Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2947/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “tərtib edilmiş aktın ləğv edilməsi və onun əsasında yaranmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən tərtib edilmiş 25 oktyabr 2020-ci il tarixli, NDM № 020302 saylı aktın ləğv olunsun, İddiaçı adına olan **********00045 saylı abonent kodunda qeyd edilmiş 1149,7 manat debitor borcu silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2ci Ramana sahəsində neçə illərdir ki, orada oğlu ilə birlikdə yaşayır. 25 oktyabr 2020-ci il tarixdə Bakı Elektrikşəbəkə ASC-nin Nəzarət Departamentin əməkdaşları növbəti reyd keçirmişlər, qeyd olunan evinin elektrik sayğacına baxış keçirərək müəyyən etmişlər ki, elektrik sayğacına guya müdaxilə olmuş və bunun nəticəsində ayda ödənişləri pul məbləği az təşkil edir. Bununla yanaşı əməkdaşlar birdirmişlər ki, evilərinin aylıq ödənişləri çox olunmalıdır. Ele həmin gün, yəni 25 otyabr 2020-ci il tarixdə «xxxx» Nəzarət Departamenti əməkdaşları onun nə xəbəri, nə də məlumatı olmadan NDM № 020302-li akt tərtib edilmiş və 1149,7 manat məbləğində onu cərimə etmişlər. Əvvəla onun evinə dair elektrik sayğacı bayırda yerləşdirilmişdir, həmin elektrik sayğacına hər hansı bir müdaxilə olunmamışdır, sadəcə olaraq aylıq işıq xərci son vaxtlar 6-7 manat təşkil etmişdir. O, tək oğlu ilə birlikdə həmin evdə yaşayırlar, oğlu səhər çıxıb axşam evə gəlir, o isə elə də işıqdan istifadə etmir. Ümumiyyətlə yay aylarında isə, rayona qohumları gilə dincəlməyə getmişlər və evdə olmamışdr, təkçə oğlu olub, o da, işi ilə əlaqədar olaraq səhər tezdən çıxıb və axşam evə gəlmişdir. Onların nəzərinə çatdırmaq istər ki, onlar ailə üzvləri Ağdam şəhərindən məcburi köçkündür, şəxsən özü vaxtı ilə Azərbaycan hüdudlarını qorumaq üçün Qarabağ uğrunda gedən döyüşlərdə müxtəlif əməliyyat tapşırıqlarının həyata keçirənlərdən biridir, Azərbaycan Vətən Müharibəsi X2 üzvüdür, 2-ci dərəcəli əlildir, müharibə vetiranı medalı ilə təltif olunmuş, Azərbaycan Respublikası Milli Ordunun 100 illik münasibəti ilə medalla təltif olunmuşdur. Rəsmi ərizə ilə «xxxx» Nəzarət Departamentinə müraciət etmiş və ərizəmin əsasında aktı və ona əlavə olunan sənədi almışdır. Göründüyü kimi «xxxx» Nəzarət Departamentin əməkdaşlarının mənə qarşı irəli sürdükləri böhtan və şərləri inandırıcı deyil. Hesab edir ki, belə bir halda «xxxx» Nəzarət Departamentin əməkdaşları tərəfindən qanunsuz hərəkətlər olmuş, onun hüquqları tam pozulmuşdur və pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçıların və cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” ASC-nin 06.01.2019-cu il tarixli abunə haqqında çıxarışdan görünür ki, abunə kodu olan **********00045 saylı 1149,7 manat enerji haqqı borcu olduğu qeyd edilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin 05.10.2020-ci il tarixli aktdan görünür ki, E.E.İ.O-na uyğun olaraq fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirən zaman məlum oldu ki, sayğacın qoşulma sxemi pozulmuşdur. Giriş boz yuvasına xətti giriş sefir yuvasına isə boz xətti daxil olur. Kənar mənbədən sefir xətti verilərək sayğac sxemdən kənarlaşdırılmışdır. Sayğac keçən yükü hesablamır. Xəttən keçən yk ampermaşa xətləri ilə ölçüldü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “xxxx” ASC tərəfindən tərtib edilmiş 25 oktyabr 2020-ci il tarixli, NDM № 020302 saylı aktın ləğv olunsun, İddiaçı Müseyib qızının adına olan **********00045 saylı abonent kodunda qeyd edilmiş 1149,7 manat debitor borcu silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdiqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “xxxx” ASC tərəfindən tərtib edilmiş 25 oktyabr 2020-ci il tarixli, NDM № 020302 saylı aktın ləğv olunsun, İddiaçı adına olan **********00045 saylı abonent kodunda qeyd edilmiş 1149,7 manat debitor borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2947/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2947/2021
26.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver