Məhkəmə qərarları › İş №2(006)-3270/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3270/2025

21.05.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3270/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs qarşı ilə məhkəməyə müraciət edərək, maraqlı tərəf Maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2022-ci ii tarixli MŞH- 500067 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı tərəf olan Maraqlı şəxs Əzizağa oğlunun ərizəçiyə 18120 (on səkkiz min yüz iyirmi) manat borcu olduğu üçün hər ikisinin məsləhəti və razılığı ilə Azərbaycan Respublikası Mediasiya şurasının 5 saylı Mediasiya təşkilatında mediatorun iştirakı ilə xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən maraqlı tərəf sazişin bəndinə əsasən saziş bağlandığı andan 3000 (üç min) manat məbləğində pulu eyni anda mənə ödəməyi öhdəçiliyinə götürmüşdür. Sazişin 2.1.3, 2.1.2 bəndinə əsasən 3000 manat (üç min) ödənildikdən sonra qalan 15120 (on beş min yüz iyirmi) manat olmaqla 42 aya ödənilməsi barədə razılığa gəlmişlər. Lakin maraqlı tərəf arasında bağlanmış sazişin və eləcə də üzərinə götürülmüş öhdəliyin tələbini pozmuşdur və arasında mübahisə yarandığı üçün o, məhkəməyə sazişin təsdiq edilməsi üçün müraciət etmək məcburiyyətindədir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2234/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Ərizəçi cavabdeh X3 qarşı cavabdehdən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 26350 manat məbləğində borcun alınaraq ona ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6972/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2234/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X2 26000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Ərizəçi ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-322/2022 nömrəli qərardadına əsasən iddiaçı Ərizəçi və cavabdeh Maraqlı şəxs mediasiya reyestrində qeydiyyatdan keçmiş mediator X1 iştirakı ilə bağladıqları xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır. İşdən görünür ki, Ərizəçi ilə maraqlı şəxs arasında olan xx.xx.2022-ci il tarixli barışıq sazişinin Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən təsdiq edilməsinə dair xx.xx.2022-ci il tarixli 2(102)-322/2022 nömrəli məhkəmə aktı mövcuddur. Məhkəmə iclasında da Ərizəçi kassasiya instansiyası məhkəməsi tərəfindən təsdiq edilmiş sazişin məhz hazırda yenidən təsdiq edilməsini tələb etdiyi xx.xx.2022-ci il tarixli barışıq sazişinin olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğu halda, mahiyyət və məzmun etibarilə eyni predmet və eyni əsaslar üzrə fərqli formada eyni şəxslərə qarşı iddia qaldırılması istisna edilir. Əks halda bu, eyni tələblə bağlı müxtəlif variasiyalarda sonsuz sayda iddiaların qaldırılmasına imkan yaradar ki, bu da hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yanaşı, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin əhəmiyyətini heçə endirərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi barədə mülki iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, qəbz nömrəsi **********, tarix: xx.xx.2025-ci il, saat 12:09) Ərizəçi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, qəbz nömrəsi **********, tarix: xx.xx.2025-ci il, saat 12:09) dövlət büdcəsindən Ərizəçi geri qaytarılsın Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar