Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3229/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Cavabdeh1 Publik hüquq şəxsi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1 Bakı şəhər ərazi idarəsi, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə qarşı “xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bərpa edilməsi, xxxxxxx000201 nömrəli əmək müqaviləsinin etibarsız hesab edilməsi, buraxılmış müddət üçün əmək haqqının ödənilməsi, mənəvi ziyana görə 1000 və maddi ziyana görə 6000 manat, ödənilməyən əmək haqqının ödənilməsi, iddia müddətinin bərpa edilməsi və s.” tələbinə dair iddia ərizəsinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,Cavabdeh1 Publik hüquq şəxsi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1 Bakı şəhər ərazi idarəsi, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə qarşı “xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bərpa edilməsi, xxxxxxx000201 nömrəli əmək müqaviləsinin etibarsız hesab edilməsi, buraxılmış müddət üçün əmək haqqının ödənilməsi, mənəvi ziyana görə 1000 və maddi ziyana görə 6000 manat, ödənilməyən əmək haqqının ödənilməsi, iddia müddətinin bərpa edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən, işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı hazırkı mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə cavabdehlərin nümayəndələri olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda hakim ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Məhkəmə iddiaçı tərəfindən yuxarıda qeyd edilən qaydaya riayət edilməsinə dair təsdiqləyici sənəd təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,Cavabdeh1 Publik hüquq şəxsi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1 Bakı şəhər ərazi idarəsi, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə qarşı “xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bərpa edilməsi, xxxxxxx000201 nömrəli əmək müqaviləsinin etibarsız hesab edilməsi, buraxılmış müddət üçün əmək haqqının ödənilməsi, mənəvi ziyana görə 1000 və maddi ziyana görə 6000 manat, ödənilməyən əmək haqqının ödənilməsi, iddia müddətinin bərpa edilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,Cavabdeh1 Publik hüquq şəxsi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1 Bakı şəhər ərazi idarəsi, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə qarşı “xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bərpa edilməsi, xxxxxxx000201 nömrəli əmək müqaviləsinin etibarsız hesab edilməsi, buraxılmış müddət üçün əmək haqqının ödənilməsi, mənəvi ziyana görə 1000 və maddi ziyana görə 6000 manat, ödənilməyən əmək haqqının ödənilməsi, iddia müddətinin bərpa edilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3229/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3229/2024
08.10.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver