Məhkəmə qərarları › İş №2(006)-3189/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3189/2024

25.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3189/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Zümrüd Alıyevanın iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı sayğacın onun iştirakı ilə yoxlanılması və sairə barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sayğacın çıxarılaraq laboratoriya şəraitində onun iştirakı ilə yoxlanılmasının təmin edilməsi, sayğac dəyişdirilən zaman əmələ gələn nasazlıq nəticəsində 2022-ci ilin fevral ayından sayğacın nasazlığı tam aradan qaldırıldığına kimi mövcud olan qaz sızıntısı nəticəsində yaranan borcun 50% təmin edilməsi, qeyd olunan ünvanda hazırkı sayğacın yeni smart tipli sayğac ilə əvəz olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin fevral ayının naməlum tarixində ona məxsus bağ evinin qaz istismarı sayğacı onun xəbəri olmadan dəyişdirilmişdir. Bu barədə ona məlumat verilməyib və bu günə kimi heç bir rəsmi sənəd təqdim olunmayıb. Sayğac dəyişdirildikdən sonra qaz sərfiyyatı xeyli olaraq artmışdır. Buna baxmayarağq 2022-ci ilin oktyabr ayında onun tərəfindən 114 manat məbləğində borc ödənilmişdir. 2022-2023-cü ilin qış mövsümündə sayğacın göstəriciləri aşkar həddindən artıq yüksək olmuşdur. Bu da ona şübhə yaratmşdır ki, sayğac quraşdırılan zaman texniki nasazlıq əmələ gəlmişdir. Nəticədə sayğacdan evə gedən borunun birləşməsində (tənzimləyici ventilə (klapan) qədər olan hissə) qaz sızıntısı aşkarlanmışdır. Həmin vəziyyəti görərək, o, Sabunçu rayon qaz istismarı idarəsinə müraciət etmişdir. Qəza xidmətindən gələn əməkdaşlar həmin sızmanı 19 mart 2023-cü il tarixdə aradan qaldırmışlar. Buna baxmayaraq qaz sərfıyyatı mart ayı ərzində də yüksək olaraq müşahidə edilmişdir. Bununla bağlı bu məsələyə cavabdeh olan “Azəriqaz" istehsalat birliyinin Sabunçu rayon qaz istismarı idarəsi aşağıdakıları təmin etməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Zümrüd Alıyeva iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, xx.xx.2016-cı il tarixinədək iddiaçının evində elektron sayğac olmuşdur. 2022-ci il tarixdə həmin sayğac istismar müddətinin bitməsi səbəbindən yenisi ilə əvəzlənmişdir. İddiaçının iddiada göstərdiyi hallar həqiqətə uyğun deyildir. Yaranmış borc təbii qazdan istifadə nəticəsində yaranmış borcdur. Yeni sayğac quraşdırıldıqdan sonra sızma müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanmışdır və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. İstismar müddəti bitməsi səbəbindən yeni sayğacla əvəzlənmişdir. Quraşdırılan sayğacın tipi mexaniki G4 **********3 saylı olması qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin baş direktoru Rəşad Sadıqovun iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətə baxılması haqqında məktuba əlavə edilmiş, üzərində “Əliabbas Zeynalov-**********5” qeydi olan servis tələbi-dispetçer məlumatından görünür ki, iddiaşı xx.xx.2023-cü il tarixdə 13:37-də müraciət etmiş, 4 saylı cağrı sahəsi həmin tarixdə 15:00-da müraciəti icra etmiş, nəticə olaraq “qaz sızıntısı aradan qaldırıldı” statusu qeyd olunmuşdur. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, G4 **********3 saylı mexaniki tipli sayğacda olan sızma aradan qaldırılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********00010 saylı abonent koduna 06/2024 tarixə 416.76 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 2.7-ci maddəsinə əsasən qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı istismar müddətinin bitməsi səbəbindən mexaniki sayğacla əvəzlənmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı qaz sızması ilə bağlı çağrı mərkəzinə müraciət etmiş, həmin tarixdə də nasazlıq aradan qaldırılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının müraciəti əsasında onun yaşayış ünvanına quraşdırılmış qaz sayğacında sızmanın ləğvi həyata keçirilmiş müvafiq akt tərtib edilmişdir. İddiaçı hazırda mövcud 416.76 manat borcun yarısının yeni sayğacın quraşdırıldığı xx.xx.2022-ci il tarixdən başlayaraq sızma nəticəsində yarandığını iddia etməklə sayğacın smart tipli sayğacla əvəz edilməsini tələb edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması müvafiq tələblərə cavab verməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci bənidnə əsasən enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edir. Məhkəmə ilk öncə iddianın “sayğacın çıxarılaraq laboratoriyada onun iştirakı ilə yoxlanılması və sayğacın yeni “smart” tipli sayğacla əvəz edilməsi” hissəsinə münasibətdə məsələnin iddiaçının cavabdehə müraciəti əsasında həll edilməklə, sayğacın digəri ilə əvəz edilməsi buna zərurət olub-olmamasını qaz paylayıcı tərəfindən müəyyən edildikdən sonra həyata keçirilməsini mümkünlüyünü qeyd edir. Odur ki, qeyd edilən hissələrdə məhkəmə iddianın əsassızlığını vurğulamaqla onun təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbinin “sayğac dəyişdirilən zaman əmələ gələn nasazlıq nəticəsində 2022-ci ilin fevral ayından sayğacın nasazlığı tam aradan qaldırıldığına kimi mövcud olan qaz sızıntısı nəticəsində yaranan borcun 50% təmin edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, abonentin saldosunda 2022-ci ilin fevral ayından (qaz sayğacı yenisi ilə əvəzlənməsi) 2023-cü ilin may ayınadək (sızmanın ləğvi)-15 ay müddətinə 245.2 manat, 2023-cü ilin may ayından 2024-cü ilin iyun ayınadək isə - 13 ay müddətinə (170.56 manat) 416.76 manat borc hesablanmışdır. Göründüyü kimi, qaz sayğacında problem aradan qaldırıldığı müddət (13 ay) ərzində borc fərqi 170.56 manat olmuşdur ki, bu da il ərzində qaz sərfiyyatı üzrə hesablanmış borc məbləğinə uyğun olması müşahidə edilir. Bununla də məhkəmə hesab edir ki, qaz sızması nəticəsində iddiaçıya artıq hesablanmış borc məbləğinin olması öz təsdiqini tapmadığından, o cümlədən qaz sızmasının məhz yeni sayğac quraşdırıldığı xx.xx.2022-ci il tarixdən başlanması barədə sübut təqdim etmədiyinə görə iddia qeyd edilən hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı sayğacın çıxarılaraq laboratoriya şəraitində onun iştirakı ilə yoxlanılmasının təmin edilməsi, sayğac dəyişdirilən zaman əmələ gələn nasazlıq nəticəsində 2022-ci ilin fevral ayından sayğacın nasazlığı tam aradan qaldırıldığına kimi mövcud olan qaz sızıntısı nəticəsində yaranan borcun 50% təmin edilməsi, qeyd olunan ünvanda hazırkı sayğacın yeni smart tipli sayğac ilə əvəz olunması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar