Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2941/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdeh MMC-nin direktoru X3, nümayəndə və vəkili Vüqar Babalıyevin, cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, X5, X8, qarşı, 3-cü şəxs Dövlət Qaçqınların və X9 üzrə Komitəsi “qanunsuz tikilinin sökülməsi və mülkiyyətin bərpası” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilinin yerində inşa edilən qanunsuz tikilinin sökülməsinə, sökülmüş mənzilinin yerində inşa edilən qanunsuz tikilinin sökülməsi, sökülmüş mənzilinin cavabdeh hesabına bərpa olunması, təzminat kimi 100.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) X11 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzillə bağlı 01.08.2018-ci il tarixdə Cavabdeh MMC, Dövlət Qaçqınların və X9 üzrə Komitəsi və X12 və onun qardaşı X16 arasında bağlanılmış müqavilə etibarsız hesab edilməli, həmin müqavilə hal-hazırda müqavilədə göstərilmiş şərtlərlə İddiaçı və Cavabdeh MMC arasında bağlanmış hesab edilməli və təzminat kimi 100.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) X11 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzillə bağlı 01.08.2018-ci il tarixdə Cavabdeh MMC, Dövlət Qaçqınların və X9 üzrə Komitəsi və X12 və onun qardaşı X16 arasında bağlanılmış müqavilə etibarsız hesab edilməsi, həmin müqavilə hal-hazırda müqavilədə göstərilmiş şərtlərlə İddiaçı və Cavabdeh MMC arasında bağlanmış hesab edilməsi, 01.08.2018-ci il tarixdən hal-hazıradək kirayə haqqı kimi hər ay 400 manat, cəmi 13.200 manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, müqavilə bağlandıqdan sonra kirayə haqqı İddiaçı ödənilməsi, cavabdehlərdən Dövlətqaçqınkomun Nəsimi rayonu üzrə sektor müdiri Bəyverdi Novruzovun, X4 və X6 hər birindən 10.000 manat, cəmi 30.000 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan Məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X11 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, 06088511 nömrəli hüquqların Dövlət Qeydiyyat haqqında çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin, həmin mənzil qanunsuz olaraq, cavabdeh tərəfindən sökülüb və yerində hündür mərtəbəli bina inşa edilir. Azərbaycan Respublikası Konstitusiyasında belə xüsusi mülkiyyətin toxunulmazlığına təminat verildiyi halda cavabdeh həmin qanunu kənara ataraq onun mülkiyyət hüquqlarını pozmuşdur. Mənzil tikinti şirkət tərəfindən sökülərkən ona heç bir məlumat verilməyib və onun razılığı alınmamışdır. Cavabdehdən ona məxsus mənzilin nəyə görə ondan icazəsiz sökülməsini soruşduqda, onlar ona bildirdilər ki, “yaxşı edib sökmüşük, sənin bu ərazidə mənzilin yoxdur”. Bununla da cavabdeh tərəfindən iddiaçının qanunla qorunan mülkiyyət hüququ pozmuşdur. Cavabdeh Draft Construction MMC-yə qarşı iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərov küçəsi, ev 187, mənzil 8 ünavanında yerləşən mənzilinin yerində inşa edilən qanunsuz tikilinin sökülməsi, sökülmüş mənzilinin cavabdehin hesabına bərpa olunması, təzminat kimi 100000 (yüz min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub ona ödənilməsi barədə iddia qaldırmışdır. Həmin iddia üzrə baş tutmuş məhkəmə iclası zamanı Cavabdeh X10 Cəmiyyətin nümayəndəsi məhkəməyə “qəzali vəziyyətdə olan binanin mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair müqavilə”ni təqdim etdi. Bundan sonra məlum oldu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, 06088511 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərov küçəsi, ev 187, mənzil 8 ünavanında yerləşən mənzili lə bağlı 01 avqust 2018-ci il tarixdə Cavabdeh MMC, Dövlətqaçqınkomun Nəsimi rayonu üzrə sektor müdiri Bəyverdi Novruzov və X12 və onun qardaşı X16 arasında “qəzali vəziyyətdə olan binanin mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair müqavilə” bağlanmışdır. Göstərilən müqavilə bağlanarkən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra MM) və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakı şərtlərlərə müqaviləni bağladılar. Müqavilənin şərtləri ilə bağlı qanunsuzluqları şərh etməmişdən əvvəl onu qeyd edə bilərəm ki, cavabdehlər arasında mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mənzilin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair müqavilə MM- yə və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq bağlanmamışdır. Onuda qeyd etmək istəyir ki, qanunsuz müqavilə üzrə “tərəflər”, ayrılıqda “birinci tərəf” Azərbaycan Respublikasının qanunları və öz nizamnaməsi əsasında fəaliyyət göstərən “Draft Construction” MMC, “ikinci tərəf” Dövlətqaçqınkomun Nəsimi rayonu üzrə sektor müdiri Bəyverdi Novruzov, “üçüncü tərəf’ X12 və onun qardaşı Hümbətov İdris Əhməd oğlu adlandırılmışdır. Həmin müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, bu müqaviləyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 086 saylı, 25 fevral 2016-cı il tarixli Qərarı Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər siyahısında Nəsimi rayon ərazisində yerləşən qəzalı vəziyyətdə olan yaşayış evlərinin sökülərək yenidən qurulması sahəsində görüləcək quruculuq işlərinin təşkili sahəsində Nəsimi rayon İcra Hakimiyyətinin bu işlərə rəhbərlik edilməsi məqsədi ilə cəlb etdiyi Cavabdeh MMC tikinti şirkəti ilə podrat münasibətləri müəyyən edilmişdir və həmin müqavilədən irəli gələn öhdəliklərə əsasən “birinci tərəf” Nəsimi rayonu Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin əhatə etdiyi ərazidə Salatın Əskərova 187- də 2 (iki) mərtəbəli evin 1-ci mərtəbəsində yaşayış üçün təhlükəli vəziyyətdə olan mənzili olduğu halda yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, sökülmüş mənzilin mülkiyyətçisi üçün tikiləcək yeni binada 59.40 (əlli doqquz tam yüzdə qırx) kv.m təmirli mənzil “üçüncü tərəfin” istifadəsinə verməyi öhdəsinə götürür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, yeni binanın mülkiyyətçilərinə aid hissəsinin tikintisi başa çatanadək və mənzil təhvil verilənədək müvəqqəti yaşayış məqsədi ilə məcburi köçkünə aylıq 400 manat kirayə haqqını X4 bank hesabına köcürülməsi tələb etmək hüququ var. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, yaşayış üçün təhlükəli olan mövcud binadakı mənzildən “üçüncü tərəfin” müvəqqəti yaşayış yerinə köçürülməsi üçün “üçüncü tərəfə” 300 manat vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. Bu zaman sual olunur: ”Draft Construction” MMC sökülmüş mənzilin mülkiyyətçisi üçün tikiləcək yeni binada 59.40 (əlli doqquz tam yüzdə qırx) kv.m təmirli mənzil “üçüncü tərəfin” istifadəsinə verməyi öhdəsinə hansı əsasla götürür. Ümumiyyətlə bu Müqavilə Azərbaycan Respublikası Qanunlarına zidd olan müqavilədir. Sonda iddiaçının nümayəndəsi (vəkili) X11 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin direktoru X13 iddia tələbini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, mübahisəli mənzildə X12 və qardaşı Hümbətov İdris ailələri ilə birlikdə yaşamışlar. Onlar həmin mənzildə məhkəmə qətnaməsi əsasında yerləşdirilmişdir. Ona görə də tikinti şirkəti Hümmətova Sevil və Hümbətov İdris ilə müqavilə bağlamışdır. Tikinti şirkəti mənzilin mülkiyyətçisini İddiaçı tapa bilmədiyi üçün onunla müqavilə bağlaya bilməmişdir. Müqavilənin şərtlərinə görə tikinti şirkəti sökülmüş mənzilin mülkiyyətçisi üçün tikiləcək yeni binadan 59.40 kv.m təmirli mənzilin mülkiyyətçisinin istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Ona görə də mənzil tam hazır olduqdan sonra mülkiyyətçinin istifadəsinə veriləcəkdir. Sonda iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vüqar Babalıyev iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X12 iddia tələbini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, o, Ağdam rayonu məcburi köçkün kimi Salatın Əsgərova 187 ünvanda yerləşən ikimərtəbəli evin birinci mərtəbəsində öz ailəsi ilə birlikdə yaşamışdır. Mənzil qəzalı vəziyyətdə olduğuna görə yaşayış binasının söküntüsü və bu sahədə yeni yaşayış binasının tikintisi həyata keçirilmişdir. Buna görə də MTK onunla və qardaşı İdris Hümbətovla 01.08.2018-ci il tarixdə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə Salatın Əsgərova 187-də 2 mərtəbəli evin 1-ci mərtəbəsində yaşayış üçün təhlükəli vəziyyətdə olan mənzili olduğu halda yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, sökülmüş mənzilin mülkiyyətçisi üçün tikiləcək yeni binada 59.40 kv.m təmirli mənzil üçüncü tərəfin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Həmin mənzil onlara Qaçqınlar və Məcburi Köçkünlər işlər üzrə Dövlət Komitəsi məhkəmənin qətnaməsi əsasında müvəqqəti yaşaması üçün verilmişdir. İddiaçı həmin mənzildə heç vaxt yaşamamışdır. Hansı yolla mənzilə çıxarış alması bilinmir. Yeni mənzil tikilib qurtarandan sonra onlara yox, İddiaçı veriləcəkdir. O, sözügedən mənzildə müvəqqəti olaraq məskunlaşmış və mənzil sökülərək 2018-ci ildən 400 manat kirayə haqqı ona verilir. Qeyd edilənlərə əsasən cavabdeh X12 iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* saylı notarial qaydada təsdiq edilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 187, mənzil 08 İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1382 nömrəli reyestr kitabının 126376 nömrəli vərəqində 05.03.2015-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC, Dövlət Qaçqınların və X9 üzrə Komitəsi və X12 və onun qardaşı X16 arasında bağlanmış “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair” 01.08.2018-ci il tarixli Müqaviləsindən görünür ki, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə Salatın Əsgərova 187-də 2 mərtəbəli evin 1-ci mərtəbəsində yaşayış üçün təhlükəli vəziyyətdə olan mənzili olduğu halda yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, sökülmüş mənzilin mülkiyyətçisi üçün tikiləcək yeni binada 59.40 kv.m təmirli mənzil üçüncü tərəfin istifadəsinə verməyi öhdəsinə götürür. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 27.02.2001-ci il tarixli qətnaməsindən görünür ki, X1 cavabdehlər X14 və X15 qarşı mənzildən çıxarılması və mənzilə köçürülməyə dair iddiası əsassız olduğundan rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 27.12.2016-cı il tarixli, 245 saylı “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamından görünür ki, Nəsimi rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı qərarına əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yenidən çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 30.11.2018-ci il tarixli, 356 saylı “Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında” sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı qərarı əsasında Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, isitsmar müddəti başa çatmış, mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi İddiaçı 05.03.2015-ci il tarixdən xüsusi mülkiyyətindədir. Həmin mənzildə faktiki olaraq cavabdehlər X12 və qardaşı Hümbətov İdris ailələri ilə birlikdə yaşamışlar. Nəsimi rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı qərarına əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yenidən çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Cavabdeh MMC tikinti şirkəti ünvan 2 ünvanında yerləşən mənzillə bağlı 01.08.2018-ci il tarixdə Dövlət Qaçqınların və X9 üzrə Komitəsi və X12 və onun qardaşı X16 arasında “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair” 01 avqust 2018-ci il tarixdə Müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən, sökülmüş mənzilin mülkiyyətçisi üçün tikiləcək yeni binada 59.40 (əlli doqquz tam yüzdə qırx) kv.m təmirli mənzil “üçüncü tərəfin” istifadəsinə verməyi öhdəsinə götürür. Həmçinin İddiaçı 01.08.2018-ci il tarixdən halhazıradək kirayə haqqı kimi hər ay 400 manat ödənilməsi qeyd olunmüşdur. Göründüyü kimi, Cavabdeh MMC qanunvericilik aktlarına zidd olaraq mənzilin mülkiyyətçisi ilə deyil, X12 və X16 ilə mənzilin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair müqavilə bağlamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə əsasən, heç kim məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X7 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə, qanuna və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1-ci maddəsinə görə bu məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən, bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.2-ci, 17.2.1, 17.2.2 və 17.2.3-cü maddələrinə əsasən, mülkiyyət formasına görə mənzil fondu özəl mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusuna, dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusuna, bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusuna bölünür. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 83.0, 83.0.1, 83.0.2 və 83.0.3-cü maddələrinə əsasən, məhkəmə qaydasında vətəndaşlar sosial kirayə müqavilələri ilə verilmiş yaşayış sahələrindən: sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə; sosial kirayə müqavilələri ilə digər yaşayış sahələri verilməklə; digər yaşayış sahələri verilmədən çıxarılırlar. Həmin Məcəllənin 84.0, 84.0.1 və 84.0.3-cü maddələrinə əsasən, yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda; yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar: Həmin Məcəllənin 85-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 86-cı maddəsinə əsasən, sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilməli olduqda və ya yaşamaq üçün yararsız hesab edildikdə, həmin yaşayış sahəsindən çıxarılan vətəndaşlara kirayəyə verən tərəfindən sosial kirayə müqaviləsi əsasında digər abadlaşdırılmış yaşayış sahəsi verilir. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 85-87-ci maddələrində nəzərdə tutulmuş əsaslarla yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqaviləsi ilə verilən digər yaşayış sahəsi müvafiq yaşayış məntəqəsinin mövcud olan şəraitinə uyğun olaraq abadlaşdırılmış olmalı, ümumi sahəsi əvvəl yaşadıqları yaşayış sahəsinin ümumi sahəsindən az olmamalı, müəyyən edilmiş tələblərə cavab verməli və həmin yaşayış məntəqəsinin hüdudlarında yerləşməlidir. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən, əgər kirayəçi və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsindən çıxarılmazdan əvvəl təcrid olunmuş mənzildə və ya kommunal mənzilin azı iki otağında yaşayırdılarsa, kirayəçinin müvafiq olaraq mənzil və ya kommunal mənzildə həmin sayda olan otaq almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən mənzillə bağlı 01.08.2018-ci il tarixdə Cavabdeh MMC, Dövlət Qaçqınların və X9 üzrə Komitəsi və X12 və onun qardaşı X16 arasında bağlanılmış müqavilə etibarsız hesab edilməli, Həmin müqavilə hal-hazırda müqavilədə göstərilmiş şərtlərlə İddiaçı və Cavabdeh MMC arasında bağlanmış hesab edilməlidir. 01.08.2018-ci il tarixdən hal-hazıradək kirayə haqqı kimi hər ay 400 manat, cəmi 13.200 manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli və müqavilə bağlandıqdan sonra kirayə haqqı İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzillə bağlı 01.08.2018-ci il tarixdə Cavabdeh MMC, Dövlət Qaçqınların və X9 üzrə Komitəsi və X12 və onun qardaşı X16 arasında bağlanılmış müqavilə etibarsız hesab edilsin. Həmin müqavilə hal-hazırda müqavilədə göstərilmiş şərtlərlə İddiaçı və Cavabdeh MMC arasında bağlanmış hesab edilsin. 01.08.2018-ci il tarixdən hal-hazıradək kirayə haqqı kimi hər ay 400 manat, cəmi 13.200 manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Müqavilə bağlandıqdan sonra kirayə haqqı İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2941/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2941/2021
30.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver