Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-296/2025 29.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BBLK4547250A125 nömrəli “Birkart Black debet (kredit)” müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə birinci qrup əlil bacısı xx xxxxxxxx 1987-ci il təvəllüdlü İddiaçı etibarnamə əsasında bütün dövlət idarələrində habelə məhkəmə icraatı ilə bağlı səlahiyyətli nümayəndəsidir. Bacısı İddiaçı 17 dekabr 2021-ci il tarixdə “Kapital Bank" ASC ilə Birkart Black debet ödəniş kartından istifadəyə dair BBLK4547250A125 nömrəli Müqavilə bağlamışdır. Bildirmək istəmişdir ki, bacısının debet kartı ancaq şəxsi istifadəsi üçün götürülmüş və kredit kartı olaraq istifadəsi üçün nəzərdə tutulmamışdır. 28 mart 2024-cü il tarixdə o, DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək bacısı Nuranənin əlavə gəlir əldə etmək məqsədilə sayta elan yerləşdirilmiş şəxslə əlaqə saxlaması, sonuncunun ona 170 manat pul göndərməsi, bank kart məlumatlarının aldıqdan sonra 160 manat və adına 3090 manat kredit pul götürülməsi barədə məlumat vermişdir. Müraciəti xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin cinayətlər haqqında ərizələr və məlumatların 1 nömrəli uçotu kitabında 282 saylı qeydiyyata alınaraq yoxlanılması üçün təhqiqatçı polis kapitanı Taleh Abdullyevin icraatına verilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, 28 mart 2024-cü il tarixdə yaşadığı evdə olan zaman “Google” axtarış portalı vasitəsi ilə reklam edilən “Socara investisiya yatırımı” başlıqlı linkə daxil olub qeydiyyatdan keçdikdən sonra +40-791-531-184 nömrəsindən istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edən şəxs vatsap vasitasilə ona göndərilmiş linkə daxil olandan sonra saat 13:42 dəqiqədə “Kapital Bank" ASC-yə aid 4169-7377-0626-4674 nömrəli “Visa" kartındadn 170,00 manat pulu naməlum hesaba köçürülmüş, sonra isə müəyyən edilmişdir ki, adına Cavabdeh ASC-də aid 4169-7377- 0626-4674 nömrəli “Visa” kartından kredit limiti açılıb və kartından ümumilikdə 3260 manat pulu naməlum hesaba köçürülmüşdür. Hadisəni törədən naməlum şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə elektron məlumat daşıyıcısından istifadə etməklə İddiaçı 3260 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Toplanmış materiallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin tərkib əlaməti vardır və ona görə də 01 may 2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin İŞ-nin müstənitiqi, polis mayoru Rəisə Rüstəmli tərəfindən cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərar qəbul edilməklə istintaq aparılır. Dəfələrlə Bank ilə əlaqə saxlamışlar, habelə Bankın Sumqayıt filialına yaxınlaşıb kredit xəttinin ayrılması barədə razılığın olmadığını, kartdan naməlum şəxslər tətbiq vasitəsi ilə oğurluq edilməsini, SMS məlumatlarını, hansıki Bank tərəfindən İddiaçı eyniləşdırilməsini təmin edən təhlükəsizlik kodu daxil olmadığını, yaranmış kredit borcunu əsassız olduğunu bildirsələr də, onlara şifahi olaraq DİN-nə müraciət edilməsini tövsiyə etmişlər. 05 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmişdir. Mərkəzi Bank 9 aprel 2024-cü il tarixli, 6-1-26/2-T-41xx-xx- 6582/2024 saylı cavab məktubunda qeyd etmişdir ki, müraciətə baxılması aidiyyəti üzrə Cavabdeh ASC-yə göndərilərək müraciət müəllifinə 7 gün ərzində məlumat verilməsi xahiş olunur. Lakin, bu günə kimi Bank rəsmi məlumat verməmişdir. Hesab etmişdir ki, aralarında bağlanmış Müqavilənin göstərilən şərtlərinə Bank əməl etməməklə pozmuş, bacısının vəziyyətini pisləşdrimiş və əsassız nəticələr yaratmışdır. Müqavilə tərəfi bacısı olmadığından etibarsız hesab edilməli, indiyə qədər yaratdığı hüquqi nəticələr isə ləğv edilməlidir. Bank öhdəliklərini tam icra etmədiyindən, müqavilənin şərtlərini pozduğundan, həmçinin Müqavilədə istinad edilən digər müddəaların olmadığından aralarında bağlanmış Müqavilə etibarsız hesab edilməli, indiyə qədər yaratdığı hüquqi nəticələr isə ləğv edilməlidir. Birincisi qeyd etmək istəmişdir ki, müqavilənin 2-ci maddəsinə əsasən Bank Müştəriyə “Birkart Black” ödəniş kartı verir, müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti ayırır, həmin Kartdan və ya kredit xəttindm istifadə ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və ya kredit xəttindən istifadə edir, yaranmış borclarını, habelə ona göstərilmiş bank xidmətlərinin haqqmı bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. Bu bənddən müəyyən edilir ki, Müştərinin müraciəti əsasında kredit xətti ayrılır. Lakin, göründüyü kimi də nə onlar tərəfdən şifahi razılaşma olub, nə də ki Bank tərəfindən Bankın bildiyi mobil nömrəyə SMS vasitəsi ilə bildiriş məxfi kod ilə təsdiq edilməmişdir. Yəni bacısı kredit xəttinin ayrılması müqavilədə nəzərdə tutulmuş imzasının digər analoqu ilə də təsdiq etməmişdir. Ancaq kart məlumatlarını naməlum şəxsə bildirmişdir. Müştəri kodunu da açıqlmamışdır. Belə olan halda Bank öz vəzifələrini icrasını layiqincə yerinə yetirməmişdir, təhlükəsizliyi təmin etməmişdir, Müştərinin həqiqi olduğuna dair məxfi kod ilə eyniləşdirmə aparmamışdır. İkincisi, sözügedən Müqavilənin 4.1-ci maddəsinə əsasən müştəri bu Müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Tərəflər razılığa gəlirlər ki, Müştəri, bu Müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş birldirişi (məlumatı) SMS-də göndərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən müqavfiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müqavilənin şərtində istinad edilən 11.2-ci bəndində göstərilən imza analoqları heç biri mövcud olmamışdır. Məhkəməyə xüsusi bilik tələb edən mütəxəssis dəvət olunsa, o da həmin gün kartdan oğurlanmış pul ilə bağlı, habelə kartdan karta 3090 manat pul köçürmə əməliyyatında Bank məxfi təsdiqedici SMS və ya digər bildiriş göndərməmişdir. Üçüncüsü, Müqavilənin 4.2-ci maddəsinə əsasən Bank Müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi nəticəsində ödəmə qabiliyyətinin aşağı düşməsi hallarında kredit xəttinin məbləğini Müştərinin razılığı olmadan birtərəfli qaydada azalda, bloklaşdıra və ya bu Müqaviləyə xitam verə bilər...Müştərinin bu Müqavilə üzrə Bank qarşısında öhdəliyini icra etməyə mane olacaq dərəcədə sağlamlağının itirilməsi, vəfat etməsi və öhdəliyin vaxtında icra edilməsinə maneə yaradan digər yaradan digər hallar. Qeyd etmək zəruridir ki, bacısı İddiaçı orqanizmin 90% pozulmasına görə birinci dərəcəli əlildir və əmək qabiliyyətsizdir. Debet kartdan ona aid olan 170 manat oğurluqdan savayı adına kredit xəttinin açılması və banka borclu qalması onu daha da çox sarsıtmışdır. Belə ki, bu yaranmış ədalətsizlik bacısının vəziyyətini ağırlaşdıraraq yenidən həkim müayinələrdən keçməsinə səbəb oldu, həkim isə ağır dərmanların iki qat möhür ilə təsdiqlənmiş müalicə üçün resept yazmışdır. Hal-hazırda isə həmin reseptə əsasən müalicə almağı davam edir. Təbii ki də, Müqavilənin birbaşa şərtində göstərilən hallardan biridə bacısının vəziyyətinin ağırlaşmasıdır. Müqavilənin 9.1.3-cü maddəsinə əsasən bu Müqavilənin 4.2-ci bəndi ilə müəyyən edilmiş hallar Müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşdikdə Bank Müqaviləyə xitam verə bilər. Göründüyü kimi də, Bank tərəfindən Müqavilədə göstərilən təhlükəsizlik xidmətlərin təmin edilməməsi nəticəsində bacısına və ailəyə mühüm dərəcədə zərər dəymişdir. Cinayət işinin başlanması haqqında qərar bir daha sübut edir ki, oğurlanan əmlak şəxsi istifadəyə xərclənməyib və cinayət nəticəsində yaranmışdır. Odur ki, Müqavilə etibarsız hesab edilməlidir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı kredit müqaviləsini imzalayarkən iradə ifadəsini göstərərək, Borcalanın Kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki, iddiaçı ilə Bankın “Sumqayıt” filialı arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış və fiziki formada imzalanmışdır. İddiaçı aktiv olaraq müqavilə üzrə xidmətdən yararlanmışdır. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Kapital Bank ASC-nin Sumqayıt filialı ilə müştəri İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış BBLL4547250A125 saylı Birkart Black debet (kredit) müqaviləsində göstərilmişdir ki, Bank Müştəriyə “Birkart Black" ödəniş kartı verir. Müştərinin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, həmin Kartdan və (və ya) kredit xəttindən istifadə ilə əlaqədar müvafiq hesablar açır. Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, 1. tədqiqat obyekti sensor ekran və “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “X5 9S” markalı “M2003J6A1G” modelli “**********99402, **********99408” İMEİ kodlu mobil smartfondur. 2.Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilənlərə əsasən “X5 9S” markalı “M2003J6A1G” modelli mobil smartfonun yaddaşında hər9hansı bir “Malware” ziyanverici proqramlaın mövcud olmasına dair rəqəmsal izlər müəyyən edilməmişdir.3. Ekspertiza qarşısında qoyulmuş suallar tədqiqata Mərkəzi Bankdan cəlb edilmiş mütəxəssislər-informasiya və kibertəhlükəsizlik departamentinin təhlükəsizlik əməliyyat mərkəzi şöbəsinin rəisi Timur Hüseynov və X2 Kommunikasiya departamentinin Təhlükəsizlik əməliyyat Mərkəzi şöbəsinin Təhlkəzislik analitiki Fariz Pirmətov tərəfindən 4.03.2025-ci il tarixli ekspert rəyində cavablandırılmışdır. 4. Ekspert rəyinin təqdiqat prosesinin təsviri hissəsinin 4-cü bəndində göstərilən profilaktik tövsiyələrin nəzərə alınması məqsədəmüvafiq hesab ounur. İş materiallarında olan Mərkəzi Bank tərəfindən təqdim edilmiş ekspert rəyində göstərilmişdir ki, Kapital Bankın müvafiq sistemlərində, o cümlədən bank hesablarında və prosessinq sistemində kibermüdaxilə izlərinin olub-olmamasını müəyyən etmək üçün həm bankın infrastrukturunda, həm də ixtisaslaşmış laboratoriyada sistemlərin ətraflı təhlili aparılmalıdır. Bu təhlil müvafiq bacarıqlara, təcrübəyə və analiz alətlərinə malik olan əlavə ixtisaslaşmış mütəxəssislərin cəlb olunmasını tələb edir. Mərkəzi Bankda bu sahəyə aid laboratoriya və müvafiq ekspert qrupu olmadığı üçün yuxarıda qeyd olunan 2 sualın cavablandırılması mümkün olmamışdır. Belə bir tədqiqat kibertəhlükəsizlik üzrə ixtisaslaşmış təşkilatlar və ya şirkətlər tərəfindən həyata keçirilə bilər. Köçürülən pul vəsaitinin məbləği 3090 manatdır. Təhlükəzislik kodunun göndərilməsinə əsas İddiaçı məxsus mobil tətbiq hesabından köçürmə ilə bağlı müraciətin olmasıdır. Kapital Bankın müvafiq bank sistemlərinin fəaliyyət jurnallarında təhlükəsizlik kodunun daxil edildiyi cihazlar göstərilməsə də, köçürmə əməliyyatı zamanı 6949c55224b0cccl identifikatorlu HMD Global Nokia C21 Plus markalı mobil cihazdan mobil tətbiqə giriş edildiyini nəzərə alaraq, təhlükəsizlik kodunun da həmin cihazdan daxil edildiyini güman etmək olar. Onu da qeyd etmək olar ki, köçürmə əməliyyatı baş verən günə kimi İddiaçı məxsus mobil tətbiq hesabına giriş yalnız X5 9s markalı mobil telefondan olub. İş materiallarında olan xx.xx.2025-ci il tarixli baxış aktında göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazriliyinin Məhkəmə Ekspertizası Mərkəzini Sənədlərin texniki ekspertizası aparıcı eksperti Lamiə Süleymanova; Azərbaycan Respublikasının Mərkəzi Bankının İnformasiya və kibertəhlükəsizli departamentinin Təhlükəsizlik əməliyyat mərkəzi şöbəsinin rəisi Timur Hüseynov; Azərbaycan Respublikasının Mərkəzi Bankının Ödəniş xidmətləri və ödəniş sistemlə üzrə fəaliyyətə nəzarət və siyasət departamentinin Ödəniş xidmətləri və ödəni sistemlərinin inkişafı və siyasəti şöbəsinin mütəxəssisi Murad Tağıyev; Azərbaycan Respublikası Mərkəzi Bankının Təhlükəsizlik analitiki X4 Rayon məhkəməsinin 2(006)-3084/2024, 2(006)-2736/2024 və 2(006)-3346/2024 nömrəli mülki işlər üzrə təyin etdiyi məhkəm ekspertizasının keçirilməsi barədə qərardadına əsasən Cavabdeh ASC-nin baş ofisinə xx.xx.2025-ci il saat 15:00-da mütəxəssislərlə birgə gedilmişdir. Bu zama “Kapital Bank ASC”-nin Təhlükəsizlik departamenti Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin müdiri X1 tərəfindən bankın ünvanın başqa məkana köçürülməsi və hal-hazırda İT əməkdaşlarının bir qisminin yerində olmaması səbəbindən məlumatların saxlandığı müvafiq sistemə baxış həmin gün təşkil edə bilməyəcəklərini bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli baxış aktından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Təhlükəsizlik analitiki X4 Rayon məhkəməsinin 2(006)- 3084/2024, 2(006)-2736/2024 və 2(006)-3346/2024 nömrəli mülki işlər üzrə təyin etdiyi ekspertiza keçirilməsi barəəd qərardada əsasən "xxxx" ünvanda yerləşən KapitalBank ASC-nin məlumatlar bazasına baxış keçirilmişdir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış HK-1/282 nömrəli materialın aidiyyəti üztə cinayət işinin başlanması məsələsinin həll edilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Sumqayıt ŞPİ-nin 2-ci PB tərəfindən təqdim edilmiş İddiaçı həmin Bölmədə verdiyi izahatında göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman “Google” axtarış portalı vasitəsilə reklam edilən “Socara investitisiya yatırımı” başlıqlı linkə daxil olub qeydiyyatdan keçdikdən sonra +40-791-531-184 nömrəsindən istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edən şəxs vatsap vasitəsilə ona göndərilmiş linkə daxil olub qeydiyyatdan keçməsini və mobil nömrəsinə göndərilmiş kodu təqdim etməsini bildirmişdir. O, linkə daxil olub qeydiyyatdan keçmiş və mobil nömrəsinə göndərilmiş 4 rəqəmli kodu həmin şəxsə bildirdikdən sonra saat 13:42 dəqiqədə Cavabdeh ASC-yə aid 4169-7377-0626-4674 nömrəli “Visa” kartından 170,00 manat pulu naməlum hesaba köçürülmüşdür. Sonra isə müəyyən etmişdir ki, adına Cavabdeh ASC-də yeni kredit limiti açılıb və kartından ümumilikdə 3260 manat pulu naməlum hesaba köçürülməklə oğurlanmışdır. Ona görə bu barədə 102 xidmətinə müraciət etmişdir. Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal da müəyyən edilməmişdir. Bundan başqa, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin araşdırılmış hallarından aydın olur ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Bundan əlavə, işin faktiki halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur, ailə üzvlərinin razılığı alınmışdır. Eyni zamanda Mülki Məcəllənin 337-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanun tələbindən göründüyü kimi əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. Məhkəmə qeyd edir, iddianın əsas dəlili “xx.xx.2024-cü il tarixdə onun kartından oğurluq edilməsi” durmuş, bu əsasla da hesab etmişdir ki, bankla aralarında bağlanmş müavilə etibarsız hesab edilməlidir. Halbuki, Polis Bölməsində verdiyi izahatında linkə şəxsən özünün iradəsi ilə daxil olmaqla şəxsi məlumatlarını üçüncü şəxsə ötürmüşdür. İddiaçı öz ərizəsində kartın debet kartı olmaqla yalnız şəxsi istifadəsi üçün nəzərdə tutulduğunu qeyd etsə də, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə nəzər salındıqda həmin kartın həm debet həm də kredit xəttinin açılması üçün nəzərdə tutulduğu görmək olur. Bununlada müəyyən etmək olur ki, iddiaçının cavabdehlə aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı cavabdehə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədi və göstərilənlər işin araşdırılmış halları ilə müəyyən olunmadı və ona görə də iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı birinci qrup əlil olduğundan məhkəmə xərcləri və ekspertiza tədqiqatının aparılması üçün tələb olunan 100 manat dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Azərbaycan Respublikası Dövlət Büdcəsinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-296/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-296/2025
29.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver