Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3212/2021 16.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildə Digah qəsəbəsi, ev 0120, m.0336 ünvanında tikdirdiyi yaşayış evinin elektrik enerjisi ilə təchiz olunması üçün “xxxx” ASC-nin Bakı regionunun X1 və Satışı İdarəsinə müraciət etmişdir. Müraciəti əsasında iddiaçıya ehtiyatda olan yeni sayğac olmadığı üçün işlənmiş sayğac quraşdırmaq təklif olunmuşdur. Aydın məsələdir ki, elektrik enerjisi olmadan evdə yaşayış mümkün olmayacaqdı, həmçinin yeni sayğacın nə vaxt gətiriləcəyi barədə də iddiaçıya məlumat verilməmişdir. Buna görə də məcbur qalıb köhnə – işlənmiş sayğac quraşdırılmasına razı olmuşdur. İddiaçının evinə ********** nömrəli (sayğacın nömrəsini dəqiq xatırlamasa da, 2015-ci ilə aid çekdə sayğac nömrəsi belə qeyd olunmuşdur) işlənmiş, üzərində təxminən 22.000 kvts enerji sərfiyyatı olan sayğac quraşdırılmışdır. Bundan sonra yeni sayğac quraşdırılana qədər köhnə sayğacın üzərindəki iddiaçıya aid olmayan borc yerində qalmaqla hər ay istifadə etdiyi enerji sərfiyyatına əsasən ödəniş etmişdir. Ödəniş qəbzlərinin əksəriyyətini saxlamışdır, lakin sayı çox olduğuna görə iddia ərizəsinə əlavə etməmiş, zərurət olarsa, iddia ərizəsinə təqdim edəcəkdir. Bir müddət bu qayda ilə davam etmişdir. Bağlar ETSİ-də kadr dəyişiklikləri baş verdikdən sonra isə iddiaçıdan hər ay işlətdiyi enerji sərfiyyatından əlavə, sayğacın üzərində olan borcun da ödənilməsi tələb olunmuşdur. İdarəyə gedib məsələni ətraflı şəkildə izah etməsinə baxmayaraq, yeni işçilər bu məsələ barədə heç bir məlumatların olmadığını və 2010-cu ildə onun evinə sayğac quraşdıran işçilərin hazırda idarədə çalışmadıqlarını bildirmişdirlər. Dəfələrlə etdiyi yazılı və şifahi müraciətlərdə qeyd etmişdir ki, sayğac iddiaçı istifadə edənə qədər işlənmişdir və üzərindəki sərfiyyat iddiaçıya aid deyildir. Buna baxmayaraq məsələyə laqeyd yanaşılmış, ətraflı araşdırılma aparılmamış, hər dəfə ona eyni məzmunlu və əsassız cavablar verilmişdir. Çoxsaylı müraciətlərindən sonra 2016-cı ildə köhnə sayğac dəyişdirilərək əvəzinə yeni – 3489297M849069 nömrəli sayğac qurşdırılmışdır. Lakin iddiaçıya gələn çeklərdə köhnə sayğacdan qalan borcların silinmədiyini gördükdə yenidən bağlar ETSİ-yə müraciət etmişdir. İddiaçıya köhnə sayğacın üzərindəki sərfiyyatın iddiaçının adına yazıldığı və borcu ödəməli olduğu bildirilmişdir. Səmələni çətinləşdirən əsas amil odur ki, iddiaçının evinə köhnə sayğacı quraşdıran işçilərin heç biri hazırda Bağlar ETSİ-də işləmir. İdarənin indiki rəhbərliyi və işçiləri isə sadəcə bu amili rəhbər tutur, məsələni ətraflı araşdırmaqdan boyun qaçırırlar. Halbui məsələnin araşdırılması, ********** nömrəli sayğacın ondan əvvəl kim tərəfindən istifadə olunması, nə qədər müddət istifadə olunması və üzərindəki sərfiyyatın dəqiq müəyyən edilməsi zəruridir. İddiaçı bir istehlakçı olaaq yalnız istifadə etdiyi elektrik enerjisinə görə haqq ödəməlidir. İddiaçıdan artıq haqqında tələb edilməsi mülki qanunvericiliyinə ziddir. Tələb olunan borcun məbləğini sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. O zaman sayğacın qoyulması zamanı akt tərtib edilirö aktda sayğacın nömrəsi və göstəriciləri əks olunur. Cavabdehdən həmin aktın surətini tələb etsə də, onu təqdim etməkdən imtina edir. Həmin akt məhkəməyə təqdim edilib araşdırılsa, müəyyən olunacaq ki, quraşdırıldığı vaxt sayğac köhnə olub və göstəricisi nədən ibarət olub. Hazırda **********00336 abonent koduna əsasən 2080,38 manat iddiaçının borcunun olduğu göstərilir. Lakin iddiaçı bu borcla razı deyil. Çünki bu borc bütövlükdə iddiaçıya aid deyildir, ********** nömrəli sayğacın iddiaçı istifadə etməzdən əvvəl də üzərində olan sərfiyyat onun adına borc kimi yazılmışdır. Buna görə də ********** nömrəli sayğacın o, istifadə etməzdən əvvəl üzərində olan enerji sərfiyyatına uyğun borc məbləği onun adından silinməlidir. Bununla yanaşı Mülki Məcəllənin 551.2-c imaddəsi 5 il keçdikdən sonra qüvvəsini itirən tələblərin siyaşısını nəzərdə tutur. Onlardan biri də, kirayə haqqı,icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblərdir. Qeyd edilən borc vaxtaşırı ödənişlərə daxildir və 2015-ci ilin oktyabr ayından əvvələ aiddir. Deməli, iddiaçıya qarşı yönələn tələb də öz qüvvəsini itirib. Əlavə olaraq smart-kart sisteminə keçdikdən sonra hər ay karta etdiyi ödənişin yarısı borca hesablanaraq qanunsuz olaraq balansdan çıxılmışdır. Odur ki, borcun iddiaçıya aid olmayan hissəsi müəyyən edildikdən sonra etdiyi əlavə ödənişlərin də məbləği hesablanmalı və iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən **********00336 abonent koduna əsasən adına yazılmış 2080,38 manat borcun iddiaçıya aid olmayan hissəsinin silinməsi, etdiyi əlavə ödənişlərin müəyyən olunaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, iddia tələbinin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi izahatında həmçinin göstərmişdir ki, faktiki olaraq iddiaçının adında borc olaraq qalıq məbləğlər mövcuddur. Onlar isə əsaslı şəkildə iddiaçıdan qalıq borcu tələb edirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İş üzrə «xxxx» ASC tərəfindən verilmiş abunə haqqında hesabından çıxarışa əsasən Bağlar, Digah qəsəbəsi, ev 0120, 0336 saylı mənzilə dair abonent İddiaçı 07.08.2015-ci il tarixli akta əsasən elektrik enerjisindən istifadə ilə əlaqədar 2074,08 manat borcu mövcuddur. İş materiallarında olan “xxxx” ASC tərəfindən İddiaçı şikayətinə 10.07.2020-ci il tarixli elektron müraciətə cavabdan görünür ki, “xxxx” ASC tərəfindən şikayət araşdırılmış, Bağlar ETSİ-də Səlahi adında nəzarətçi mühəndis işləmir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbindən görünür ki, o, yaşadığı Digah qəsəbəsi, ev 0120, m.0336 ünvanı üzrə üzrə elektrik enerjisindən istifadə ilə əlaqədar əsassız olaraq cavabdeh tərəfindən ondan tələb edilən 2080,38 manat məbləğində borcun silinməsini xahiş etmişidr. Məhkəmə iclasında təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Digah qəsəbəsi, ev 0120, m.0336 ünvanı üzrə elektrik enerjisindən istifadə ilə əlaqədar tarifə uyğun olaraq borc hesablansa da, iddiaçı hər ay ödəməli olduğu ödənişləri tam həyata keçirməmişdir və hal-hazırda onun ödənilməyən 2080,38 manat borcu yaranmışdır. İddiaçı cavabdeh tərəfindən tələb edilən 2080,38 manat borcun əsassız olduğunu iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə iclasında iddiaçıya elektrik enerjisindən istifadə ilə əlaqədar əsassız və ya artıq borcun hesablanması müəyyən edilməmiş və mövcud olan abunə borcu istehlak olunan enerjinin dəyərini əks etdirir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı həmin borcun əsassız olmasını istinad edərək onun silinməsi ilə əlaqədar tələb irəli sürməkdə haqlı hesab edilə bilməz. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.4-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən ona məxsus iri buynuzlu heyvanın məhz elektrik cərəyanı vurmasından tələf olduğunu və həmin heyvanın qiymətini təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə şifahi məlumata əsasən tərtib edilmiş aktları nəzərdən keçirib hesab edir ki, həmin aktlar mötəbər sübut kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3212/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3212/2021
16.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver