Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2989/2020 09.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,xx xxxxxx 2017-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında hüquqi xidmətin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilə İddiaçı MMC tərəfindən həmin hüquqi şəxsin direktoru X5 tərəfindən imzalanmışdır. Müqaviləyə əsasən Cavabdeh peşəkar hüquq xidmətləri göstərmək öhdəliyi götürülmüş və öhdəlik müqaviləyə uyğun olaraq yerinə yetirilmişdir. Belə ki, Cavabdeh iddiaçı olduğu və cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Nəsimi rayon Şöbəsinə qarşı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində, Bakı Apelyasiya Məhkəməsində iddia tələbinin təmin edilməsi barədə qərarlar qəbul edilmişdir. Həmin iclaslarda MMC-nin direktoru X5 nümayəndə qismində iştirak etmişdir. Bu iddia ərizəsinə əlavə edilmiş məhkəmə qərarlarında da öz əksini tapmışdır.2018-ci ilin may ayında məhkəmə qərarı icra olunaraq Cavabdeh pensiya almağa başlamışdır. Həmin dövrdən etibarən isə müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulduğu kimi Cavabdeh hüquqi xidmətə görə hər ay 500 manat olmaqla, 5 ay müddətində, ümumilikdə 2500 manat məbləğində pul ödəmək öhdəliyi yaranmış, lakin o bugünədək (2 il müddətində) heç bir ödəniş etməmişdir. Həmçinin o, telefon nömrəsini dəyişmiş və borcu ödəməmək üçün gizlənmişdir.Buradan da görünür ki, Cavabdeh borcun ödənilməsində vicdanlı şəkildə davranmayaraq, qərəzli şəkildə borcunu ödəməkdən yayınır. Hazırkı vəziyyətdə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu olmadığı açıq aşkardır. Göstərilənlərə əsasən Cavabdeh 2500 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2530 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, bildirişlər geri qaytarılaraq üzərində “imtina edilməsi” barədə qeyd aparılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli “hüquqi xidmət göstərilməsinə dair müqavilə”dən görünür ki, sifarişçi bu müqavilədə nəzərdə tutulmuş həcmdə və şərtlərlə hüquqi xidməti (Cavabdeh yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi) göstərməyi icraçıya tapşırır, icraçı isə həmin işin yerinə yetirilməsi öhdəliyini öz üzərinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi hazırki müqavilənin 1.1-ci bəndində göstərilmiş işlər üçün icraçıya (yaşa görə əmək pensiyası aldıqdan sonra yaranmış pensiya fərqindən hər ay 500 manat olmaqla 5 ay müddətində) 2500 manat ödəyəcək. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-5584/2017 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.1974cü il tarixdən xx.xx.1981 -ci il tarixədək “xxxxxxxxxxxxxxxxxx" ASC-də, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan Respublikası Dövlət İdman Komitəsi "Üst idman malları" fabrikasında, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Məktəbli və X9 işlədiyi müddət əmək stajına daxil edilməklə əmək pensiyasının 57 yaşdan, yəni xx.xx.2006-cı il tarixdən təyin edilməsi Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X7 Nəsimi rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-331/2018 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5584/2017 saylı iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X7 Nəsimi rayon Şöbəsinin apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllənin 405.1-ci maddəsi). Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 425.2-ci maddəsinin tələbinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Göründüyü kimi tərəflər hüquqi xidmət göstərilməsinə dair müqavilədə göstərilən şərtlərlə razılaşaraq həmin müqaviləni bağlamışlar. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Eyni Məcəllənin 783.1-ci maddəsinə görə vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir (həmin Məcəllənin 783.2-ci maddəsi). Beləliklə, iş materiallarından göründüyü kimi tərəflər arasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqavilədən görünür ki, cavabdeh göstərilmiş işlər üçün iddiaçıya (yaşa görə əmək pensiyası aldıqdan sonra yaranmış pensiya fərqindən hər ay 500 manat olmaqla 5 ay müddətində) 2500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl edilərək, cavabdehə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tədbirlər (proseslərdə iştirak edilmiş, ərizələr tərtib edilmiş və s.) görülmüş, sonda yekun məhkəmə aktı nəticəsində cavabdehə pensiya təyin edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən aralarında bağlanmış müqaviləyə əsasən göstərdiyi xidmət müqabilində 2500 manat pul tələb etməsi qanunauyğundur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2500 (iki min beş yüz) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2530 (iki min beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2530 (iki min beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2989/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2989/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver