Məhkəmə qərarları › İş №2(006)-3185/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3185/2021

24.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3185/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2, Cavabdeh ASC-nin nümayəndəsi X1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı X8, X6, X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə "mirasın qəbul edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı "mirasın qəbul edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı vəkili və nümayəndəsi X7 ərizə təqdim edərək, İddiaçı Cavabdeh ASC-yə qarşı "mirasın qəbul edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılmamış saxlayaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi X5 işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Digər üçüncü şəxslər qanunla müəyyən edilmiş qaydada və müddətdə xəbərdarlıq edilmələlərinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə ərizəni mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı "mirasın qəbul edilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılaraq, idddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar