Məhkəmə qərarları › İş №2(006)-3182/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3182/2020

17.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3182/2020 17.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlu, İddiaçı «xxxxxxxxxxx» x1 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» x3 Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh «xxxxxxxxxxx» MMC ilə 08.05.2019-cuil tarixlimüqaviləyə əsasənİMEİ kodu **********47163 olan «Samsung Galaxy A7» markalı mobil telefon almış, nəticədə 352 (üç yüz əlli iki) manat borc yaranmışdır.Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə08.05.2019-cuil tarixli müqaviləyə əsasənalqı-satqı qiyməti 600 (altı yüz)manat (6 ay x 80 manat + 120 manat ilkin ödəniş) olanİMEİ kodu **********47163 olan «Samsung Galaxy A7» markalı mobil telefon üçün cəmi 352 (üç yüz əlli iki) manat olmaqla, ondan 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 96 (doxsan altı)manat cərimə pulu hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 32 (otuz iki) manat cərimə pulu borcu yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə görə “müştəri” bu müqavilənin 2-ci bəndinin şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin cəmi ödədiyi məbləğ 280 manat təşkil edir. Göstərilənlərə əsasən, 08.05.2019-cuil tarixli müqaviləyə əsasən İMEİ kodu **********47163 olan «Samsung Galaxy A7» markalı mobil telefon üçün 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 32 (otuz iki)manat cərimə pulu olmaqla cəmi 352 (üç yüz əlli iki) manat və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 372 (üç yüz yetmiş iki) manat pul Cavabdeh alınaraq «xxxxxxxxxxx» x2 ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə göndərilmiş bildiriş onun tərəfindən 23.05.2020-ci il tarixdə qəbul edilsə də, məhkəməyə iddia ilə bağlı etiraz ərizəsi daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 08.05.2019-cuil tarixlimüqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC dəyəri 600 (altı yüz) manat olan İMEİ kodu **********47163 olan «Samsung Galaxy A7» markalı mobil telefonuCavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 6 ay müddətinə hər ay 80 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş 04.05.2020-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdehnun «xxxxxxxxxxx» MMC-yə 08.05.2019-cuil tarixlimüqavilə üzrə 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 32 (otuz iki)manat cərimə pulu, cəmi 352 (üç yüz əlli iki) manat borcu vardır. «xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış 05.12.2019-cu il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, «xxxxxxxxxxx» MMC ilə 08.05.2019-cuil tarixlimüqaviləyə əsasənİMEİ kodu **********47163 olan «Samsung Galaxy A7» markalı mobil telefon almış, nəticədə 352 (üç yüz əlli iki) manat borc yaranmışdır.Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə08.05.2019-cuil tarixli müqaviləyə əsasənalqı-satqı qiyməti 600 (altı yüz) manat olanİMEİ kodu **********47163 «Samsung Galaxy A7» markalı mobil telefon üçün cəmi 352 (üç yüz əlli iki) manat olmaqla, ondan 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 32 (otuz iki)manat cərimə pulu miqdarında borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 20 (iyirmi) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 08.05.2019-cuil tarixli müqavilə üzrə 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 32 (otuz iki)manat cərimə pulu olmaqla cəmi 352 (üç yüz əlli iki) manatvə 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 372 (üç yüz yetmiş iki) manat məbləğində pultutularaq «xxxxxxxxxxx» MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 08.05.2019-cuil tarixli müqavilə üzrə 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 32 (otuz iki)manat cərimə pulu, 20 (iyirmi) manat dövlət rüsumuolmaqla, cəmi 372 (üç yüz yetmiş iki) manat məbləğində pul tutularaq «xxxxxxxxxxx» x1 xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar