Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3037/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X17 qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X6, cavabdeh X7 və onun vəkili X3 iştirakları ilə, İddiaçı QSC BOKT-nın cavabdeh X8 qarşı “faiz borcunun qaytarılması tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC BOKT cavabdeh X8 qarşı “faiz borcunun qaytarılması tələbinə” dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 faiz borcu üzrə 7956.02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları olmaqla, cəmi faiz borcu üzrə 7956.02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT məhkəməyə ərizə təqdim edərək, cavabdeh X4 xx xxxx 2006-cı il tarixli 542/06 nömrəli kredit müqaviləsi üzrə faiz borcu üzrə 7956.02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları olmaqla, cəmi faiz borcu üzrə 7956.02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X9 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X12 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X11ma dair sənədlər S-FK-XAÇ- 56 saylı, xx xxxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC - yə verilmişdir. “xxxx” ASC-nin Xaçmaz filialı ilə cavabdeh X10 arasında xx.xx.2006-cı il tarixdə, № 549/06 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 15 % tətbiq edilməklə, 12 ay müddətinə 101.025 (bir yüz bir min iyirmi beş) ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2006-cı il tarixli kassa məxaric orderindən də göründüyü kimi X11ma ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh X7 banka hazırda olan borcu faiz borcu üzrə 7956.02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları olmaqla, cəmi faiz borcu üzrə 7956.02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı cavabdeh X10 iddianı qəbul etməyərək və iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı QSC X18 Təşkilatı cavabdeh kimi ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. "İddiaçı" QSC X18 Təşkilatı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Xaçmaz filialı ilə cavabdeh olan şəxs onun arasında xx.xx.2006-cı il tarixdə № 549/06 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ona illik 15% tətbiq edilməklə 12 ay müddətinə 101,025 (bir yüz bir min iyirmi beş) ABŞ dolları məbləğində vəsaiti verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S Saylı Sərəncamının icrası ilə əlaqədar "İddiaçı" QSC tərəfindən "xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı Borclu şəxs ona dair sənədlər S-FK-XAÇ-56 saylı xx xxxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən "İddiaçı" QSC-yə verilmişdir. Ona qarşı qaldırılmış iddia tələbini qəbul etməyərək bildirir ki, "xxxx”-nin keçmiş rəhbərliyinin cinayət əməllərinin qurbanları kimi 2015-ci il tarixdə onu və əri X5 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırmışlar və orada onlardan izahatlar alınanda onun adından belə bir saxtakarlıq edildiyindən xəbərdar olmuşdur. Orada əri ilə o hər ikisi izahat verərək bildirmişdirlər ki, onun adında ümumiyyətlə kredit olmayıbdır. O, Bankın Xaçmaz filialına getməmişdir. Heç bir müqaviləyə imza atmamışdır. Onlar bu işlərədən ümumiyyətlə xəbərsiz olmuşlar. Onlardan xətt nümunələri götürülərək ekspertiziya göndərilmişdir. Müəyyən edilmişdir ki, o imzalar ona məxsus olmamışdır. O, bu məsələ barədə polisə şikayət etmək istəyəndə oradan ona bildirilmişdir ki, məsələ artıq həllini tapmış, bu cinayəti edənlər müəyyən edilərək məsuliyyətə cəlb edilmişlər. Bundan başqa o, bildirmişdir ki, hər hansı bir girov qoymadan bank 101 min dollar pulu zaminsiz və ya girovsuz necə ona verə bilərdi. O, 2015-ci ilin sentyabr oktyabr ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq ondan alınmış izahatı əsasında toplanmış material üzrə qəbul edilmiş qərardan barəsində olan indiki məhkəmə prosesində özünü müdafiə etmək istəyir. Ona görə də Baş X1 2015-ci ilin sentyabr və oktyabr aylarında "xxxx" ASC-nin cinayət işi üzrə dindirliməsinə dair toplanmış material əsasında qəbul edilmiş qərarın surətinin ona təqdim edilməsini xahiş etmişdir. Bundan başqa onun adına bu günə kimi kredit müqaviləsinin olmamasını məhkəmədə sübut və təsdiq edə bilmək üçün Mərkəzi Bankdan da bu barədə rəsmi qayda da məlumatın verilməsini xahiş etmişdir. Həmin mülki işin məhkəmə baxışı xx xxxxxx 2020-ci il tarixə saat 15:30-a təyin edilmişdir. O, mübahisələndirilən həmin kredit müqaviləsinə nə imza etmiş, nə də həmin krediti götürməmişdir. Ona görə də həmin iddia tələbini etiraf etmir. Lakin buna baxmayaraq iddiaçı iddia tələbini əsaslı olsa da əsassız olsa da qanunla müəyyən edilmiş müddət ərzində vermiş olsun. Qanunsuz və saxta yolla da olsa bağlanmış kredit müqaviləsinin bağlandığı tarix 2006-cı il yazılmış və 2006-cı ildə 12 aylıq müddətə verilmiş kredit üzrə pul tələbi 13 ildən sonra tələb edilməsi ümumiyyətlə qanunsuz və əsassızdır. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın tamamilə rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X8 dair sənədlər S-FK-XAÇ-56 saylı, xx xxxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC - yə verilmişdir. “xxxx” ASC-nin Xaçmaz filialı ilə X10 arasında xx.xx.2006-cı il tarixdə, № 549/06 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 15 % tətbiq edilməklə, 12 ay müddətinə 101025 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» xx xxxx 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, «Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz». Azərbaycan Respublikası MM-nin 380.1 və 380.2-ci maddələrinə əsasən «Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir», «Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir». İşin faktiki hallarından göründüyü kimi, kredit müqaviləsi 12 ay müddətinə, yəni xx xxxx 2006-cı ildən xx xxxx 2007-ci il tarixinədək olan müddətə bağlanmışdır. İddia ərizəsi isə məhkəməyə xx xxxxx 2020-ci ildə daxil olmuşdur. Məhkəmə iş materiallarına və tərəflərin bildirdiklərinə qiymət verib, Azərbaycan Respublikası MM-nin yuxarıda qeyd olunan müddəlarını və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarını nəzərə alaraq hesab edir ki, xx xxxx 2006-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx xxxx 2007-ci ildə bitdiyindən iddiaçı müvafiq məzmunlu iddia ilə məhkəməyə ən geci xx xxxx 2007-ci ildə müraciət etməli idi. Buna zidd olaraq iddia ərizəsi məhkəməyə iddia müddəti keçdikdən sonra, yəni xx xxxxx 2020-ci ildə daxil olmuşdur. Göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini buraxıb. Azərbaycan Respublikası MPM-nin 375.1 və 375.2-ci maddələrinə əsasən «Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir», «Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır». İşin faktiki hallarını, iddiaçının müvafiq tələb üzrə iddia müddətini buraxdığını, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildiyini, habelə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı QSC BOKT-nın cavabdeh X8 qarşı “faiz borcunun qaytarılması tələbinə” dair iddiası rədd edilsin. İddia ilə məhkəməyə müraciət olunarkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC BOKT-nın özünə aid edilsin. Qətnamədən bir ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3037/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3037/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver