Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-326/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, ödənilən pul vəsaitinin geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00949297 saylı “İhone 8 plus” 64GB ”Apple” markalı mobil telefonun nisyə alqı-satqı müqaviləsi ləğv edilsin və ödənilən 157 (yüz əlli yeddi) manat pul vəsaiti İddiaçı geri qaytarılması, cavabdeh “xxxx” MMC-yə “İhone 8 plus” 64GB ”Apple” markalı mobil telefon təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, xx xxxxxxxx 2019-cu il tarixində ünvan 1 a ünvanında yerləşən Kontakt Home mağazasından 12 ay müddətinə ödəmək şərti ilə 1884 manata 1 illik zəmanətlə nisyə “İhone 8 plus” 64GB “Apple” markalı mobil telefon almışdır. Müqavilənin zəmanət talonuna əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq mağazaya oktyabr ayında 157 manat ödəniş həyata keçirmişdir. Noyabr ayının əvvəlində mobil telefonun ekranı gözlənilmədən qaralaraq, istifadəyə yararsız vəziyyətə düşmüşdür. Nöqsanın aradan qaldırılması üçün Ş.Qurbanov küçəsində yerləşən X2 yaxınlaşmışdır. Servizdən mobl telefona texniki xidmət göstərilmişdir, ekranın işıq sistemləri bərpa edilmişdir. Telefonun təmirindən təxminən iki-üç həftə sonra mobil telefonda eyni nöqsan aşkara çıxmışdır. Bununla bağlı təkrarən “Kontakt Home” mağazalar şəbəkəsinin Servis mərkəzinə müraciət etmişdir. Servisin mütəxəssisləri bildirdilər ki, telefonun nöqsanının aradan qaldırılması üçün ödəniş etmək lazımdır. O mobil telefonu zəmanətlə aldığından və bununla bağlı filialın cavabdehlik daşıdığını bildirməklə bu təklifdən imtina etmişdir. Bundan sonra xxxx MMC-yə müraciət etmişdir. Şirkətdən bildirmişdilər ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz. Belə olan halda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İki aydan artıqdır ki, mobil telefondan istifadə etmək imkanından məhrum olmuşdur. Lakin mağazadan borcun ödənilməsi ilə bağlı ona zənglər edirlər. Hesab edi ki, mobil telefonunda olan qüsur əhəmiyyətli qüsur hesab edildiyindən nisyə alqı-satqı müqaviləsi ləğv edilməli və ödənilən 157 manat pul vəsaiti geri qaytarılmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X5 Xidmət Mərkəzinin xx.xx.2020-ci il tarixli aparılan işlər barədə çıxarışından görünür ki, müştəri İddiaçı tərəfindən təqdim edilmiş İhone 8 plus 64GB”Apple” markalı mobil telefonun qüsuru cihazın öz-özünə sönməsi, qoşulmayıb lakin vibrasiya edir. Texniki baxış nəticəsi maye, kənar müdaxilə yoxdur, zərbə vardır. Cihazın platası dəyişilməsi ehtiyac olarsa, müştəri təmirə razı deyildir. İş materiallarında olan İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00949297 saylı “İhone 8 plus” 64GB ”Apple” markalı mobil telefonun nisyə alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 a ünvanında yerləşən Kontakt Home mağazasından 12 ay müddətinə ödəmək şərti ilə 1884 manata 1 illik zəmanətlə nisyə “İhone 8 plus” 64GB “Apple” markalı mobil telefon almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əlavə ödəniş cədvəlindən görünür ki, müqavilənin zəmanət talonuna əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq mağazaya oktyabr ayında 157 manat ödəniş həyata keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, № 5/877 saylı rəyindən görünür ki, tədqiq olunan bir ədəd sensor ekran və “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 8 Plus” markalı A1899” modelli “SİM” danışıq kartı yerləşən yuvada olan “**********31583” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə deyildir. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə ekspertizanın təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş “İphone 8 Plus” “Apple” markalı mobil telefonun texniki vəziyyəti müəyyən edilsin”, “İphone 8 Plus” “Apple” markalı mobil telefon işləmirsə, səbəbi müəyyən edilsin” və “İphone 8 Plus” “Apple” markalı mobil telefonu təmir etmək mümkündürmü?” suallar üzrə tədqiqat işləri aparılmadı. Azərbaycan Respublikası MM-nin 581.1ci maddəsinə əsasən, Satıcı alıcıya keyfiyyəti alğısatqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə görə, Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Azərbaycan Respublikası MM-nin 587.2-ci maddəsinə görə, Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21ci maddəsinə əsasən, bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Odur ki, qeyd olunanlara əsasən iddia tələbi təmin edilməli, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00949297 saylı İhone 8 plus 64GB”Apple” markalı mobil telefonun nisyə alqı-satqı müqaviləsi ləğv edilsin və ödənilən 157 (yüz əlli yeddi) manat pul vəsaiti İddiaçı geri qaytarılmalı, cavabdeh “xxxx” MMC-yə İhone 8 plus 64GB”Apple” markalı mobil telefon təhvil verilməli, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 53.65 (əlli üş manat altmış beş) manat məbləğində pul vəsaiti cavabdeh “xxxx” MMC-dən tutulsun və Dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00949297 saylı İhone 8 plus 64GB”Apple” markalı mobil telefonun nisyə alqı-satqı müqaviləsi ləğv edilsin və ödənilən 157 (yüz əlli yeddi) manat pul vəsaiti İddiaçı geri qaytarılsın. Cavabdeh “xxxx” MMC-yə “İhone 8 plus” 64GB ”Apple” markalı mobil telefonu təhvil versin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 53.65 (əlli üş manat altmış beş) manat məbləğində pul vəsaiti cavabdeh “xxxx” MMC-dən tutulsun və Dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-326/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-326/2021
11.02.2021 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver