Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3029/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” barədə kiçik iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “xxxx” MMC-nin baş direktoru Həsən İsrafilzadə 22.04.2021-ci il tarixdə məhkəmənin dəftərxanasından daxil olmuş ərizəsində, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iş üzrə cavabdehə qarşı verdiyi iddia ərizəsinin baxılmamış saxlanması və sənədlərin geri qaytarılması barədə məhkəməyə rəsmən ərizə verdiyindən məhkəmə həmin ərizəni baxılmamış saxlamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3029/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3029/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver