Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3136/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X8 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı "mənzilin təhvil verilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı, X2 və X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binanın D blokunun 16-cı mərtəbəsində sahəsi 158 kv.m. olan mənzilin, binanın D blokunun 14-cü mərtəbəsində sahəsi 158 kv.m. olan mənzilin və həmin mənzillərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ümumi mülkiyyət kimi dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin Cavabdeh MTK tərəfindən X4 və X5 vərəsəsi X1 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binanın C blokunun 15-ci mərtəbəsində sahəsi 139 kv.m. olan mənzilin və həmin mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə bağlanmış C-139/15 saylı 12.09.2006-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binada ümumi sahəsi 1428.5 kv.m. olan mənzillər X6 və X11 tərəfindən alınmışdır. C-139/15 saylı 12.09.2006-cı il tarixli müqavilənin 2.1.“b” bəndinə əsasən, həmin mənzillərdən biri - Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binanın C blokunda 15-ci mərtəbəsində sahəsi 139 kv.m. olan mənzil Cavabdeh MTK ilə bağlanmış C-139/15 saylı 12.09.2006-cı il tarixli müqaviləyə əsasən, İddiaçı tərəfindən alınmışdır. Müqavilələrin 1.2. və 2.1-ci bəndlərinə əsasən, Cavabdeh MTK, tikinti başa çatdıqdan sonra mənzili müqavilə ilə müəyyən edilmiş texniki vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. X11 25.01.2010-cu ildə vəfat etmişdir. X2 X5 qanun üzrə vərəsəsidir. Lakin "Cavabdeh” MTK müqavilə üzrə öz öhdəliklərini bu günədək tam yerinə yetirməmişdir. Belə ki, C-139/15 saylı 12.09.2006-cı il tarixli müqavilə üzrə 2 mənzil - binanın D blokunun 16-cı mərtəbəsində sahəsi 158 kv.m. olan mənzil və binanın D blokunda 14-cü mərtəbəsində sahəsi 158 kv.m. olan mənzil, C-139/15 saylı 12.09.2006-cı il tarixli müqavilə üzrə binanın C blokunun 15-ci mərtəbəsində sahəsi 139 kv.m. olan mənzil və mənzillərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatı üçün zəruri sənədləri müvafiq olaraq onlara - X6 və vəfat etmiş X5 vərəsəsi X1, İddiaçı təhvil verilməmişdir. C-139/15 saylı 12.09.2006-cı il tarixli və C-139/15 saylı 12.09.2006-cı il tarixli müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı, 08.10.2020-ci il tarixdə cavabdehə müvafiq bildiriş göndərilmiş, amma cavabdeh tələblərinə cavab verməmişdir. Nəticədə, onlar mənzilllərə sahiblik, istifadə, mülkiyyət Cavabdehlarından məhrum olmuşlar, təmir işlərinə başlaya bilmirlər, mənzilləri mülkiyyət Cavabdeh ilə öz adlarına qeydiyyatdan keçirə bilmirlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1064/2021 saylı, 09.03.2021-ci il tarixli qərardadı ilə iddiaçılar X2, X6 və İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilələrdən əmələ gələn öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair 2(006)-2894/2020 saylı mülki iş üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilələrdən əmələ gələn öhdəliklərin yerinə yetirilməsi” tələbinin ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. İddiaçılar İddiaçı iddia ərizəsinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, binanın istismara qəbul aktı, mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənziltikinti kooperativinin maliyyə arayışı mənzillər üzərində mülkiyyət Cavabdehlarının ilkin dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, texniki pasportların verilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binanın D blokunun 16-cı mərtəbəsində sahəsi 158 kv.m. olan mənzilin, binanın D blokunun 14-cü mərtəbəsində sahəsi 158 kv.m. olan mənzilin və həmin mənzillərin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin, o cümlədən, həmin binanın istismara qəbul aktının, mənzil-tikinti kooperativi binasında mənzillərin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının, mənzillər üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışlarının İddiaçı, X4 və X5 vərəsəsi X1 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X13 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr” tələbinə dair iddianı qəbul etmir. Belə ki, İddiaçı ilə Cavabdeh MTK arasında müqavilə 12.09.2006-cı il tarixdə bağlanılmışdır. Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilən yaşayış binasından aldığı həmin mənzili təhvil almamışdır. Həmin müqavilənin bağlanılmasından uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu günə qədər həmin mənzilin təhvil verilməsi ilə bağlı Cavabdeh MTK-ya qarşı heç bir tələb irəli sürməmişdir. Nəsimi Rayon Məhkəməsinə isə 26.10.2020-ci il tarixdə müraciət etmişlər. Bununla da iddiaçılar tərəfindən 6 illik iddia müddəti uzun müddətdir köçürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 (altı) ildir. İddiaçıların tələbləri təmin edilməli olmadığına görə təhvil alınmayan mənzillərə görə dövlət reyestrindən çıxarışların alınması üçün zəruri olan sənədlər Cavabdeh MTK tərəfindən iddiaçılara təqdim edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh MTK-ya qarşı “Bakı şəhəri Xətai prospekti 38 ünvanında yerləşən binanın C blokunun 15-ci mərtəbəsində sahəsi 139 kv.m. olan mənzilin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin, o cümlədən həmin binanın istismara qəbul aktının, mənzil-tikinti kooperativi binasında məznillərin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının, mənzillər üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışlarının təhvil verilməsi tələbinə dair mülki iş üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 12.09.2006-cı il tarixli, C-139/15 saylı müqavilədən görünür ki, «Kooperativ» obyektin tikintisinin layihə sənədlərinə və tikinti Norma-Qaydalarının tələblərinə uyğun surətdə müəyyən edilmiş müddətdə başa çatdırılmasını, tikinti baş çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın C blokunda, ümumi sahəsi 139 m2 olan 15-ci mərtəbədə yerləşən yaşayış sahəsini (sahənin tam dəyərinin müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) «Payçı»ya təhvil verməyi, Payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı vəkili Vəkil tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış 08.10.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh MTK müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə xəbərdar olunmuşdur. Cavabdeh MTK tərəfindən Vəkil ünvanlanmış 29.10.2020-ci il tarixli məktubdan görünür ki, onun 08.10.2020-ci il tarixli 83/20 nömrəli məktubuna cavab olaraq bildirmişlər ki, məktubda qeyd edilmiş bəzi məqamlar həqiqəti əks etdirmir. Belə ki, Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış sahəsi Cavabdeh MTK tərəfindən 2003-cü ildə inşa edilmişdir. Həmin yaşayış sahəsi tikilən zaman müvafiq dövlət orqanlarından icazələr alınmış və texniki şərtdə, icazə sənədlərində göstərilən bütün tələblər yerinə yetirilmişdir. Cavabdeh MTK tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa edilən yaşayış binasının tikintisi 2005-ci ildə başa çatdırılmış və orada olan mənzillər mənzil sahiblərinə təhvil verilmişdir. Mənzil mülkiyyətçilərinin 2/3 hissəsindən çoxu 10 ildən çoxdur ki, faktiki olaraq onlara məxsus olan mənzillərdə məskunlaşmışlar. X7 və vərəsəsi X2 olan X11 18 may 2005-ci il tarixli müqaviləyə əsasən ümumi ölçüsü 1428,5 k/m olan 10 mənzil əldə etmişlər. Həmin şəxslər aldıqları 10 mənzildən 8-ni başqa şəxslərə satmışlar. X7 və X11 həmin mənzilləri yaşamaq məqsədilə deyil, investisiya yatırımı kimi almışlar. Buna görə də X6 və X11 aldıqları mənzillərdə təmir işlərinin aparılmasında maraqlı olmamışlar. Digər tərəfdən mənzildə təmir işlərinin həyata keçirilməsi üçün dövlət reyestrindən çıxarış tələb olunmur. Göründüyü kimi həmin şəxslərin sahib olduqları mənzilləri təmir etdirib orada yaşamalarına heç bir maneə olmamışdır. Eyni zamanda bildirmək istəyirlər ki, dövlət reyestrindən çıxarışların əldə edilməsi ilə bağlı problemlər Cavabdeh MTK-dan asılı deyil. Çoxmənzilli yaşayış sahələrinə dövlət reyestrindən çıxarışlar hamıya açıq-aşkar məlum olan səbəblərdən verilmir. Bakı şəhərində inşa olunan 400-dən artıq çoxmənzilli yaşayış binalarında bu problemlər mövcud olmuşdur. Baxmayaraq ki, mənzillər 15 ildən artıq bundan əvvəl təmsil edilən şəxslərə təhvil verilib, lakin həmin şəxslərin heç biri xxxx xidmətlərə görə haqqı ödəməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və Cavabdehi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və xxxx xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Buna baxmayaraq bəzi sakinlər hesab edir ki, göstərilən mənzildə yaşayış yoxdursa o xxxx ödəniş etməkdən azaddır. Lakin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş xxxx xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Göründüyü kimi mənzil mülkiyyətçilərinin mənzildə yaşayıb-yaşamaması yaxud istifadə edib-etməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş xxxx xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Bundan başqa bildirmək istəyirlər ki, Cavabdeh MTK tərəfindən sakinlərə təhvil verilmiş yaşayış binası Cavabdeh MTK-dan asılı olmayan obyektiv səbəblərdən istismara qəbul edilməmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərman verilmişdir. Bu məsələ ilə əlaqədar dövlət komissiyası yaradılmış və komissiya tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa olunmuş yaşayış sahəsinə baxış keçirilmiş və həmin yaşayış binasının istismarına icazə verilməsi üçün bir sıra yeni (əlavə) tələblər irəli sürülmüşdür. Həmin binanın tikintisi üçün icazələr alınan və İnşaatın həyata keçirildiyi zaman Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi mövcud deyildi. Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış sahəsinin tikinti-quraşdırma işləri yekunlaşdırıldıqdan sonra yəni 2006-cı ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yaradılmış, bu nazirlik tərəfindən sonradan yaşayış binalarına dair yeni tələblər irəli sürülmüş, texnologiyanın inkişafı təhlükəsizlik üzrə daha müasir texnologiyaların tətbiqi məsələsini gündəmə gətirmişdir. Cavabdeh MTK tərəfindən sakinlərə təhvil verilmiş binada yanğından mühafizə üzrə mərkəzi siqnalizasiya sisteminin quraşdırılması, yanğın təhlükəsizliyi ilə bağlı əlavə işlərin (müasir yanğından mühafizə sistemləri, siqnalizasiya, tüstüsovurma və havabasıcı qurğular, o cümlədən əvvəlcədən quraşdırılmış su şırnaqlarının yeniləri ilə əvəz olunması və pilləkən ilə dəhliz arasında arakəsmələrin quraşdırılması və s.) görülməsi tələb olunur. Cavabdeh MTK müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirmişdir. Cavabdeh MTK tərəfindən binanın tikintisinə icazələr alınan və bina tikilən zaman bu texniki şərtlər mövcud olmamış və mənzil sahibləri ilə bağlanan müqavilələrdə bu işlər nəzərdə tutulmamışdır. Bugünkü gün Cavabdeh MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin yerinə yetirilməsi üçün görülməli işlər əlavə işlərdir. Buna görə də Cavabdeh MTK tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin (əlavə işlərin) yerinə yetirilməsi məqsədilə həmin binada yerləşən yaşayış sahələrinin mülkiyyətçilərindən əlavə pay haqqının alınması barədə qərar qəbul edilmişdir. Həmin qərar barədə də Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa etdiyi çoxmənzİlli yaşayış binasında yerləşən yaşayış sahələrinin mülkiyyətçilərinə yazılı məlumat verilmişdir. Cavabdeh MTK tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa olunmuş çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin yerinə yetirilməsi üçün görülməli işlər əlavə işlər olduğuna görə sakinlər tərəfindən müvafiq dövlət orqanlarının həmin çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürdüyü və sakinlərin təhlükəsizliyinin daha da gücləndirilməsinə yönəlmiş tələblərin yerinə yetirilməsi üçün Cavabdeh MTK-ya əlavə pay haqqı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən təmsil edilən şəxslər xxxx borclarını və əlavə pay haqlarını ödədiyi təqdirdə dövlət reyestrindən çıxarışların alınması üçün zəruri olan sənədlər həmin şəxslərə təqdim ediləcəkdir. Cavabdeh MTK üzvlərinin 5 nəfər üzvündən 4 nəfərinin iştirak etdiyi 06 may 2019cu il tarixli ümumi yığıncağı qərara almışdır ki, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilmiş yaşayış sahəsinin dövlət komissiyası tərəfindən istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin yerinə yetirilməsi məqsədi ilə zəruri işlər yerinə yetirilsin. Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa olunmuş yaşayış sahəsinin dövlət komissiyası tərəfindən istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin yerinə yetirilməsi məqsədi ilə bu sahədə xidmət göstərən şirkətlərlə müqavilələr bağlanılsın. Cavabdeh MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürülən tələblərinə (əlavə işlərin) yerinə yetirilməsi məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilmiş binada yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri olan Kooperativin üzvlərindən və binanı inşa etdirən əsas təsisçilərdən 281 585 manat məbləğində əlavə pay haqqının alınması təmin edilsin. Cavabdeh MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürülən tələblərinə (əlavə işlərin) yerinə yetirilməsi məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilmiş binada yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri olan Kooperativin üzvündən 510 manat məbləğində əlavə pay haqqının alınması təmin edilsin. Kooperativin üzvündən əlavə pay haqqlarının toplanması və dövlət komissiyası tərəfindən irəli sürülən əlavə işlərin yerinə yetirilməsi «xxxx» MMC-yə həvalə edilsin. Cavabdeh MTK-nın sədri tərəfindən məhkəməyə ünvanlanmış 28.04.2021-ci il tarixli məktubdan görünür ki, Məhkəmənin 2(006)-3136/2021 nömrəli 07.04.2021-ci il tarixli sorğusuna cavab olaraq bildirirlər ki, sorğu məktubundan da göründüyü kimi Cavabdeh MTK ilə İddiaçı arasında müqavilə 12.09.2006-cı il tarixdə bağlanılmışdır. Həmin müqavilənin bağlanılmasından 14 ildən artıq müddət keçmişdir. Mövcud qanunvericiliyə əsasən sənədlərin saxlanılma müddəti ötdüyündən mənzil sahibləri ilə Cavabdeh MTK arasında bağlanılmış müqavilələr bu günə qədər saxlanılmamışdır. Maliyyə arayışına gəldikdə isə bildirmək istəyirlər ki, maliyyə arayışı bir tərəfin iradəsinin ifadə olunduğu sənəddir. Maliyyə arayışı Cavabdeh MTK tərəfindən imzalanıb, möhürlənir və həmin sənədin əsli mənzil sahiblərinə təqdim edilir. Həmin sənədin surəti isə Cavabdeh MTK-da saxlanılmır. Vaxtilə Cavabdeh MTK-dan mənzil alan şəxslərin Cavabdeh MTK ilə münasibətlərdə Cavabdehları onlar tərəfindən təqdim edilən (onlarda saxlanılan) müqavilələrin və maliyyə arayışlarının əsli ilə müəyyən olunur. Buna görə də tərəflərindən həmin sənədlərin əslinin və ya surətinin Məhkəməyə təqdim edilməsi mümkün deyildir. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanılmış C-139/15 saylı, 12.09.2006-cı il tarixli müqavilə üzrə Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının C blokunun 15-ci mərtəbəsində sahəsi 139 m2 olan mənzil bu vaxta qədər həmin şəxsin Cavabdeh MTK-ya müraciət etməməsi ilə bağlı olaraq ona təhvil verilməmişdir. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış C-139/15 saylı 12.09.2006-cı il tarixli müqaviləyə əsasən, «Kooperativ» obyektin tikintisinin layihə sənədlərinə və tikinti Norma-Qaydalarının tələblərinə uyğun surətdə müəyyən edilmiş müddətdə başa çatdırılmasını, tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın C blokunda, ümumi sahəsi 139 m2 olan 15-ci mərtəbədə yerləşən yaşayış sahəsini (sahənin tam dəyərinin müqavilədə müəyyən edilmiş qaydada və həcmdə ödədikdən sonra) «Payçı»ya təhvil verməyi, Payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndində mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra verilməsi ilə şərtləndirilmişdir. İşin araşdırılmış halları ilə həmçinin müəyyən edilmişdir ki, C-139/15 saylı, 12.09.2006-cı il tarixli müqavilə üzrə Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının C blokunun 15-ci mərtəbəsindəki sahəsi 139 m2 olan mənzil hazıradək İddiaçı təhvil verilməmişdir. Hazırki mübahisənin C blokunun 15-ci mərtəbəsindəki sahəsi 139 m2 olan mənzili təşkil edir ki, iddiaçı da bu mənzili mülkiyyət Cavabdeh ilə adına keçirmək niyyətində olsa da, cavabdeh tərəf mənzilin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədləri verməsindən imtina edir. İmtinanın səbəbi kimi cavabdeh əvvəlcə Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa olunmuş çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün müvafiq dövlət orqanlarının irəli sürdüyü tələblərin yerinə yetirilməsi ilə əlaqədar əlavə işlərin görülməli, sakinlərin təhlükəsizliyinin daha da gücləndirilməsinə yönəlmiş tələblərin yerinə yetirilməli olduğunu, daha sonra isə sakinlər tərəfindən Cavabdeh MTK-ya əlavə pay haqqı və xxxx borclarının ödənilmədiyini göstərmişdir. Cavabdehin yazılı etirazında və nümayəndəsinin izahatında sözügedən ödəmələrin həyata keçirildiyi təqdirdə dövlət reyestrindən çıxarışların alınması üçün zəruri olan sənədlərin iddiaçıya təqdim ediləcəyi göstərilmiş, lakin daha sonra isə cavabdeh tərəf etirazın əsasını dəyişərək müqavilələrin bağlanılmasından uzun müddət keçməsinə baxmayaraq iddiaçının bu günə qədər həmin mənzilin təhvil verilməsi ilə bağlı Cavabdeh MTK-ya qarşı heç bir tələb irəli sürməməsini göstərərək Nəsimi Rayon Məhkəməsinə 26.10.2020-ci il tarixdə müraciət etməsi ilə onlar tərəfindən 6 illik iddia müddətinin buraxılmasına istinad etmişdir. Qeyd olunmalıdır ki, iddia tələbi üzrə Cavabdehi dəyərləndirmə prosesinin ilk addımı iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. (Azərbaycan Respublikası MPM-in 14.2, 77.1 və 217.3 və 217.4-cü maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan Cavabdehi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli Cavabdeh normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddianın əsassız olması barədə müxtəlif məzmunlu izahatı özü-özlüyündə iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Mülki-Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən isə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Cavabdeh tərəf mübahisəsiz surətdə qəbul edir ki, onun inşa etdiyi binadan iddiaçı 12.09.2006-cı il tarixli müqavilə üzrə Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının C blokunun 15-ci mərtəbəsindəki sahəsi 139 m2 olan mənzili almışdır. İddiaçı tərəf mənzilin dəyərini tam ödəməsini göstərsə də, bununla bağlı müvafiq maliyyə arayışını təqdim edə bilməmiş və qeyd etmişdir ki, cavabdeh ona belə bir arayış təqdim etməmişdir. Cavabdeh tərəfin isə qeyd edilənlərlə bağlı etirazı maliyyə arayışlarının əslinin MTK tərəfindən imzalandığı, möhürləndiyi formada mənzil sahiblərinə təqdim edildiyi, bu sənədin surətinin MTK-da saxlanılmadığından ibarətdir. Belə ki, halhazırda tərəflərindən həmin sənədlərin əslinin və ya surətinin məhkəməyə təqdim edilməsi mümkün deyildir. Məhkəmə təqdim edilən müqavilənin mövcudluğunun iddiaçı ilə cavabdeh tərəfindən mübahisələndirilmədiyini nəzərə almaqla hesab edir ki, iddiaçının cavabdehin inşa etdiyi binada 12.09.2006-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının C blokunun 15-ci mərtəbəsində sahəsi 139 m2 olan mənzili əldə etməsi işin müəyyən edilmiş halıdır. Məhkəmə cavabdeh tərəfin maliyyə arayışının vaxtında iddiaçıya verildiyi və hazırda özündə bu sənədlərin saxlamadığına dair izahatına tənqidi yanaşır. Belə ki, iş materiallarına əsasən iddiaçının yuxarıda qeyd olunan mənzil üçün cavabdehə borclu olması halı müəyyən edilməmişdir. İddiaçının cavabdehə heç bir borcunun olmaması Cavabdeh MTK tərəfindən məhkəməyə ünvanlanmış 28.04.2021-ci il tarixli məktubdan da görünür. Belə olan halda məhkəmə mübahisəli mənzilin əldə olunmasına dair maliyyə arayışının hazırkı vaxta kimi verilməməsinin (və yaxud da maliyyə arayışının verildiyi, lakin özündə surətinin saxlanmadığı) səbəblərinə dair cavabdeh tərəfin irəli sürdüyü dəlilləri əsassız sayır. Cavabdeh MTK-nın İddiaçı tərəfindən xxxx xidmət haqqının və binanın istismarına icazə verilməsi üçün əlavə işlərin görülməli olduğu üçün əlavə pay haqqının ödənilməməsinə dair dəlillərinə məhkəmə qiymət verərək hesab edir ki, bu halın mövcudluğu belə iddiaçının mənzillə bağlı olan Cavabdehlarının hər hansı formada cavabdeh tərəfindən məhdudlaşdırılmasına əsas vermir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi Cavabdeh normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual Cavabdeh normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında Cavabdeh münasibətləri yaranan vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativ üzvü, pay yığımına Cavabdeh olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət Cavabdeh əldə edirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25.10.2010-cu il tarixli qərarında göstərilmişdir ki, qeyd edilən normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət Cavabdehun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xxxx xidmət haqqının və binanın istismarına icazə verilməsi üçün əlavə işlərin görülməli olduğu üçün əlavə pay haqqının ödənilməməsi hazırkı iddianın əsassız olmasını təsdiq etmir. Çünki, tərəflər arasında bağlanmış və hazırda qüvvədə olan müqavilə vardır ki, onun da qanuniliyi keçən müddət ərzində heç bir formada mübahisələndirilmədiyindən orada nəzərdə tutulan şərtlər tərəflər üçün məcburi xarakter daşıyır. Həmçinin də öhdəliyin icrasında birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə qanunvericiliklə yol verilmir. Belə ki, Cavabdeh MTK tərəfindən sakinlərə təhvil verilmiş yaşayış binasının MTK-dan asılı olan və olmayan obyektiv səbəblərdən istismara qəbul edilməməsi, MTK tərəfindən binanın tikintisinə icazələr alınan və bina tikilən zaman onların hazırda qarşılarına qoyulan texniki şərtlərin mövcud olmaması və mənzil sahibləri ilə bağlanan müqavilələrdə bu işlərin nəzərdə tutulmaması iddiaçının problemi deyilldir. Həmçinin MTK tərəfindən inşa olunmuş çoxmənzilli yaşayış binasının istismarı ilə bağlı onun qarşısına qoyulmuş tələblərin icrasının birbaşa həyata keçirilməsi, sakinlərin təhlükəsizliyinin daha da gücləndirilməsinə yönəlmiş tələblərin yerinə yetirilməsi üçün sakinlərlərlə (o cümlədən iddiaçı ilə) aralarında yaranmış və ya yaranan mübahisələrin həlli ayrıca məhkəmə icraatının predmetidir ki, MTK da belə bir müraciət etməyərək hazırki iddia üzrə iddiaçının haqlı tələblərinə etirazın əsası kimi əsassız dəlillər irəli sürür. Belə olan halda məhkəmə tərəfindən həmçinin qeyd edilməlidir ki, mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki Cavabdeh münasibətlərində subyektiv Cavabdeh sahibi cavabdeh kimi qoyduğu Cavabdehi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki Cavabdeh və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və Cavabdehi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasında birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Müqavilə tərəflərin arasında Cavabdeh və vəzifələrin yaranması, dəyişdirilməsi və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyinin təmin olunmasında xüsusi qüvvəyə malikdir. Belə ki, Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək Cavabdeh vardır. Öhdəlikdə tərəf kimi mülki-Cavabdeh münasibətlərinin bütün iştirakçıları – fiziki və Cavabdehi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək Cavabdeh olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik Cavabdehun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik Cavabdeh münasibətləri yaranmışdır və həmin müqavilə ilə bağlı hər hansı tələb də məhz müqavilə şərtləri çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət etməsi iddiçıya aldığı mənzildən istifadə etməsinə tərəfindən törədilən maneələrin təzahürüdür. Belə ki, cavabdehin mövqeyinə görə əgər iddia müddəti keçmişsə, iddiaçı pulunu ödəyib aldığı mənzilə dair artıq iddia sürə bilməz. Məhkəmə cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə qiymət verərək bu ərizəni tam əsassız sayır və qeyd edir ki, mübahisəli mənzil iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmasa da faktiki olaraq onun mülkiyyəti kimi qiymətləndirilir və hazırki mübahisəyə mülkiyyət Cavabdeh ilə bağlı olduğundan iddia müddəti şamil olunmur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun Cavabdehun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə iddia müddəti şəxsi qeyri-əmlak Cavabdehlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə, əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərə, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə, mülkiyyətçinin və ya digər sahibin onun Cavabdehun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin Cavabdehlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərə və bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblərə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli Qərarında ifadə edilmiş Cavabdehi mövqeyə görə MM-in 384.0.4cü maddəsi müqavilədən irəli gələn tələb etmək Cavabdehu deyil, əşya Cavabdehları ilə bağlı halları tənzimləyir. Əşya Cavabdehları tam və məhdud əşya Cavabdehları olaraq iki əsas qrupa ayrılır: tam əşya Cavabdeh - mülkiyyət Cavabdeh; məhdud əşya Cavabdehları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu Cavabdehların xüsusiyyəti ondan ibarətdir ki, bu Cavabdehlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya Cavabdehlarının iddia müddətinə tabe olmaması prinsipi Cavabdeh hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Məhkəmə bunu da qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən prosessual Cavabdeh normaları Konstitusiyada nəzərdə tutulan məhkəmə müdafiəsi Cavabdehun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi Cavabdeh onun konstitusion Cavabdeh olmaqla həmin Cavabdeh məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi Cavabdehun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında Cavabdehi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdeh iddianın əsassız olmasına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmiş, öz Cavabdehi mövqeyininin əsaslı olduğunu da sübut edə bilməmişdir. Məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı Cavabdehi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının C blokunun 15-ci mərtəbəsindəki sahəsi 139 m2 olan mənzil iddiaçıya təhvil verilməlidir. Mənzillər üzərində mülkiyyət Cavabdehlarının ilkin dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi üçün lazım olan sənədlərin siyahısında binanın istismara qəbul aktı, mənzil-tikinti kooperativi binasında mənzilin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışının olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan sənədlər iddiaçıya təhvil verilməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış binasının C blokunun 15-ci mərtəbəsində sahəsi 139 m2 olan mənzil və həmin mənzilin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın istismara qəbul aktı, mənzil-tikinti kooperativi binasında mənzilin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışı Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3136/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3136/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver