Məhkəmə qərarları › İş №2(006)-3140/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3140/2025

28.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3140/2025 28.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2024-cü il tarixli BAKU1- 81780-24477 saylı X2 Müqaviləsi əsasında İddiaçı ilə cavabdeh TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli BAKU1-81780-24477+BAKU1-81839 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin iyul ayında mənə pul lazım olduğuna görə kredit götürmək üçün Bank of Bakuya müraciət etdi. Bank of Bakuda ona kredit verməkdən imtina edərək bildirildi ki, zaminliyi vardır. O heç kimə zamin durmamışdır. Ona deyildi ki, TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh2 arasında bağlanan Lizinq müqaviləsi əsasında TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC ilə Zaminlik müqaviləsi imzalamışdir. O buna inanmadı. Belə ki, Cavabdeh2 onun qohumudur. Cavabdeh2 2024-cü ilin yanvar ayında ona TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC-dən avtomobil götürmək istədiyini bildirmişdi. Qeyd etmişdi ki, ancaq onun sürücülük vəsiqəsi olmadığı üçün əldə edəcəyi avtomobili sürücülük vəsiqəsi olan soyadı İbişov olan bir nəfərə etibarnamə ilə verməlidir ki, avtomobili ona versinlər. Onun da Soyadı İbişov olduğundan sürücülük vəsiqəsini alanadək bir ay ərzində etibarnamə imzalamağını xahiş etdi. Buna görə 2024-cü ilin yanvar ayında TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC-yə getdilər. Orada MMCnin əməkdaşı da Cavabdeh2 dediyi qaydada izah edib, onun qarşısına imzalamağı üçün üzərində böyük hərflərlə etibarnamə sözü və altında bir neçə cümlədən ibarət sənəd qoyub imzalatdılar. Altında olan iki sənədə də imzaladıb dedilər ki, etibarnamənin surətidir. O orada qohumu Cavabdeh2 inandığı üçün altdakı sənədlərə çox diqqət etmədi. Orada Zaminlik müqaviləsi görmədi, zaminlik müqaviləsini imzalamamışdır. Ona Lizinq müqaviləsi və Zaminlik müqaviləsi ilə bağlı heç bir məlumat verilmədi. 2024-cü ilin iyul ayında X4 bu məlumatı aldıqdan sonra Cavabdeh2 zəng vurub, dedi ki, bu necə ola bilər. O da iddiaçıya dedi ki, “xeyr səninlə heç kim zaminlik müqaviləsi bağlamayıb”. Ancaq etibarnamə vermisən. Sonra bir neçə dəfə TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC-yə gedərək onu aldatdıqlarını bilidirərək Zaminlik müqaviləsinə xitam verilməsini tələb etsə də xitam vermədilər. Hər dəfə ora gedəndə MMC-nin əməkdaşı müdirə zəng vurub xitam verilməsinə icazə istəsə də müdir icazə vermədi. MMC-nin müdiri ona bildirdi ki, xitam vermiyəcək get hara istiyirsən şikayət et. Polis İdarəsinə şikayət etdi, orada ona mülki iş olduğu üçün məhkəməyə müraciət etməyi bildirildi. 2024-cü ilin iyul ayında Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayət etdikdən sonra TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC ona 11 iyul 2024-cü il tarixli xəbərdarlığı və xx.xx.2024-cü il tarixli BAKU1- 81780-24477 +BAKU1- 81839 saylı zaminlik müqaviləsini təqdim etdi. Buna qədər ona Lizing və Zaminlikllə bağlı heç bir məlumat verilməmiş və heç bir sənəd təqdim edilməmişdir. Bundan sonra Zaminlik müqaviləsini Cavabdeh2 göstərdi. Zaminlik müqaviləsindən onun xəbəri olduğunu bildikdən sonra ona dedi ki, “mən sənə desəydim zaminlik müqaviləsi imzalamayacaqdın. Ona görə səni aldadaraq etibarnamə verməni xahiş etdim.” Cavabdehlər onu aldadaraq Zaminlik müqaviləsi bağlamış və bağlanmış müqavilə bağlandığı andan etibarsız sayılmalıdır. Odur ki, cavabdeh TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2024-cü il tarixli BAKU1- 81780-24477 saylı X2 Müqaviləsi əsasında onunla cavabdeh TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli BAKU1- 81780-24477 +BAKU1-81839 saylı zaminlik müqaviləsi etibarsız hesab edilməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 izaat verərək müqavilənin etibarsız olduğunu, onun da belə bir müqavilədən xəbəri olmadığını bildirdi. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, tərəflər iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BAKU1-81780-24477+BAKU1-81839 saylı zaminlik müqaviləsindən görünür ki, "LİZİNQ ALAN"nın "LİZİNQ VERƏN" qarşıaında müqavilənin 1.2-ci bəndində göstərilən Lizinq müqaviləsindən irəli gələn öhdəliyinin tomamilə icra edilməsi dçün "ZAMİN" va "LİZİNQ ALAN"nun "LİZİNQ VERƏN" qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2. Zaminliklə təmin edilmiş öhdəliyin yarannu əsası "LİZİNQ VERON" ilə "LİZİNQ ALAN" arasında sadə yazılı formada bağlanmış və "LİZİNQ ALAN" tərəfindan seçilmiş BMW 528İ MİNİK SEDAN markalı 2014 il buraxılış olan, Ag, WBASA5C57ED509717 ban nömrəli nəqliyyat vasitasini (Lizinq obyekti) öz mülkiyyətinə aldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifzdəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri asasında lizinqə qəbul ctməyi öhdəsinə götürəcəyini nəzərdə tutan və ümumi məbləği 45,425,30 AZN (Qirx beş min dörd yüz iyirmi beş manat 30 qəpik) manat, o cümlədən 32.500,00 AZN (Otuz iki min beş yüz manat 00 qəpik) lizinq obyektinin dəyari və 12.925,30 (On iki min doqquz yüz iyirmi beş manat 30 qəpik) manat mükafat (mükafat lizinqin əsas məbləğinin qalığına illik 32% (Otuz iki tam yüzdə 00) faiz hesablanmaqla müəyyən edilir) mabləği olan 36 (Otuz altı) ay müddətinə bağlannuş xx.xx.2024-cü tarixli BAKU1- 81780-24477 saylı Daxili Lizing müqaviləsidir Zuminliklə təmin edilmiş öhdəliyin hissə-hissə icra olunması baxımından müvafiq odənişlər tərəflərin qarşılıql razılığı ilə hər təqvim aymın tarixlərinin birində həyata keçirilir. 2.1. "ZAMİN" və "LİZİNQ ALAN" lizinq müqaviləsindən irəli gələn ohdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən, lakin bununla məhdudlaşmadan, lizinq ödənişlərini lizinq müqaviləsində şərtləşdirilmiş müddətdə və qaydada yerinə yetirilmədiyi, lizinq müqaviləsində nəzərdə tutlmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və lizinq müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda "LİZİNQVERƏN" qarşısında birga masuliyyət daşıyırlar. - İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli təklif ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixli BAKU1-81780-24477+BAKU1- 81839 saylı zaminlik müqaviləsinin etibarsız sayılmasını xahiş etmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanan 11 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən Cavabdeh2 (Lizinq Alan) arasında bağlanmış bağlanmış 22 yanvar 2024-ci il tarixli BAKU1- 81780-24477 saylı X2 Müqaviləsinin ləğv edilməsi, 1981,72 manat cari əsas borc, 1421,36 manat cari faiz borcu, 933,31 manat məbləğində dəbbə hesablanmış, ümumi borc 4336,39 manat məbləğində borcun və bu borcun qaytarılması ilə bağlı xərclərin Cavabdeh2 və İddiaçı alınması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan universal tipli, ban ban WBA5A5C57ED509717 M.İ.H. 1997 sm3, ağ rəngli, buraxılış ili 2014-ci il, BMW 528İ MİNİK markalı nəqliyyat vasitəsi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2024 -ci il tarixdə verilmiş Nəqliyyat Vasitəsinin BB525220 saylı şəhadətnaməsinə əsasən 77 YG-026 dövlət qeydiyyat nişanlı) ondan alınaraq Lizinq Verən qaytarılması üçün məhkəməyə müraciət ediləcəkdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/999 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindn görünür ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BAKU1-81780-24477+BAKU1-81839 saylı zaminlik müqaviləsində “3.Zamin: İddiaçı” qrafasındakı imza və həmin qrafanın aşağı sağ hissəsində yerləşən “İbişov” soyadı – İBİŞOV TANVERDİ POLAD oğlu tərəfindən icra olunmuşdur. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 405.1- ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllə 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllə 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Mülki Məcəllə 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Göstərilən Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2) aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; 3) müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. O da qeyd olunmalıdır ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə görə, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə, müqavilə etibarsız hesab edilə bilər. Məhkəmə tərəfindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli BAKU1-81780- 24477+BAKU1-81839 saylı zaminlik müqaviləsi yazılı formada bağlanmış, müqavilədə İddiaçı “Zamin” qismində iştirak etdiyi açıq və aydın şəkildə göstərilmiş, müqavilə iddiaçı tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə də təsdiq edilmişdir ki, zaminlik müqaviləsində “İddiaçı” adına atılmış imza məhz iddiaçının özü tərəfindən icra edilmişdir. Bununla da, iddiaçının müqaviləni imzalamadığına dair iddiası iş üzrə toplanmış sübutlarla tam təkzib olunur. Məhkəmə bu yerdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddiaçının əsas arqumenti – onun imzaladığı sənədin mahiyyətini dərk etməməsi, sənədlərə diqqət yetirməməsi və qohumu olan Cavabdeh2 etibar etməsi – bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz. Şəxsin öz iradəsini ifadə edərkən ehtiyatsız davranması, sənədin məzmunu ilə tanış olmadan imza atması və ya üçüncü şəxsin sözlərinə kor-koranə inanması onun öz riskidir və bu riskin nəticələri digər tərəfin üzərinə yüklənə bilməz. İş materiallarından görünür ki, iddiaçı TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC-nin ofisində şəxsən iştirak etmiş, ona təqdim olunan sənədləri könüllü şəkildə imzalamışdır. Məhkəmə baxışı zamanı iddiaçı tərəfindən zor tətbiq edilməsi, fiziki və ya psixoloji təzyiq, hədə-qorxu, yaxud müqavilənin imzalanmasına məcburetmə halları sübuta yetirilməmişdir. Eyni zamanda, müqavilə mətninin saxtalaşdırılması, imzadan sonradan mətnin dəyişdirilməsi və ya iddiaçının iradəsinin tamamilə kənarlaşdırılması kimi hallar da iş materiallarında öz təsdiqini tapmamışdır. Məhkəmə onu da nəzərə alır ki, iddiaçı müqavilənin bağlanmasından sonra uzun müddət – yalnız 2024-cü ilin iyul ayında bankdan məlumat aldıqdan sonra – zaminlik müqaviləsinin mövcudluğunu mübahisələndirmişdir. Bu müddət ərzində iddiaçı tərəfindən müqavilənin bağlanmasına dərhal etiraz edilməmiş, hüquq-mühafizə və ya müvafiq orqanlara vaxtında müraciət olunmamışdır. Bu hal da iddiaçının müqavilə bağlandığı anda iradəsinin formalaşdığını və sonradan yaranmış narazılığın müqavilənin etibarsızlığı üçün əsas sayıla bilməyəcəyini göstərir. İddiaçı və Cavabdeh2 tərəfindən “zaminlik müqaviləsindən xəbərsiz olmaları” barədə verilmiş izahatları ilə bağlı məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinin mövcudluğu yalnız lizinq müqaviləsi ilə sıx bağlı olmaqla kifayətlənmir, eyni zamanda iddiaçının imzası ilə təsdiqlənmiş müstəqil hüquqi sənəddir. Şəxsin öz imzası ilə təsdiq etdiyi sənədin hüquqi nəticələrini sonradan inkar etməsi, xüsusilə də bu hal etibarlı ekspertiza rəyi ilə təkzib olunduğu şəraitdə, mülki dövriyyənin sabitliyi və hüquqi müəyyənlik prinsipləri ilə uzlaşmır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən göstərilən hallar aldatma faktının mövcudluğunu sübut etmir. Aldatma iddiası yalnız subyektiv ehtimallara, qohumluq münasibətlərinə və sonradan yaranmış peşmançılığa əsaslanır. Halbuki, mübahisələndirilən zaminlik müqaviləsi formal, açıq mətnli, imzalanmış və hüquqi nəticələr doğuran bir sənəddir. Müqavilə bağlandığı anda iddiaçının iradəsinin azad və könüllü şəkildə ifadə edildiyini inkar edən hər hansı obyektiv sübut iş materiallarında mövcud deyildir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi iddiaçının iradəsinə uyğun olaraq bağlanmış, qanunvericiliyin tələblərinə cavab verən, hüquqi nəticələr doğuran etibarlı müqavilədir. İddiaçının müqavilənin məzmununu oxumaması, diqqətsizliyi və üçüncü şəxsə etibar etməsi müqavilənin etibarsızlığı üçün əsas təşkil etmir və mülki hüquqi münasibətlərdə məsuliyyəti istisna etmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 138 (yüz otuz səkkiz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.1, 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi rədd edilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 138 (yüz otuz səkkiz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar