Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-326/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı1 Xalıq oğlunun, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh "xxxx" X13 Cəmiyyətinin nümayəndəsi X3 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC, "xxxx" Kommersiya Bankı ASC və Cavabdeh1nə qarşı (üçüncü şəxs qismində X4 cəlb edilməklə) "daşınmaz əmlakın Dövlət reyestrində çıxarışın ləğv edilməsi, hərracın nəticələrinin etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC, "xxxx" Kommersiya Bankı ASC və Cavabdeh1nə qarşı (üçüncü şəxs qismində X4 cəlb edilməklə) "daşınmaz əmlakın Dövlət reyestrində çıxarışın, hərracın nəticələrinin ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi" xx.xx.2020-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin mənzilə dair cavabdehin hərrac nəticələri barədə xx.xx.2020-cu il tarixli, 39/04 saylı protokolunu və həmin mənzilə dair bu hərrac protokolu əsasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, evdən götürülən əşyaların qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-10650/2015 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC ilə cavabdeh oğlu Abdullayev Elgün arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 37-1/12SU saylı və xx.xx.2014-cü il tarixli, 37-3/12SU saylı əlavə “Kredit müqavilələri”nin vaxtından əvvəl ləğv edilməsi, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə cavabdehlər oğlu Abdullayev Elgün və o İddiaçı1 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə xx.xx.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsinin” çərçivəsində bağlanmış xx.xx.2012-ci il tarixli, 37-1/12SU saylı “Əlavə kredit müqaviləsi” üzrə borcunun məbləği, əsas kredit borcu üzrə 13.421,71 ABŞ dolları, faiz borcu üzrə 3.121,92 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 17.043,63 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 37-3/12SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 13.050 ABŞ dolları, faiz borcu üzrə 1.968,55 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, cəmi 15.318,55 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı2 mülkiyyətində olan və Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş xx.xx.2018-ci il tarixdə pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362,18 ABŞ dolları məbləğində pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362 ABŞ dolları məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi, cavabdeh İddiaçı2 mülkiyyətində olan və Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda, həmin mənzildə yaşayan şəxslərin mənzili boşaldaraq ən geci bir ay ərzində oradan çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən oğlu Abdullayev Elgün tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-06/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-10650/2015 saylı q\tnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-6916/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirmək istəyir ki, Unibankdan götürdükləri 45000 manat o dövrki kursa görə 60000 ABŞ dolları kreditə görə Unibank-a 73309 manat o dövrki kursa uyğun olaraq 93437 ABŞ dolları ödəmişlər. bu ödənişlərin 2015-ci ildəki devalvasiya ilə heç bir əlaqəsi yoxdur. Götürdükləri 45000 manat kreditin Unibanka ödənilməsinə baxmayaraq evləri girov olduğu üçün xx.xx.2020-ci ildən ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda hüquqi sahib olaraq Unibank KB ASC-dir. Ali Məhkəmə tərəfindən kassasiya şikayəti təmin olunmadıqdan sonra Unibank zamanzaman Cavabdeh1nə qərarın icra olunmasına dair məktublar göndərərək qərarın icra olunmasını tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 xx.xx.2022-ci il tarixli 3723/45 saylı məktubuna əsasən 32363.18 ABŞ dollarının ödənilmədiyi halda evin boşaldılması nəzərlərinə çatdırılmışdır. İcra vərəqəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin iş № 2(060)-10650/2015 üzrə hakim Günel Tanrıverdiyeva ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi barədə mülki işə xx.xx.2015-ci il tarixdə baxaraq qət etmişdir. Tutma ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilərək, həmin mənzil açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Unibank KB ASC-yə ümumilikdə cəmi 32362.18 ABŞ dolları məbləğində tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat ödənilsin. İpoteka predmetinə ilkin satış qiyməti 50000 manat məbləğində müəyyən edilsin. Unibank KB ASC-nin xx.xx.2022-ci il tarixli Sumqayıt şəhər icra idarəsinə göndərdiyi məktuba əsasən onlar müəyyən komissiya təşkil etmiş evlərinin giriş qıfılı sındırılaraq onların iştirakları olmadan evə daxil olmuşlar. O, məlumat aldıqdan sonra məhkəmə qərarında nəzərdə tutulan 32362.18 ABŞ dolları kredit götürən oğlu Abdullayev Elgün tərəfindən Unibank-in hesabına köçürülmüşdür. Bundan əlavə evin onlara ancaq satılma yolu ilə qaytarılması bildirilmiş və əlavə deposit kimi qoyulmuş 41100 manat pul vəsaitini Unibankın əməkdaşının istəyilə Muğanbankın hesabına köçürülmüşdür. Bu faktlar sənədlərdə öz təsdiqini tapıb. Evə baxış zamanı evdə saxladıqları bir çox əşyaları da götürülüb. Bu günə kimi geri qaytarılmır. Unibank onları aldadaraq həm hərrac yolu ilə həm də qeyri-qanuni olaraq onların evlərini satmaqda, eyni zamanda evin pulunu ikiqat onlara ödətməkdə nə məqsəd güdür. Hesab edir ki, Unibank KB ASC-nin hüquqi sahib kimi xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ləğv edilməli və əsas sahib olan cavabdeh İddiaçı2 adına geri qaytarılmalıdır. Unibankın nümayəndəsi onları arxayın etmiş lakin onlara sonradan məlum olub ki, Unibank-ın nümayəndələri onları aldadaraq onların evini Unibanka heç bir borcları olmadığı halda başqa vətəndaşa satıb. Görünən odur ki, hazırkı iş üzrə onun İddiaçı1 və ailəsinin hüquqları pozulmaqda davam edir. Onunla cavabdeh "xxxx" KB ASC arasında xx.xx.2012-ci il tarixdə, 37Z/12 saylı “Zaminlik müqaviləsi” bağlanmışdır. Eyni zamanda, oğlu Abdullayev Elgün ilə "xxxx" KB ASC arasında xx.xx.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsi” bağlanmışdır. Qeyd olunan “Əsas kredit müqaviləsinin” mühüm şərtləri 1.1-ci bənddə öz əksini tapmışdır. Belə ki, həmin bənddə göstərilmişdir ki, borcverən borcalana 45000 manat məbləğində 60 ay müddətinə xx.xx.2017-ci il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində “Əlavə kredit müqavilələri” bağlanılmaqla kredit verir. Göründüyü kimi gələcəkdə bağlanılması nəzərdə tutulan “Əlavə kredit müqavilələri” xx.xx.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsinin” şərtləri çərçivəsində olmalı idi və zamin kimi o da məhz bu risklər üzrə zamin olmağa razılıq verilmişdir. X8 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 37- 1/12SU saylı “Əlavə kredit müqaviləsinin” 1.2-ci bəndinə görə bu müqavilə üzrə Bank tərəfindən borcalana verilən kreditin məbləği 45000 ABŞ dolları təşkil edir. Həmçinin, X9 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 37-3\12SU saylı “Əlavə kredit müqaviləsinin” 1.2-ci bəndinə görə bu müqavilə üzrə Bank tərəfindən borcalana verilən kreditin məbləği 15000 ABŞ dolları təşkil edir. Bununla da Bank borcalana ABŞ dolları ilə kredit verməklə xx.xx.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsinin” mühim şərti olan müqavilənin valyutasını dəyişməklə zaminin hüququnu pozmuş və onun razılığı olmadan öhdəliyin (“Əsas kredit müqaviləsinin”) şətlərinə mühim dəyişiklik edilmişdir. Həmçinin xx.xx.2012-ci il tarixli 37/12SU saylı Zaminlik Müqaviləsi 37/12SU saylı Əsas Kredit Müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində üçtərəfli şəkildə bağlanmışdır. Əlavə Kredit Müqaviləsi isə "xxxx" KB ASC ilə X9 arasında olmuşdur. O, zamin qismində Əlavə Kredit Müqaviləsini bağlamağın əleyhinə olmuşdur və həmin müqavilə bağlanarkən orda iştirak etməmişdir. Çünki sözügedən Əlavə Kredit Müqaviləsində borcluya verilən kreditin valyutası "xxxx" KB ASC tərəfindən dəyişdirilərək manat əvəzinə ABŞ dolları ilə verilmişdir. Bu isə üçtərəfli şəkildə bağlanmış Əsas Kredit Müqaviləsi, İpoteka Müqaviləsi və Zaminlik Müqaviləsinin bəndlərinin "xxxx" KB ASC tərəfindən qanuna zidd olaraq kobud şəkildə pozulması deməkdir. "xxxx" KB ASC ilə X6 arasında bağlanmış Əlavə Kredit Müqaviləsi Zaminlik müqaviləsinin tərkib hissəsi ola bilməz. Çünki İddiaçı1 heç bir xəbəri və iştirakı olmadan üçtərəfli şəkildə bağlanmış Zaminlik Müqaviləsində qeyd olunan kreditin məzənnəsi Azərbaycan manatı ilə, "xxxx" KB ASC ilə borclu arasında bağlanmış Əlavə Kredit Müqaviləsində isə kreditin məzənnəsi ABŞ dolları ilə göstərilmişdir. Bu səbəbdən də iddiaçı Zaminlik müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə Unibank KB ASC qanunsuz və əsassız olaraq qərəzli şəkildə vermiş olduğu 45000 manat kreditə görə onlara qərəzli olaraq ayrayrı vaxtlarda 150000 ABŞ dolları kredit ödətdirib. Unibankın vermiş olduğu krediti üçqat ödəməyinə baxmayaraq evlərini də başqasına satıb. Hesab edir ki, hərrac bir sıra pozuntularla müşayiət edilərək keçirilib. Belə ki, o, banka olan borcunu ödəmişdir. Bankın nümayəndəsi ona bildirdi ki, onun evinin ona qaytarılması yalnız alqı-satqı yolu ilə ola bilər. O, hərracda heç bir imza atmamışdır. Sadəcə ailəsi ilə birgə Unibankın nümayəndəsinə inanaraq evlərinin özlərinə qaytarılması xatirinə notariusda razılıq ərizəsinə imza atmışlar. Məhkəmənin çıxardığı qərarı icra edərək Unibankla qalıq kredit borcunu tam ödəmişdir. Əks təqdirdə bilsəydi ki, Unibank onun evini başqa bir şəxsə satır o, məhkəmə qərarını nəyə görə icra etməli idi. Lakin sonra bildi ki, evi başqa şəxslərə satıblar və onun evini nədənsə özünə qaytarmaq istəmirlər. Onu da qeyd etmək istəyir ki, onun banka borcunun olmaması barədə icra şöbəsinə bank tərəfindən verilmiş məktub var. Bildirir ki, onun tərəfindən hərracın keçirilməsinə dair sifariş verilməyib. Sifarişçi Sumqayıt İcra şöbəsidir. Lakin həmin protokolda Sumqayıt İcra şöbəsi sifarişçi kimi qeyd edilsə də, onun səlahiyyətli nümayəndəsi protokolda buna dair müvafiq qeyd aparmayıb. Protokola əsasən istinad edilən əmlak 50.000 manat məbləğdə hesablandığı halda, sonradan təkrar hərracda 42500 manat hesablanıb və yekunda isə 41100 manata satılıb. Lakin əmlakın ilkin qiyməti 50000 manat hesablanıb. Belə olan halda qanunvericiliyə görə ilkin əmlak ilkin hərracda satıla bilməz. Çünki ilkin hərracda əmlakın ilkin satış qiymətinin 70 faizindən aşağı məbləğ təklif edilə bilməz (faktiki olaraq indiki məbləğ 38%-ni təşkil edir). Baxmayaraq ki, protokolda qeyd edilib ki, təkrar hərracda əmlak 38 və enmiş faizlər əsasında satılıb, hazırki hərrac üzrə təkrar hərracın keçirilməsi qaydası AR Mülki Məcəlləsinin 319.5-ci maddəsinə və ipoteka haqqında Qanunun 43-cü maddəsinə əsasən təkrar hərrac birinci hərrac formasında keçirilməlidir. Həmçinin bildirir ki, o, mənzil satılanda orada idi və ona bildirdilər ki, mənzil banka aid deyil "xxxx" MMC-yə aiddir. Mənzili geri qaytarmaq istəyirlərsə bu alqı-satqı müqaviləsi əsasında ola bilər. Bunun üçün ailənin üzvlərinin hamısı mənzilin satılması üçün razılıq ərizəsi verməlidirlər ki, mənzil onların adına sənədləşsin. Bu səbəbdən də o, mənzilin sahibi kimi gedib xx.xx.2022-ci il tarixdə Unibankda 23171 manat pul ödədi. Sonradan ona məlum oldu ki, bankın əməkdaşları onun mənzilini tamamilə başqa bir şəxsə satıb və pulu da mənimsəyiblər. Belə ki, onun deposit qoyduğu 41100 manatı həmin gün Muğam bank ASC-nin bank hesabına köçürüb. Həmçinin özbaşlarına bankın əməkdaşları çöl qıfılı sındıraraq onun mənzilinə girərək onun evinin əşyalarını mənzildən özbaşına götürmüşdülər. Evin əşyalarını Unibankın əməkdaşlarından tələb etdikdə isə müxtəlif bəhanələr gətirirdilər. Qeyd etmək istəyir ki, məhkəmə vasitəsilə Unibankın tələb etdiyi məbləğ Unibankın hesabına tam ödənilmiş, məhkəmə qərarı tərəfindən tam olaraq icra olunmuş və müvafiq icra vərəqəsinə xitam verilmişdir. Unibanka heç bir borcunun qalmamasına dair Unibank tərəfindən Arayış verilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli 39/04 saylı hərrac qanunvericiliyinin tələblərinə, xüsusilə Mülki Məcəllədə nəzərdə tutulmuş hərracın keçiriılməsinə dair qaydalara uyğun olmayan formada keçirilib. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 39\04 saylı İpoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün hərracın nəticələrinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə; "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, 7 saylı evin 42-ci mənzilin ona qaytarılması adı ilə digər şəxsə satılması faktı üzrə araşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 Xalıq oğlu və onun nümayəndəsi və vəkili Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" X13 Cəmiyyətinin nümayəndəsi X7 iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10650/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh oğlu Abdullayev Elgün arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 37-1/12SU saylı və xx.xx.2014cü il tarixli, 37-3/12SU saylı əlavə “Kredit müqavilələri”nin vaxtından əvvəl ləğv edilməsi, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə cavabdehlər oğlu Abdullayev Elgün və o İddiaçı1 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə xx.xx.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsinin” çərçivəsində bağlanmış xx.xx.2012-ci il tarixli, 37-1/12SU saylı “Əlavə kredit müqaviləsi” üzrə borcunun məbləği, əsas kredit borcu üzrə 13.421,71 ABŞ dolları, faiz borcu üzrə 3.121,92 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 17.043,63 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 37-3/12SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 13.050 ABŞ dolları, faiz borcu üzrə 1.968,55 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, cəmi 15.318,55 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı2 mülkiyyətində olan və Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş xx.xx.2018-ci il tarixdə pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362,18 ABŞ dolları məbləğində pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362 ABŞ dolları məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi, cavabdeh İddiaçı2 mülkiyyətində olan və Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda, həmin mənzildə yaşayan şəxslərin mənzili boşaldaraq ən geci bir ay ərzində oradan çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-06/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6916/2019 saylı Qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-06/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 3723/45 saylı məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10650/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin icrası üzrə müvafiq tədbirlərin görüləcəyi barədə borclu xəbərdar edilmişdir. - İş materiallarında olan Hərrac təşkilatının İpoteka saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 39/04 saylı protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı2 məxsus Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzili ilkin satış qiyməti 50000 manat olmaqla hərraca çıxarılmışdır. İpoteka predmetinin təkrar hərracdakı satış qiyməti 42500 manat müəyyənləşdirilmişdir. Son olaraq ipoteka predmeti 31875 manata ipoteka saxlayan "xxxx" KB ASC tərəfindən əldə edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinin mülkiyyətçisi olaraq "xxxx" KB ASC qeyd edilmişdir. - Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - AN-İ seriyalı, ******* saylı xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzil X2 41100 manat məbləğə satmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 1047/2022 saylı Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7931/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 1222/2022 saylı Qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2757/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1954/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı2 məxsus Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzil 31875 manata əldə edilmişdir. - 19.08.2020-ci il tarixli, 01/1338 saylı hərracın keçirilməsinə dair 01 №-li bildirişdən və xx.xx.2020-ci il tarixli, 01/1519 saylı bildirişdən görünür ki, bütün tərəflər hərracın keçiriləcəyi barədə məlumatlandırılmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 317.2-ci maddəsinin tələbinə satış «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 6.1-ci maddəsinə görə ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Həmin Qanunun 10.1-ci maddəsinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1 və 41.2-ci maddələrinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmadıqda hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Həmin Qanunun 43.3-cü maddəsinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4 və 43.5-ci maddələrinə görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10650/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" KB ASC ilə cavabdeh oğlu Abdullayev Elgün arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 37-1/12SU saylı və xx.xx.2014-cü il tarixli, 37-3/12SU saylı əlavə “Kredit müqavilələri”nin vaxtından əvvəl ləğv edilməsi, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə cavabdehlər oğlu Abdullayev Elgün və İddiaçı1 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə xx.xx.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsinin” çərçivəsində bağlanmış xx.xx.2012-ci il tarixli, 37-1/12SU saylı “Əlavə kredit müqaviləsi” üzrə borcunun məbləği, əsas kredit borcu üzrə 13.421,71 ABŞ dolları, faiz borcu üzrə 3.121,92 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 17.043,63 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 37-3/12SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 13.050 ABŞ dolları, faiz borcu üzrə 1.968,55 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, cəmi 15.318,55 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı2 mülkiyyətində olan və Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş xx.xx.2018-ci il tarixdə pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362,18 ABŞ dolları məbləğində pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362 ABŞ dolları məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi, cavabdeh İddiaçı2 mülkiyyətində olan və Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda, həmin mənzildə yaşayan şəxslərin mənzili boşaldaraq ən geci bir ay ərzində oradan çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Yuxarı instansiya məhkəmələri tərəfindən bu qərar düzgün hesab edilmişdir. İcra icraatı çərçivəsində xx.xx.2020-ci il tarixdə İddiaçı2 məxsus Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzil hərrac vasitəsilə qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" Kommersiya Bankı ASC tərəfindən əldə edilmiş və icra icraatına xitam verilmişdir. Sonradan, mülkiyyətçi "xxxx" Kommersiya Bankı ASC tərəfindən mənzildə qeydiyyatda olan əvvəlki mülkiyyətçi və onun ailə üzvlərinin (hazırkı iş üzrə iddiaçıların) razılığı alınmaqla həmin mənzil özgəninkiləşdirilmişdir. İddiaçılar tərəfindən 41.100 manatın onlar tərəfindən ödənilməsi iddia olunsa da bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə olunan məxaric orderi isə sadəcə həmin məbləğin Bankın əməkdaşı tərəfindən qəbul edildiyini göstərir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, , iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC, "xxxx" Kommersiya Bankı ASC və Cavabdeh1nə qarşı (üçüncü şəxs qismində X4 cəlb edilməklə) "daşınmaz əmlakın Dövlət reyestrində çıxarışın ləğv edilməsi, hərracın nəticələrinin etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC, "xxxx" Kommersiya Bankı ASC və Cavabdeh1nə qarşı (üçüncü şəxs qismində X4 cəlb edilməklə) "daşınmaz əmlakın Dövlət reyestrində çıxarışın ləğv edilməsi, hərracın nəticələrinin etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-326/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-326/2023
11.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver