Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2980/2020 18.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı «xxxxxxxxxxx» X1 nümayəndəsi X4 iştirakı ilə İddiaçı «xxxxxxxxxxx» X1 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» X3 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********79113 olan «Hoffman X Play» markalı telefon, İMEİ kodu **********94924 olan «Meizu M5c» markalı telefon, İMEİ kodu **********33947 olan «Samsung Galaxy A6» markalı telefon və İMEİ kodu **********91689 olan «Samsung Galaxy A8 Plus» markalı telefon almış və nəticədə 3748manat borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 312 manat (12 ay x 26 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********79113 olan «Hoffman X Play» markalı telefonüçün ümumilikdə 160manat olmaqla, ondan 121 manat ödənilməmiş hissə, 39 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 336 manat (12 ay x 28 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********94924 olan «Meizu M5c» markalı telefonüçün ümumilikdə 218manat olmaqla, ondan 168 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 960 manat (24 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********33947 olan «Samsung Galaxy A6» markalı telefonüçün ümumilikdə 1136manat olmaqla, ondan 920 manat ödənilməmiş hissə, 216 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 1949 manat (24 ay x 76 manat + 125 manat ilkin ödəniş) olan İMEİ kodu **********91689 olan «Samsung Galaxy A8 Plus» markalı telefonüçün ümumilikdə 2234manat olmaqla, ondan 1824 manat ödənilməmiş hissə, 410 manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 524 manat təşkil edir. Müqavilənin şərtlərinə görə “müştəri” bu müqavilənin 2.5-ci bəndinin şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********79113 olan «Hoffman X Play» markalı telefon üçün 121 manat ödənilməmiş hissə, 39 manat dəbbə pulu, cəmi 160 manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********94924 olan «Meizu M5c» markalı telefon üçün 168 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, cəmi 218 manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********33947 olan «Samsung Galaxy A6» markalı telefon üçün 920 manat ödənilməmiş hissə, 216 manat dəbbə pulu, cəmi 1136 manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********91689 olan «Samsung Galaxy A8 Plus» markalı telefon üçün 1824 manat ödənilməmiş hissə, 410 manat dəbbə pulu, cəmi 2234 manat, ümumilikdə 3748 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 3778 manat Cavabdehalınaraq «xxxxxxxxxxx» X2 ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, № A93026 saylı müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC «Hoffman X Play» markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 26 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, № K00162702 saylı müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC «Meizu M5c» markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 28 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, № 28K00236758 saylı müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC «Samsung Galaxy A6» markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 40 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, № 28K00266392 saylı müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC «Samsung Galaxy A8 Plus» markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 125 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxx 2020-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 121 manat ödənilməmiş hissə, 39 manat dəbbə pulu olmaqla, ümumilikdə 160 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 168 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu olmaqla, ümumilikdə 218 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 920 manat ödənilməmiş hissə, 216 manat dəbbə pulu olmaqla, ümumilikdə 1136 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1824 manat ödənilməmiş hissə, 410 manat dəbbə pulu olmaqla, ümumilikdə 2234 manat,hər dörd müqavilə üzrə ümumilikdə isə 3033 manat əsas, 715 manat dəbbə, cəmi 3748 manat borcu vardır. «xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən «xxxxxxxxxxx» MMC «Hoffman X Play» markalı, «Meizu M5c» markalı, «Samsung Galaxy A6» markalı və «Samsung Galaxy A8 Plus» markalı telefonları Cavabdeh vermiş, Cavabdeh isə müqavilələrdə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun hazırkı tarixədək «xxxxxxxxxxx» MMC-yə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 121 manat ödənilməmiş hissə, 39 manat dəbbə pulu olmaqla, ümumilikdə 160 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 168 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu olmaqla, ümumilikdə 218 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 920 manat ödənilməmiş hissə, 216 manat dəbbə pulu olmaqla, ümumilikdə 1136 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1824 manat ödənilməmiş hissə, 410 manat dəbbə pulu olmaqla, ümumilikdə 2234 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləğləri ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə isə 30 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********79113 «Hoffmann X Play» markalı telefon üçün ümumilikdə 121 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 131 manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********94924 olan «Meizu M5c» markalı telefon üçün 168 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 178 manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********33947 olan «Samsung Galaxy A6» markalı telefon üçün 920 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, cəmi 940 manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********91689 olan «Samsung Galaxy A8 Plus» markalı telefon üçün 1824 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, cəmi 1854 manat, ümumilikdə 3103 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 3133 manat Cavabdehalınaraq «xxxxxxxxxxx» X2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********79113 «Hoffmann X Play» markalı telefon üçün ümumilikdə 121 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 131 manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********94924 olan «Meizu M5c» markalı telefon üçün 168 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 178 manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********33947 olan «Samsung Galaxy A6» markalı telefon üçün 920 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, cəmi 940 manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********91689 olan «Samsung Galaxy A8 Plus» markalı telefon üçün 1824 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, cəmi 1854 manat, ümumilikdə 3103 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 3133 (üç min yüz otuz üç) manat Cavabdehalınaraq «xxxxxxxxxxx» X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2980/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2980/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver