Məhkəmə qərarları › İş №2(006)-3175/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3175/2022

30.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3175/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə İddiaçı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh Hüseynov Aqı̇ l İbrahı̇ m oğluna qarşı "kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələrdən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh Hüseynov Aqı̇ l İbrahı̇ m oğluna qarşı "kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələrdən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 21 iyul 2016-cı ildə kredit və ipoteka müqavilələri imzalanmışdır. Kredit müqaviləsinə əsasən iddiaçı güya cavabdehdən 50.000 manat borc alıb. Ancaq iddiaçı cavabdehi ümumiyyətlə tanımır və ondan belə bir borc almamışdır. Belə ki, hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X4 2016-cı il tarixində İddiaçı müraciət edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün pula ehtiyacı olduğunu və bu məqsədlə sələmçilik fəaliyyəti ilə məşğul olan Cavabdeh sələmə pul götürmək istədiyini, ancaq onun girovsuz bunu rədd etdiyini bildirmiş və iddiaçıya məxsus Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 19 saylı evi girov qoymağı ondan xahiş etmişdir. İddiaçı bununla razılaşaraq Cavabdeh ilə qeyd edilən müqavilələri bağlamışdır. Bundan sonra Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən X3 21.000 ABŞ dolları pul vermişdir. İddiaçı bir müddət sonra bilmişdir ki, X4 xəstələnmiş və borcunu cavabdehə qaytarmamışdır. Buna görə də, cavabdeh notariusa müraciət edərək icra qeydi almış və icra şöbəsi iddiaçıya məxsus Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 19 saylı evi boşaltmağı iddiaçıdan tələb etmişdir. X4 tərəfindən cavabdehə 35.000 manat pul verilməsinə baxmayarq o, bunu faizə hesablamış və 50.000 manatın tam şəkildə ödənilməsini tələb edir. Həmçinin cavabdeh tərəflərin düşdüyü ağır vəziyyətdən istifadə edərək iddiaçıya məxsus 150.000 manat dəyərindəki evi özününkiləşdirmək istəyir. Göstərilənlərə əsasən, cavabdeh Hüseynov Aqı̇ l İbrahı̇ m oğlu ilə Abşeron rayonu 2 saylı notariat kontorunda bağlanmış 21 iyul 2016-cı il tarixli kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələrdən irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında cavabdeh Hüseynov Aqı̇ l İbrahı̇ m oğlu izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, o, iddia ərizəsində göstərilən müqavilələri İddiaçı ilə bağlamış və İddiaçı 50 min manat borc pul vermişdir. Bu günə kimi həmin borcun yalnız 6-7 min manatı geri qaytarılmışdır. Bununla bağlı dəfələrlə telefon danışıqları da olmuşdur. Onlar tərəfindən axrıncı ödəniş pandemiya vaxtı edilmişdir. Həmin vaxtdan bəri tərəflər borcu ödəməkdən yayınırlar. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İşin materiallarında olan Hüseynov Aqı̇ l İbrahı̇ m oğlu ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin qanunla müəyyən edilmiş qaydada təsdiqlənmiş surətindən görünür ki, Hüseynov Aqı̇ l İbrahı̇ m oğlu tərəfindən İddiaçı 6 ay müddətinə (xx.xx.2016-cı il tarixinədək) 50000 (əlli min) manat məbləğində pul borc verilmişdir. 8.İş materiallarında olan Hüseynov Aqı̇ l İbrahı̇ m oğlu ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin qanunla müəyyən edilmiş qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2016-cı il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, İddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Hüseynov Aqı̇ l İbrahı̇ m oğluna ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 150000 (bir yüz əlli min manat) məbləğində qiymətləndirilmişdir.

9. İş materiallarında olan Abşeron rayon İcra və probasiya şöbəsinin İddiaçı ünvanlandığı xx.xx.2022-ci il tarixli xəbərdalıqda bildirilmişdir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin icraatında olan Abşeron rayonu 2 saylı Notariat Ofisinin 2053 saylı icra sənədinə əsasən İddiaçı 50000 manat pul vəsaitinin tutularaq Hüseynov Aqı̇ l İbrahı̇ m oğluna ödənilməsi, tələbin Hüseynov Aqı̇ l İbrahı̇ m oğluna məxsus ünvan 1 nömrəli evə yönəldilərək təmin olunması, evin açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət edilmişdir. İcra sənədində qeyd olunan ipoteka predmeti olan əmlak açıq hərracda satılmışdır. İcra sənədini evin boşaldılması hissəsində göstərilən müddət ərzində icra etməyi və bu barədə Abşeron rayon İcra şöbəsinə məlumat verməyi tələb olunmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmışdır. Hazırda iddiaçı pulun onun tərəfindən götürülmədiyini əsas gətirərək kredit və ipoteka müqavilələrinin etibarsız hesab olunmasını və bu müqavilələrdən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

12. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

13. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

14. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

15. Göstərilən Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

17. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

18. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, hazırki işdə İddiaçı kredit və ipoteka müqavilələrində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqavilələri bağlamış və qeyd olunan müqavilələr əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Habelə, hazırki işə baxılarkən iddiaçının cavabdeh ilə müqavilələri bağlayarkən həmin müqavilələrin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, cavabdeh tərəfindən aldadılması halı öz əksini tapmamışdır. İddiaçı bunun əksini, yəni qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış edərək puılun əslində onun tərəfindən götürülməməsinə istinad etmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

19. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

20. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

21. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

22. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

23. Məhkəmə həmçinin iddianın digər hissəsi olan “müqavilələrdən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi" ilə qeyd edir ki, iddia tələbləri ilkin hissələrdə təmin olunmadığından, sonuncu tələb ilkin tələblə bağlı olduğundan və prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan iddia bu hissədə də təmin oluna bilməz.

24. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh Hüseynov Aqı̇ l İbrahı̇ m oğluna qarşı "kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələrdən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir .

25. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh Hüseynov Aqı̇ l İbrahı̇ m oğluna qarşı "kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələrdən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar