Məhkəmə qərarları › İş №2(006)-296/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-296/2023

16.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-296/2023 16.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X13 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili-nümayəndəsi Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsi X6, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 Bakı Filialının mütəxəssisi X5 iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona təbii qaza görə əsassız hesablanmış 5800 (beş min səkkiz yüz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Cavabdeh ilə aralarında bağlanmış müqavilə üzrə qeyd edilən ünvandakı mənzil cavabdeh tərəfindən təbii qazla təmin edilir, istehlak edilmiş təbii qazın uçotu sayğacla aparılır. Bir neçə il əvvəl mənzilin eyvanında quraşdırılmış qaz cihazlarında qazın sızmasını müəyyən etmiş, dəfələrlə cavabdehə müraciət edərək qaz cihazlarında yaranmış nasazlıqların aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsini xahiş etmiş, yalnız xx.xx.2022-ci il tarixdə cavabdeh iddiaçının mənzilində olan qaz sayğacını dəyişdirib, cihazlarda olan nasazlıqları aradan qaldırmışdır. Cavabdeh tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Sayğac dəyişdirilib, qeyd edilən akt imzalanandan sonra cavabdeh tərəfindən iddiaçıya qazın istehlakı üçün 2013-cü ildən bu günə qədər cavabdehə 5800 manat borcunun olması və bu borc ödənilənə qədər qaz istehlakı üçün ödəniş kartının bloka salınacağı bildirilmişdir. Cavabdeh tərəfindən ona borcunun olması və həmin borcun ödənilməsi barədə xəbərdarlıq şifahi surətdə edilmişdir. İddiaçının cavabdehə guya borcunun olması haqqında yazılı xəbərdarlıq verməsi barədə bütün müraciətləri baxılmamış qalmışdır. Bu səbəbdən 2 (iki) aya yaxın müddətdir ki, onun mənzili təbii qazla təchizatı təmin edilmir. O, xx.xx.2022-ci il tarixdə cavabdehə mübahisənin məhkəmədənkənar həll edilməsi üçün pretenziya göndərmiş, 3 (üç) iş günü ərzində əsassız hesablanmış borcun silinməsini təklif etmiş, lakin cavabdeh tərəfindən qeyd edilən təklifə cavab verilməmişdir. Cavabdeh hesablamalarının hüquqi əsasını iddiaçıya bildirməmiş və sübuta yetirməmişdir. Beləliklə, cavabdehin hesablamaları heç bir normativ hüquqi akta əsaslanmamışdır. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilədə qaz paylayıcısının (cavabdehin) istehlakçı tərəfindən istehlak olunmuş qazın dəyərinin yalnız qaz sayğacının göstərişlərinə əsasən ödənilməsini tələb etmək hüququnun olması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Cavabdehnə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 4676,75 (dörd min altı yüz yetmiş altı manat 75 qəpik) manat pulun və 66,77 (altmış altı manat 77 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4743,52 (dörd min yeddi yüz qırx üç manat 52 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Cavabdeh şöbəsi üzrə (Kod: 805153, VÖEN: **********, M/H: AZ03NABZ********************, SWİFT: İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə abonent İddiaçı arasında xx.xx.2017-ci il tarixində 01/24200 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə məxsus mənzili təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nin Bakı X12 Departamenti tərəfindən **********00140 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4 markalı smart tipli qaz sayğacı quraşdırılmışdır. Yuxarıda bəhs edilən müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini tamam ödəmək istehlakçının vəzifəsidir. Belə ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən 27 iyul 2022-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 24871 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərini ödəmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla Cavabdeh İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 4676,75 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu üzrə ümumi 4676,75 (dörd min altı yüz yetmiş altı manat 75 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün Cavabdeh İB tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, qarşılıqlı iddia üzrə iddia müddəti ötürüldüyündən qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi” xx.xx.2017-ci il tarixində imzalanmışdır və bu müqavilənin şərtlərinə görə istehlakçı hər ay (vaxtaşırı) Cavabdehnə işlətdiyi təbii qaz üçün pul ödəməli idi, deməli, qarşılıqlı iddia üzrə iddiaçı iddia müddətini ötürmüşdür. İlkin iddia üzrə İddiaçı ərizə təqdim edərək, Cavabdeh tərəfindən ona təbii qazın verilməsinə görə əsassız hesablanmış 4676,75 (dörd min altı yüz yetmiş altı manat yetmiş beş qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı vəkili-nümayəndəsi Vəkil ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsi X10 ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 Bakı Filialının mütəxəssisi X8 məhkəməyə təqdim etdiyi rəyi müdafiə etdiyini və əlavəsi olmadığını bildirdi. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında mütəxəssis qismində dindirilmiş X3 bildirmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman sayğacın mexaniki göstəricisində 24871 m3 təbii qaz sərfiyyatı aşkar edilmişdir. Abonent 2011-ci ilin noyabr ayında 200 m3, 2013-cü ilin oktyabr ayında 400 m3 qaz sərf etmiş və cəmi 60 manat məbləğində ödəniş etmişdir. 24871 m3 – 600 m3 = 24 271 m3 qazın sərfi. Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən edilmiş təbii qazın qiyməti: 2017-ci il – limit 1700 m3-dək – 0,10 qəpik; 2018-ci il – limit 1700 m3-dək – 0,10 qəpik; 2019-cu il – limit 2200 m3-dək – 0,10 qəpik; 2020-ci il – limit 2200 m3-dək – 0,10 qəpik. Belə ki, 1700 m3 + 1700 m3 + 2200 m3 + 2200 m3 = 7800 m3 (780 manat). 2021-ci il – limit 1200 m3-dək – 0,10 qəpik; 2021-ci il – limit 1300 m3-dək – 0,20 qəpik. Belə ki, 1200 m3 + 1300 m3 = 2500 m3. 24 271 m3 - 7800 m3 - 2500 m3 = 13971 m3. 13971 m3 x 0,25 qəpik = 3492,75 manat. 3492,75 manat sərfiyyat borcu + 780 manat + 144 manat + 260 manat = 4676,75 manat sərfiyyat borcu qalmışdır. Məhkəmə iddiaçının, nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını, vəkilin çıxışını, mütəxəssisin fikrini dinləyib, ilkin və qarşılıqlı iddia ərizələrini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh ilə İddiaçı arasında imzalanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın altı-satqısı barədə xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı (abonent kodu **********00140) məxsus mənzildən Cavabdeh İB-nin əməkdaşları tərəfindən 08АZ**********4 nömrəli “G-4” markalı “Gulf” tipli qaz sayğacı ekranı söndüyünə görə çıxarılaraq yeni **********875 nömrəli “G-4” markalı “Zenner” tipli sayğac ilə əvəz edilmişdir. Mülki işin materiallarında olan “BRQSD X7 daxil olan Smartkart tipli qaz sayğacları haqqında məlumat”dan görünür ki, 08АZ**********4 nömrəli “G-4” markalı “Gulf” tipli qaz sayğacı xx.xx.2022-ci il tarixdə dövlət yoxlamasından keçirilmiş, yoxlamanın nəticəsində sayğaca baxış keçirilərək, sayğacın elementinin bitdiyi müəyyən olunmuş, müvəqqəti element quraşdırılmış, ekran açılmamış, informasiya oxunmamış, xətaların normadan artıq olduğu, sayğacın istismara yararsız olduğu qənaətinə gəlinmişdir. “Qüsura görə nəticə” bölməsində “qaz itkisi” qeyd edilmişdir. Mülki işin materiallarında olan bazadan çıxarışdan görünür ki, 08**********4 nömrəli “Smart Qulf-İtron” tipli sayğacın plomb tarixi xx.xx.2011-ci il, **********875 nömrəli “Zenner G4T Smart” tipli sayğacın plomb tarixi isə xx.xx.2022-ci ildir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış “əsassız hesablanmış borcun silinməsinə dair” pretenziyadan görünür ki, Cavabdeh tərəfindən ona təbii qaza görə əsassız hesablanmış 5800 manat məbləğində borcun, pretenziyanı alan gündən 3 (üç) iş günü ərzində silinməsini tələb etmiş, əks təqdirdə mübahisənin həlli üçün məhkəmə orqanlarına müraciət edəcəyini bildirmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh xx.xx.2022-ci il tarixli MSK seriyalı 29/1710-02976-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktından görünür ki, 08АZ**********4 nömrəli “G-4” markalı itron tipli qaz sayğacına keçirilən baxış zamanı “sayğacın elementinin bitdiyi müəyyən edilmiş, müvəqqəti element quraşdırılmışdır. Ekran açılmadığından informasiya oxunmamışdır. Xətaların normadan artıq olması və sayğac istifadəyə yararsız olması müəyyən edilmişdir. “Qüsura görə nəticə” bölməsində “qaz itkisi” qeyd edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən təqdim edilmiş İddiaçı adına olan **********00140 saylı abonent kodu üzrə xx.xx.2022-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci ilin sentyabr ayına 4676,75 (dörd min altı yüz yetmiş altı manat 75 qəpik) manat borcu yaranmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli GASREP sənədindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən mənzili üzrə (abonent kodu **********00140) “mənfi qaz sərfi”nə görə 4676,75 (dörd min altı yüz yetmiş altı manat 75 qəpik) manat məbləğində borcu yaranmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsinə görə Cavabdeh tərəfindən 66.77 (altmış altı manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan Cavabdeh Bakı X12 Departamentinin Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 Bakı Filialına ünvanladığı müraciətə baxılmasının nəticəsi haqqında xx.xx.2023-cü il tarixli 14-2-2/2-906/2023 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 61 ünvanında yerləşən 14 saylı mənzildə xx.xx.2010-cu il tarixdə 08АZ**********4 zavod nömrəli, Gulf tipli, G4 markalı qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacının ekranı işləmədiyi üçün xx.xx.2022-ci il tarixdə qeyd olunan qaz sayğacı **********875 nömrəli, Zenner tipli, G4 markalı qaz sayğacı ilə əvəz edilmiş və çıxarılan qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. Cavabdeh İB-nin Metrologiya Departamentinin xx.xx.2022-ci il tarixli, MKS-29/1710-02976-1 nömrəli qaz sayğacının yoxlanılması barədə akt tərtib edilərək istismara yararsız olması qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Bakı Filialının mütəxəssisi X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzildə 08АZ**********4 zavod nömrəli, Gulf tipli, G4 markalı qaz sayğacı quraşdırılması tarixi barədə Cavabdeh İB tərəfindən müvafiq sənəd təqdim edilməmiş, lakin qeyd olunan ünvan üzrə abonent saldosunun təhlili zamanı ünvan 1 ünvanında yerləşən mənzildə 08АZ**********4 zavod nömrəli, Gulf tipli, G4 markalı qaz sayğacının 2011-ci ilin yanvar ayında Cavabdeh İB-də **********00140 saylı abonent kodu ilə İddiaçı adına qeydiyyata alındığı aşkar olunmuşdur. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın tərtib edilməsi zamanı 08АZ**********4 zavod nömrəli, Gulf tipli, G4 markalı qaz sayğacının ekranının söndüyü, lakin mexaniki hissəsinin işlək vəziyyətdə olması müəyyən edilmişdir. Çıxarılmış 08АZ**********4 zavod nömrəli, Gulf tipli, G4 markalı qaz sayğacı Cavabdeh İB-nin Metereologiya Departamentinin laboratoriyasında xx.xx.2022-ci il tarixində Dövlət yoxlamasından keçirilərək “Sayğaca baxış keçirildi. Sayğacın elementi bitib. Müvəqqəti element quraşdırıldı. Sayğacın ekranı açılmadı, informasiya oxunmadı. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır” rəyi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.4-cü bəndinə görə qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qeyd edilən ünvanın elektrik enerjisindən istifadə edilməsi ilə bağlı "xxxx" ASC-dən həmin ünvanın abonent saldosu əldə edilmişdir. Həmin abonent saldosu təhlil edilən zaman ünvan 1 ünvanında yerləşən mənzilin "xxxx" ASC-də **********10014 kod ilə İddiaçı adına qeydiyyatda olduğu, 2014-cü, 2015-ci, 2016-cı, 2017-ci, 2018ci, 2019-cu, 2020-ci və 2021-ci illərdə hər aya elektrik enerjisindən istifadə edildiyi müəyyən edilmişdir. Buradan da görünən odur ki, deməli həmin ünvanda təbii qazdan da istifadə edilmişdir. Odur ki, qeyd edilən ünvanda 2014-cü, 2015-ci, 2016-cı, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə təbii qazdan istifadənin hesabatı aşağıdakı cədvəldə təqdim edilmişdir. Sayğacın mexaniki göstəricisi: 24871 m3. Ödənilmiş pula görə sərf olunan qaz həcmi (qaz ekvivalentində) 60 manat = 600 m3 təbii qaz, istifadə müddəti: 11 il və 7 ay, cəmi 139 ay, 12 ay (1 il) = 24871 m3/ 139 ay x 12 ay = 2147 m3, 7 ay = 24871 m3/ 139 ay x 7 ay = 1254 m3. İllər üzrə 1 m3/saat təbii qazın qiyməti İllər üzrə llər istehlak olunan qaz Qəpiklə istehlak olunan qazın həcmi m3/saat məbləği, manat 2147 10 qəpik (0.1 manat) 214,70 - 20= 011 194,7 2147 10 qəpik (0.1 manat) 214,70 012 2147 10 qəpik (0.1 manat) 214,70 – 40 = 013 174,70 2147 10 qəpik (0.1 manat) 214,70 014 2147 10 qəpik (0.1 manat) 214,70 015 2147 10 qəpik (0.1 manat) 214,70 016 2147 Limit 1700 m3 x 0.10 manat = 259,40 017 170 manat 447 m3 x 0.20 manat = 89.40 manat 2147 Limit 1700 m3 x 0.10 manat = 259,40 018 170 manat 447 m3 x 0.20 manat = 89.40 manat 2147 Limit 2147 m3 x 0.10 manat = 214,70 019 214,70 manat Limit 2147 m3 x 0.10 manat = 214,70 020 214,70 manat 2147 Limit 1200 m3 x 0.12 manat = 333,40 021 144 manat 947 m3 x 0.20 manat = 189.4 manat 1254 Limit 1200 m3 x 0.12 manat = 154,80 022 144 manat 54 m3 x 0.20 manat = 10.80 7 ay) manat 24871 m3 2664,60 əmi manat Mülki işin materiallarında olan “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 022/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, yaşayış kompleksi "xxxx" MTK tərəfindən inşa edilmiş və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 26 dekabr 2008-ci il tarixində 672 saylı sərəncamla təsdiq edilərək istismara qəbul edilmişdir. Binalar inşa edilən vaxtdan yaşayış kompleksləri qazanxana ilə təchiz edilmiş və yaşayış üçün istifadəyə verilən vaxtdan (26 dekabr 2008-ci il) sakinlərin isti su və qış aylarında isitmə ehtiyacları daimi təmin edilmişdir. xx.xx.2017-ci il tarixindən etibarən yaşayış kompleksinin saxlanması və idarəetməsini “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti davam etdirir. Yaşayış kompleksinin qazanxanası halhazırda da fəaliyyət göstərir. Beləliklə, mülki iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 61 ünvanında yerləşən 14 saylı mənzildə xx.xx.2010-cu il tarixdə 08АZ**********4 zavod nömrəli, “Gulf” tipli, “G4” markalı qaz sayğacı quraşdırılmışdır. xx.xx.2017-ci il tarixdə iddiaçı ilə Cavabdeh arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın altı-satqısı barədə müqavilə imzalanmış, müqaviləyə görə cavabdeh iddiaçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməyi, iddiaçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və cavabdeh tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İddiaçıya məxsus mənzilə **********00140 nömrəli abonent kodu verilmişdir. xx.xx.2022-ci il tarixdə 08АZ**********4 nömrəli “G-4” markalı “Gulf” tipli qaz sayğacının ekranı işləmədiyi üçün **********875 nömrəli “G-4” markalı “Zenner” tipli qaz sayğacı ilə əvəz edilmiş, bu barədə həmin tarixdə tərəflərin iştirakı ilə ******* nömrəli akt tərtib olunmuşdur. Çıxarılan qaz sayğacı dövlət yoxlamasına göndərilmiş, xx.xx.2022-ci il tarixdə dövlət yoxlamasından keçirilmiş, yoxlamanın nəticəsində sayğaca baxış keçirilərək, sayğacın elementinin bitdiyi müəyyən olunmuş, müvəqqəti element quraşdırılmış, ekran açılmamış, informasiya oxunmamış, xətaların normadan artıq olduğu, sayğacın istismara yararsız olduğu qənaətinə gəlinmiş, nəticədə qüsura görə qaz itkisinin olduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus mənzilə verilmiş abonent kodunda 4676,75 manat məbləğində borcun olduğu məlum olmuşdur. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin borcun əsassız hesablanmış olduğundan silinməsini, qarşılıqlı iddia üzrə iddiaçı isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcun qaz sərfiyyatına görə yaranan debitor borc olduğundan qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçının hesabına köçürülməsini xahiş edir. Məhkəmə araşdırmaları zamanı işin obyektiv həllinə nail olmaq məqsədilə məhkəmə tərəfindən ilkin iddia üzrə cavabdehə iddiaçıya məxsus mənzilə xx.xx.2010-cu ildə quraşdırılmış qaz sayğacının texniki pasportunun məhkəməyə təqdim edilməsi barədə sorğu edilmiş, lakin tələb edilən sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əvvəlki məhkəmə iclaslarından birində iştirak edən cavabdehin mütəxəssisi qeyd etmişdir ki, təcrübədə adətən qaz sayğaclarının istismara yararlılıq müddəti 5 il hesab olunur. Əlavə olaraq bildirilməlidir ki, iş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması məqsədilə məhkəmənin təşəbbüsü ilə işə mütəxəssis cəlb edilmiş və mütəxəssisə işin obyektiv həllinə nail olmaq üçün zəruri suallar verilmişdir. Mütəxəssisin təqdim etdiyi rəyə və işdə olan materiallara əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzildə 2011-ci ildən sayğacın yenisi ilə əvəz edildiyi 2022-ci ilin iyul ayınadək 24871 m3 həcmində qaz sərfiyyatı olmuş, tərəflərin əvvəlki iclaslarda verdiyi izahatlara və işdə olan materiallara görə isə iddiaçı tərəfindən 2011-ci ildə 20 manat, 2013-cü ildə isə 40 manat olmaqla, cəmi 60 manat məbləğində ödəniş edilmişdir. İddiaçı tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla, onun 2022-ci ilin iyul ayına (sayğac yenisi ilə əvəz edilən tarixə) cavabdehə olan borcunun 2664,60 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilkin iddia ərizəsinə münasibətdə qeyd edir ki, ilkin iddia tələbi qismən əsaslıdır. Belə ki, ilkin iddia üzrə iddiaçı 4676,75 manat məbləğində borcun əsassız hesablandığını iddia edərək, həmin məbləğdə borcun silinməsini məhkəmədən xahiş etsə də, məhkəmə araşdırmaları əsasında müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən iddiaçıya qaz sərfiyyatına görə 4676,75 manat məbləğində borc hesablansa da, ilkin iddia üzrə iddiaçının qaz sərfiyyatına görə cavabdehə 2664,60 manat məbləğində borcu yaranmışdır. Beləliklə, ilkin iddia üzrə cavabdeh tərəfindən iddiaçıya hesablanmış 4676,75 manat məbləğində borcun 2664,60 manat hissəsində əsaslı olduğu müəyyən edilmiş, qalan 2012,15 manat hissəsinin hesablanmasına əsas olmuş mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, yəni borcun olması müvafiq qaydada sübuta yetirilməmişdir. Buna görə də ilkin iddia üzrə iddiaçının tələbinin qismən, yəni 2012,15 manat məbləğində əsassız hesablanmış borcun silinməsi hissəsində əsaslı olduğu qənaətinə gəlinmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlmişdir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00140) hesablanmış 2012.15 manat məbləğində borc əsassız olduğundan silinməli, ilkin iddia qalan hissədə təmin edilməməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin 2-ci yarımbəndində göstərilmişdir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.4-cü bəndinə görə, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Yuxarıda istinad edilən normaların təhlili nəticəsində belə qənaətə gəlmək olar ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən vaxtaşırı dövlət yoxlamasından keçirilməlidir. Belə ki, quraşdırılmış qaz sayğaclarının sazlığına, onların işlək olub-olmamasına nəzarəti həyata keçirməklə bağlı cavabdehliyi qaz paylayıcısı daşıyır. Qaz sayğaclarının texniki baxışının keçirilməsi üçün müddətlər isə onların texniki pasportlarında göstərilir. Məhkəmə tərəfindən Cavabdeh İB-yə İddiaçı məxsus mənzildə xx.xx.2010-cu ildə quraşdırılmış qaz sayğacının texniki pasportunun təqdim edilməsi ilə əlaqədar sorğu ünvanlansa da, Cavabdeh İB tərəfindən həmin sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırmaları nəticəsində əldə edilmiş məlumatlara əsasən isə müəyyən edilmişdir ki, 2010-cu ildən 2022-ci ilədək keçən 12 il müddət ərzində qaz paylayıcısı tərəfindən qaz sayğacına texniki baxış keçirilməmişdir. Qaz sayğacının 12 il müddətində saz qalması, texniki baxışdan keçirilmədən daimi işlək vəziyyətdə olduğu hesab edilməsi isə ağlabatan hesab olunmur. Çünki təcrübədə qaz sayğacları 5 il müddətinə istismara yararlı hesab olunur. Göründüyü kimi, Cavabdeh İB müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş vəzifələrini lazımınca yerinə yetirməmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi qismən əsaslıdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin təbii qazın sərfiyyatına görə 4676.75 manat məbləğində debitor borcunun olduğunu iddia edərək, həmin məbləğdə borcun cavabdehdən tutularaq ödənilməsini məhkəmədən xahiş etsə də, məhkəmə araşdırmaları əsasında müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehin iddiaçıya qazın sərfiyyatına görə 2011-ci ildən 2022-ci ilin iyul ayınadək 2664,60 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehdən məhz 2664.60 manat məbləğində borcun tələb edilməsi hissəsində haqlıdır. Lakin nəzərə alınmalıdır ki, qarşılıqlı iddia üzrə cavabdeh ərizə verərək, qarşılıqlı iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən qarşılıqlı iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə iddia müddətini tətbiq edərək, qarşılıqlı iddia ərizəsinin məhkəməyə xx.xx.2022-ci ildə verildiyini nəzərə alaraq, xx.xx.2019-xx.xx.2022-ci illər üzrə borcun qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Beləliklə, 2019-cu ilin oktyabr, noyabr, dekabr ayları üzrə ümumi borcun “214.70 manat / 12 ay x 3 ay = 53.67 manat”, 2020-ci il üzrə ümumi borcun 214.70 manat, 2021-ci il üzrə 333.40 manat, 2022-ci il üzrə 154.80 manat olduğu nəzərə alaraq, qarşılıqlı iddia üzrə cavabdehdən cəmi 756.57 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 756.57 manat məbləğində pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bank hesabına ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndində və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin 1-ci yarımbəndində qeyd olunmuşdur ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. «Qazdan istifadə Qaydaları»nın 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qeyd edilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə müvafiq olaraq, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Sözügedən Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən 4676.75 manat məbləğində borcun 2012.15 manat hissəsi əsassız hesablandığından silinməlidir. Qalan 2664.60 manat borcun isə qazın sərfiyyatına görə hesablanmış debitor borc olması səbəbindən əsaslı olması işin mübahisəsiz halını təşkil edir. Lakin iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, iddia müddətinin tətbiqi nəticəsində müəyyən edilmişdir ki, borcun 1908.03 hissəsinə olan tələb hüququ iddia müddətinin ötürülməsindən sonra həyata keçirilmişdir. Buna görə də borcun 1908.03 manat hissəsində İddiaçı Cavabdeh İB qarşısında olan öhdəliyi qalmaqla, borcun tələb edilməsi üçün müddət ötürüldüyündən tələb bu hissədə təmin edilməməlidir. Qalan 756.57 manat hissə isə əsaslı olmaqla yanaşı, tələb edilməsi üçün iddia müddəti ötürülmədiyindən, 756.57 manat İddiaçı tutularaq Cavabdeh İB-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 373.3, 375-ci maddələrinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarından görünür ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X2rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi özözlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Mülki Məcəllənin 551.2-ci maddəsinə görə, aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Burada qeyd edilməlidir ki, 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 527.1-ci maddəsində öhdəliklərin xitamı əsasları sırasında “müddətin keçməsi” halı sırf hüquqi xarakterinə və ya tərəflərin razılaşmasına əsasən müddətə bağlı öhdəliklərə münasibətdə yaranır. Yəni, bir öhdəlik məhz müəyyən bir müddət üçün əmələ gətirilibsə (məsələn, konkret bir müddətə bağlı xidmətin göstərilməsinə dair öhdəliklər), həmin müddətin keçməsi öhdəliyin xitam olunması nəticəsini yarada bilər. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu o nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir; Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00140) əsassız hesablanmış 2012.15 manat məbləğində borc silinməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı 756.57 manat pul tutularaq Cavabdeh bank hesabına ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, məhkəmə qətnaməsində məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə müvafiq qiymət verməlidir. Bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edildiyindən, ilkin iddia ərizəsinin verilməsinə görə iddiaçı dövlət rüsumundan azad edildiyindən, 28.40 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 66.77 manat dövlət rüsumunun 11 manat hissəsi İddiaçı tutularaq Cavabdeh bank hesabına ödənilməli, qalan 55.77 manat hissəsi isə Cavabdehnə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1, 9.1.5-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 119.1-119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00140) əsassız hesablanmış 2012.15 (iki min on iki manat on beş qəpik) manat məbləğində borc silinsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İlkin iddia ərizəsinin verilməsinə görə 28.40 (iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 756.57 (yeddi yüz əlli altı manat əlli yeddi qəpik) manat pul tutularaq Cavabdeh “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 66.77 (altmış altı manat yetmiş yeddi qəpik) manat dövlət rüsumunun 11 (on bir) manat hissəsi İddiaçı tutularaq Cavabdeh “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin, qalan 55.77 (əlli beş manat yetmiş yeddi qəpik) manat hissəsi isə Cavabdehnə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar