılaşmadığı üçün 1 il sonra verilmişdir. İddia ərizəsinə əlavədə etibarsızlığı xahiş edilən müqavilə 21.02.2019-cu il tarixdə bağlansa da və müqavilə icra olunaraq Topçubaşov küçəsinə baxan binanın 5-ci mərtəbəsində yerləşən mənzilə dair maliyyə arayışı və protokoldan çıxarış verilsə də, iddia ərizəsinə əlavə Nəsimi rayon Məhkəməsinə 2 il, 6 ay, 6 gün sonra 27.08.2021-ci il tarixli iclasda verilmişdir. Halbuki iddiaçı bu müqavilənin bəyənilməsi ilə bağlı ona 27.01.2019-cu il tarixli xəbərdarlıq göndərmişdir (mülki işdə var). Hesab edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürüldüyü üçün müddət tətbiq edilməli və iddia rədd edilməlidir. İpoteka predmetini təşkil edən və Topçubaşov küçəsinə baxan binanın 8-ci mərtəbəsində yerləşən mənzilə dair Reyestri Xidmətindən arayış almaqla və ipotekanın rəsmiləşməsi üçün əlavə xərc çəkməklə də bununla bağlı müqavilənin bəyənilməsi hərəkətləri həyata keçirilmişdir. İddiaçı göstərməyə çalışsa da ki, əlverişsiz şərtlərlə müqavilə bağlayıb, fikirləri məntiqsizdir. Əlverişsiz vəziyyətdə o, ola bilərdi, çünki ərazi tikinti üçün iddiaçıya verildiyinə görə həmin ərazidə o inhisarçı idi və qaydaları, şərtləri də o müəyyən edirdi. Onun üçün isə başqa alternativ şirkət olmamışdır. İddiaçı qarşılıqlı razılaşma əsasında müqavilə bağlanması və s. tələblərlə bağlı qarşılıqlı iddiası məhkəmənin icraatında olarkən Emar müəllimin təklifinə əsasən 18.02.2019-cu il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddiaları geri götürdülər. Daha sonra bununla bağlı notariat qaydasında təsdiq edilmiş 26.02.2019-cu il tarixli ərizə yazdılar. Başqa sakinlərə qarşı iddialar məhkəmənin icraatında qaldı və Nəsimi rayon Məhkəməsinin hakimi Natavan xanım sədrliyi ilə çıxarılmış 19.03.2019-cu il tarixli, 2(006)-1265/2019 saylı qətnamə ilə X2, X5, X18ma və X35ma qarşı iddialar təmin edildi. Digər cavabdehlər-o, X6 və X23 ilə razılaşma əldə edildiyi üçün onlara qarşı iddia baxılmamış saxlanıldı. Yəni iddaçının imkanı var idi ki, digər cavabdehlər kimi ona aid hissədə də iddiaya baxılsın, məhkəmə qərarı qəbul edilsin, lakin iddiaçı danışıq, barışıq təklif və təşəbüskarlıq yolunu seçdi və o, ona arxayın olub, inanıb, müqavilə bağlanan kimi mənzili boşaltdı. İddiaçının hansısa hərəkətə məcburetmədən söhbət gedə bilməz. Belə çıxır ki, iddiaçı onu aldatmaq məqsədi ilə müqavilə bağlayıb, sonra məhkəmədən özünün imzaladığı müqavilənin etibarsızlığını xahiş edir. İddiaçı göstərir ki, guya o, onun tikinti işlərini yubatmışdır. Bu sözlər yalandır və həqiqəti əks etdirmir. Onlar həmişə ona deyib ki, onun mənzili maneə yaratmır, başqa tərəfdən isə o, mənzili boşaldandan sonra mənzili bir müddət sökülmədi, yarı uçurulmuş vəziyyətdə qaldı. Bu barədə fotoşəkilləri mülki işə əlavə etmişdir. Oradan görünür ki, gah mənzilin bir hissəsi, gah da başqa hissəsi sökülmüş vəziyyətdədir. Lakin mənzilin bütünlüklə sökülməsi o, çıxandan 2 ay sonra baş verdi. İddiaçının nümayəndəsi 03.11.2021-ci il tarixli məhkəmə iclasında sualına cavab olaraq bunu onun mənzilinin onlara mane olmaması ilə izah etdi, zərurət olanda sökdüklərini bildirdi. 2020-ci ilin yanvar ayinda o, kooperativi faktiki idarə edən Elmar müəllim onu ofisə dəvət etdi və bildirdi ki, onunla bağladığı müqaviləni gətirsin, texniki səhvi düzəldəcəkdir. O, səbəbini soruşdu və o bildirdi ki, onunla razılaşdırılmış 92.3 kv.metrdən ibarət mənzili 64.8 kv.metrlik başqa mənzillə dəyişsinlər. O, etiraz etdi və gətirməyəcəyini bildirdi. O bildirdi ki, elədirsə baxarsan, başına oyun açacam, onunla bağlanmış müqaviləni məhkəmə ilə danışıb, ləğv edəcəkdir, onun imkanları böyükdür. Bu hadisədən bir neçə gün sonra "xxxx" MTK ona 188 saylı, 27.01.2019-cu il tarixli xəbərdarlıqla müraciət edərək Elmar müəllimin ofisdə dediyi kimi 92.3 kv.metrdən ibarət mənzilin əvəzinə onunla 64.8 kv.metrlik başqa mənzilə dair müqavilə bağlanmasını təklif edildi. Yəni məhkəməyə təqdim edilmiş 191 saylı, 27.01.2019-cu il tarixli xəbərdarlıq ona təqdim edilməyib. Onu iddiaçı iddia ərizəsini məhkəməyə verərkən düşünüb, yazıb. Çünki 188 saylı 27.01.2019-cu il tarixli xəbərdarlıqda hər hansı etibarsizlıqdan söhbət getmir, əvəzləşmədən söhbət gedir. Bu xəbərdarlıqdan belə görünür ki, iddiaçı 21.02.2019-cu il tarixdə bağlanmış müqaviləni bəyənir, lakin ona dəyişiklik etmək niyyətindədir, səbəb isə qeyrimüəyyəndir. İddaçı iddia ərizəsində 21.02.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, etibarsızlıq mümkün deyil, çünki ona məxsus əmlak artıq mövcud deyil, əmlakın bərpası isə qeyri-mümkündür. Yəni etibarsızlıqda ilkin vəziyyət bərpa edilməlidir, hazırkı halda bu mümkün deyildir. Ümumiyyətlə, iddiaçı hazırkı iddia ərizəsində əslində 21.02.2019-cu il tarixli müqavilənin etibarsızlığını yox, özünə daha sərfəli şərtlərlə dəyişdirilməsini tələb edir. Dəyişdirilmə üçün isə əsas yoxdur və iddianın məhz 21.02.2020 -ci il tarixə 1 gün qalmış, tələm-tələsik 20.02.2020-ci il tarixdə verilməsi qeyd etdiklərinin sübutudur. Etibarsızlığı tələb olunan müqavilədə göstərilən F.Qasımzadə küçəsi 9, M8, m 1 dair iddiaçı tərəfindən ona maliyyə arayışı və protokoldan çıxarış verilib. Bu mənzil tərəfindən banka girov qoyulub və bu haqda 13.07.2020-ci il tarixli müqavilə bağlanıb. Müqaviləyə əsasən mənzil bankın xeyrinə yüklü edilib. Bu halda hansı etibarsızlıqdan söz gedə bilər, əmlak iddiaçının özünün verdiyi sənədlər əsasında ipotekaya qoyulub. İpotekaya qoyulmanın yubanması ipoteka fondunun ipotekanın dəyişdirilməsinə razılıq verməsinin yubanması və yeni ipotekanın ünvanının başqa mənzillə eyni olması ilə bağlı olmuşdur. Müqavilədə göstərilən 30.03.2019-cu il tarixədək həmin sənədlərin hazır olması mümkünsüz olmuşdur. Başqa tərəfdən bu məqamın iş üçün hər hansı əhəmiyyəti yoxdur, iddiaçının hər hansı hüququnu pozmur. Onun öhdəliyi mənzili boşaltmaq idi ki, onu da icra etmişdir. O, mənzili boşaltmaqla üzərinə düşən öhdəliyi yerinə yetirmiş, iddiaçı qarşısında başqa öhdəliyi qalmayıb. İddiaçının öhdəlikləri isə hazırkı vaxta kimi yerinə yetirilməyib. Müqavilədə göstərilib ki, mənzilin uçurulacağı halda bank qarşısında öhdəliyi iddiaçı daşıyır. İddiaçı ərizədə göstərir ki, o, evdən çıxmırdı. Müqavilə əsasında razılıq olmamış o, evdən necə çıxa bilərdi. Digər tərəfdən isə yuxarıda qeyd etdiyi kimi o, mənzili boşaltdıqdan sonra 2 ay bina uçurulmadı, sökülmədi, hissə-hissə söküldü. Özlərinin dediyi kimi onun binası onlara maneə yaratmırdı. İddiaçı göstərir ki, o, onu müqavilə bağlamağa məcbur etmiş, sual olunur, hansı hərəkəti ilə? Bu barədə işdə hər hansı sübut yoxdur. İddiaçı göstərir ki, guya başqa sakinlərdən fərqli olaraq ona 3 mənzil verilib. Əslində bu dəlilin sübuta yetirilməsi iddiaçının üzərinə düşür, o 160 sakinlə bağlanmış müqavilələri məhkəməyə təqdim edib, sübut etməlidir ki, onun müqaviləsi fərqlidir. Məhkəmənin nəzərinə çatdırır ki, onun mənzili məhlədə ən böyük və yenicə yüksək təmirdən çıxmış idi. Başqa bir tərəfdən kooperativ tərəfindən ona mənzilin normal təmiri üçün pul və kirayə haqqı verilməmişdir. Sökülmüş mənzilində 2014-cü ildə aparılmış təmir üçün 55000 ABŞ dolları pul xərcləmişdir. İddiaçı ilkin olaraq ona 2 təmirli mənzil və kirayə pulu vermək təklif etdi. Sonra isə bildirildi ki, gəlsin ona 3 mənzil verilsin, kirayə pulunu və təmiri özü həyata keçirsin, onlarda xərclərdən azad olsunlar və müqaviləni də onlar verdiyi formada, ofislərində bağladılar. Göründüyü kimi kooperativin iradə ifadəsi məhz 3 mənzilin verilməsinə olub. İddiaçı tikinti işlərinə başladığı vaxt mənzilin 1 kv.metrini 700 manata, daha sonra 800 manat və s. satırdı. Notariusa sorğu verilib, müqavilələrin surəti alınacağı halda bu məqam görünəcək. İndi isə satış 1 kv.metr üçün 1500 manatdır. Bildirir ki, binada əksər sakinlərə 2 və 3 mənzil verilib. Hətta bir neçə sakinə 4 mənzil də verilib, 2 otaqlı mənzili olan konkret xanım bir sakinə 4 mənzil verilmişdir. Mənzillərlə bağlı müqavilələrin hamısı "xxxx" MTK faktiki rəhbəri Elmar müəllimin dostu olan Ərəstuıı İmanovun fəaliyyət göstərdiyi Bakı şəhəri 6 saylı Notariat Ofisində bağlanıb. İddiaçı göstərir ki, onunla müqaviləni ağır şərtlərlə bağlayıb. Əslində isə iddiaçının ağır şərti misal üçün 20 milyon manat qazanacağı halda, həmin vəsaitdən yüz min manat az qazanacağıdır. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02.04.2021-ci il tarixli qərarında artıq formalaşdırdığı təcrübə vardır. Həmin qərarda əsas fikir ona vurğulanır ki, hətta müqavilə etibarsız olsa belə tərəflər onu bir çox hərəkətləri ilə bəyənməklə sonradan etibarlı formaya gətirə bilərlər. Hətta müqavilə etibarsız olsa belə iddiaçı aşağıdakı hərəkətləri ilə onu etibarlı formaya gətirmişdir: müqavilənin bağlanması ilə köhnə mənzili boşaltmağını tələb etməsi; mənzili sökməsi; 21.02.2021ci il tarixli müqavilədə nəzərdə tutulan 64,8 kv.metrdən ibarət mənzilə dair ona 07.03.2021-ci il tarixli maliyyə arayışı və protokoldan çıxarış verməsi; 21.02.2021-ci il tarixli müqavilədə göstərilən (əslində sahələri daha az olan) 64,8 kv.metrdən və 174 kv.metrdən ibarət mənzilləri ona təhvil verməsi; 188 saylı 27.01.2019-cu il tarixli xəbərdarlıq verməsi və həmin xəbərdarlıqda 92 kv.metrdən ibarət mənzilə dair hissədə müqaviləyə dəyişiklik edilməsini təklif etməsi. vəsatətinə əsasən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə məhkəmə tərəfindən 27.09.2021ci il tarixli sorğu ilə müraciət edilərək Bakı şəhəri, Xan Şuşinski, Feyzula Qasımzadə, M.Topçubaşov və A.Səhhət küçələrinin kəsişməsində yüksəkmərtəbəli yaşayış binasının tikilməsi ilə əlaqədar həmin ünvandan köçürülmüş sakinlərlə bağlanmış müqavilələrin surətlərinin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Həmin sorğuya 6 saylı Notariat Ofisi tərəfindən verilmiş 12.10.2021-ci il tarixli, X1534 saylı cavaba vətəndaşlarla bağlanmış yalnız 8 müqavilə əlavə edilmişdir. Halbuki həmin notariat ofisində "xxxx" MTK ilə sakinlər arasında bağlanmış müqavilənin sayı 160-a qədərdir. Bu fakt iddia ərizəsinin 1-ci vərəqinin sonuncu abzasında iddiaçının özü tərəfindən etiraf edilmişdir. 6 saylı Notariat Ofisi cavabdehin vəkili Vəkil2 verdiyi cavabda olduğu kimi qərəzliliyi davam etdirmiş, bütün müqavilələri məhkəməyə göndərməmişdir. Halbuki Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi 27.09.2021-ci il tarixli sorğunu inanıb və etibar edərək 6 saylı Notariat Ofisinə göndərmişdir. 6 saylı Notariat Ofisi bu etibardan sui-istifadə edərək 12.10.2021-ci il tarixli cavaba xüsusi seçmə üsulu ilə ən aşağı həddə bağlanmış müqavilələri əlavə edilmişdir. Hətta xüsusi seçilmiş bu müqavilələrdə də cavabdehin 113 kv.metrdən ibarət mənzilindən daha kiçik mənzillər üçün 2 təmirli mənzilin və kirayə pulunun verildiyi görünür. Bununla yanaşı sorğuya cavabdakı sənədlərin sayının çox olması görüntüsünü yaratmaq üçün 6 saylı Notariat Ofisi cavaba 8 müqavilə üzrə öz mülahizəsinə uyğun MİS arayışlarını, yüklülük arayışları, şəxsiyyət vəsiqələri və s. sənədlər əlavə etmişdir. Halbuki məhkəmənin 27.09.2021-ci il tarixli sorğusunda yalnız müqavilələrin təqdim edilməsi xahiş edilir. İddia ərizəsinin əsası cavabdehlə kooperativ arasında fərqli, ağır şərtlərlə müqavilə bağlanması olduğu üçün 160 qədər sakinlə bağlanmış bütün müqavilələrin məhkəməyə təqdim edilməli və fərqlilik aydınlaşdırılmalı idi. Təssüflər olsun ki, bu barədə məhkəməyə verdiyi vəsatət sədrlik edən tərəfindən rədd edildi və sədrlik edən bildirdi ki, «nə veriblər, veriblər də». Əgər məhkəmə o qənaətə gəlmişdisə ki, həmin müqavilələr iş üçün əhəmiyyətlidir, onda niyə bu araşdırmanı axıradək aparmadı və səlahiyyəti olduğu halda notariusdan o sənədləri tələb etmədi. Bununla bağlı çox təssüf edir ki, sədrlik edən obyektivliyi kənara qoydu. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6206/2021 saylı, 17.07.2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, onunla eyni binada yaşayan və 2 otaqlı, 54.9 kv.m ibarət mənzilin sahibinə 2 otaqlı 67.50 kv və 1 otaq 53.04 kv.m olan mənzillər verilmişdir. Məhkəmə qərar qəbul etmişdir ki, mənzillərin təmir xərci Gözəl Bakı M T K-d an tutulsun. Qətnamədə göstərilir ki, 06.06.2017-ci il tarixli müqavilə notariat ofisində bağlanmışdır. Sual olunur, bu müqavilə 6 saylı notariat ofisi tərəfindən niyə məhkəməyə təqdim edilməyib? Qətnamədən müəyyən edilir ki, həmin sakinə mənzilinin sahəsindən 2 dəfədən artıq təmirli mənzil verilmişdir. İddiaçı isə bildirir ki, cavabdeh əsassız varlanmaq niyyəti olmuşdur. Bu qətnamə ilə sübuta yetirilir ki, ona mənzillər adi qaydada, başqa sakinlərdə olduğu kimi verilmişdir. Göstərilənlərin nəzərə alınıb, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkilləri Vəkil2 və Nümayəndə1 cavabdehin dediklərini təsdiq edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən şəxslər "xxxx" ASC-nin və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin "xxxx" ASC-nin nümayəndəsi Aydın Əmirov məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, 2021-ci ilin avqust ayında iddiaçı, iddia ərizəsinə əlavə verib, 57 saylı, 21.02.2019-cu il tarixli digər müqavilənin də etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə "xxxx" ASC-ni 3-cü şəxs kimi prosesə cəlb etmiş və qəbul ediləcək məhkəmə qərarı maraqlarına toxuna bilər. Bu səbəbdən hesab edirlər ki, iddia rədd edilməlidir. İddiaçı "xxxx" MTK öz tələblərini onunla əsaslandırılmışdır ki, cavabdehlə X11 arasında bağlanmış müqavilə digər sakinlərlə bağlanmış müqavilələrdən fərqli şərtlərlə bağlanmış, cavabdeh iddiaçının çarəsizliyindən istifadə etmişdir və s. olduğunu qeyd etmişdir. Bununla bağlı bildirir ki, iddiaçının “Gözəl ünvan 5 ünvanında yerləşən mənzili "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. İpotekaya qoyulmuş əmlak bankın girovundadır və İpoteka Kredit Zəmanəti Fondunun ayırdığı dövlət vəsaitinin təminatı kimi qəbul edilmişdir. Əgər bu əmlakla bağlı müqavilə etibarsız sayılsa dövlət vəsaiti təminatsız qalacaqdır və könüllü olmadığı halda heç kəs Cavabdeh1 məcbur edə bilməyəcəkdir ki, iddiaçının vermək istədiyi 174 kv.metrdən ibarət mənzili ipotekaya qoysun, girovun məcburi həyata keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Sual olunur əgər "xxxx" MTK müqaviləni etibarsız hesab edirdisə, onda girova qoyulmuş mənzilə dair niyə maliyyə arayışı və protokoldan çıxarış verirdi? Bu sənədləri verməklə və digər hərəkətləri ilə iddiaçı etibarsız hesab edilməsini xahiş etdiyi müqaviləni şəksiz qəbul etdiyini nümayiş etdirmişdir. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02.04.2021 ci il tarixli qərarında göstərilmişdir ki, hətta müqavilə etibarsız olsa belə tərəflər onu bir çox hərəkətləri ilə qəbul etməklə sonradan etibarlı formaya gətirə bilərlər, diqqətə alınmalıdır ki. əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. İddiaçının mənzili sökməsi həmin hərəkətlərdən biridir. İddia ərizəsində müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, etibarsızlıqla bağlı məhkəmə qərarının icra edilməsi mümkün deyil, belə ki. cavabdehin mülkiyyətində olan əmlak artıq yoxdur v. sökülüb, onun ilkin vəziyyətinin bərpası imkanı qalmayıb. İddiaçı "xxxx" MTK Cavabdeh1 arasında bağlanmış müqavilənin digər sakinlərlə bağlanmış müqavilələrdən fərqli şərtlərlə bağlanmasını, digər sakinlərə müqavilələri təqdim etmədiyi üçün sübut edə bilməmişdir. Bununla bağlı sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəblərdən məhkəmədən xahiş edir ki, iddia müddətini tətbiq etməklə və yuxarıda göstərilən digər əsaslara görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MTK ilə Cavabdeh1 arasında 21 fevral 2019cu ildə 57 nömrəli müqavilə bağlanmışdır. Müqavilədə qeyd edilir: “Mən, Cavabdeh1 yazıb sizə bildirirəm ki, mənə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi ev 1 mənzil 33 ünvanda yerləşən mənzilin "xxxx" MTK tərəfindən sökülüb yerində tikilən binadan yenisi ilə əvəz olunmasına etirazım yoxdur. Hazırkı müqavilənin bağlanmasında məqsəd Cavabdeh1 mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzilə dair notariat qaydasında müqavilənin bağlanmasıdır. Bununla bağlı ilkin olaraq Cavabdeh1 veriləcək mənzili üzərində hüquqlar dövlət qeydiyyatından keçir və ipotekasaxlayan bankın razılığı ilə həmin mənzilin ipotekaya qoyulmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi ev 1 mənzil 33 yüklülükdən azad edilir”. Mənzil ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək həmin müqavilənin bağlanması ilə əlaqədar aşağıdakılar barədə razılığa gəlir: 21 fevral 2019-cu il tarixdə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi ev 1 mənzil 33 ünvanda yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar "xxxx" MTK tərəfindən aylıq kirayə haqqı ödənilməyəcəkdir. Müqavilənin 1.1-ci bəndinə əsasən “Gözəl ünvan 8 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “mülkiyyətçi” və məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı 64.5 kv.m təmirli mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 faiz olmaqla Feyzulla Qasımzadə küçəsindəki yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı 174 kv.m olan təmirsiz mənzil, Akademik Topşubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində yerləşən 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və İ girişində yerləşən 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən “mülkiyyətçi”-nin mülkiyyətinə verilməsi, “mülkiyyətçi”-nin isə söküləcək mənzilin "xxxx" MTK-nın istifadə və sahibliyinə verməsidir. İş materiallarında olan, tərəflər arasında bağlanmış eyni tarixli digər müqaviləsindən görünür ki, “Gözəl ünvan 8 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “mülkiyyətçi”-yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı 64.5 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 faiz olmaqla Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı 174 kv.m olan təmirsiz mənzil, Akademik Topşubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində yerləşən 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən “mülkiyyətçi”-nin mülkiyyətinə verilməsi, “mülkiyyətçi”-nin isə söküləcək mənzilin "xxxx" MTK-nın istifadə və sahibliyinə verməsidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 1, 64.5 kv.m ümumi, 52.0 kv.m yaşayış sahəsi, 12.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 33 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1748 nömrəli reyestr kitabının 160692 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon icra Hakimiyyətinin başçısı X29 ilə "xxxx" MMC-nin rəhbəri X24 arasında 21 aprel 2017-ci ildə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Şirkət tərəfindən Ak.Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski, Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində binanın (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün NK Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ərazidə tikiləcək bina (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması hazırki müqavilənin predmetini təşkil edir. Yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kirayə haqqını ödəmək; 1 otaqlı mənzillər üçün ayda 300 (üç yüz) manat, 2 otaqlı mənzillər çün ayda 350 (üç yüz əlli) manat, 3 otaqlı mənzillər çün ayda 400 (dörd yüz) manat, 4 otaqlı mənzillər çün ayda 450 (dörd yüz əlli) manat, 5 otaqlı mənzillər çün ayda 500 (beş yüz) manat. İş materiallarından görünür ki, "xxxx" MMC ilə X25 arasında 03 iyun 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, Ak.F.Qasımzadə küçəsi, ev l, mənzil 6 üvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda "Mülkiyyətçi" yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi"nin söküntüsü nəzərdə tutlmuş mülkiyyətində olan 86.5 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsində 30% əlavə etməklə təmirli 2 mənzili (2 otaq- 67.50 kv.m, 3 otaq-83.94 kv.m.-A bloku 12-ci mərtəbə və 1 yerlik avtomobil qaraji) mənzilin “Mülkiyətçi" nin mülkiyyətinə verilməsi, "Mülkiyyətçi" nin isə söküləcək mənzilin "xxxx" MMC-nın istifadə və sahibliyinə verməsidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə X12 arasında 20 iyun 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 20 iyun 2017-ci il tarixdə ona məxsus olan ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar "xxxx" MMC ilə bağladığı 1195 reyestr nömrəli müqavilənin 2.1.2-ci bəndinə əsasən aylıq kirayə haqqı olan 400 (dörd yüz) manat müəyyən edilmişdir. Tikinti başa çatanadək “Mülkiyyətçinin kirayə qalacağı evə görə kirayə haqqı hər növbəti 3 (üç) ay üçün məbləğin “Mülkiyyətçi”-nin bankda açılmış hesabına ödənilməsi yolu ilə icra ediləcəkdir. “Gözəl ünvan 11 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi" yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayiş binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi” nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaqlı 50.7 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın A girişində 10-cu mərtəbəsində yerləşən 4 otaqlı 170.50 kv.m olan təmirsiz mənzilin “Mülkiyyətçi”nin mülkiyyətinə verilməsi, "Mülkiyyətçinin isə söküləcək mənzilin "xxxx" MMC- nin istifadə və sahibliyinə verməsidir. Razılaşmaya əsasən vətəndaş X3 əlavə götürdüyü kvadrata görə "xxxx" MMC-yə 45.000 (qırx beş min) manatı 2017-ci ilin avqustun 30-dan 2017-ci ilin dekabrın 31-dək ödəyəcəkdir. Bundan sonra “Mülkiyyətçi” adlandırılacaq (şəxsiyyət vəsiqəsi tərəfindən) bir tərəfdən,nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X13 şəxsində bundan sonra “Şirkət “adlandırılacaq digər tərəfdən, aşağıdakılar haqqında hazırki müqaviləni bağladılar. İş materiallarından göründüyü kimi, X7 ilə "xxxx" MMC arasında 09 iyun 2017-ci ildə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 09 iyun 2017-ci il tarixdə ona məxsus olan ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar "xxxx" MMC ilə bağladığı reyestr nömrəli müqavilənin 2.1.2-ci bəndinə əsasən aylıq kirayə haqqı olan 500 (beş yüz) manat müəyyən edilmişdir. Tikinti başa çatanadək “Mülkiyyətçinin kirayə alacağı evə görə kirayə haqqı hər növbəti 3 (üç) ay üçün məbləğin “Mülkiyyətçi”-nin bankda açılmış hesabına ödənilməsi yolu ilə icra ediləcəkdir. “Gözəl ünvan 14 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda "Mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayiş binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi” nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaqlı 42 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli V girişində 9-cu mərtəbəsində yerləşən 3 otaqlı 123.77 kv.m olan təmirli mənzilin “Mülkiyyətçi"nin mülkiyyətinə verilməsi, "Mülkiyyətçinin isə söküləcək mənzilin "xxxx" MMC-nin istifadə və sahibliyinə vərməsidir. Bundan sonra “Mülkiyyətçi” adlandırılacaq bir tərəfdən, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X37 bğlunun şəxsində bundan sonra “Şirkət “adlandırılacaq digər tərəfdən, aşağıdakılar haqqında hazırki müqaviləni bağladılar. İş materiallarından göründüyü kimi, X8 ilə “Gözəl Bakı" MMC arasında 18 iyun 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 18 iyun 2017-ci il tarixdə ona məxsus olan ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar "xxxx" MMC ilə bağladığı 1169 reyestr nömrəli müqavilənin 2.1.2-ci bəndinə əsasən aylıq kirayə haqqı olan 500 (beş yüz) manat müəyyən edilmişdir. Tikinti başa çatanadək “Mülkiyyətçinin kirayə qalacağı evə görə kirayə haqqı hər növbəti 3 (üç) ay üçün məbləğin “Mülkiyyətçi”-nin bankda açılmış hesabına ödənilməsi yolu ilə icra ediləcəkdir. "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 1 mənzil 12 ünva yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binafe “Mülkiyyətçi” yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi” nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaqlı 55 k mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla 15 mərtəbəs mansardı olan 2 girişli binanın V girişində 7-ci mərtəbəsində yerləşən 3 otaqlı 123.77 kv olan təmirli mənzilin “Mülkiyyətçi"nin mülkiyyətinə verilməsi, "Mülkiyyətçi”nin isə söküləcək mənzilin "xxxx" MMC- nin istifadə və sahibliyinə verməsidir. Bundan sonra “Mülkiyyətçi” adlandırılacaq bir tərəfdən, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X14 şəxsində bundan sonra “Şirkət “adlandırılacaq digər tərəfdən, aşagıdakılar haqqında hazırki müqaviləni bağladılar. İş materiallarından göründüyü kimi, X1 ilə "xxxx" MMC arasında 22 iyun 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, 22 iyun 2017-ci il tarixdə ona məxsus olan ünvan 16 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar “Gözəl Bakı" MMC ilə bağladığı 1209 reyestr nömrəli müqavilənin 2.1.2-ci bəndinə əsasən aylıq kirayə haqqı olan 500 (beş yüz) manat müəyyən edilmişdir. Tikinti başa çatanadək “Mülkiyyətçinin kirayə qalacağı evə görə kirayə haqqı hər növbəti 3 (üç) ay üçün məbləğin “Mülkiyyətçi"-nin bankda açılmış hesabına ödənilməsi yolu ilə icra ediləcəkdir. “Gözəl ünvan 18 ünvanda yerləşən,yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi” yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi” nın söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaqlı 38.4 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın V girişində 10-cu mərtəbəsində yerləşən 3 otaqlı 123.77 kv.m olan təmirsiz mənzilin “Mülkiyyətçi”nin mülkiyyətinə verilməsi, "Mülkiyyətçi”nin isə söküləcək mənzilin "xxxx" MMC- nin istifadə və sahibliyinə verməsidir. Razılaşmaya əsasən vətəndaş X1 əlavə götürdüyü kvadrata görə "xxxx" MMC-yə 20.000 (iyirmi min) manatı 2017-ci ilin iyul ayının 10- dan etibarən 30 ay müddətinə ödəyəcəkdir. Bundan sonra “Mülkiyyətçi” adlandırılacaq bir tərəfdən, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X19 şəxsində bundan sonra Şirkət “adlandırılacaq digər tərəfdən, aşağıdakılar haqqında hazırki müqaviləni bağladılar İş materiallarından göründüyü kimi, X9 ilə "xxxx" MTK arasında 11 iyul 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, 11 iyul 2017-ci il tarixdə ona məxsus olan ünvan 19 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar "xxxx" MTK ilə bağladığı 1338 reyestr nömrəli müqavilənin 2.1.2-ci bəndinə əsasən aylıq kirayə haqqı olan 500 (beş yüz) manat müəyyən edilmişdir. Tikinti başa çatanadək “Mülkiyyətçinin kirayə qalacağı evə görə kirayə haqqı hər növbəti 3 (üç) ay üçün məbləğin “Mülkiyyətçi”-nin bankda açılmış hesabına ödənilməsi yolu ilə icra ediləcəkdir. “Gözəl ünvan 21 ünvanda ferləşən,yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi” yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata eçirərək, bu binada “Mülkiyyətçi” nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı 71.6 kv.m lənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla 15 mərtəbəsi və ansardl Olan 2 girişli binanın A girişində 6-Cİ mərtəbəsində yerləşən 1 otaqlı 53.04 kv.m olan təmirli və A girişində 13-cü mərtəbəsində 2 otaqlı 67.50 kv.m olan təmirli mənzillərin "Mülkiyyətçi”nin mülkiyyətinə terilməsi, "Mülkiyyətçi”nın isə söküləcək mənzilin "xxxx" MTK-nın istifadə və sahibliyinə verməsidir. Sundan sonra “Mülkiyyətçi” adlandırılacaq bir tərəfdən, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MTK-nın direktoru X14 şəxsində bundan sonra “Şirkət “adlandırılacaq digər tərəfdən, aşağıdakılar haqqında hazırki nüqaviləni bağladılar. İş materiallarından göründüyü kimi, X15 ilə "xxxx" MTK arasında 02 dekabr 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Gözəl ünvan 22 ünvanda yerləşənyaşayiş üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda ’’Mülkiyyətçi” yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayiş binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi” nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaqlı-40.8 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 11ci mərtəbəsində yerləşən 2 otaqlı 67.50 kv.m olan təmirsiz mənzil və A girişində 11-ci mərtəbəsində 1 otaqlı 53.04 kv.m olan təmirsiz mənzilin "Mülkiyyətçi"nin mülkiyyətinə verilməsi, "Mülkiyyətçi"nin isə söküləcək mənzilin "Gözəl Bakı” MTK-nın istifadə və sahibliyinə verməsidir. Razılaşmaya əsasən vətəndaş X15 əlavə götürdüyü kvadrata görə ’’Gözəl Bakı" MTK-ya 30000 (otuz min) manatı 15.07.2017-ci ildən 31.12.2017-ci ilədək ödəməyi öz öhdəsinə götürür. Həmin tarixədək ödəmədiyi halda müqaviləyə xitam veriləcəkdir. Bundan sonra “Mülkiyyətçi” adlandırılacaq X15 bir tərəfdən, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MTK-nin direktoru X14 Şəxsində bundan sonra “Şirkət” adlandırılacaq digər tərəfdən, aşağıdakılar haqqında hazırki müqaviləni bağladılar. İş materiallarından göründüyü kimi, X4 ilə "xxxx" MTK arasında 30 iyun 2018-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Gözəl ünvan 23 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi” yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayiş binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi” nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı 30.8 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla Xan Şuşinski küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın E girişində 7-ci mərtəbəsində yerləşən 3 otaqlı 124.2 kv.m olan təmirsiz mənzilin “Mülkiyyətçi”nin mülkiyyətinə verilməsi, "Mülkiyyətçi”nin isə Söküləcək mənzilin "xxxx" MTK-nın istifadə və sahibliyinə verməsidir. Razılaşmaya əsasən “Mülkiyyətçi” X4 əlavə götürdüyü kvadrata görə 30.000 (otuz min) manatı 2018-ci ilin iyul ayının sonunadək ödəməyi öz öhdəsinə götürür. Ödəmədiyi halda müqaviləyə xitam veriləcəkdir. Bundan sonra “Mülkiyyətçi” adlandırılacaq X4 bir tərəfdən, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MTK-nın direktoru X14 şəxsində bundan sonra “Şirkət“ adlandırılacaq digər tərəfdən, aşağıdakılar haqqında hazırki müqaviləni bağladılar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 331.1-ci maddəsi tələb edir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası MM-nın 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Eyni Məcəllənin MM-nın 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 425.1-425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Eyni Məcəllənin 426.1, 426.2 və 426.2.1-ci maddələri tələb edir ki, öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Əgər öhdəliyin icrası yeri müəyyənləşdirilməyibsə, icra aşağıda göstərilən yerlərdə həyata keçirilməlidir: torpaq sahəsinin, binanın, qurğunun və ya digər daşınmaz əmlakın verilməsi öhdəliyi üzrə - əmlakın olduğu yerdə. Həmin Məcəllənin 427-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. MM-nin 441.1 və 441.3-cü maddələrinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Eyni Məcəllənin 442-ci maddəsinə görə, mhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». İşin halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarına və müvafiq icra hakimiyyəti ilə bağlanmış müqaviləyə əsasən Şirkət tərəfindən Ak.Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski, Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində binanın (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) sökülərək yerində şəhərsalma qaydalarına uyğun daha şəraitli binaların tikilməsi razılaşdırılmışdır. Nəsimi rayon İcra Hakimiyyəti ilə MTK arasında bağlanmış müqaviləyə əsasən sakinlərin köçürülməsi və həmin ərazidə binanın tikintisi ilə əlaqədar olaraq sakinlərə malik olduqları sahəyə 15 faizdən az olmamaqla mənzil sahəsi verilməli idi. İddiaçı tərəfin iddia ərizəsində göstərdiklərindən aydın olur ki, cavabdeh digər sakinlərdən fərqli olaraq bu “Pilot” layihənin həyata keçirilməsini məqsədli şəkildə yubatmaqla işin icrasına maneə törətmişdir. Binanın inşa edilib təhvil verilməsini gecikdirməsinə səbəb olan çoxsaylı hərəkətlər etmişdir. İlkin mərhələdə 101 mənzil mülkiyyətçisi kirayə haqqı ilə təmin edilərək köçürülərkən cavabdeh bundan imtina etməklə tikinti işlərinin başlanmasına maneəçilik törətmişdir. Cavabdeh əvvəlcə sənəd üzrə mülkiyyətində olan 64.5 kv.m-dən ibarət olan 3 otaqlı mənzil üçün MTK-dan 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, 2 otaqlı 64.8 kv.m 2 otaqlı təmirsiz mənzil və 64.8 kv.m 2 otaqlı təmirsiz mənzil olmaqla 3 mənzil tələb etmişdir. Digər sakinlər qarşısında öhdəliyinin icrası və ümumiyyətlə pilot layihə olan işin gecikməməsi üçün MTK-nın bu çətin vəziyyətindən istifadə edən cavabdeh MTK-nı məcbur edərək 21 fevral 2019-cu il tarixində MTK ilə müqavilə bağlayaraq mülkiyyətində olan 64.5 kv.m-dən ibarət olan 3 otaqlı mənzil üçün Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m 2 otaqlı təmirsiz mənzil və J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m 2 otaqlı təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notarial qaydada təsdiq ediləcək müqaviləyə əsasən öz mülkiyyətinə alacağı, söküləcək bu mənzilin isə MTK-nın istifadəsinə və sahibliyinə verilməsini təmin etməli idi. Cavabdeh 03 mart 2019-cu il tarixinədək notarial qaydada müqavilə bağlamaq üçün sənədləri MTK-ya təhvil verməli idi. Lakin bu müqaviləni cavabdeh imzalasa da, yenədə vəzifəsini icra etməyərək daha artıq iddialar irəli sürməyə başlamışdır. MTKnın çətin vəziyyətindən istifadə edən cavabdeh MTK-dan daha da artıq sahə tələb etməyə başlamış və bu müqaviləni ləğv edərək MTK-nı eyni tarixli başqa bir müqavilə bağlamağa məcbur etmişdir. Belə ki, bu müqaviləyə əsasən isə hazırki iş üzrə cavabdeh MTK-dan Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m 2 otaqlı təmirsiz mənzil və İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.ım 2 otaqlı təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notarial qaydada təsdiq ediləcək müqaviləyə əsasən öz mülkiyyətinə alacağı, söküləcək bu mənzilin isə MTK-nın istifadəsinə və sahibliyinə verilməsini təmin etməli idi. Müqavilədə daha sonra göstərilmişdir ki, qeyd edilən 2 mənzil (Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m 2 otaqlı təmirsiz mənzil və İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m 2 otaqlı təmirsiz mənzil) 18 ay müddətində yaşayış binasının A girişində olan 67.4 kv.m-dən ibarət 2 ədəd mənzillərlə (binanın 3-14-cü mərtəbəlində) dəyişdirilməsinə hazırki iş üzrə cavabdeh etiraz etmir. Bu müqavilədə də cavabdeh 03 mart 2019-cu il tarixinədək notarial qaydada müqavilə bağlamaq üçün sənədləri MTK-ya təhvil vermək öhdəliyi götürsə də bu öhdəliyini icra etməmişdir. MTK-a tərəfindən cavabdehə mənzillərdən biri üçün mülkiyyət hüququna dair ilkin qeydiyyat sənədi də təqdim edilsədə cavabdeh yenə də öhdəliyini icra etməyərək 03 mart 2019-cu il tarixinədək notarial qaydada müqavilə bağlamaq üçün sənədləri MTK-ya təhvil verməmişdir. Bu ərazidə olan sakinlərin hamısı faktiki olaraq malik olduqları sahədən 30 faiz artıq olmaqla mənzil sahəsi əldə etməklə mülkiyyətlərində olan sahəni təhvil verərək MTK-nın aylıq kirayə haqqı hesabına mənzilləri tikilib hazır olanadək bu sahələrini tərk etmiş olduqları halda cavabdeh MTK-nın bu ağır vəziyyətindən istifadə edərək əsassız olaraq varlanmaq yolunu tutmuşdur. Cavabdeh Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsindəki 64.5 kv.m olan 3 otaqlı mənzilin yerləşdiyi binadakı, eyni girişli digər mənzillərin sakinləri MTK tərəfindən mənzillə təmin edilməli şərti ilə öz mənzillərini MTK-ya təhvil verdikləri halda cavabdeh məqsədli şəkildə MTK-nın tikintini başlamağa maneəçilik törətmək üçün mənzili təhvil verməkdən imtina etmiş və yalnız digər sakinlər mənzillərini təhvil verdiyi tarixdən 01 il 06 ay sonra MTK-nı çətin vəziyyətə salaraq sonuncu üçün olduqca əlverişsiz müqavilə bağlamağa məcbur edərək mənzili təhvil vermişdir. Digər sakinlərdən fərqli olaraq cavabdeh mənzilini təhvil verdiyi gün F.Qasımzadə küçəsindəki A girişində 6-cı mərtəbədə 174 kv.m 4 otaqlı hazır mənzillə təmin edilmişdir. Göründüyü kimi, MTK-a digər çoxsaylı sakinlərin mənzillərini vaxtında hazır edərək onlara təhvil vermək öhdəliyi daşıdığından və ümumiyyətlə “Pilot” layihə olan tikinti işlərinin bitməsi üçün qısa müddət müəyyən edildiyindən istifadə edən cavabdeh MTK-nın bu ağır vəziyyətindən istifadə edərək MTK-nı özü üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaçının iddia ərizəsində istinad etdiyi dəlillərə etiraz edərək müqavilələrin etibarsız hesab edilməsi üçün əsasların olmadığını və sonradan müqavilələrin iddiaçı tərəfindən bəyənildiyini və faktiki olaraq onun mənzildən iddiaçı tərəfindən çıxarılmağa məcbur edildiyini göstərmşdir. Məhkəmə işin araşdırmış halları ilə bağlı və tərəflərin iddia ərizəsi və cavabdehin etirazında olan dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin mülkiyyətində mübahisələndirilən ünvanda mənzilin olması və həmin mənzilin yerləşdiyi ərazidə yeni şərtlər daxilində müasir tikinti qaydalarına uyğun olaraq tikilməsini mümkün edən Nəsimi Rayon İcra Hakmiyyətinin sərəncamının və müqavilənin olması mübahisəsizdir. Məhkəmə iddiaçının cavabdehin mülkiyyətində olan mənzilin mövcud olmasına əsaslanaraq hüququndan sui istifadə etdiyini, məcburetmə təsiri altında ağır şərtlərlə müqavilə bağlanmasına məcburi edildiyini və yaranmış şəraitdə müqavilənin bağlanmasına məcbur olmasına dair dəillərini əsaslı hesab edir. İşin halları ilə aşkar olaraq təsdiq olunur ki, mübahisəli mənzillərin yerləşdiyi ərazidə olan tikililər sökülmüş, onların mülkiyyəçiləri ilə müqavilələr bağlanmış, iddiaçı müqavilələrə uyğun aylıq kirayə haqlarının ödənilməsinə məcbur olmuş, iddiaçı ilkin olaraq digər mülkiyyətçilər kimi mülkiyyətində olan mənzilin sökülməsinə etiraz etməsə də sonradan əldə olunmuş razılıqlara baxmayaraq iddiaçının düşmüş olduğu vəziyyətdən, yəni artıq işlərin başlanmasından sui istifadə edərək ümumi ünvanda aparılan tikililərin həyata keçrilməsinin dayandırılması üçün uyğun olmayan tələblər irəli sürmüş, hərəkətlər etməyə başlamış və daha artıq ölçüdə sahələrin verilməsini tələb etməyə başlamış (faktiki olaraq Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m 2 otaqlı təmirsiz mənzilə münasibətdə yeni ölçüdə mənzil alınmasına nail olmuşdur) və yaranmış vəziyyətdən suistifadə edərək iddiaçı üçün ağır şərtlətlərlə şərtlənlən müqavilə (müqavilələr) bağlanmasına nail olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi müqavilələrin hər ikisi eyni tarixlidir. Məhz tərəflər Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 92.3 kv.m 2 otaqlı mənzilin qeyd edildiyi müqavilənin sonradan bağlanmış müqavilə olmasını qəbul edirlər. Belə olan halda cavabdehin mülkiyyətində olmuş sahənin ölçüsü, təmirli vəziyyəti nəzərə alındıqda iddiaçının göstərdiyi kimi cavabdehin özü üçün əlverişli şərtlərlə müqavilələr bağlanmasına nail olması aşkar olaraq müəyyən olunur. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin sökülmüş evi ilə bağlı müqavilə bağlayaraq mülkiyyətində olan 64.5 kv.m-dən ibarət olan 3 otaqlı mənzil üçün Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzilin verilməsi kifayət edən kompensasiyadır. Lakin ikinci müqavilədə nəzərdə tutulmuş digər mənzil (Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 64,8 kv.m 2 otaqlı təmirsiz mənzil) üzrə yüklülük müəyyən olunduğundan və həmin hissədə müqavilənin etibarsız hesab edilməsi ipoteka saxlayanın hüquqlarının pozulması ilə nəticələnə biləcəyindən həmin hissədə müqavilənin etibarlı vəziyyətdə saxlanması məqsədəmüvafiqdir. Mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iradə ifadəsinin zədələnmiş olduğunu iddia edir, tərəflər arasında bağlanmış müqavilələri mübahisələndirir, bu halda müqavilələr iddiaçının göstərdiyi əsaslarla birinci müqavilə tam, ikinci müqavilə isə qismən etibarsız halına gəlmiş olur. Cavabdeh tərəfin bəyənmə və müddətin keçməsi ilə bağlı dəlilləri isə birinci müqavilənin tam, ikinci müqavilənin isə qismən (Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 92.3 kv.m 2 otaqlı təmirsiz mənzilə aid hissədə) etibarsız halına gəlməsinə mane yaratmır. Qeyd edilməlidir ki, iradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16-cı mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 64,8 kv.m 2 otaqlı təmirsiz mənzil və J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv.m 2 otaqlı təmirsiz mənzillə bağlı "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilə etibarsız hesab edilməli, Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16-cı mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 64,8 kv.m 2 otaqlı təmirsiz mənzil və İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqh 92,3 kv.m 2 otaqlı təmirsiz mənzillə bağlı "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilə qismən, İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m 2 otaqlı təmirsiz mənzillə bağlı etibarsız hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16-cı mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 64,8 kv.m 2 otaqlı təmirsiz mənzil və J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv.m 2 otaqlı təmirsiz mənzillə bağlı "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilə etibarsız hesab edilsin. Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16-cı mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 64,8 kv.m 2 otaqlı təmirsiz mənzil və İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqh 92,3 kv.m 2 otaqlı təmirsiz mənzillə bağlı "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilə qismən, İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m 2 otaqlı təmirsiz mənzillə bağlı etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-293/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-293/2021
05.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver