Məhkəmə qərarları › İş №2(006)-307/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-307/2021

03.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-307/2021 03.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı idarəsinə qarşı «ümumi yığıncağın protokolunun, həmin protokol əsasında tərtib edilmiş bütün sənədlərin, bütün qeydlərin etibarsız hesab edilməsi və cəmiyyətin fəaliyyətinin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə İddiaçı «iddiadan imtinaya dair» ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı idarəsinə qarşı «ümumi yığıncağın protokolunun, həmin protokol əsasında tərtib edilmiş bütün sənədlərin, bütün qeydlərin etibarsız hesab edilməsi və cəmiyyətin fəaliyyətinin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək bildirilmişdir ki, iddia tələbindən imtina edir, cavabdehə qarşı heç bir iddiası və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Qeyd olunan Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərinin nəticələri aydın surətdə şərh olunan yazılı formada tərtib edərək məhkəməyə ünvanlanmışdır (həmçinin Bakı APM protokolunda da qeyd edilmişdir). X1 iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5, 191.1, 261.0.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı idarəsinə qarşı «ümumi yığıncağın protokolunun, həmin protokol əsasında tərtib edilmiş bütün sənədlərin, bütün qeydlərin etibarsız hesab edilməsi və cəmiyyətin fəaliyyətinin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar