Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3262/2022 20.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, 2006-cı il dekabr ayının sonundan 2008-ci ilin iyun ayının əvvəllərinə qədər o, Rusiyada yaşadığı dövrdə 30kv metrlik iki otaqlı mənzilinin içində bağlı qapı arxasında quraşdırılmış və xx.xx.2008-ci ildə çıxarılmış M1194851 nömrəli nasaz sayğac üzrə ona saxta hesablanmış 792 manat dəyərində borcun silinməsinin təmin edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2006-cı ilin dekabr aynın sonundan 2008-ci ilin iyun ayının əvvəllərinədək o Rusiyada yaşamışdır. ünvan 1 ünvanında İddiaçı adına olan iki otaqlı mənzildə heç bir yaşayış olmayıb və elektrik enerjisindən bu dövrdə istifadə olunmayıb. Mənzilində quraşdırılmış elektrik sayğacı N:M1194851. xx.xx.2005-ci ildə mənzilinin içərisində quraşdırılmışdı və evinin qapısı bağlı olduğu üçün elektrik nəzarətçiləri sayğacın işləməsini müşahidə edə bilməzdilər. Yuxarıda qeyd etdiyi tarixdə Rusiyada olduğu müddətdə mənzilin qapısı bağlı olub və sayğaca nəzarət etmək mümkün ola bilməzdi. Adı gedən iki otaqlı mənzilin sahəsi cəmi 30 kv metrdir. Həmin dövrdə İstehlakçıya verilən elektrik enerjisinin bir kilovat saatının qiyməti 0,0192 manat idi. xx.xx.2006-cı ildə sayğac üzərindəki göstərişi 15952kvtM Abunə haqqında vərəqdə qeyd olub və bu sərfiyyatın pulunu o tamamilə ödəmişdir. 2008-ci ildə iyun ayında Rusiyadan evinə qayıtdıqdan sonra ərizə ilə “Bakıelektrikşəbəkə"yə müraciət etdi və evindəki sayğacın nasaz olduğu barədə məlumat vermişdir. Onlardan yeni elektrik sayğacının quraşdırılmasını xahiş etdi. xx.xx.2008-ci ildə M1194851 nömrəli xarab sayğacı çıxarıb apardılar və çıxarılma barədə heç bir protokol tərtib etmədilər. Bu çıxarılan M1194851 sayğacın göstəricisi üzrə heç bir borcu qalmamışdı və borcun olması barədə elektrik nəzarətçiləri mənə heç bir bildiriş təqdim etməyiblər. "xxxx" ASC-nin elektrik enerjisindən istifadə qaydalarının 8.7 maddəsinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstəricisində anlaşılmazlıq aşkar olarsa yenidən hesablama aparılmalıdır. Yəni hesablama aparmaq üçün onun evindən çıxarılmış M1194851 nömrəli sayğacı xx.xx.2008ci ildə evindən çıxardıb apararkən heç bir münasib sənəd tərtib olunmadığı üçün həmin sayğac göstərisi üzrə hesabat aparmaq qeyri mümkündür. "Bakıelektrikşəbəkə” ASC 2006-ci il dekabr ayının sonundan 2008-ci il iyun ayının əvvəlinədək olan müddətdə evində yaşamadığı dövrdə elektrik nəzarətçiləri bağlı qapı arxasında olan elektrik sayğacını görmədikləri halda saxtakarlıq edərək ona 792 manat elektrik sərfiyyatı göstərmişlər. 30kvm sahəsi olan iki otaqlı mənzil üçün bu böyük bir rəqəmdir. Hansı ki, elektrik kv/saatı həmin vaxt cəmi 0.0192 manat idi. Görsənir ki, elektrik nəzarətçiləri öz xalturalarını onun hesabına bağlamaq istəyirlər. O, Rusiyadan qayıdandan sonra nasaz sayğacın xx.xx.2008-ci ildə yenisi M177309 nömrəli sayğacla əvəz edilməsinə nail oldu. Bu sayğacın göstərişinə uyğun hər ay ödənişlər etmişdir. xx.xx.2011-ci ildə M177309 nömrəli sayğacı M387049 nömrəli sayğacla əvəz etdilər. Bu sayğacla sərf edilən elektrik enerjisinin dəyərini müntəzəm olaraq vaxtında ödəyir. MM 373 maddəsinə əsasən borcun tələb etmə müddəti 3 il olduğundan bu borc ondan tələb oluna bilməz. "xxxx" ASC yenə də istehlakçıların hüquqlarını kobud surətdə pozaraq onun xəbəri və razılığı olmadan ona aid adi elektron sayğacı dəyişdirərək kartla işləyən sayğac quraşdırıblar. Həmişə olduğu kimi yenə də elektrik sayğacının çıxarılması barədə heç bir protokol tərtib edilməmişdir. Hec bir sənədləşmə işi aparılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarda qeyd edilən məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayənədəsi X2 eyni tələb üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, artıq eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə qətnaməsi mövcud olduğundan mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(009)-2833/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6062/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(009)-2833/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Yuxarıda qeyd edilən məhkəmə aktlarından göründüyü kimi İddiaçı məhkəməyə müraciət edərək həm də 2007-ci il üçün hesablanmış 791,07 manat borcunun silinməsini xahiş etmiş, Mülki Məcəllənin 373-cü maddəsinə əsasən elektrik, qaz və su sərfiyyatı üzrə yaranmış borcu tələb etmək müddətinin 3 il təşkil etdiyinə istinad etmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən iddiaçının silinməsini tələb etdiyi borcun elektrik enerjisindən istifadəyə görə yarandığı və onun silinməsi üçün hər hansı əsas olmadığı müəyyən edilmişdir. Hazırki iddia ərizəsindən göründüyü kimi, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, eyni hüquqi və faktiki əsaslara söykənməklə eyni müddət kəsiyi üçün hesablanmış borcun silinməsini yenidən xahiş etmiş, halbuki o, bu məsələdə pozulduğu ehtimal edilən hüquqlarının bərpası üçün qanunvericiliklə ona verilmiş məhkəmə müdafiəsi imkanlarından artıq istifadə etmişdir. Belə ki, qeyd edilən iddianın («borcun silinməsi») və hal-hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçının cavabdeh "xxxx" ASC-yə qarşı olan iddianın («borcun silinməsi») qanuni əsasları və predmeti habelə iş üzrə cəlb edilmiş tərəflər eyni olub, hər hansı bir fərqli hallar mövcud deyildir, iddia isə formal xarakter daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə tərəflər, predmet və əsaslar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş mülki işdəki tərəflər, predmet və əsaslarla eynilik təşkil etdiyindən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə həmin məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, qeyd edilən mübahisəyə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir və belə olduğu təqdirdə bu Məcəllənin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3262/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3262/2022
20.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver