Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3107/2023 03.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı 6 saylı Mediasiya təşkilatının Mediasiya Şurasının onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunması, alimentin maaş kartından tutulması və 2023-cü ilin minimum yasayis şərtlərinə görə usaqlarımın saxlanılması ücün hər uşağa 220 manat nəzərdə tutulmaqla qəbul edilmiş qanuna əsasən alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, maraqli saxs ilə rəsmi nikahları Nəsimi Rayon Məhkəməsinin 2(006)-1963/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Azyaşlı uşaqları xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X6 onun himayəsində saxlanılmışdır. Maraqlı şəxs, uşaqlarının saxlanılması üçün 6 saylı mediasıya şurasının barışıq sazişinə əsasən hər ay 3 usaq üçün cəmi 400 manat aliment ödəməyi və orda qeyd olan bütün maddələri imza altında qəbul etmişdir. 6 sayli mediasiya şurasının anlaşmasının qərarının təsdiq olunmasını tələb etmişdir. Lakin maraqlı şəxs o gündən sonra ödəməli olduğu ödəmələri çox zaman əskik ödəmə etmiş və bəzi aylarda heç ödəmə etməmişdir. Ödəmədiyi aylar nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək 2550 manat ödəməmişdir. Ancaq xx.xx.2023 tarixndə saat 21:02 də 400 manat yatırmışdır cəmi 2150 manat borcu vardır. Daha sonra ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 6 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1-ci maddəsindən görünür ki, həmin barışıq sazişi X1 ilə Maraqlı şəxs arasındakı mübahisə ailə münasibətlərini əhatə etməklə, tərəflər arasındakı nikahın pozulması, azyaşlı uşaqların himayəsinin müəyyən edilməsi, ünsiyyət və aliment məbləğinin müəyyənləşdirilməsindən ibarətdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişi qanuna zidd olmadıqda, eləcə də barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı 6 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixldə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 6 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin: - 2.1. İkinci tərəf öz öhdəsinə götürür ki, birinci tərəfin nikahın pozulması ilə bağlı məhkəmədə qaldıracağı iddia tələbini qəbul edəcək, məhkəmədən barışıq üçün 3 ay vaxt verilmədən nikahın qəbul edilməsini xahiş edəcəkdir. -2.1.1. İkinci tərəf öz öhdəsinə götürür ki, azyaşlı övladları xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 anasının himayəsində saxlanılmasını mübahisələndirməyəcəkdir. -2.1.2. Birinci tərəf öz öhdəsinə götürür ki, ikinci tərəfə azyaşlı övladları xx.xx.2006cı il təvəllüdlü X3, xx.xx.2007-cı il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 ünsiyyəti ilə bağlı maneələr yaratmayacaq, görüş vaxtları və qaydası qarşılıqlı razılıqla müəyyən olunacaqdır. -2.1.3. İkinci tərəf öz öhdəsinə götürür ki, azyaşlı övladlarının saxlanılması ilə bağlı hər ay 400 manat məbləğində alimenti birinci tərəfin təqdim etdiyi bank hesabına köçürəcəkdir. -2.1.4. Birinci tərəf öz öhdəsinə götürür ki, ikinci tərəfin azyaşlı övladları xx.xx.2006cı il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 ikinci tərəfdə bayram günlərini keçirməyinə, qohumların ad günlərində iştirakına, uşaqların ikinci tərəfin yanında gecəni keçirməklə qalmaqlarına maneə yaratmayacaq. -2.1.5. İkinci tərəf azyaşlı övladları xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 anaları ilə ölkə xaricinə çıxmaqlarına (istirahət, müalicə və s. səbəbdən asılı olmadan) icazə verir. -2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. -2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. -2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. -2.5. Əgər saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. -2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3107/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3107/2023
03.07.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver