Məhkəmə qərarları › İş №2(006)-3225/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3225/2025

07.01.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3225/2025 07.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X32 oğlunun katibliyi, İddiaçı1, vəkili-nümayəndəsi Vəkil4, iddiaçıların vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh1 (X10), vəkili-nümayəndəsi Vəkil3 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 (X14) və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “borc və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı1 cavabdehlər Cavabdeh1 (X14) və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 (X22) arasında Bakı şəhəri 23 saylı Notariat Ofisində bağlanmış xx.xx.2024-cü il tarixli, 3M-1023 reyestrli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə İddiaçı1 ilə Cavabdeh1 (X22) arasında formal borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinin bağlanmasına səbəb Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsində İddiaçı1 qızının həyat yoldaşı X3 barəsində Cavabdeh1 əsassız şikayəti əsasında qərəzli cinayət işinin başlanması olmuşdur. Belə ki, İddiaçı1 kürəkəni X11 ilə Cavabdeh1 2011-ci ildən etibarən əlaqələri olmuş, birlikdə biznes fəaliyyəti ilə məşğul olmuşdurlar. Lakin bir müddətdən sonra, yəni 2016-cı ildə şərikli biznes fəaliyyəti uğurla nəticələnmədiyi üçün fəaliyyətlərini dayandırmışlar. xx.xx.2024-cü il tarixdə X2 Ərəb Əmirliklərindən Azərbaycan Respublikasına gələrkən Heydər Əliyev adına X21 saxlanılmış, Pirallahı Rayon Polis İdarəsinə aparılmışdır. Bu zaman məlum olmuşdur ki, guya X11 dələduzluq edərək Cavabdeh1 140.000 ABŞ dolları məbləğində pulunu ələ keçirmişdir. X36 İbrahimovdan təxminən 8-9 il sonra şikayət etmişdir. O vaxta qədər isə heç bir yerə şikayət etməmiş, hətta mülki qaydada belə məhkəməyə müraciət etməmiş, Fuad İbrahimovdan hər hansı məbləğdə pul tələb etməmişdir. Onların fəaliyyəti bizneslə əlaqədar olduğu üçün mülki qaydada mübahisələndirilməli olmasına baxmayaraq, Fuad İbrahimov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Həmçinin, Fuad İbrahimov heç vaxt Pirallahı rayon ərazisində olmadığı halda nədənsə onun barəsində orada cinayət işi başlanmışdır. İstintaq dövründə cinayət işinin başlanmasına kifayət qədər sübut olmadığı halda müstəntiq tərəfindən qərəzli şəkildə Fuad İbrahimov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmişdir. Fuad İbrahimov ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır, orada əmək fəaliyyəti ilə məşğul olur. Onun həbsdə qalması iş fəaliyyətinə çox ciddi problemlər yarada bilərdi. İddiaçı1 və ailəsi buna görə də Fuad İbrahimovun həbsdə saxlanılmaması üçün hər şey etməyə hazır idilər. Ailə üzvləri olaraq İddiaçı1 və ailəsi də qızının həyat yoldaşı Fuad İbrahimovun həbs edilməsindən qorxduqları üçün qarşı tərəfin hədə-qorxuları nəticəsində məcburi olaraq qeydiyyatda olduqları qızları İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X34 küçəsi, ev 9B ünvanında yerləşən 67 nömrəli mənzili etibarnamə ilə girov qoymuş, cavabdeh Vahid Cəfərov ilə formal borc müqaviləsi bağlamışdır. Belə ki, borc müqaviləsi bağlanılarkən öhdəliyin icrasının təmin olunması üçün xx.xx.2024-cü il tarixdə ipoteka müqaviləsi bağlamışdır. Həmin vaxt Vahid Cəfərov notarial qaydada ərizə yazaraq ona dəymiş ziyanın Fuad İbrahimov tərəfindən ödənildiyini, Fuad İbrahimova qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Daha sonra faktiki olaraq iddiaçı və ailə üzvləri tərəfindən pul ödənilsə də, Vahid Cəfərov borc müqaviləsinin ləğvi üçün notariat kontoruna gəlməkdən yayınmışdır. xx.xx.2024-cü il tarixli borc və ipoteka müqavilələrindən də göründüyü kimi guya Vahid Cəfərov İddiaçı1 238.000 manat məbləğində borc vermiş və həmin borcun xx.xx.2027-ci il tarixədək qaytarılması şərtləşdirilmişdir. Öhdəliyin icrasının təmini üsulu kimi isə Cəfərov İddiaçı1 qızının Bakı şəhəri, Yasamal rayonu, X34 küçəsi, ev 9B ünvanında yerləşən 67 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Elə həmin tarixdə də Vahid Cəfərov notarial qaydada ərizə yazaraq ona dəymiş ziyanın Fuad İbrahimov tərəfindən ödənildiyini, Fuad İbrahimova qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Notariat hərəkətlərinin hər biri eyni vaxtda 23 saylı notariat kontorunda həyata keçirilmişdir. Belə ki, borc müqaviləsi xx.xx.2024-cü il, saat 14:39-da bağlanmış, ipoteka müqaviləsi isə xx.xx.2024-cü il, saat 14:44-də bağlanmış, cavabdehin Fuad İbrahimovdan heç bir şikayət və tələbinin olmamasını təsdiqləyən ərizə isə xx.xx.2024-cü il, saat 15:22-də yazılmışdır. Bütün bunlar bir daha təsdiqləyir ki, İddiaçı1 və ailəsi Fuad İbrahimovun həbs etdirilməsi ilə hədələndiyi üçün borc müqaviləsi bağlamağa məcbur olmuşlar. Əslində cavabdeh Vahid Cəfərovun məqsədi iddiaçının qızı İddiaçı2 mülkiyyətində olan evi ələ keçirmək olmuşdur. Belə ki, İddiaçı1 ilə Vahid Cəfərov arasında bağlanmış borc müqaviləsinə görə cavabdeh iddiaçıya 238.000 (iki yüz otuz səkkiz min) manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verməyi öhdəsinə götürmüşdür. Lakin notariusda bağlanmış borc müqaviləsi və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi depozit hesabından pulun məxaric olunmasını təsdiq edən heç bir sənəd yoxdur. Yəni İddiaçı1 əli faktiki olaraq pula dəyməmiş, pulu faktiki olaraq almamışdır. Sadəcə cavabdehlər tərəfindən borc müqaviləsi görüntüsü yaradılmışdır. Sənədləri təqdim edəndə aydın şəkildə görmək olur ki, X35 İslamov arasında bağlanmış borc müqaviləsi məcburiyyətdən bağlanmış bir müqavilədir. Qeyd edilənlərə əsasən, cavabdeh Vahid Cəfərovun hədəsinin təsiri altında İddiaçı1 onunla müqavilə bağlamağa məcbur olmuşdur. Bu müqavilələr İddiaçı1 iradə ifadəsinin zədələnməsi ilə bağlandığından etibarsız hesab edilməlidir.

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 (X22) və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh1 (X22) arasında Bakı şəhəri 23 saylı Notariat Ofisində bağlanmış xx.xx.2024-cü il tarixli, 3M-1024 reyestrli, 3M- 1023 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddia ərizəsi digər iddia ərizəsi ilə eyni məzmunda olmuş, eyni qaydada əsaslandırılmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 3226/2025 nömrəli qərardadı ilə qeyd olunan iddia ərizələri üzrə mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır.

6. Birinci iş üzrə iddia tələbinin həcmi artırılmış, belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh1 (X22) arasında Bakı şəhəri 23 saylı Notariat Ofisində bağlanmış xx.xx.2024-cü il tarixli, 3M-1023 reyestrli borc müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı1, İddiaçı2 və Cavabdeh1 (X22) arasında Bakı şəhəri 23 saylı Notariat Ofisində bağlanmış 3M-1024 reyestrli, 3M-1023 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə birləşdirilmiş ikinci iş üzrə iddia ərizəsi baxılmamış saxlanmışdır.

a) Məhkəmə prosesi:

8. Məhkəmə iclasında İddiaçı1, vəkili-nümayəndəsi Vəkil4, iddiaçıların vəkilinümayəndəsi Vəkil1 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdilər.

9. Məhkəmə iclasında Cavabdeh1 (X22) və vəkili-nümayəndəsi Vəkil3 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdilər.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdeh Bakı şəhəri 23 saylı Notariat Ofisinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, İbrahimov Fuad onun oğlu, İddiaçı2 gəlini, İddiaçı1 isə qudasıdır. Məsələ ilə bağlı heç nə görməmiş, sadəcə eşitmişdir. Belə ki, qudası ona məlumat vermişdir ki, borcu olduğuna görə oğlu Pirallahıda tutulmuşdur. Halbuki, oğlu heç vaxt Pirallahı rayonu ərazisində olmamışdır, ümumiyyətlə o yerləri tanımır. Qudası onun azad edilməsi üçün evi girov qoyacağını da bildirmişdir. Oğlunun bizneslə məşğul olduğunu, lakin nə biznesi olduğunu bilmədiyini əlavə etdi.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirdi ki, İddiaçı1 onun əri, İddiaçı2 qızı, İbrahimov Fuad isə qızının əridir, lakin onlar nikahda deyillər. Cəfərov Vahidi tanımır, onu 1 dəfə bankda görmüşdür. Fuad İbrahimovun meyvə-tərəvəz biznesi ilə məşğul olduğunu, ərinin ona Fuad İbrahimovun şərlənib tutulduğunu və azad edilməsi üçün evi girov qoymalı olduqlarını bildirdiyini qeyd etdi. Əks halda, Fuad İbrahimovun həbsdə qalacağından, bu barədə qarşı tərəfin təhdidlərindən qorxduqları üçün nə lazımdırsa edilməli olduğunu ərinə bildirmişdir. X4 ərinə pul vermədiyini, əlində hər hansı pul çantası və s. olmadığını, sadəcə yanında 1 nəfər şəxs ilə gəldiyini, qızı ilə ərinin Rusiyada yaşadıqlarını, lakin hazırda Türkiyədə olduqlarını əlavə etdi.

13. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara şahid ifadələri ilə birgə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

14. Bakı şəhəri 1 saylı notariat xüsusi notariusu X15 tərəfindən təsdiqlənmiş xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı2 özünə məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam verməyi, əmlakı ipoteka (girov) qoymaq və digər bir sıra hərəkətləri etməyi İddiaçı1 etibar etmişdir. Etibarnamə 30 il müddətinə verilmiş, xx.xx.2048-ci ilədək qüvvədə olacağı qeyd edilmişdir.

15. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X34 küçəsi, ev 9B ünvanında yerləşən 67 nömrəli mənzil xx.xx.2020-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydiyyata alınmışdır.

16. İddiaçı1 və X18 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, onlar, qeydiyyatda olduqları İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X34 küçəsi, ev 9B, mənzil 67 ünvanında yerləşən mənzilin Cavabdeh1 xeyrinə ipotekaya qoyulmasına razıdırlar. Borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar mənzilə tutma yönəldilərsə (yəni, notariusun icra qeydi vasitəsilə əmlakın iki ay müddətinə açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgəninkiləşdirilməsi) hər hansı şərtsiz mənzili qeydiyyatdan çıxmaqla tərk edəcəklərini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəklərini bildirirlər.

17. “Elektron notariat” X1 Çıxarışdan görünür ki, X19 qeydiyyatda olduğu İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X34 küçəsi, ev 9B, mənzil 67 ünvanında yerləşən mənzilin istənilən fiziki şəxsə ipotekaya qoyulmasına etiraz etməməsinə dair xx.xx.2024-cü il tarixli ərizə vermiş, müqavilə bağlanan tarixdə ərizə “təsdiq edilib” statusunda olmuşdur.

18. Cavabdeh1 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X11 tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, X7 qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur.

19. Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X20 tərəfindən təsdiq edilmiş, borc verən Cavabdeh1 ilə borc alan İddiaçı1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 3M-1023 reyestr nömrəli borc müqaviləsindən görünür ki, borc verən borc alana 238.000 (iki yüz otuz səkkiz min) manat məbləğində pul borc vermiş, borc alan isə borcu xx.xx.2027-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirmişlər. Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir.

20. Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X20 tərəfindən təsdiq edilmiş, ipoteka saxlayan Cavabdeh1, ipoteka qoyan İddiaçı2 və borcalan İddiaçı1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 3M-1023 reyestr nömrəli ipoteka müqaviləsindən görünür ki, 3M-1023 reyestr nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X34 küçəsi, ev 9B, mənzil 67 ünvanında yerləşən mənzili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqaviləni İddiaçı2 əvəzinə İddiaçı1 imzalamışdır.

21. xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı1 və İddiaçı2 tərəfindən iddia ərizələrinin verilməsinə görə cəmi 200 (iki yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir (hər biri tərəfindən 100 manat olmaqla).

22. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X10 140.000 ABŞ dolları məbləğində pul vəsaitinin ələ keçirilməsi barədə müraciəti əsasında Pirallahı RPİ-də araşdırma aparılaraq xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, Fuad İbrahimov həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixdə Fuad İbrahimovun qayınatası İddiaçı1la Vahid Cəfərov arasında 238.000 manat məbləğində pul vəsaitinə dair notarial qaydada bağlanmış borc müqaviləsi və yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə əmlakın ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi, həmçinin, Vahid Cəfərov tərəfindən Fuad İbrahimovun vurduğu maddi ziyanın tam ödənilməsi və heç bir şikayətinin olmaması barədə barışıq ərizəsi istintaqa təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə dəymiş maddi ziyanın ödənilməsi və tərəflər arasında olan münasibətlərin mülki hüquq münasibətləri olması qənaətinə gəlinərək CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar xx.xx.2024-cü il tarixdə rayon prokuroru tərəfindən ləğv edilmiş və cinayət işi istintaqın davam etdirilməsi üçün Pirallahı RPİ-nin İB-yə göndərilmişdir. İstintaq zamanı Fuad İbrahimovun Azərbaycan Respublikası hüdudlarını tərk etməsi müəyyən edildiyindən barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan edilmiş və cinayət işi üzrə icraat CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, xx.xx.2025-ci il tarixdə iş üzrə icraat təzələnərək Pirallahı rayon məhkəməsinin qərarı ilə Fuad İbrahimov barəsində 2 ay 4 gün müddətinə qiyabi həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə iş üzrə icraat yenidən CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işi Bakı şəhər prokurorluğunda öyrənilərkən həmin qərar əsassız olduğundan xx.xx.2025-ci il tarixdə ləğv edilmişdir. Bundan başqa, X17 Ərəb Əmirliklərində tutulması nəzərə alınaraq ölkəmizə ekstradisiya edilməsi üçün toplanmış sənədlər xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilmişdir. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

23. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş 23 saylı Notariat Ofisinin depozit hesabından xx.xx.2024-cü il tarixli 1382 saylı məktuba əsasən həyata keçirilmiş əməliyyata dair çıxarışdan görünür ki, 238.000 manat məbləğində pul vəsaiti notariusun depozit hesabına köçürülmüşdür.

24. Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə aktından görünür ki, İbrahimov Fuad iş görmək məqsədilə Cəfərov Vahiddən 60.000 ABŞ dolları və 80.000 ABŞ dolları məbləğlərində olmaqla, cəmi 140.000 ABŞ dolları məbləğində pul aldığını, lakin inflyasiya və digər səbəblərdən işlərin baş tutmadığını ona bildirdiyini, Cəfərov Vahidi aldatmadığını bildirmişdir.

25. Pirallahı RPİ-nin İB-nin müstəntiqi, polis mayoru X8 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas, X10 xx.xx.2024-cü il tarixdə Pirallahı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, 2015-ci ilin yay aylarında tanışı X13 tərəfindən aldadılmasını və 60000 ABŞ dolları pulunun ələ keçirilməsini, nəticədə ona 60000 ABŞ dolları məbləğində ziyan vurulmasını bildirməsi faktı ilə əlaqədar Pirallahı RPİ-nin İB-də toplanmış material olmuşdur. Cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, X13 özgənin külli miqdarda əmlakını qəsdən talamaq qərarına gəlib, bu məqsədlə 2015-ci ilin yay aylarında X14 biznes fəaliyyəti ilə məşğul olmaq adı ilə yalan vəd verib onu aldadaraq, Bakı şəhəri, Nəsimi rayonu, 9-cu mikrorayon Çinar şadlıq sarayının qarşısında sonuncu ilə görüşəndən sonra, X13 ondan 60000 ABŞ dolları məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək, ümumilikdə X14 60000 ABŞ dolları məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, X13 təkrarən, özgənin külli miqdarda əmlakını qəsdən talamaq qərarına gəlib, bu məqsədlə 2016-cı ilin yay aylarında X14 biznes fəaliyyəti ilə məşğul olmaq adı ilə yalan vəd verib onu aldadaraq, Bakı şəhəri Pirallahı rayonu ərazisində sonuncu ilə görüşəndən sonra, X13 ondan 80000 ABŞ dolları məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək, ümumilikdə X14 80000 ABŞ dolları məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə X13 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Cinayət işi üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, X13 tərəfindən X14 vurulmuş ziyan tam ödənilmişdir. Bu xüsusatla əlaqədar X22 ərizə ilə müraciət edərək ona X13 tərəfindən vurulmuş ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Odur ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən, X5 zərərçəkmiş şəxs X14 vurmuş olduğu ziyanı tam ödədiyindən və bununla əlaqədar X10 heç bir şikayət və tələbinin olmamasını, həmçinin X22 ilə X13 arasında olan mübahisənin aralarında bağlanmış müqavilədə qeyd olunmuş öhdəliklərin edilməməsindən irəli gələn narazılığın olmasını, X5 əməlində cinayət əməlinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, xitam verilmişdir.

26. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 238.000 manat məbləğində pul vəsaitinin nağdlaşdırma əməliyyatına dair görüntülərin saxlama müddəti bitdiyindən təqdim olunması mümkün deyil. Həmçinin, məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli çekdən görünür ki, notarius X20 borc müqaviləsinə əsasən 238.000 (iki yüz otuz səkkiz min) manat məbləğində pul vəsaitinin İddiaçı1 ödənilməsinə dair göstəriş vermiş, qeyd olunan vəsait İddiaçı1 təqdim edilmişdir.

27. ünvan 2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş Dzhafarov Vakhıd və İddiaçı1 arasında Bakı şəhəri 23 saylı notariat ofisində xx.xx.2024-cü il tarixli 3M-1023 reyestr nömrəli 238000 (iki yüz otuz səkkiz min) manat məbləğə dair borc müqaviləsi rəsmiləşdirilmişdir. Sözügedən müqavilə tərtib olunarkən tərəflərin şəxsiyyəti və fəaliyyət qabiliyyəti yoxlanılmış, Dzhafarov Vakhıd-ə pul məbləğinin Kapital ASC-nin 23 saylı Notariat Şöbəsində olan AZ39AİİB410400H**********273 №-li depozit hesabına qoyulması üçün xx.xx.2024-cü il tarixli 1382 nömrəli ödəniş tapşırığı verilmişdir. Dzhafarov Vakhıd həmin pul məbləğini notariusun bankda olan depozit hesabına qoymuş və 23 saylı notariat ofisinə mədaxil qəbzi təqdim etmişdir. Tərəflərin foto şəkilləri çəkilərək müqaviləyə əlavə olunduqdan sonra müvafiq əqd təsdiqlənmiş və tərəflər müqaviləni imzalamışlar. Daha sonra isə İddiaçı1 adına 238000 (iki yüz otuz səkkiz min) manatın notariusun depozit hesabından götürülməsi üçün məxaric çeki yazılmış və İddiaçı1 təqdim edilmişdir. Video görüntülərin notariat ofisində arxivləşdirilməsi aparılmır.

28. Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Mobil Şəfiyevin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Pirallahı RPİ-nin İB-nin müstəntiqi, polis mayoru Ülvi Novruzov tərəfindən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar əsassız olduğundan ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir.

29. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilən sənədlərdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X34 küçəsi, ev 9B, mənzil 67 ünvanı İddiaçı2 adına qeydiyyata alınmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

30. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X20 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli borc müqaviləsinə görə, Cavabdeh1 (X22) 238.000 manat məbləğində pulu 3 il müddətinə geri qaytarmaq şərtilə İddiaçı1 vermiş və İddiaçı1 öhdəliklərinin icrasının təminatı üsulu kimi qızı – digər İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X34 küçəsi, ev 9B ünvanında yerləşən 67 nömrəli mənzil həmin notariat ofisində eyni tarixdə bağlanmış ipoteka müqaviləsi əsasında cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləni İddiaçı2 adından onun verdiyi etibarnamə əsasında atası – İddiaçı1 imzalamışdır. Müqavilələrin bağlanması zamanı notarius tərəfindən bütün zəruri hərəkətlərin həyata keçirilməsi və tələb edilən sənədlərin notariat işinə əlavə edilməsi müəyyən edilir. Cavabdeh müqavilələrlə eyni tarixdə həmin notariat ofisində təsdiq edilmiş ərizə verərək, İddiaçı2 əri – hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X11 tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, İbrahimov Fuada qarşı heç bir şikayəti, iddia və tələbinin olmadığını bildirmişdir.

31. Bundan sonra xx.xx.2025-ci il tarixdə iddiaçılar məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış borc və ipoteka müqavilələrinin etibarsız hesab edilməsini xahiş etmişlər. İddiaçılar bu müqavilələri üçüncü şəxsin həbsdə saxlanacağı barədə cavabdehin təhdidlərindən qorxduqları və məcbur qaldıqları üçün imzaladıqlarını, borc müqaviləsinin formal bağlandığını, belə ki, cavabdehin İddiaçı1 pul vermədiyini və evi də məhz polisin təklifi ilə məcburiyyətdən girov qoyduqlarını iddia edirlər. Cavabdeh isə iddianı qəbul etməyib, məcburetmənin olmadığını, üçüncü şəxsin iş görmək adı ilə ondan külli miqdarda pul alıb heç bir iş görmədiyini, bununla da, onu aldatdığını müəyyən etdiyindən bu barədə polisə şikayət etdiyini, polisin üçüncü şəxsi tutmasından sonra ailəsinin – iddiaçıların onu azad etmək məqsədilə məsələni bu formada rəsmiləşdirdiklərini, bu səbəbdən müqavilələr bağlandıqdan sonra üçüncü şəxs tərəfindən ona vurulan ziyanın ödənildiyinə və ondan şikayətinin, iddiasının və tələbinin olmadığına dair ərizə verdiyini, beləliklə, müqavilələrin etibarsızlığı üçün heç bir əsas olmadığını bildirir.

32. Məhkəmə araşdırmaları zamanı iddiaçıların vəsatəti ilə şahid qismində ifadə verən üçüncü şəxsin anasının bu hadisələrin heç birinin canlı şahidi olmaması müəyyən edilmiş, digər şahid – İddiaçı1 arvadı (digər iddiaçının anası) isə yalnız müqavilələr bağlanarkən notariat ofisində olmuş, bu zaman cavabdeh tərəfindən onun ərinə borc qismində göstərilən məbləğdə pulun verilmədiyini qeyd etmişdir. O, həmçinin, qızı ilə ərinin hazırda ölkədə olmadığını bildirmişdir.

33. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubunda göstərilənlərə əsasən müəyyən edilmişdir ki, cavabdeh heç bir şikayət, iddia və tələbinin olmadığına dair ərizə verəndən və işə xitam veriləndən sonra üçüncü şəxs ölkəni tərk etmişdir. Onun hazırda da xaricdə yaşaması işin mübahisələndirilməyən halıdır.

34. Məhkəmə sorğusu əsasında müvafiq polis idarəsindən əldə edilmiş üzləşdirmə aktından üçüncü şəxsin iş görmək məqsədilə Cəfərov Vahiddən bir neçə dəfə olmaqla iddia edilən məbləğlərdə pul aldığını, lakin inflyasiya və digər səbəblərdən işlərin baş tutmadığını etiraf etməsi, bu halları təkzib etməməsi müəyyən edilir.

35. Həmçinin, məhkəmənin müvafiq qərardadları əsasında müvafiq notariat ofisindən və bankdan əldə edilmiş sənədlər əsasında müqavilədə göstərilən məbləğdə pulun cavabdeh tərəfindən notariusun depozit hesabına mədaxil edilməsi və İddiaçı1 tərəfindən çıxarılması müəyyən edilmişdir.

c) Məhkəmənin mövqeyi:

36. Məhkəmə qeyd edir ki, hər hansı əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Əqdin etibarlı olması üçün isə onun bağlanmasında lazımi subyektlərin – səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

37. Beləliklə, hazırda iddiaçılar tərəfindən etibarsızlığı mübahisələndirilən borc və ipoteka müqavilələri araşdırılarkən müəyyən olunmuşdur ki, həmin müqavilələrin bağlanmasında səlahiyyətli şəxslər iştirak etmiş, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu mübahisəsizdir, əqdlər forma və məzmun etibarilə qanunvericiliyin tələblərinə uyğun olaraq notariat qaydasında təsdiq edilməklə bağlanmışdır. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə həmin müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir.

38. Bu baxımdan hazırkı işdə tərəflər arasında bağlanmış müqavilələrin etibarsız olduğunu sübuta yetirmək vəzifəsi də iddiaçılara aiddir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçılar müqavilələrin hədə-qorxu və məcburetmə yolu ilə bağlandığını iddia etsələr də, cavabdeh bu dəlilləri qəbul etmir, müqavilələrin qarşılıqlı razılaşma yolu ilə bağlandığını bildirir. Məhkəmə araşdırmaları zamanı hədə-qorxunun nədə ifadə olunması barədə suala iddiaçı tərəf hədə-qorxu dedikdə “cavabdehin birinin kürəkəni, digərinin isə əri olan üçüncü şəxsin həbsdə saxlanacağı barədə” təhdidlərini nəzərdə tutduqlarını bildirmişdir. Bununla bağlı qeyd edilməsi zəruridir ki, iddiaçı tərəf bu cümləni təhdid, hədə-qorxu kimi qəbul etsə də, məhkəmənin qənaətinə görə, cavabdehin bu dediklərinin hədə kimi qiymətləndirilməsi düzgün deyildir. Çünki cavabdeh iddiaçılara hər hansı qanunsuz vasitə ilə təsir göstərməmiş, onun səsləndirdiyi fikir məhz vurulan zərərin ödənilmədiyi halında qanuna əsasən baş verə biləcək real nəticəni əks etdirmişdir. Başqa sözlə, məsələn, əgər cavabdehin “müqavilə bağlamasanız, üçüncü şəxsi (və ya sizi) öldürəcəm, xəsarət yetirəcəm” və s. kimi sözlər deməsi müəyyən edilsəydi, onda hədənin mövcudluğu mübahisəsiz olardı. Lakin hazırkı halda gələcəkdə baş verəcəyi qanunla mübahisəsiz olan bir halın cavabdeh tərəfindən xatırladılması iddiaçı tərəfə faktının hədə-qorxu, ya da təhdid kimi qiymətləndirilməsi mümkün deyildir. Polis tərəfindən məcbur edildiyini iddia edən iddiaçıların həm bu barədə heç bir sübutu məhkəməyə təqdim etməməsi, həm də polisin də cavabdehin dediyi ilə eyni məzmunda sözlər deməsini bildirməsi, yuxarıda qeyd olunanlara əsasən hədə ilə yanaşı, məcburetmə faktının da mövcud olmadığına dəlalət edir. Belə olan halda, iddiaçı tərəfin hədə və məcburetmə ilə bağlı irəli sürdüyü dəlillər məhkəmə tərəfindən əsassız sayılır.

39. Beləliklə, tərəflərin izahatları və iş materialları əsasında məhkəmə tərəfindən müəyyən edilən işin faktiki və mübahisəsiz hallarına əsasən, iddiaçılar tərəfindən mübahisələndirilən müqavilələrin etibarsız sayılması üçün heç bir əsas məhkəmə tərəfindən müəyyən edilmir. Belə ki, əqdin etibarsızlığına dair mübahisəyə baxarkən yalnız iradə ifadəsinin deyil, həm də bu iradənin formalaşmasına və bəyan edilməsinə əsas olmuş şərait və motivin, tərəflər arasındakı həqiqi münasibətlərin yalnız çəkişmə prinsipi çərçivəsində müəyyən edilməsi mümkündür. Bu baxımdan müəyyən edilmiş işin faktiki və mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçıların birinin əri olmaqla digərinin kürəkəni olan üçüncü şəxsin cavabdehdən iş görmək məqsədilə aldığı pulla iş görə bilməməsi və həmin pulu geri qaytarmaması (üzləşdirmə zamanı özünün bildirdiklərinə əsasən) əsası ilə cavabdeh onu polisə şikayət etmiş, polis üçüncü şəxsi tutandan sonra isə ailəsi – iddiaçılar onu azad etmək məqsədilə cavabdehlə eyni məbləğdə borc və ipoteka müqavilələri bağlamış, cavabdeh də bunun əvəzində üçüncü şəxs tərəfindən ona vurulan ziyanın ödənildiyinə və ondan şikayətinin, iddiasının və tələbinin olmadığına dair ərizə vermiş, bunun nəticəsində isə üçüncü şəxs barəsində aparılan cinayət işinin icraatına xitam verilmişdir. Göründüyü kimi, hazırda mübahisələndirilən əqdlər bağlandıqdan sonra iddiaçılar öz niyyətlərinə çatmışlar. Məhz elə buna görə də üçüncü şəxsin ölkəni tərk etdikdən sonra, onun ölkədə olmadığı bir vaxtda iddiaçıların belə bir iddia ilə məhkəməyə müraciət etmələri məhkəmə tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirilir.

40. Məhkəmə qeyd etməyi zəruri sayır ki, təcrübədə mülki dövriyyənin iştirakçıları bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi yolla edirlər. Bu, müxtəlif səbəblərdən irəli gələ bilər: tərəflərin şifahi razılaşma ilə kifayətlənməsi, qarşı tərəfin razılaşma şərtlərinə və formalaşmış işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan güvən, hüquqi sənədləşmə ilə bağlı tərəflərə göstərilən xidmətin keyfiyyətsiz olması, borcun etirafı kimi əqdlərin rəsmi qaydada bağlanması ilə bağlı çətinliklər və s. Bəzi hallarda tərəflərin başqa hüquq münasibətlərindən əmələ gəlmiş pul öhdəliyinin varlığını və icra vaxtını notarial qaydada təsdiqlənən “kredit müqaviləsi” ilə rəsmiləşdirmək təcrübəsinə rast gəlinir. Bu səbəbdən məhkəmə əqdə əsaslanan və ya əqdin etibarsızlığının təsbit olunmasına dair tələblərə baxarkən yalnız formal tələbləri (müqavilənin adını, onun hərfi mənasını, müqavilədə tərəfin iradəsinin ifadə olunmasını, əqdin yazılı və ya notarial formasına əməl olunmasını və s.) yoxlamaqla kifayətlənməməli, bəyan edilmiş iradənin formalaşmasına əsas olmuş şəraiti, niyyəti, tərəflər arasında müqaviləyə qədərki və sonrakı danışıqları və hərəkətləri nəzərə almalı, mübahisəli hüquq münasibətinə qiymət vermək tələb olunduqda, iradə ifadəsinin həqiqi məzmununu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

41. Hazırkı işin mübahisələndirilməyən hallarını nəzərə alan məhkəmə hesab edir ki, etibarsız sayılması tələb edilən müqavilələrin notarius tərəfindən təsdiqlənməsi ilə əslində üçüncü şəxsin cavabdehə olan borcunun sənədləşdirilməsi sübuta yetirildiyindən, bu hal həmin əqdlərin etibarsız hesab edilməsinə deyil, müqavilənin təfsir edilməsinə əsas ola bilər. Başqa sözlə, tərəflər arasında olan münasibətin həqiqi xarakteri əsas götürülməklə həmin müqavilələrin Mülki Məcəllənin 431-ci maddəsi ilə tənzimlənən “öhdəliyin üçüncü şəxs tərəfindən icrası” münasibətləri kimi qiymətləndirilməsi məqsədə müvafiqdir. Xüsusən nəzərə alınmalıdır ki, üçüncü şəxs tərəfindən üzləşmə zamanı etiraf edilən 140.000 ABŞ dolları məbləği ilə mübahisələndirilən borc müqaviləsi üzrə İddiaçı1 cavabdehə geri qaytarmağı öhdəsinə götürdüyü 238.000 manat məbləğ müqavilə bağlanan vaxt mövcud olan valyuta məzənnəsinə əsasən bir-birinə bərabərdir (Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən (https://www.cbar.az/currency/rates?date=08/05/2024https://ww) əldə edilmiş məlumata əsasən, xx.xx.2024-cü ildə 1 ABŞ dolları = 1,70 manat təşkil etmişdir). Belə ki, mübahisə olduqda müqavilənin növünün və daxili məzmununun müəyyənləşdirilməsində tərəflərin yalnışlıqla və ya bilərəkdən istifadə etdikləri sözlərə baxılmadan, həqiqi və ortaq iradələri təsbit olunmalı və nəzərə alınmalıdır. Elmi ədəbiyyatda da hakim olan mövqe ondan ibarətdir ki, iradə bəyanları təfsir edilərkən müqavilənin mümkün qədər etibarlı qalmasını təmin edən mənaya üstünlük verilməli, bununla da əqdin keçərliliyi qorunmalıdır. Bu qaydanın təməlində iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri çərçivəsində tərəflərin iradələrinə hörmət göstərilməsi dayanır. Qanun da bunu tələb edir ki, məhkəmə müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərini nəzərə alsın. İrəli sürülən etibarsızlıq tələbi ümumi mülahizələrlə deyil, müəyyən edilmiş faktiki halların qanunun konkret normasının dispozisiya şərtlərinə uyğunluğunun (uyğunsuzluğunun) yoxlanılması ilə həll edilməlidir.

42. Məhkəmə şahid ifadələrinə münasibətdə qeyd etməyi zəruri sayır ki, şahid qismində məhkəməyə gəlib ifadə verən şəxslərdən biri iddiaçılarla, digəri isə üçüncü şəxslə yaxın qohum olduğundan, onların ifadələri məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir. Bununla yanaşı, üçüncü şəxsin anasının ifadəsi həm də ona görə mötəbər sübut kimi qiymətləndirilmir ki, o, hadisələrin heç birinin canlı şahidi olmadığını, yalnız iddiaçılardan bu barədə eşitdiyini bildirmişdir.

43. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla yanaşı, hüquqdan sui-istifadə xarakteri daşıdığından təmin edilməməlidir. d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

44. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 324.1-324.2, 324.4-324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 431. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Maddə 435. Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 560.1-560.2. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci hissəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2025-ci il tarixli qərardadı: Təmsilçilik institutu mülki dövriyyə iştirakçıları arasında münasibətlərin operativ, çevik və səmərəli şəkildə qurulmasına şərait yaradan əsas hüquqi təsisatlardan biri olaraq mülki dövriyyənin təmin edilməsində, sahibkarlıq fəaliyyətinin, sərbəst bazar iqtisadiyyatının inkişafında müstəsna əhəmiyyətə malikdir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçi təmsil etdiyi şəxsin adından və onun verdiyi səlahiyyət çərçivəsində fəaliyyət göstərməklə, hərəkətləri təmsil olunan tərəfin hərəkətləri hesab edilir və təmsil etdiyi şəxslə üçüncü şəxs arasında hüquq münasibətinin yaranmasına gətirib çıxarır. Nəzərə alınmalıdır ki, hüquqi təsisat olaraq təmsilçilikdən istifadə edilməsi mülki dövriyyənin ehtiyaclarına cavab verməklə müxtəlif səbəblərdən (müvafiq əqdin bağlanması üçün lazımi bilik və səriştənin olmaması, xaricdə olma, xəstəlik kimi şəxsi xarakterli hallar və s.) irəli gələ bilər ki, bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət və ya digər qayda nəzərdə tutulmamışdır. Təmsilçinin fəaliyyətinin əsasını məhz onun təmsil səlahiyyəti – təmsil olunanın adından və hesabına hərəkət etməklə sonuncunu haqq sahibi və öhdəlik daşıyıcısı edən bir səlahiyyət təşkil edir ki, bu təmsil edilən şəxsin etibarnamə verməsi ilə qanunun göstərişinə (qanuni nümayəndələr, məsələn, valideynlər, övladlığa götürənlər, qəyyumlar) əsasən və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktları ilə yaranır. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Etibarnamə təmsil səlahiyyətini müəyyən etməklə etibarnaməni verən (təmsil olunan) adından əqd bağlayıb həmin əqddən irəli gələn haqq və öhdəliklərlə bağlı hüquqi nəticələrin məhz etibarnaməni verən (təmsil olunan) üçün əmələ gətirilməsinə yönəlik sərbəst iradə ifadəsidir. Müraciətdə də qeyd olunduğu kimi, daşınmaz əşya üzərində sərəncam verilməsi ilə bağlı təmsilçiliyin mülkiyyət sahibi (etibarnamə verən) üçün ciddi hüquqi nəticələr doğurduğu nəzərə alınarsa, təmsil edilənin və mülki münasibətlərin digər subyektlərinin hüquqlarının qorunması, mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi baxımından belə etibarnamələrin verilməsi halında şəxsin iradə ifadəsinin həqiqiliyinin, qanunauyğunluğunun yoxlanılması zəruridir. Eləcə də təmsilçi vasitəsilə bağlandığı təqdirdə həmin əqdin həqiqətən təmsil edilənin iradə ifadəsi olduğunu təsdiq edən sənəd etibarnamə olduğundan, bu etibarnamələrdə onu verən şəxsin iradə ifadəsinin məzmununun aydın şəkildə ifadə olunması vacibdir. Qeyd edilənlər baxımından notariusların fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Belə ki, “Notariat haqqında” Qanunun 9-cu maddəsinin İ və İİ hissələrinə görə, notariuslar fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməli, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Həmin Qanunun 45-ci maddəsinin ikinci hissəsində müəyyən edilmişdir ki, notariuslar təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Bu isə onu da ehtiva edir ki, notarius etibarnaməni təsdiqləməzdən əvvəl onun məzmununun qanuniliyinin, etibar edənin həqiqi niyyətinin və iradə ifadəsinin dəqiq və aydın müəyyənləşdirilməsi üçün bütün zəruri məlumatları aydınlaşdırmalı və etibarnamədə əks etdirilmiş olmasını təmin etməli, eləcə də etibarnamənin hüquqi nəticələrini etibarnamə verən şəxsə izah etməlidir. O da qeyd olunmalıdır ki, qüvvədə olan etibarnamənin mövcudluğuna, orada təmsil edənin müvafiq əqdi bağlamaq səlahiyyətinin aydın şəkildə ifadə olunmasına baxmayaraq, sonradan əqd bağlanarkən notarius tərəfindən təmsil olunanın öz hüquq və vəzifələrini şəxsən həyata keçirməməsinin səbəblərinin araşdırılması mülki münasibətlərdə sürətliyin və səmərəliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edən təmsilçilik institutunun mahiyyət və məqsədinə uyğun gəlmir. Təmsilçilik institutundan sui-istifadənin (dələduzluğun, özbaşınalığın və s.) qarşısının alınması üçün müraciətdə də göstərildiyi kimi bəzi ölkələrin qanunvericiliyində xüsusi təminatlar müəyyən edilmişdir. Həmin təminatlardan biri hüquq sahibinin şəxsi iştirakı olmadan hüquqa dair hər hansı dövlət qeydiyyatının aparılmasının qeyrimümkünlüyü barədə qeydin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsidir. Belə qeyd reyestrə hüquq sahibinin ərizəsi əsasında daxil edilir. Əgər dövlət reyestrinə belə qeyd daxil edilibsə, notarius etibarnamə üzrə təmsilçi tərəfindən bağlamaq istədiyi əqdi təsdiq etməkdən imtina edir. Hüquq sahibi əqdi ya şəxsən bağlamalıdır, ya da həmin qeydi ləğv etdirməlidir. Bu sahədə xarici ölkələrin təcrübəsində tətbiq edilən belə təminatların Azərbaycan Respublikasının qanunvericiliyinə daxil edilməsi gələcəkdə mümkün hesab edilə bilər.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli qərarı: Bu baxımdan, mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinin təmin edilməsi, hüquqdan sui-istifadənin qarşısının alınması məqsədi ilə bu kimi hallarda əqdin yalan əqd olaraq etibarsızlığı ilə bağlı iddiaların işin faktiki halları, tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilib-keçirilmədiyi nəzərə alınmaqla rədd edilməsi istisna edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və İİ hissələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin məzmununa və hüquqi təyinatına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən müqavilə tərəflərinin istənilən üçüncü şəxsdə etibarlılığına dair yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329 və 340.2-ci maddələrinin tələblərinə uyğun olaraq, yalan əqdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi, pərdələnən əqdin mülki qanunvericilikdə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verməsi halında mümkün hesab edilməlidir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

50. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 (X14) və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “borc və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi prosessual qanunvericiliklə tənzimlədiyindən bu barədə qərar qəbul edən zaman məhkəmə tərəflərin belə tələblərinin olub-olmamasından asılı olmadığını vurğulayır. Nəticə:

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 (X14) və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “borc və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar