Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2995/2025 21.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "müəyyən öhdəliyin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "müəyyən öhdəliyin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ederək, hazırda yaşadığı Suraxanı rayonu, X6, Aşağı Qəsəbə küçəsi, ev 8-də mövcud olan işıq sayğacında ona qədər olan borcun silinməsi öhdəliyinin X8 Cəmiyyətinin Müştəri Xidmətləri İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, hazırda yaşadığı fərdi yaşayış evini 28 dekabr 2023-cü il tarixdə almışdır. Yaşayış sahəsində mövcud olan elektrik sayğacı ondan əvvəl həmin evin mülkiyyətçisi olmaqla yaşamış və elektrik sayğacı adına olan X4 elektrik sərfiyyatına göre 401,44 manat, 17,80 manat borc va 1870,71 manat məcburi köçkünün silinməli olan borc qalmışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3553/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsiylə həmin borcların ona aid olmadığını va onunla müvafiq müqavilənin bağlanılması öhtəliyi "xxxx" ASC-nın üzərinə qoyulmuşdur. "xxxx" ASC tərəfindən qətnamədə qeyd edilen öhtəliklər yerinə yetirilmişdir. Lakin sayğaca aid keçmiş borc hələdə qalmaqdadır. Həmin borcların silinməsi üçün X7 Cəmiyyətinin Müştəri Xidmətləri İdarəsinə yazılı müraciət etmişdir. X8 Cəmiyyətinin Müştəri Xidmətləri İdarəsi cavab məktubunda müraciətinin müsbət həllinin imkan xaricində olmasını bildirmişdir. Daha sonra İddiaçı məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, hazırda yaşadığı ünvanda mövcud olan ışıq sayğacında ona qədər olan 2289.95 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Əsaslandırıcı hissə: b) Mülki işin materialları: Mülki işin materiallarında olan: -"xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024- cü il tarixli məktubda göstərilmişdir ki, yaşayış sahəsinə aid olan **********00000 saylı kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə xx.xx.2002-ci il tarixinədək (Bakıelektrikşəbəkəsi dövrü) 17,80 manat; xx.xx.2007-ci il tarixinədək (Barmek MMC dövrü) 401,44 manat; xx.xx.2016-cı il tarixinədək 1870,71 manat (Məcbüri köçkünlər və onlara bərabər tutulan şəxslər üçün ayrılmış limitdən artıq istehlak edilmiş elektrik enerjisinin dəyəri) borc yaranmışdır. Qeyd edilən borclar ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir və ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi e - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3553/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC ilə İddiaçı arasında işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə müqavilə bağlanması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması, "xxxx" ASC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, X6, Aşağı Qəsəbə küçəsi ev 8 ünvanına elektrik enerjisinin sərfiyatına görə hesablanmış borcun İddiaçı aid olmadığının müəyyən edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, X6, Aşağı Qəsəbə küçəsi, ev 8 (yeni qaydalarla: AZ1050 ünvan 2 ünvanındakı mənzil xx.xx.2025-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki iş materiallarına "xxxx" ASC-dən çıxarışlar əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır; 17-ci maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 7.6-cı bəndinə müvafiq olaraq, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.2-ci bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü bəndinə müvafiq olaraq, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına (xx.xx.2022-ci ildə çıxarılmışdır) və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə görə, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə ilk olaraq onu qeyd edir ki, hazırda İddiaçı silinməsini tələb etdiyi borc dəyəri ödənilməmiş elektrik enerjisinə görə xx.xx.2002-ci il tarixinədək olan 17,80 manat; xx.xx.2007-ci il tarixinədək (Barmek MMC dövrü) 401,44 manat; xx.xx.2016-cı il tarixinədək 1870,71 manat (Məcbüri köçkünlər və onlara bərabər tutulan şəxslər üçün ayrılmış limitdən artıq istehlak edilmiş elektrik enerjisinin dəyəri) borcdan ibarətdir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc 2016-cı ilədək istehlak edilmiş elektrik enerjisinə görə yaranmış, lakin həmin mənzil İddiaçı tərəfindən 2023-cü ildə əldə edilmişdir. Göründüyü kimi İddiaçı iddia qaldıraraq onun dövründə hesablanmayan borcun silinməsini məhkəmədən xahiş etmişdir Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3553/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə də "xxxx" ASC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, X6, Aşağı Qəsəbə küçəsi ev 8 ünvanına elektrik enerjisinin sərfiyatına görə hesablanmış borcun İddiaçı aid olmadığı artıq müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, dondurulmuş və tələb edilməyən borclar siyahısına daxil edilmiş 2289.95 manat məbləğində borcun mövcudluğu iddiaçının hüquqlarını pozduğundan həmin borc silinməlidir. Məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən yazılmış 2289.95 AZN (iki min iki yüz səksən doqquz manat, doxsan beş qəpik) manat məbləğində borc İddiaçı məxsus **********00000 nömrəli abunə hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun siliməsi" tələbinə dair iddia ərizəsi təmin edilsin. "xxxx" ASC tərəfindən yazılmış 2289.95 AZN (iki min iki yüz səksən doqquz manat, doxsan beş qəpik) manat məbləğində borc İddiaçı məxsus **********00000 nömrəli abunə hesabından silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2995/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2995/2025
21.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver