Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-331/2020 28.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Lizinq Şirkəti QSC-nin hüquqi varisi «xxxxxxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «lizinq borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Lizinq Şirkəti QSC-nin hüquqi varisi «xxxxxxxxxxxx» MMC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «lizinq borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı Lizinq Şirkəti QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2713T/15/B saylı X3 Müqaviləsinə əsasən İddiaçı Lizinq şirkəti QSC təsviri müqavilədə göstərilən 2013-cü il buraxılışlı 90JG163 dövlət qeydiyyat nişanlı Baz markalı avtokranı öz mülkiyyətinə əldə edərək onu Cavabdeh1 MMC-nin istifadəsinə vermişdir. Bununla da, Cavabdeh1 MMC 81 602 ABŞ dolları məbləğində borcu illik 21 faiz olmaqla, 30 ay müddətində İddiaçı Lizinq şirkəti QSCyə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehlər lizinq müqaviləsi üzrə öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Bundan sonra xx.xx.2016-cı il tarixdə lizinq obyekti iddiaçıya təhvil verilmişdir. Nəticədə cavabdehin lizinq obyektini təhvil verən tarixə qədər 16 907,59 ABŞ əsas məbləğdən gecikmə, 11 416 ABŞ dolları lizinq mükafatı, 8 964 ABŞ dolları dəbbə pulu, 1 193 ABŞ dolları sığorta, cəmi 38 480,59 ABŞ dolları borcu yaranmışdır. Eyni zamanda, müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsliyyəti tam olaraq öz üzərinə götürmüşdür.Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada öhdəliklərinin yerinə yetirməməsi nəticəsində yaranmış 16 907,59 ABŞ dolları əsas məbləğdən gecikmə, 11 416 ABŞ dolları lizinq mükafatı, 8 964 ABŞ dolları dəbbə pulu, 1 193 ABŞ dolları sığorta, cəmi 38 480,59 ABŞ dolları borcu və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçıNümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəməyə Cavabdeh2 teleqram vuraraq iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin teleqramla bağlı heç bir əsaslı üzrlü səbəb göstərmədiyini, karantin rejimi ilə bağlı məhkəmə bildirişi ilə gediş-gəlişdə heç bir maneənin olmamasını və əvvəlki məhkəmə iclaslarında da iştirak etmədiyini nəzərə alaraq iclasa onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir üzrlü səbəbələ bağlı məlumat verməmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Lizinq Şirkəti QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 2713T/15/B saylı X3i müqaviləsindən görünür ki, lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. Həmçinin lizinq müqaviləsindən görünür ki, Cavabdeh1 MMC 81 602 ABŞ dolları məbləğində borcu illik 21 faiz olmaqla, 30 ay müddətində İddiaçı Lizinq şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarındakı daxili lizinq müqaviləsinə 2 saylı əlavədən görünür ki, lizinq obyekti olan 1 ədəd BAZ KC547112 markalı avtokran xx xxxxx 2015-ci il tarixdə lizinq verən tərəfindən istifadəyə verilmiş, lizinq alan tərəfindən qəbul edilmişdir. İşdə olan xx xxxxx 2015-ci il tarixli Zaminlik müqaviləsiindən görünür ki, İddiaçı Lizinq Şirkəti QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 2713T/15/B saylı X3i müqaviləsi üzrə lizinq alanın lizinq verən qarşısında olan bütün öhdəlikləri tam edilməsi üçün iddiaçı və cavabdehlər arasında üçtərəfli müqavilə bağlanmışdır. İş materiallarında olan «xxxxxxxxxxxx» X1 maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2016-cı il tarixinə ödənilməmiş əsas borc üzrə 16 907,59ABŞ dolları əsas məbləğdən gecikmə, 11 416 ABŞ dolları lizinq mükafatı, 8 964 ABŞ dolları dəbbə pulu, 1 193 ABŞ dolları sığorta məbləği olmaqla borcu vardır. Beləliklə işin faktiki hallarından aydın olduğu kimi, İddiaçı Lizinq şirkəti QSC ilə Cavabdeh1 MMC arasında daxili lizin müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, lizinq verən (iddiaçı) lizinq obyektini lizinq alanın (Cavabdeh1 MMC) istifadəsinə təqdim etmiş, sonradan lizinq müqaviləsi üzrə iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə tərəfindən lizin müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi barədə məhkəmə ekspertizası təyin edilmiş və ekspertizanın həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə EKspertizası Mərkəzinə həvalə edilmişdir. Mərkəzin xx.xx.2020-ci il tarixli 3048 №-li ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2016-cı il tarixə əsas borc üzrə 17 107,59 ABŞ dolları, faiz borcu üzrə 11 447,17 ABŞ dolları, sığorta borcu üzrə 1 193 ABŞ dolları borcu vardır. Məhkəmə iddianın hüquqi tərəfləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və öhdəlikləri icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcələnin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Daxili lizinq müqaviləsinin 14.1-cı bəndinə əsasən lizinq alan hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən lizinq ödənişin 0,6 %-nə bərabər həcmdə əlavə ödənişi ödəməlidir. Müqavilənin 2.1-ci bəndinə görə lizinq müddəti ərzində lizinq əmlakına mülkiyyət hüququ lizinq verəndə saxlanılır. Həmin Müqavilənin 13.1.4-cü bəndinə görə lizinq alan tərəfindən lizinq ödənişlərinin ən azı 2 ardıcıl halda ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi zamanı lizinq verən lizinq obyektini geri almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (həmin Məcəllənin 748-2.1-ci maddəsi). İşin materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi cavabdehlər lizinq obyektini istifadəsinə qəbul edərək, iddiaçıya müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə öhdəlik götürmüş, lakin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödənişləri gecikdirmiş və beləliklə də iddiaçı ilə bağladığı müqavilənin şərtlərini pozmuşdur. Bundanəlavə, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı haldaməhkəməhesabedirki, iddia dəbbə (cərimə) puluhissəsində qismən təmin edilərək dəbbə pulu 800 ABŞ dolları məbləğində müəyyən olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada öhdəliklərinin yerinə yetirməməsi nəticəsində yaranmış 16 907,59 ABŞ dolları əsas məbləğdən gecikmə, 11 416 ABŞ dolları lizinq mükafatı, 800 ABŞ dolları dəbbə pulu, 1 193 ABŞ dolları sığorta, cəmi 30 316,59 ABŞ dolları borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Lizinq Şirkəti QSC-nin hüquqi varisi «xxxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-in 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada öhdəliklərinin yerinə yetirməməsi nəticəsində yaranmış 16.907,59 ( on altı min doqquz yüz yeddi dollar, əlli doqquz sent) ABŞ dolları əsas məbləğdən gecikmə, 11.416 (on bir min dörd yüz on altı dollar ) ABŞ dolları lizinq mükafatı, 800 ( səkkiz yüz) ABŞ dolları dəbbə pulu, 1.193 ( bir min yüz doxsan üç) ABŞ dolları sığorta, cəmi 30.316,59 ( otuz min üç yüz on altı dollar, əlli doqquz sent) ABŞ dolları borcu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Lizinq Şirkəti QSC-nin hüquqi varisi «xxxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhk-əməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-331/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-331/2020
28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver