Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3163/2020 24.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov İlham Məmməd oğlu, İddiaçı ASC-nin Cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 30 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxxx” Bank Olmayan Kredit Təşkilatı MMC-dən illik 35 faizlə 15 ay müddətinə 629,9 manat kredit götürmüşdür. “xxxxxxxx” Bank Olmayan Kredit Təşkilatı MMC ilə “xxxxxx” ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli, 004 №-li müqaviləyə və hüquqların ötürülməsi barədə 09 oktyabr 2018-ci il tarixli, 310 №-li sazişə əsasən Cavabdeh ilə “xxxxxxxx” Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxxxx” ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il fevralın 25-dək Cavabdeh banka 30 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 152,31 manat əsas borc, 8,8 manat faiz borcu və 49,17 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 210,28 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 30 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 152,31 manat əsas, 8,8 manat faiz, 49,17 manat cərimə və kredit müqaviləsi üzrə 31.12.2019-cu il tarixdən 25.02.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 0,4 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 210,68 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxx” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2018-ci il tarixli, 5- 0***-******* saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdehə 15 (on beş) ay müddətinə, illik 35 (otuz beş) faiz dərəcəsi ilə, 629,9 (altı yüz iyirmi doqquz manat, doxsan qəpik) manat məbləğində kredit verilmişdir. “xxxxxxxx” BOKT MMC ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli, 0004 №-li müqaviləyə və hüquqların ötürülməsi barədə 09 oktyabr 2018-ci il tarixli, 310 №-li sazişə əsasən Cavabdeh ilə “xxxxxxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə bütün tələbetmə hüquqları “xxxxxx” ASC-yə ötürülmüşdür. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 22.11.2019-cu il tarixli **********986800 saylı Çıxarışdan görünür ki, “xxxxxx” ASC adını dəyişdirərək İddiaçı ASC olmuşdur. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 25.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 30 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 152,31 (bir yüz əlli iki manat, otuz bir qəpik) manat əsas borc, 8,8 (səkkiz manat, səksən qəpik) manat faiz borcu, 49,17 (qırx doqquz manat, on yeddi qəpik) manat cərimə borcu və kredit müqaviləsi üzrə 31.12.2019-cu il tarixdən 25.02.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 0,4 (qırx qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 210,68 (iki yüz on manat, altımış səkkiz qəpik) manat borcu vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, “xxxxxxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2018-ci il tarixli, 5-0***-******* saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh 15 (on beş) ay müddətinə, illik 35 (otuz beş) faiz dərəcəsi ilə, 629,9 (altı yüz iyirmi doqquz manat, doxsan qəpik) manat məbləğində kredit verilmiş, “xxxxxxxx” BOKT MMC ilə “xxxxxx” ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli, 0004 №-li müqaviləyə və hüquqların ötürülməsi barədə 09 oktyabr 2018-ci il tarixli, 310 №-li sazişə əsasən Cavabdeh ilə “xxxxxxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə bütün tələbetmə hüquqları “xxxxxx” ASC-yə (İddiaçı ASC-yə) ötürülmüş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka 152,31 (bir yüz əlli iki manat, otuz bir qəpik) manat əsas borc, 8,8 (səkkiz manat, səksən qəpik) manat faiz borcu, 49,17 (qırx doqquz manat, on yeddi qəpik) manat cərimə borcu və kredit müqaviləsi üzrə 31.12.2019-cu il tarixdən 25.02.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 0,4 (qırx qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 210,68 (iki yüz on manat, altımış səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüququna malikdir və öhdəliyin vaxtında icra edilməməsinə görə Cavabdeh 0,4 (qırx qəpik) manat məbləğində əldən çıxmış fayda tutulmalıdır. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla, 30 sentyabr 2018-ci il tarixli, 5-0***-******* saylı kredit müqaviləsi üzrə 49,17 (qırx doqquz manat, on yeddi qəpik) manat məbləğində cərimə borcunun tutulması ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 152,31 (bir yüz əlli iki manat, otuz bir qəpik) manat əsas borc, 8,8 (səkkiz manat, səksən qəpik) manat faiz borcu, 49,17 (qırx doqquz manat, on yeddi qəpik) manat cərimə borcu və kredit müqaviləsi üzrə 31.12.2019cu il tarixdən 25.02.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 0,4 (qırx qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 210,68 (iki yüz on manat, altımış səkkiz qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 230,68 (iki yüz otuz manat, altımış səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı İddiaçı ASC-yə verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehdən 152,31 (bir yüz əlli iki manat, otuz bir qəpik) manat əsas borc, 8,8 (səkkiz manat, səksən qəpik) manat faiz borcu, 49,17 (qırx doqquz manat, on yeddi qəpik) manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 0,4 (qırx qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 210,68 (iki yüz on manat, altımış səkkiz qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 230,68 (iki yüz otuz manat, altımış səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlham Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-3163/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3163/2020
24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver