Məhkəmə qərarları › İş №2(006)-324/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-324/2023

01.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-324/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X10 iddiaçının doğma övladlarıdır. Onlar anadangəlmə “Autizm kanner sindiromu” diaqnozu ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Psixiatriya Xəstəxanasında qeydiyyatdadırlar və stasionar müalicədədirlər. Başqasının köməklərinə ehtiyacları var. Özlərini idarə edə bilmirlər. Onlar öz hərəkətlərini idarə edə və onların mənasını dərk etməyə qadir deyillər. Ona görə də məhkəməyə müraciət edərək övladlarının fəaliyyət qabiliyyətsiz elan edilməsini və özünün ona qəyyum təyin edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən “Autizm kanner sindiromu” xəstəliyindən əziyyət çəkən övladları xx.xx.2013-cü il tarixdə anadan olmuş X1, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyətsiz elan edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan Bakı Baş Səhiyyə X14 Şəxsi 36 nömrəli Şəhər Poliklinikası tərəfindən təqdim edilən 542 nömrəli, xx.xx.2022-ci il tarixli arayışda göstərilibki, X5 12 ( on iki) ay ərzində infeksion xəstəlik keçirməyib. Praktiki sağlamdır.

8. İş materiallarında olan AZE 18241105 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, valideynləri Hüseynov Mahir və Ərizəçidır.

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışda əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2024-cü il, əlilliyin səbəbi isə “ümumi xəstəlik “qeyd edilmişdir.

10. İş materiallarında olan AZE 18241106 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, valideynləri Hüseynov Mahir və Ərizəçidır.

11. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “X15” X17 7 nömrəli Birləşmiş Xəstəxanası tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli, 140 nömrəli arayışda qeyd olunub ki, X3 diaqnozu “Autizm, Kanner Sindromudur”, psixi qeydiyyatdadır.

12. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışda X3 əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2024-cü il, əlilliyin səbəbi isə “ümumi xəstəlik “qeyd edilmişdir.

13. İş materiallarında olan AZE 18241050 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş, valideynləri Hüseynov Mahir və Ərizəçidır.

14. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışda X6 əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2024-cü il, əlilliyin səbəbi isə “ümumi xəstəlik “qeyd edilmişdir.

15. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “X15” X17 7 nömrəli Birləşmiş Xəstəxanası tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli, 159 nömrəli arayışda qeyd olunub ki, X6 diaqnozu “ Uşaq Autizm, Kanner Sindromudur”, psixi qeydiyyatdadır.

16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X16 xx.xx.2022-ci il tarixli, 3394, 3395 və 3396 nömrəli rəylərindən görünür ki, X2, X4 və X7 Uşaq autizmi, Kanner sindromu, əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə ekiz tay olaraq anadan olması, yoxlanılan şəxsin anadangəlmə xəstə olması, autizm əlamətləri biruzə verməsi, qıcolma tutmaları müəyyən edilməsi, uşaq nevropatoloqunun təyin etdiyi müalicələri qəbul etməsi, sonralar uşağın erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqinin qüsurlu olması, tək-bir sözlərdən ibarət olması biruzə verməsi, bununla əlaqədar yaşayış yeri üzrə psixiatrik qeydiyyata düşməsi, ona müvafiq müalicələr təyin edilməsi, psixi vəziyyəti ilə əlaqədar Bakı şəhər X8 müalicələrdə olması, “Uşaq autizmi, Kanner sindromu” diaqnozu ilə Sağlamlıq imkanları məhdud şəxs hesab edilməsi, göstərilən psixi pozuntularla əlaqədar hər-hansı bir işi müstəqil yerinə yetirə bilməməsi səbəbindən daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı davranışının qəribəlikləri, autizm və əqli inkişafdan gerilik əlamətləri və s.) sübut edir. Bunları nəzərə alaraq, X5, X9 və X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - X5mda, X4 və X7 Uşaq autizmi, Kanner sindromu, əqli gerilik müəyyən edilir. - X5, X9 və X10 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X5, X9 və X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X10 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

20. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidirlər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.2013-cü il təvəlldlü X5, xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X10 fəaliyyət qabiliyyətsiz hesab edilsinlər. Hazırkı qətnamə xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar