Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3030/2025 29.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X15 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və digərlərinə qarşı “kompensasiya ödəməklə tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə bazar qiymətlərinə uyğun kompensasiya verilməklə, sonuncuların sahiblik etdikləri ünvan 1 ünvanlarında yerləşən tikililərin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı "xxxx" MMC-nin vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə iddia ərizəsinin nəticə hissəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlərə bazar qiymətlərinə uyğun 1 kv.metr üçün 2000 (iki min) manat kompensasiya verilməklə, sonuncuların sahiblik etdikləri ünvan 1 ünvanlarında yerləşən tikililərin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin “cavabdeh X1 qarşı kompensasiya ödəməklə tikilinin sökülməsi tələbinə dair” hissəsində iş üzrə icraata xitam verilmişdir.
4. İddiaçı "xxxx" MMC-nin vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, cavabdehlər X13 və X3 münasibətdə iddia ərizəsinin geri qaytarılmasını və onların cavabdehlər sırasından çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlərə qarşı iddia tələbini müdafiə etdiyini bildirmişdir.
5. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər X5, X2, X7, X6, Cavabdeh və X4 qarşı “kompensasiya ödənilməklə tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsinin: - iddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi”; - iddiaçı "xxxx" MMC-nin cavabdeh X7 qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi”; - iddiaçı "xxxx" MMC-nin cavabdeh X6 qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi”; - iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi”; - iddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi” tələblərinə dair hissələri ayrılaraq, hər biri ayrıca icraatda baxılması, həmçinin iddiaçı "xxxx" MMCnin cavabdeh X2 qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi”; iddiaçı "xxxx" MMC-nin cavabdeh X7 qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi”; iddiaçı "xxxx" MMC-nin cavabdeh X6 qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi”; iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi”; iddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi” tələblərinə dair iddia ərizələri üzrə işlərin hər birinə yeni nömrə verilməsi məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilsi qərara alınmışdır.
6. İddiaçı "xxxx" MMC-nin vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək, tələbin “Cavabdeh sahiblik etdiyi ünvan 2 ünvanında yerləşən, xx.xx.2025-ci il tarixli ekspertiza rəyində göstərilmiş, 55,8 kv.m tikiliyə görə bazar qiymətlərinə uyğun kompensasiya verilməklə, həmin tikilinin sökülməsinə dair qətnamə qəbul edilsin” kimi qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə prosesi:
7. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə göndərərək iş üzrə iddia ərizəsinin qaytarılması və iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə baxış iclasında Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədi.
9. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, iddiaçının vəkili-nümayəndəsinin xx.xx.2026-cı il tarixli ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
Əsaslandırıcı hissə: a) Tətbiq edilən normalar:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 259.0.11. İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır.
b) Məhkəmənin mövqeyi:
11. Məhkəmə hesab edir ki, iddiaçı (vəkili-nümayəndəsi) tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyinə və cavabdeh tərəfindən işin mahiyyəti üzrə həll olunması tələb edilmədiyinə görə iddiaçının ərizəsi təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
Nəticə:
12. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Vəsatət təmin edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.
Hakim: Günay Abidova