Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3219/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini, cavabdeh “xxxx” ASC tərəfindən əsassız yazılmış 2027.19 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci ildə anadan olmaqla Bakı şəhəri, H.Zərdabi küç, 71 “A”, mən. 109 yaşayır. Eyni zamanda Bakı şəhəri, Nəsimi rayonu Kəpic-49, 12 saylı fərdi yaşayış evi vardır. İlin müəyyən fəsillərində fərdi yaşayış evində çox qısa müddət qalır. Cavabdeh tərəfindən xx.xx.2008-ci il tarixdə akt yazılmış, xx.xx.2008-ci il tarixdə isə A31816511 saylı sayğac quraşdırlmışdır. Sonuncu dəfə xx.xx.2018-ci il tarixdə tərəfindən 46 AZN pul ödənilmiş və borcunun olmaması barədə elektron qəbz verilmişdir. Sayğacının son göstəricisi kimi xx.xx.2019-cu ildən, xx.xx.2019-cu ilədək 112 kvts. sərfiyyat göstərilmiş və 7.84 manat pul ödəməli olduğu göstərilmişdir. Eyni zamanda heç bir əsas olmadan həmin elektron qəbzdə qalıq borc kimi 2027.19 manat göstərilmişdir. Dəfələrlə cavabdehə bu borcun yaranma səbəbini soruşmağına baxmayaraq səbəbini izah edən olmamış və bu borcu silməmişlər. Tərəfindən heç bir izibati xəta törədilməmiş, müdaxilə olunmamışdır. Heç bir əsas olmadan yazılmış 2027.19 manat pul silinməlidir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini, cavabdeh “xxxx” ASC tərəfindən əsassız yazılmış 2027.19 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. “xxxx” MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı, həqiqətən, Yasamal rayonu, H.Zərdabi 71 “A” ünvanda, 109 saylı mənzildə 2017-ci ildən qeydiyyatsız ailəsi ilə birlikdə yaşayır. Kommunal xərcləri vaxtında ödəyir və heç bir borcu yoxdur. “xxxx” ASC tərəfindən abunə kodu **********90012 olan İddiaçı ünvanlanmış bildirişə əsasən, ona 2027,19 manat məbləğində borc hesablanmışdır. xx.xx.2008-ci il tarixli R 101962 nömrəli aktın surətindən görünür ki, həmin tarixdə “xxxx” ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu-**********90012) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, mənzildə elektrik enerjisindən qeydiyyatsız istifadə olunması aşkar edilmiş, mənzilin qeydiyyata alınması və sayğac quraşdırılmasına dair tələb qoyulmuşdur. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 362451 saylı, xx.xx.2008-ci il tarixli protokoldan görünür ki, abunə kodu-**********90012 olan sayğac həyət evindən çöldə quraşdırılmışdır. xx.xx.2020-ci il tarixli NDM 017421 saylı aktdan görünür ki, həmin tarixdə “xxxx” ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********90012) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, fərdi yaşayış evinə sayğac sxemindən kənar faza xətti daxil olur. Kənar xətt sayğacları qidalandıran xətdən çəkilərək fərdi yaşayış evinin arxa hissəsindən fərdi yaşayış evinə daxil olur. Ölçmə zamanı xətdən axaan yük Pkən = 2,86 kvt, Psay =0kvt. Kənar xəttin ləğv edilməsi tələbi qoyulmuşdur. xx.xx.2019-cu il tarixli icra vərəqindən görünür ki, xx.xx.2019-cu il tarixli, 017421 saylı akta əsasən aşkar edilmiş qüsur üzrə (2,86 kvt x (0.7) x 24 saat x 150 gün) – 7207 kvts hesablanmış və sayğacın yenisi ilə əvəz edilməsi qərara alınmışdır. Abunə kodu **********90012 olan abunə haqqında sənəddən görünür ki, xx.xx.2020-ci il tarixə İddiaçı NDM 017421 saylı akta əsasən 740,61 manat və limitdən artıq sərfiyyata görə 1304,00 manat əlavə ödəniş hesablanmışdır. “xxxx” ASC-nin Nəsimi rayon satış şöbəsinin aparıcı-mühəndisi X2 məhkəmə baxışı iclasında mütəxəssis qismində iştirak etmiş və izahatda bildirmişdir ki, abonent İddiaçı adına **********90012 kodun təhlili zamanı 1304 AZN məbləğin sayğacın laboratoriyada yoxlanılması zamanı bazaya səhvən yazılması müəyyən olunmuşdur. Həmin borc abonentə məxsus deyildir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.6-cıbəndinəəsasənenerjitəchizatı müəssisəsiiləistehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılmasıüçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğaclarıilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir vəistismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-cibəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. HəminQaydaların8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəməiclasındatoplanmışsübutlarəsasındamüəyyənedilmişdirki,xx.xx.2019-cu il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu – **********90012) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, fərdi yaşayış evinə sayğac sxemindən kənar faza xətti daxil olduğu aşkar edilmiş, bununla əlaqədar xx.xx.2019-cu il tarixli NDM 017421 saylı akt tərtib edilmiş və akta əsasən iddiaçıya 740,61 manat əlavə ödəniş hesablanmışdır. Məhkəmə qeyd edir ki, akt tərtib edilərkən cavabdehin əməkdaşları tərəfindən «Elektrik enerjisindən istifadə qaydaları»nın tələbləri pozulmuşdur. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin), eləcə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Eyni zamanda iddiaçının Aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması da aktdan müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş akt etibarlı deyil və beləliklə də onun əsasında hesablanmış borc silinməlidir. Eyni zamanda iş materialları ilə sayğacın iddiaçının evin hasarında quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə məsuliyyət abonent deyil enerjitəchizatı müəssisəsi, yəni cavabdeh “xxxx” ASC daşımalıdır. Cavabdeh tərəfindən iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Mülki Məcəllənin (bundan sonra - MM) 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının «Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə» xx.xx.2016-cı il tarixli 17 nömrəli qərarına və həmin qərarda dəyişikliklər edilməsi haqqında xx.xx.2016-cı il tarixli 20 nömrəli qərarına əsasən elektrik enerjisinin ölkədaxili tarifləri əhali üçün aylıq istehlak həcminin 300 kvts-a qədər (300 kvts daxil) olan hissə üçün 7 qəpik, aylıq istehlak həcminin 300 kvts-dan çox olan hissəsi üçün 11 qəpik müəyyən edilmişdir. Məhkəməiclasındatoplanmışsübutlarəsasındamüəyyənedilmişdirki, abonent İddiaçı məxsus abunə kodu **********90012 olan Abunə haqqında sənədə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 22 gün üçün sərfiyyat 0 kvts, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 1 gün üçün sərfiyyat 1304 kvts, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 34 gün üçün sərfiyyat 36 kvts qeyd olunmuşdur. Halbuki «Elektrik enerjisindən istifadə qaydaları»nın tələblərinə əsasən hesablaşma dövrü 1 ay qəbul olunmuş, elektrik enerjisinin ölkədaxili tarifləri əhali üçün aylıq istehlak həcminin 300 kvts-a qədər (300 kvts daxil) olan hissə üçün 7 qəpik, aylıq istehlak həcminin 300 kvts-dan çox olan hissəsi üçün 0,11 qəpik müəyyən edilmişdir. Sayğac göstəricisi 300 kvts-dan artıq qeyd olunan elektrik enerjisi üçün 0,11 manat əvəzinə, 1 manat əlavə ödəniş hesablanmış və nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının məişət abonenti olması, habelə abunə haqqında sənədin təhlili, iddiaçının orta aylıq sərfiyyatının səviyyəsi iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər 2 gün üçün istifadə olunmuş elektrik enerjisinə görə 1304 manat məbləğində borcun hesablanmasının əsassız olduğunu təsdiq edir. Bu fakt həmçinin “xxxx” ASC-nin Nəsimi rayon satış şöbəsinin aparıcı-mühəndisi X1 məhkəmə baxışı iclasında mütəxəssis qismində verdiyi izahatına əsasən öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, limitdən artıq sərfiyyat üçün hesablanmış 1304 manat məbləğində borc iddiaçının abunə kodundan silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, (740,61+1304=2044,61) 2044,61 manat məbləğində borc İddiaçı məxsus **********90012 abunə koduna əsassız olaraq hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddənin məzmunundan göründüyü kimi məhkəmə iddianı əsaslı hesab etdikdə onu məhz iddiaçının iddia ərizəsində göstərdiyi həcmdə, yəni ondan kənara çıxmamaqla təmin etməlidir. İş materiallarına əlavə edilmiş Abunə kodu **********90012 olan abunə haqqında sənəddən görünür ki, iddiaçıya 2044,61 manat məbləğində əlavə ödəniş əsassız olaraq hesablanmaşdır. Lakin buna baxmayaraq, iddiaçının silinməsini tələb etdiyi məbləğ 2027,19 manat təşkil edir. Məhkəmə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia iddiaçının göstərdiyi həcmdə təmin edilməli, 2027,19 manat məbləğində əlavə ödəniş iddiaçıya məxsus **********90012 saylı abunə hesabından silinməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus **********90012 abunə kodundan 2027,19 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3219/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3219/2020
29.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver