Məhkəmə qərarları › İş №2(006)-3158/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3158/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3158/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh "Cavabdeh" BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh "Cavabdeh" BOKT Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" BOKT Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 452/PBMF saylı, xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 36 aya qaytarmaq şərti ilə «Cavabdehbank» ASC-dən (indiki Cavabdeh BOKT ASC-dən) 15000 manat kredit götürmüş və həmin kredit müqaviləsinin təminatı məqsədi ilə, X6 mülkiyyət hüququ əsasında məxsus olan, ünvan 1 ünvanda yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı 2016-cı ilədək ödəniş etsə də, maddi imkanı olmadığından 2016-cı ildən başlayaraq ödəniş edə bilməmiş və xx xxxx 2019-cu il tarixə onun kredit müqaviləsi üzrə 360 gündən artıq gecikdirilmiş borcunun məbləği- əsas borc 6425 manat 61 qəpik və faiz borcu 2574 manat 39 qəpik olmaqla, 9000 manat təşkil etmişdir.Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fər-manında vaxtı keçmiş kredit borcu olan vətəndaşların kredit borclarının güzəştli şərtlərlə restrukturizasiyası və bu məqsədlə banklara güzəştli kreditlərin verilməsi nəzərdə tutulmuşdur. İddiaçının xx xxxx 2019-cu il tarixinə, 360 gündən artıq müddətə gecikdirilmiş, məbləği 9000 manat olan kredit borcu ölkə Prezidentinin sözügedən Fərmanının təsiri altına düşsə də, Cavabdeh Bokt (“Cavabdehbank” ASC) borcu restrukturizasiya etməkdən imtina etmiş, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kredit-lərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələb-lərini pozaraq, kredit borcu üzrə hesablanmış 2574 manat 39 qəpik faiz borcunu, borcun qalıq məbləğindən çıxmadan, sözügedən faiz məbləği də daxil olmaqla, 9000 manat qalıq borcu, ipo-teka qoyan X5 almışdır.Hazırda X1 Rayon Məhkəməsində iddiaçıya qarşı 9000 ma-nat məbləğində pul tələbi ilə müraciət etmiş və məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətna-məsi ilə iddia tələbi tam təmin edilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-2620/2019 saylı, xx xxxxxx 2020-ci il qətnaməsindən verilmiş apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-755/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin iş üzrə sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Beləliklə, iddiaçı ödəməli olmadığı 2574 manat 39 qəpik faiz borcu daxil olmaqla, ümumi-likdə 9000 manat pulu, məhkəmə qətnaməsi əsasında X6 birdəfəyə ödəmək məcburiyyətində qalmışdır. Halbuki, qeyd edildiyi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən iddiaçı 2574 manat 39 qəpik faiz borcunu ödəməkdən azad olunmuş və banka olan borcu restrukturizasiya şərtlərinə əsasən daha az məbləğlərlə hissə-hissə ödəməli idi. Göründüyü kimi bankın təqsiri ucbatından, iddiaçıödəməli olmadığı 2574 manat 39 qəpik faiz borcunu X6 ödəməlidir. Bundan əlavə, restrukturizasiya şərtlərinə əsasən hissə-hissə ödəməli olduğu 6425 manat 61 qəpik borcu isə məhkəmə qətnaməsi əsasında X6 bir dəfəyə ödəməlidir. İddiaçı ödəməli olmadığı faiz borcunun əvəzi olaraq 2574 manat 39 qəpik cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır və bundan əlavə X6 məhkəmə qətnaməsinə əsasən birdəfəlik ödəniş üçün, restruktrizasiya şərtlərinə uyğun olaraq mənə 6425 manat 61 qəpik məbləğində kredit verilməsi cavabdehin üzərinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən iddiaçının ödəməli olmadığı faiz borcuna görə 2574 manat 39 qəpik pulun Cavabdeh BOKT ASC-dən tutulub iddiaçıya verilməsi, məhkəmə qətnaməsi əsasında X6 birdəfəlik ödəmək üçün restrukturizasiya şərtlərinə müvafiq olaraq 6425 manat 61 qəpik pul məbləğində iddiaçıya kredit verilməsinin Cavabdeh BOKT ASC-yə həvalə olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "Cavabdeh" BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan «Cavabdehbank» ASC ilə İddiaçı arasında bağlanmış 452/PBMF/PK saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən İddiaçı illik 36% olmaqla, 24 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «Cavabdehbank» ASC ilə İddiaçı və X8rasında bağlanmış xx.xx.2013cü il tarixli ipoteka (girov) müqaviləsinə əsasən ünvan 1 öhdəliklərin təminatı kimi «Cavabdehbank» ASC-yəipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 50.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti borclu İddiaçı ilə ipoteka saxlayan «Cavabdehbank» ASC-nin arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 452/PBMF №-li kredit (borc) müqaviləsi üzrə illik 6 faizlə, 6 ay güzəşt dövrü olmaqla, 36 ay müddətinə 15.000 manat kredit və xx.xx.2013-cü il tarixli, 452/PMBF/PK №-li kredit kartı müqaviləsi üzrə illik 36 faizlə, 24 ay müddətinə, 30 gün güzəşt dövrü olmaqla, 500 manat kredit kartı vasitəsilə aldığı borc öhdəliklərinin icrasının təmin edilməsidir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)- 2620/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı 9000 manat, həmçinin dövlət rüsumuna ödənilmiş 30 manat, cəmi 9030 manat pulun alınaraq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh BOKT ASC ilə İddiaçı arasında kredit müqavilələri bağlanmış, hazırda iddiaçı həmin kredit müqavilələrinin restrukturizasiya edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Bundan əlavə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015- ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə xx xxxx 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə X3 (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Beləliklə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını (həmçinin restrukturizasiya olunacaq kreditləri) Banklar müəyyən etmirlər. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, kreditin verilməsi Bankın (və ya BOKT-un) vəzifəsi deyil, hüququdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Cavabdeh" BOKT Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul tələbi"nə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" BOKT Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar