Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3226/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 ilə Cavabdeh1 (X3) arasında Bakı şəhəri 23 saylı notariat kontorunda bağlanmış xx.xx.2024-cü il tarixli, 3M-1024 reyestrli, 3M-1023 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə yazılı vəsatət ünvanlayaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun icraatında olan 2(006)- 3225/2025 nömrəli işin və hakim Ceyhun Tağıyevin icraatında olan 2(006)-3226/2025 nömrəli işin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2025-ci il tarixdə təyin olunmuş hazırlıq iclasının onun iştirakı olmadan keçirilərək vəsatətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X4 işin bir icraatda birləşdirilməsinə etirazının olmadığını bildirdi. Mülki işin araşdırılması zamanı məhkəmənin icraatında eyni tərəflər arasında eyni müqaviləyə dair başqa mübahisənin olduğu müəyyən edilmişdir. Elektron məhkəmə informasiya sistemində həyata keçirilmiş axtarış nəticəsində həmin iddia tələbinin icraata qəbul edildiyi və hazırda e-2(006)-3225/2025 nömrə adı altında baxılmaqda olduğu görünür. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 3225/2025 saylı qərardadı ilə İddiaçı2 cavabdehlər X2 və Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək, hal-hazırda 2(006)-3225/2025 nömrə adı altında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun icraatındadır. Odur ki, məhkəmə hər iki iddia tələbi arasında obyektiv əlaqənin olmasını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(006)- 3226/2025 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun icraatında olan İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə e-2(006)-3225/2025 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında olan eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(006)-3226/2025 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun icraatında olan İddiaçı2 cavabdehlər X2 və Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə e-2(006)-3225/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3226/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3226/2025
02.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver